Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   ...   8   9   10   11   12   13   14   15   ...   76

vurğulamışlar. Onlar sosial mühitin humanizm dəyərlərinin
mədəniyyətin, ayrılıqda hər bir insanın formalaşmasında rolunu 
göstərmişlər. 
Müasir Qərb sosioloqu Uayt sivilizasiyanı xarakterizə 
edərək, ona daxil olan üç tərkib komponentinin əlaqəsi əsasında 
təhlilini vermişdir. Bu komponentlər sırasında o, texnikanı, 
cəmiyyətin sosial təşkilini və  fəlsəfəni göstərir. Onlardan ən 
əsaslı göstərici  – texnikadır.  İngiltərə sosioloqu Toynbi si-
vilizasiyanı müxtəlif elita ilə  fərqlənən “müddət ölçüsu” ad-
landırır. Beləliklə, sivilizasiya cəmiyyətin maddi və  mənəvi  
mədəniyyətinin müəyyən inkişaf səviyyəsi olaraq  ictimai inki-
şafın məcmusu deməkdir. Hal-hazırda Qərb və  Şərq siviliza-
siyaları bir-birinə qarşı qoyulur, lakin onlar bu və ya digər 
cəmiyyətin tarixi tipi qalaraq ona məxsus olan mədəniyyət, din, 
sosial norma və dəyərləri ilə fərqlənirlər. 
Cəmiyyətin inkişafında sadə və mürəkkəb xüsusiyyətləri ilə 
yanaşı biz sosial-siyasi münasibətlərin demokratikləşməsi və 
xarici dünyaya münasibətini göstərən – bağlı və açıq; hakim dinin 
növünə görə – islam, pravoslav, katolik və s. cəmiyyətləri göstərə 
bilərik. 
Lakin, sosioloqların diqqətini sosial-iqtisadi əlamətlərinə 
görə  fərqlənən cəmiyyətlər cəlb edir. Burada ikili münasibətlər 
mövcuddur: ictimai-iqtisadi formasiya yanaşma (marksist) ya da 
müasir qərb sosiologiyasında “üç mərhələ” nəzəriyyəsini 
(sivilizasiyalı yanaşma) göstərmək olar. 
Cəmiyyət təbii əsaslar üzərində yarandığı üçün o, bilavasitə 
təbiətlə  əlaqədədır. Cəmiyyət və  təbiətin qarşılıqlı  təsiri 
prosesində  insanlar    təbiətdən özləri üçün zəruri olan yaşayış 
vasitələrini əldə edirlər.  
Sosial həyatın iqtisadi əsası    maddi istehsaldır, istehsal 
vasitələri üzərində mülkiyyətin forması isə  cəmiyyətin sinfi 
strukturunu müəyyən edir. Maddi istehsal ictimai həyatın elə bir 
sahəsidir ki, burada maddi məhsul yaradılır və sonra bu məhsul 
ictimai istehlaka, istehsal istehlakına və ya şəxsi istehlaka sərf 
edilir. İstehsal prosesində insanlar təbiətlə və bir-biri ilə qarşılıqlı 
 
36


ünsiyyətdə olurlar. Bu da istehsal üsulunun əlaqədar tərəfi olan 
məhsuldar qüvvələri və istehsal münasibətlərini təşkil edir. 
Məhsuldar  qüvvələr onun dinamik, daim inkişafda olan 
hissəsidir. 
Marksizm nəzəriyyəsinə görə  cəmiyyətin tarixi ictimai-
iqtisadi formasiyaların inkişafı tarixidir. Cəmiyyəti tədqiq edərkən 
biz ona ictimai-iqtisadi formasiya baxımından vahid, bütöv bir 
“sosial orqanizm” kimi yanaşmalıyıq. Bu baxımdan hakim 
mülkiyyət formalarına görə ictimai-iqtisadi formasiyalar biri-
birindən fərqlənirlər. Tarix boyu beş ictimai-iqtisadi formasiya 
mövcud olmuşdur. Bu da cəmiyyətin müxtəlif tipləri deməkdir. 
Onlardan quldarlıq, feodalizm və kapitalizm  -  sinfi-antoqonist, 
istismarçı  və iflasa uğrayan, xarakter daşımışlar.  İbtidai - icma və 
kommunizm isə  ədalətli və ahəngdar, ümumi əmək və bölgü, 
zəhmətkeşlərin həqiqi azadlığı, demokratiya və yüksək rifah 
səviyyəsinə  əsaslanan cəmiyyətlər kimi qəbul olunurdular. Lakin 
XX  əsrdə  cəmiyyətin inkişafının real təcrübəsi sosializmin və 
kapitalizmin rəqabətində sosializmin üstün olması fikrini 
təsdiqləmədi. Amerika sosioloqu U.Rostou 70-ci illərin əvvələrində 
yazırdı ki, “yaxın onillikdə SSRİ-dəki sosializm kapitalizmə  tərəf 
təkamül edəcəkdir”
9
. Beləliklə  ictimai-iqtisadi formasiya müəyyən 
bir cəmiyyətin tipidir, o özünəməxsus istehsal üsulu əsasında və 
spesifik qanunlar üzrə  fəaliyyət göstərib, inkişaf edən bütöv sosial 
sistemdir. 
Tarixi təcrübə sübut etdi ki, kapitalist istehsal üsulu iqtisadi 
cəhətdən daha faydalıdır, çünki xüsusi mülkiyyət, azad işgüzarlıq 
və bazar iqtisadiyyatı  iş adamlarını daha səmərəli və rasional 
fəaliyyətə vadar edirlər. Alfred Marşalın fikrincə onun  da 
“böyümə  xəstəlikləri” vardır. Bunun qarşısını almaq üçün 
cəmiyyətdə inkişaf edən yüksək səviyyəli savadla, etibarlı  işlə, 
nisbətən yüksək gəliri olan və azad həyat tərzi ilə fərqlənən orta 
sinif yaranmalıdır. Bu demokratik kapitalizmin
10
 elementləridir.  
                                                 
9
 Bax. Философский энциклопедический словарь. М., 1989., с. 563. 
10
 Onu bəzən sivilizasiyalı, ya da “xalq kapitalizmi” adlandırırlar. 
 
37


Qərb sosioloqları XX əsrin 70-80-ci illərində dünya tari-
xində bir-birini əvəz edən üç texnoloji dövr (sivilizasiya)  haq-
qında nəzəriyyəni yaratmışlar. Amerikalı D.Bell və  U.Rostou, 
fransalı R.Aron və b. sosioloqlar öz nəzəriyyələrini iqtisadiyyatın 
xarakteri və  səviyyəsi ilə müəyyən etmişlər. Onların 
nəzəriyyəsinə görə  bəşəriyyətin qlobal inkişafında cəmiyyətin 
aşağıdakı üç tipini müəyyən etmək olar: 
1.
 
Sənayeləşdirilmədən  əvvəlki dövr – bu ənənəvi cə-
miyyətdir, burada hasiledici iqtisadiyyat mövcud idi. 
2.
 
İndustrial – burada üstünlük emaledici sənayeyə verilir. 
3.
 
Postindustrial (post   latınca “sonra” deməkdir) iqtisa-
diyyatı, onun əsasını intellektual, informasiya- kompüter tex-
nologiyaları təşkil edir (XXəsrin 80-ci illərində yaranır). 
XX  əsrin ikinci yarısında bir nəslin yaşayış müddətində 
texnika və tenologiya bir neçə  dəfə yeniləşdirildi. Keçmiş sovet 
sosioloqu B.Porşnevin fikrincə “tarixin ritmləri sürətləndirilir”
11
. Bu 
prosesin səbəblərini sosioloqlar dünya əhalisinin sayının artmasında, 
onun savadlılığında  və  fəallılığında, bəşəriyyət tərəfindən elmi 
biliklərin yığımı, onların mübadiləsi, beynəlxalq  əməkdaşlığın 
inkişafı, elmi-texniki tərəqqi və s. görürlər. 
Hər bir cəmiyyət ictimai münasibətlərin müəyyən tipi ilə 
səciyyələnir.  İctimai münasibətlər yalnız cəmiyyətdə mövcud olan 
insanların sosial fəaliyyəti, yəni istehsalat, siyasət, mənəvi həyat və 
digər sahələrdəki fəaliyyəti prosesində meydana gələn xüsusi növ 
əlaqələr və qarşılıqlı  təsirlərdir. Bu münasibətlər  ictimai 
münasibətlər  adlandırılır. Onlar böyük insan kütlələri, sosial 
qrupları və siniflərin qarşılıqlı təsirindən meydana gəlir. 
İctimai münasibətlər maddi və ideoloji münasibətlərə 
bölünür. Cəmiyyətin iqtisadi əsası – bazisdır, ideoloji əsası isə – 
üstqurumdur. Sosial həyatın təşkilinin tarixi tipləri bir-birinin 
bazis və üstqurumunun birgə  dəyişməsindən asılı olaraq dəyişir 
və bu zaman bir cəmiyyət digəri ilə  əvəz edilir. Bu baxımdan 
cəmiyyət təbii  – tarixi sistem kimi məhsuldar qüvvələrin və 
                                                 
11
 Bax: Введение в философию. М., 1989. ч.2., с., 611. 
 
38


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə