Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   ...   7   8   9   10   11   12   13   14   ...   76

nəhayət, ölkə -  insanların yaşadığı, ümumi tarixi və mədəniyyəti 
olan müəyyən  ərazidir. Beləliklə, cəmiyyət, dövlət, ölkə bir-
birinə yaxın olan anlayışlardır, lakın onlar eyni deyildir.  
Bəs cəmiyyət problemi dünya sosioloji nəzəriyyəsinin 
baniləri tərəfindən necə təhlil olunur? 
O.Kont hesab edirdi ki, cəmiyyət ümumiyyətlə insanları 
özünə  məxsus qayda və  bənzərinə görə formalaşdırır.  İnsanları 
dəyişdirmək üçün, onların daha kamil və ahəngdar inkişafı üçün 
cəmiyyətin özünün, xüsusilə  də onun sosial və siyasi 
institutlarının, təhsil və tərbiyə sistemlərinin dəyişdirilməsi tələb 
olunur. İnsan cəmiyyətin qayda  və normaları əsasında fəaliyyət 
göstərir. Kontun baxışlarına görə cəmiyyət onun tərkibində olan 
subyektləri,  şəxsiyyət, təbəqə  və siniflərin inkişafını  və 
fəaliyyətini müəyyən edir. O, “sosial dinamika” nəzəriyyəsi 
əsasında cəmiyyətin funksional və inkişaf mexanizmlərini 
açıqlamış, “sosial statika” vasitəsi ilə isə cəmiyyətin strukturunu 
müəyyən etmişdir.  
Cəmiyyət haqqında nəzəri problemlər H.Spenserin əsər-
lərində  də öz əksini tapmışdır. Onun  fikrincə  cəmiyyət təbii 
qanunlar əsasında inkişaf edir: 
1.
 
Cəmiyyətin inkişafı prosesində kütlə öz mənasında 
çoxalır; 
2.
 
Onun tərkibi mürəkkəbləşir; 
3.
 
Onun ayrı-ayrı hissələri bir-birindən asılı  
                 olur; 
4.
 
Onlar bütöv formada yaşayır, lakin onun tərkib 
hissələri (cəmiyyətdə – insanlar, biologiyada isə hüceyrələr) 
yaranır və yox olurlar. 
Spenser belə bir nəticəyə  gəlir ki, sosial təkamül cəmiyyətin 
mütərəqqi inkişafı deməkdir, bu da onun sosial institutlarının 
fəaliyyətinin mürəkkəbləşməsi və  təkmilləşməsi yolu ilə baş verir. 
Bu prosesdə cəmiyyətin funksiyalarının çoxu dəyişilir.  
Cəmiyyət anlayışı E.Dürkheymin diqqətini də cəlb etmişdir, 
yəni sosial reallıq və sosial hadisələrin izahını o, sosial faktların 
vasitəsi ilə vermişdir. Bu baxımdan cəmiyyətin vahid sosial 
 
33


orqanizm kimi başa düşülməsi nəzəriyyəsinin işlənməsinin 
vacibliyi haqqında fikirlər onun elementlərinin, tərkib hissələrinin 
saxlanılması probemini irəli sürmüşdür. O, bu nəticəyə gəlmişdir 
ki, cəmiyyət fərdlərin qarşılıqlı əlaqə sistemidir.  
M.Veber öz əsərlərində sosioloji nəzəriyyənin mürəkkəb və 
vacib problemlərini inkişaf etdirərək K.Marksın iqtisadi 
münasibətlərin cəmiyyətin həyatında rolu haqqında fikirlərini 
yüksək qiymətləndirmişdir. O özünün “Sosial-elmi və sosial-
siyasi dərketmənin obyektivliyi” əsərində yazır: “Sosial hadi-
sələrin və  mədəni proseslərin  iqtisadi şərtləndirmə  əsasında 
təhlili və istifadəsi, onların araşdırma müddətində ardıcıl və 
səmərəli prinsip kimi qalacaqdır”
8

Cəmiyyət anlayışı,  əgər biz onun coğrafi sərhədlərini, 
ümumi qanun sistemini və milli birliyi olmasını nəzərdə tuturuqsa 
tamamilə başqa məzmunlu ola bilər. Sosioloq Marş ilk dəfə 
olaraq sosial birliyi cəmiyyət adlandıraraq onun şərtlərini 
müəyyən etməyə cəhd göstərmişdir: 
 
Daimi  ərazisi, məs., Fransa, Azərbaycan, Almaniya 
özlərinin  dövlət sərhədləri çərçivəsində mövcud olurlar; 
 
Təbii  əsasda cəmiyyət üzvlərinin sayının artması, hal-
buki immiqrasiya da burada müəyyən rol oynayır; 
 
Mədəniyyətin inkişafı, lakın onun inkişaf modelləri və 
formaları müxtəlif ola bilər; 
 
Siyasi müstəqillik, yəni cəmiyyət bu və ya digər siste-
min elementi (subsistemi) ola bilməz. Məs., Kanada, 
Meksika, Panama və s. özlərini ABŞ-dan müstəqil 
sayırlar, lakın onların iqtisadiyyatının inkişafı üçün 
xeyli sərmayə qoyuluşu tələb olunur. Həmin sərmayənin 
mənbəyi ABŞ-dır və bu səbəbdən göstərilən dövlətlərin 
həqiqi,  tam  müstəqilliyi şübhə doğurur. 
Sosioloqlar Koen, Aberle, Satton, Parsons, Devis, Levin və 
başqalarının  fikrincə  cəmiyyəti müəyyən edən  əsas xarakterik 
cəhət onun “özünütəmin etməsidir”, bu da anlayış kimi siyasi 
müstəqilliyə yaxındır. Məsələn, Yaponiya, Böyük Britaniya, 
                                                 
8
 М.Вебер. Избранные произведения. Москва, 1990. с. 345. 
 
34


Norveç,  İsveç  əsasən xarici ticarətdən asılıdırlar, amma hər bir 
hökumətin idxalının ödənilməsi üçün özünün valyutası olmalıdır. 
Bu fakt cəmiyyətin ödəmə qabiliyyətini göstərir, onun tam 
müstəqil olması deməkdir. Beləliklə, cəmiyyət anlayışı mütləq 
aşağıdakı elementlərin olmasını  tələb edir: formal hakimiyyət 
aparatı, ümumi qanunvericilik sistemi, coğrafi sərhədləri və milli 
birliyi. 
Cəmiyyət sosioloji kateqoriya kimi  - insanların birgə ya-
şamasını həyata keçirən bütöv təşkilatdır. O,  müəyyən məkan və 
zaman sərhədləri olan özünəməxsus orqanizm və  sistemdir.   
Cəmiyyət insanların birgə  fəaliyyətinin tarixən yaranmış for-
malarının məcmusudur.  
Cəmiyyətin bərqərar olması mürəkkəb və uzun sürən 
prosesdir. O, bir neçə millyon il sürüb və  bu proses bir neçə on 
min il  bundan əvvəl başa çatıb. Marksizm nəzəriyyəsinə görə 
cəmiyyət iqtisadi, sosial, siyasi və ideoloji münasibətlərin vahid 
sistemidir və burada əsas rolu səbəb və nəticə əlaqələri oynayır. 
Hər bir cəmiyyətin özəyi (elementi) insandır. İnsanlar  qohumluq, 
təsərrüfat, etnik, dini, siyasi və digər əlaqələr əsasında  birləşirlər. 
K.Marksın fikrincə, cəmiyyət insanların birgə  fəaliyyəti və 
ünsiyyətinin məhsuludur, onun yaranmasının vacib ünsürü – 
əmək olmuşdur. Cəmiyyətin  maddi yaradıcıları insanlardır, 
həmçinin onların birgə  fəaliyyətidir, çünki insanlar çoxmüddətli 
kollektivlər yaratmasalar yaşaya bilməzlər. Bu ünsüyyətin 
zərurililiyi prosesi cəmiyyətin formalaşmasına təkan vermişdir. 
İnkişafı əks etdirən proseslərin qanunauyğun nəticəsi olaraq 
sivilizasiya yaranmışdır. Sivilizasiya cəmiyyətin maddi və 
mədəni inkişafı nəticəsində  yaranan ictimai  inkişafın səviyyəsi 
və pillələrinin göstəricisidir. O, latın sözü olub  “civis” - 
vətəndaş,  “civitas” - cəmiyyət,  “civilis” - mədəni, sivilizasiyalı 
deməkdir. 
Fransa maarifçiləri zəka və  ədalətə    əsaslanan cəmiyyəti 
sivilizasiyalı cəmiyyət  adlandıraraq, onun ictimai ahəngdarlığını 
göstərirdirlər. XVIII əsrin Fransa maarifçiləri Holbax və Helvetsi 
şəxsiyyətin  formalaşmasında cəmiyyətin rolunu xüsusilə 
 
35


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə