Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   ...   5   6   7   8   9   10   11   12   ...   76

 
Müasir, bu tipin xarakterik cəhəti hüquqi sistemin dini 
sistemdən ayrılmasından, inzibati bürokratiyanın, bazar 
iqtisadiyyatının və demokratik seçki sisteminin 
formalaşmasından ibarətdir. 
T.Parsons 1937-ci ildə  nəşr etdirdiyi “Sosial fəaliyyətin 
strukturu” adlı əsərində irəli sürdüyü təfəkkür üsulunun struktur və 
funksional aspektləri arasındakı fərqləri göstərmişdir. Onun fikrincə
struktur gec dəyişən moment olub sabitliyi təmin edir, funksiya isə 
əksinə olaraq dinamikliyi, mütəhərrikliyi  əks etdirərək hadisələrin 
mahiyyətinə varmağa, onların məzmunu və xarakterinin aşkara 
çıxarılmasına imkan verir. 
Münaqişələrin  sosiologiyası. Amerika sosioloqları 
L.Kozer və  K.Mills, alman sosioloqu R.Darendorf cəmiyyətdə 
münaqişə  probleminə xüsusi diqqət yetirirlər. Münaqişələrə təsir 
göstərmək, onu nizamlamaq mümkündür.  Sosial münaqişənin 
əsas funksiyaları isə aşağıdakılardır: 
 
Sosial strukturun inteqrasiyası; 
 
Qruplar daxilində həmrəyliyin qorunub saxlanması; 
 
İnsanlararası münasibətlərin möhkəmlənməsi; 
 
Sosial dəyişikliklərin idarə olunması. 
Son 10-15 ildə münaqişələrin sosiologiysına maraq xeyli art-
mışdır. Dünyanın müxtəlif ölkələrində  və regionlarında baş verən 
müxtəlif tipli münaqişələr məsələyə elmi yanaşma tələb edir. 
Fenomenoloji sosiologiya  nəzəriyyəsinin nümayəndələri 
P.Berger, A.Şyuts, T.Lukmann belə hesab edirlər ki, dünyanın 
dərk edilməsi, konkret faktların qəbul edilməsi insanın  bu və ya 
digər hadisələrə necə qiymət verməsindən asılıdır.  Şəraitə, 
hadisələrə qiymətvermə isə onun həyat təcrübəsi ilə müəyyən 
olunur. Avstriya sosioloqu A.Şyutsun fikrincə, sərvətlər və 
mənalar arasındakı fərqlər sosiallaşmanın spesifikası ilə şərtlənir 
və  fərdin hansı  mədəniyyətə, sosial təbəqəyə, peşə qrupuna aid 
olmasından asılıdır. 
Simvolik interaksionizm  müasir Qərb sosiologiyasında  ən 
çox diqqəti cəlb edən cərəyanlardan biridir. Onun banisi, 
amerikan psixoloqu və sosioloqu C.Mid (1863-1931) Darvinin  
ardınca insanın təkamülü nəzəriyyəsini yaratmağa cəhd göstərir. 
Midin fikrincə, insan fəaliyyətinin səciyyəvi cəhəti simvollardan 
 
27


istifadə olunmasıdır. O, sosial hərəkatın iki formasını  və ya 
pilləsini göstərir: jestlər vasitəsi ilə ünsiyyət və simvolların 
vasitəsi  ilə ünsiyyət. Sonuncunu o, funksional və antropoloji 
baxımlardan izah edir. Funksional izah etibarlı instinktlərə malik 
olmadıqları üçün insanların davranışını uzlaşdırmaq zərurəti ilə 
bağlıdır. Antropoloji izah isə, insanların ünsiyyəti asanlaşdırmaq 
üçün simvollar yaradarıq onlardan istifadə etmələrini nəzərdə 
tutur. 
Sosial  fəaliyyət  nəzəriyyəsinin meydana gəlməsi amerikalı 
tədqiqatçı C.Homansın (1910-1989) adı ilə bağlıdır. O, empirik 
sosial elmin vəzifəsini hadisələr arasında  əlaqələrin təsviri və 
izahında görürdü.  Homansın fikrincə, təsvir yalnız  müşahidə 
olunan  əlaqə  və münasibətlərin ümumiləşdirilməsi sayəsində 
mümkündür. O, bu cür ümumiləşdirilmələri  fərziyyələr 
adlandırır. Sosial hadisələri izah etməni Homans yalnız psi-
xologiya ilə bağlayır. Onun fikrincə, sosial fəaliyyətin qanu-
nauyğunluqlarını  dərk etmək sosiologiyanın başlıca vəzifəsini 
həll etmək deməkdir. 
Artıq qeyd etdiymiz kimi, XX yüzilliyin əvvələrindən 
etibarən sosiologiya elminin  inkişaf mərkəzi ABŞ universi-
tetlərinə keçir. Buna görə  də müxtəlif problemlər üzərində elmi 
tədqiqatlar aparan alimlər içərisindən biz bəzilərinin ya-
radıcılığının öyrənilməsini zəruri hesab edirik. Xüsusən amerikan 
sosioloqlarından Robert Morison Mak -Ayver (1882-1970), 
Robert Kinq Merton (1910-1987),  Talkott Parsonsun (1902-
1973) və Pitirim Sorokinin(1889-1968) baxışları böyük elmi 
maraq doğurur. 
R.M.MakAyver 1915-1927-ci illərdə Kanadanın Toronto 
universitetində siyasi elmlər professoru vəzifəsində çalışmışdır. 
Daha sonra Nyu-Yorkun Kolumbiya universitetinə  dəvət alan 
Mak-Ayver burada əsasən dövlətin və istehsalın sosiologiyası ilə 
məşğul olmuşdur. O, 1940-cı ildə Amerika Soiologiya 
Cəmiyyətinin 30-cu prezidenti seçilmişdir. Mak-Ayverin 
sosiologiyasında  morfologiya   etiologiya adlı  təlimlər xüsusi 
yer tutur. Morfologiyanı o, sosial formalar haqqında, etiologiyanı 
isə, sosial səbəblər haqqında təlim kimi nəzərdən keçirirdi. Onun 
fikrincə, hər bir sosial fakt müəyyən formaya, həmçinin onu 
 
28


doğuran, meydana gətirən və inkişaf etdirən səbəbə malikdir. 
Sosiologiya elminin başlıca və  əsas məqsədi sosial faktların 
mahiyyətinə varmaqdan, onların səbəblərini və formalarını aşkara 
çıxarmaqdan ibarətdir. 
Robert Kinq Mertonu sosioloq kimi məşhurlaşdıran XX 
yüzilliyin 30-cu illərində  bürokratik struktur və  şəxsiyyət 
problemini tədqiq etməsi olmuşdur. Xüsusən o, bürokratik 
struktur daxilində münaqişə, sosial fəaliyyətin sosial-psixoloji 
əsasda ortaya çıxardığı gözlənilməz nəticələr probleminin təh-
lilinə daha çox diqqət yetirmişdir. O, bunu çoxlu sayda məna-
felərin və  iradələrin qarşılıqlı mübarizəsi ilə  əlaqələndirirdi. 
Bundan  əlavə Merton elmin sosioloji tədqiqi problemi ilə    də 
məşğul olmuşdur.  
Talkott Parsons  əvvəlcə    təbiət elmlərini öyrənirdi və  hə-
kim olmaq fikrində idi. Lakin 1924-cü ildə o, fikrini dəyişərək 
London  İqtisadiyyat  Məktəbinə daxil olur. Daha sonra Parsons 
Almaniyanın Heydelberq Universitetində “M.Veber və 
V.Zombartın kapitalizm anlayışı haqqında” mövzusunda dis-
sertasiya müdafiə etdi. 1944-cü ildən etibarən Harvard Uni-
versitetində çalışmışdır. O, 1949-cu ildə Amerika Sosiologiya 
Cəmiyyətinin 31-ci prezidenti seçilmişdir. 
Yaradıcılığının ilk dövrlərində Parsons M.Veberin sosioloji 
baxışlarının öyrənilməsinə xüsusi diqqət yetirmişdir. 1930-cu  
ildə o, Veberin “Protestant əxlaqı  və kapitalizmin ruhu” adlı 
əsərini ingilis dilinə tərcümə etmişdir. 1937-ci ildə onun özünün 
ilk fundamental əsəri olan “Sosial fəaliyyətin strukturu” kitabı 
nəşr olunmuşdur. Məhz Parsonsun sayəsində sosial elmlərdə 
müəyyən düşüncə  tərzi formalaşır və bu düşüncə  tərzinin həm 
struktur, həm də funksional aspektləri bir-birindən fərqlənir. Belə 
ki, struktur uzun müddət mövcud olan moment olub son nəticədə 
sabitliyi  təmin edir, funksiya isə  əksinə  sistemi hərəkətə gətirən 
dinamikanı  əks etdirir. Bu fikri o, 1952-ci ildə  nəşr olunmuş 
“Sosial sistem” adlı əsərində əsaslandırmışdır.  
Sosiologiya elminin inkişafında XX yüzilliyin əvvəllərində  
Sankt-Peterburq Universitetinin professoru, milliyyətcə mordvin 
olan  P.A.Sorokinin böyük xidmətləri olmuşdur. 1922-ci ildə 
əvvəllcə Avropaya mühacirətə gedən alim 1923-cü ildə ABŞ-a 
 
29


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə