Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   ...   11   12   13   14   15   16   17   18   ...   76

Bütövlükdə dünyada gedən proseslər hər bir cəmiyyətin 
inikşafına təsir göstərdiyi kimi,  Azərbaycan cəmiyyətində də öz 
əksini tapır. Mənəvi cəhətdən hər bir cəmiyyətin vətəndaşlarının 
sosial-etnik, ixtisas, yaş, din mənsubiyyətindən asılı olmayaraq 
azad, firavan, demokratik cəmiyyətdə yaşamağa haqqı vardır. 
İctimai qanunlar əsasında baş verən sosial dəyişikliklər 
ictimai inikşafın sosial məqsədi rolunda çıxış edir. İnsan özünün 
sosial fəaliyyəti prosesində  onu əhatə edən dünyanı,  özü-özünü   
obyektiv qanunlar əsasında dəyişdirir. Bu proses insanın şüur və 
iradəsindən asılı olmayaraq baş verir, yəni obyektiv qanunlar 
əsasında həyata keçirilir. 
İfadə olunma üsuluna görə qanunları dinamik və statik  
qanunlara bölmək olar.  
Dinamik qanunlar  – sosial dəyişmələrin istiqamətlərini, 
amillərini və formalarını müəyyən edərək, konkret şəraitin ardıcıl 
hadisələri arasında bir mənalı əlaqəni şərt kimi qeyd edir. Dinamik 
qanunlar əsasında gələcəyin dəqiq proqnozları verilir. 
Statik qanunlar – sosial hadisələri qəti  şəkildə  şərtlən-
dirmir, təyin etmir, məlum sosial hadisələrin sabitliyini saxla-
maqla dəyişmələrin  əsas istiqamətlərini, meyllərini  əks etdirir. 
Statik qanunlar əsasında müəyyən ehtimallar irəli sürülür.  
Sosial qanunlar özlərini böyük insan kütlələrinin fəaliyyəti 
kimi göstərir, çünki  sosial fəaliyyətin özü bu və ya digər 
tələbatların ödənilməsinə  sərf edilir.  Nəzərə    alınmalıdır ki, bu 
kimi fəaliyyət müxtəlif quruluşlu və inikşaf səviyyəsi olan 
cəmiyyətlərdə, bir - birindən fərqli olan həyat səviyyəsi  
şəraitində baş verir. Bu qanunların fəaliyyətini müxtəlif, bir - 
birindən fərqlənən vəziyyətə görə  ləngitmək, zəiflətmək, ge-
cikdirmək mümkündür. 
Müasir dövrdə bir sıra dövlətlərdə  cəmiyyətin inkişafında 
islahatlar baş verir. Təsadüfi deyildir ki, 1990-cı ildə keçirilən 
XII Ümumdünya sosioloji konqresinin gündəliyində  əsas və 
qabaqcıl ideya kimi postmodernizm cəmiyyəti konsepsiyası 
diqqət mərkəzində durmuşdur. Bu konsepsiya böyük alman 
sosioloqu Maks Veberin cəmiyyətin iki tipi haqqında  
nəzəriyyəsinin inkişaf etdirilməsinin davamı idi. M.Veber vaxtı 
 
45


ilə iki tip cəmiyyəti göstərmişdir: ənənəvi və modernist. Ənənəvi 
cəmiyyətdə  – insanların fəaliyyəti,  əxlaqı  ənənə ilə  təşkil edilir. 
Burada “bizdən əvvəlkilər kimi fəaliyyət göstər” prinsipi işlədilir. 
Modernist cəmiyyətdə isə insan fəaliyyəti  əxlaqi, düşüncə 
və səmərəlilik prinsipləri ilə nizama salınır. 
Qərb sosioloqlarının çoxu (D.Bell, K.Kan, U.Braun, 
A.Toffler və s.)  bu gün postmodernizm  cəmiyyətinin  for-
malaşdığını sübut etməyə çalışırlar.  
Postmodernizm cəmiyyətində   insan  əxlaqının  əsasını 
fərdin, kollektivin, xalqın mənafeyi, onların qarşısına  qoyulan  
məqsədlər və onlara nail olmaq üçün hansı üsullardan istifadə 
edəcəkləri durur. 
Elmi-texniki potensialın sivil yolla istifadə olunması qlobal 
iqtisadi, sosial, mədəni, ekoloji və s. problemlərin bəşər 
cəmiyyətinin xeyrinə istifadəsi üçün əlverişli  şərait yaradır. 
Cəmiyyətlər, xalqlar, insanlar arasında müasir texnologiyalara 
əsaslanan əlaqələr daha  da genişlənir və dərinləşir. 
Cəmiyyət haqqında elm – ümümiləşdirilmiş, təkmilləşdi-
rilmiş  və faktlarla əsaslandırılmış biliklər  əsasında formalaşır. 
Sosiologiya elmi insanların cəmiyyətdə birgə yaşaması qa-
nunlarını öyrənir, cəmiyyəti vahid sistem kimi izah edir.  
 
 
46


IV  MÖVZU 
 
SOSİOLOJİ  TƏDQİQATLARIN  METODOLOGİYASI VƏ 
METODİKASI 
 
1. Sosioloji tədqiqatlar və onların növləri 
 
Sosiologiya elminin strukturunda üç mühüm səviyyə 
fərqləndirilir: ümumsosioloji nəzəriyyə, xüsusi sosioloji nəzə-
riyyələr (yaxud orta səviyyəli nəzəriyyələr) və sosioloji tədqi-
qatlar. Sonuncunu həmçinin empirik, tətbiqi, xüsusi və yaxud 
konkret tədqiqatlar da adlandırırlar. Sosiologiya elminin hər üç 
səviyyəsi bir-birini tamamlayaraq sosial hadisələrin və pro-
seslərin öyrənilməsi zamanı elmi surətdə əsaslandırılmış nəticələr 
əldə olunmasına köməklik göstərir. 
Gündəlik həyatda  cəmiyyət qarşısına çoxlu sayda müxtəlif 
səpgidə suallar çıxır ki, onların cavablarının tapılması xüsusi 
tədqiqatlar aparılması sayəsində mümkündür. Sosioloji  təd-
qiqatlar  əks  əlaqə  mexanizminin fasiləsiz işini  təmin etməklə 
yanaşı, həmçinin statistik məlumatları insanların mənafeləri
maraqları, əhval - ruhiyyələri, idealları, planları haqqında konkret 
məlumatlarla zənginləşdirir. Bundan əlavə, sosioloji tədqiqatlar 
insanların  əmək, məişət və istirahət  şəraitinə münasibətləri 
barədə  mənəvi-psixoloji mühit haqqında da təsəvvür 
yaradılmasına kömək edir. Sosioloji tədqiqatların təşkili və 
aparılması  gərgin  əmək tələb edir. Bu, hər  şeydən  əvvəl  
tədqiqatın  əsaslı surətdə hazırlanması deməkdir. Sosioloji 
tədqiqatların hazırlanması müxtəlif işlərin görülməsini, elmi 
prosedurların və  əməliyyatların həyata keçirilməsini nəzərdə 
tutur. Tədqiqatın  etibarlı  nəzəri  əsasını  təmin etmək, onun 
ümumi məntiqini müəyyən etmək, məlumatların toplanması 
qaydalarını hazırlamaq və  tədqiqat qrupunu  formalaşdırmaq 
lazımdır. 
Hər bir sosioloji tədqiqatın məqsədi cəmiyyət həyatı üçün 
mühüm  əhəmiyyət kəsb edən problemin təhlilini verməkdən 
ibarətdir. Sosioloq təkcə problemin şərhi ilə kifayətlənməməli, 
 
47


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə