48
Şəkil 17.
Hüceyrə membranının quruluşu(sxem-2).
Hüceyrənin
plazmatik
membranı
50%
fosfolipidlərdən və 50% müxtəlif zülallardan təşkil
olunub, nüvə qlafı
(membarnı) 70-75% zülallardan və
25-30% fosfolipidlərdən təşkil olunub. Xloroplast
membranlarında
fosfolipidlərin
əksər
hissəsi
qlikolipidlərlə əvəz olunur (daxili membranı).
Lipidlərə üzvü maddələrin böyük bir qrupu
daxildir ki, onlar suda çətin (hidrofob), üzvi
həlledicilərdə isə, asan (lipofil) həll olurlar. Bu qrup
maddələr yağ turşularının spirtli efirləridir ki, onlar sadə
yağlar şəklində hüceyrədə mövcud olur. Lakin membran
tərkibində mürəkkəb yağlara, steroidlərə də rast gəlinir.
Mürəkkəb yağlar sadə yağlarla digər yağ təbiəti
olmayan maddələrin birləşməsindən əmələ gəlir. Məs:
fosfolipidlər, qlikolipidlər, liporteidlər və s. membranda
ən çox rast gələn mürəkkəb yağlar fosfolipidlər
49
(qliserofosfatidlər),
sfinqomiyelinlərdir.
Qliserofosfatidlər üç atomlu spirtlərin, qliserinin iki yağ
turşusu və fosfor turşusu ilə birləşməsidir ki, fosfor
turşusu da öz növbəsində müxtəlif kimyəvi qruplarla
(xolin, serin, inozit, etanolamin və s.) birləşir.
Məsələn, membranda rast gələn qliserolipid-lesitin
tərkibində iki yağ turşusu, qliserin, fosfor turşusu və
xolin rast gəlinir. Digər membran lipidlərindən biri
sfinqomiyelində, qliserin amin spirti sfinqozinlə əvəz
edilmişdir. Steroidlər yağ turşularından iki doymamış
rabitənin olması ilə fərqlənirlər. Membranda steroid
təbiətli yağlardan ən çox rast gələni xolestrindir. Bitki
hüceyrələrində xolestrin olmur. Bitkilərdə xolestrini
fitosterinlər əvəz edir. Bakteriyalarda isə sterinlər olmur
(Şəkil 18).
50
Şəkil 18. Sitoplazmanın
membranınınquruluşu (elektron
mikroskopu ilə müşahidə).
а –
membranın elektron
mikroskopunda görünüşü
:
səthində qlikokaliks elementləri
görünənikiqatlı membran.
Membranlar arasında şəffaf sahə
görünür. х 300000 (B.K.Rollana
görə)
б – плазматик мембранын
molekulyar quruluşu:lipid
qatlarında(1)
inteqral
(2),
yarıminteqral
(3)
zülallar
yerləşir
Lipid qatlarının
daxili və
xarici
səthində əthi zülallar yerləşir
(4).
Sitoreseptor adlanan
qlikokaliksi
гликокаликси ямяля
эятирян мцряккяб интеграл
зцлалларын олигосахарид
зянжири (К.де Дйува эюря).
Б –
щцжейря сящтиндя
йерляшян ресепторлар
Inteqral
zülal
fosfolipid
xolestrin
Reseptor
51
Membran lipidlərinin xarakter xüsusiyyətlərindən
biri odur ki, onların molekulu funksional cəhətdən iki
hissədən: elektrik yükü saxlamayan qeyri qütblü yağ
turşularından ibarət quyruq və elektrik yüklü qütblü
başcıqdan ibarət olur. Qütblü başcıq hissə mənfi yüklü
olur, bəzən neytral da (həm mənfi, həm də müsbət yüklə
yüklənmiş) ola bilir. Qeyri qütblü quyruq hissə onların
yağlarda və üzvü həlledicilərdə yaxşı həll olmasını
təmin edir. Əgər qütblü lipidləri su ilə qarışdırsaq
mitsellərdən ibarət emulsiya yaranır. Bu zaman
yüklənməmiş hidrofob quyruq hissə mitsellərin
mərkəzində eyni cinsli faza əmələ gətirəcək, hidrofil
başlıq hissə isə su fazasında toplanacaq. Xolestrin
özlüyündə mitseli əmələ gətirə bilmir, lakin lipidlərin
qütblü hissəsindəki mitsellərə qarışır və nəticədə qarışıq
tipli mitsellər yaranır. Əksinə lipidlərə bir qədər su
əlavə etsək, onda sanki mitsellər tərs üzünə çevrilir:
onların hidrofob quyruq hissələri yağ fazasında, yüklü
hidrofil
başcıqları
isə
mitsellərin
daxilində
yerləşəcəkdir.
Hüceyrələrdəki müxtəlif membranlar bir-birindən
lipidlərin miqdarına görə fərqlənirlər. Məsələn,
plazmatik membranda 35-40%, mitoxondrilərdə isə 27-
29% lipid olur. Tərkibində ən çox lipid olan (80%)
plazmatik membran sinirlərin miyelin qılafını əmələ
gətirən Şvann hüceyrələrində olur. Eyni zamanda
məlum olmuşdur ki, hüceyrə membranları bir-birindən
digər tərkibinə görə də fərqlənirlər. Məsələn heyvan
hüceyrələrinin membranları xolestrinlə zəngin (~30%)
52
olub, tərkibində lesitin azdır. Əksinə mitoxonridlərin
membranı fosfolipidlərlə zəngin, xolestrini isə azdır.
Endoplazmatik şəbəkənin membranında lestin
(fosfotidil xolin) 70%, plazmatik membranda isə 25-
30% olur.
Ümumiyyətlə plazmatik membranda xolestrin və
sfinqolipidlərin miqdarı çox və eyni zamanda
fosfolipidlərin
tərkibində
isə
doymuş
və
monodoymamış yağ turşuları üstünlük təşkil edir.
Mitoxondri, endoplazmatik şəbəkə və bir sıra
orqanoidlərin membranında isə xolestrin, sfinqolipidlər
az və polidoymamış yağ turşuları isə çox olur. Görünür
elə buna görə də plazmatik membranın möhkəmliyi
orqanoidlərin membranına nisbətən zəif olur.
Membranlar zülal tərkibinə görə də müxtəlif
olurlar (Şəkil 18). Zülalların bir hissəsi membran
lipidlərilə başcıq hissəsi ilə ion (duz) rabitələri ilə
birləşir. Digərləri isə lipidlərin qütblü hissələri (düz)
Ca
Mg
,
ionları il birləşir. Məlum olur ki, membran
zülallarının çoxu iki hissədən: elektrik yükü ilə zəngin
və qeyri qütblü amin turşularından (qlitsin, alanin, valin,
leytsin) ibarət olur.
Dostları ilə paylaş: |