Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   ...   7   8   9   10   11   12   13   14   ...   69

 
48 
 
 
  
Şəkil 17.
 
Hüceyrə membranının quruluşu(sxem-2).
 
 
Hüceyrənin 
plazmatik 
membranı 
50% 
fosfolipidlərdən  və  50%  müxtəlif  zülallardan  təşkil 
olunub,  nüvə  qlafı
 
(membarnı)  70-75%  zülallardan  və 
25-30%  fosfolipidlərdən  təşkil  olunub.  Xloroplast 
membranlarında 
fosfolipidlərin 
əksər 
hissəsi 
qlikolipidlərlə əvəz olunur (daxili membranı). 
Lipidlərə  üzvü  maddələrin  böyük  bir  qrupu 
daxildir  ki,  onlar  suda  çətin  (hidrofob),  üzvi 
həlledicilərdə  isə,  asan  (lipofil)  həll  olurlar.  Bu  qrup 
maddələr yağ turşularının spirtli efirləridir ki, onlar sadə 
yağlar şəklində hüceyrədə mövcud olur. Lakin membran 
tərkibində mürəkkəb yağlara, steroidlərə də rast gəlinir. 
Mürəkkəb  yağlar  sadə  yağlarla  digər  yağ  təbiəti 
olmayan  maddələrin  birləşməsindən  əmələ  gəlir.  Məs: 
fosfolipidlər, qlikolipidlər, liporteidlər və s. membranda 
ən  çox  rast  gələn  mürəkkəb  yağlar  fosfolipidlər 


 
49 
(qliserofosfatidlər), 
sfinqomiyelinlərdir. 
Qliserofosfatidlər üç atomlu spirtlərin, qliserinin iki yağ 
turşusu  və  fosfor  turşusu  ilə  birləşməsidir  ki,  fosfor 
turşusu  da  öz  növbəsində  müxtəlif  kimyəvi  qruplarla 
(xolin, serin, inozit, etanolamin və s.) birləşir. 
Məsələn, membranda rast gələn qliserolipid-lesitin 
tərkibində  iki  yağ  turşusu,  qliserin,  fosfor  turşusu  və 
xolin  rast  gəlinir.  Digər  membran  lipidlərindən  biri 
sfinqomiyelində,  qliserin  amin  spirti  sfinqozinlə  əvəz 
edilmişdir.  Steroidlər  yağ  turşularından  iki  doymamış 
rabitənin  olması  ilə  fərqlənirlər.  Membranda  steroid 
təbiətli  yağlardan  ən  çox  rast  gələni  xolestrindir.  Bitki 
hüceyrələrində  xolestrin  olmur.  Bitkilərdə  xolestrini 
fitosterinlər əvəz edir. Bakteriyalarda isə sterinlər olmur 
(Şəkil 18).  


 
50 
 
Şəkil 18. Sitoplazmanın
 
membranınınquruluşu (elektron 
mikroskopu ilə müşahidə). 
а –
 
membranın elektron 
mikroskopunda görünüşü

səthində qlikokaliks elementləri 
görünənikiqatlı membran. 
 
Membranlar arasında şəffaf sahə 
görünür. х 300000 (B.K.Rollana 
görə)
 
б – плазматик мембранын 
molekulyar quruluşu:lipid 
qatlarında(1)
 
inteqral
(2), 
yarıminteqral
 (3) 
zülallar
 
yerləşir
 
Lipid qatlarının
 
daxili və
 xarici 
səthində əthi zülallar yerləşir
 
(4). 
Sitoreseptor adlanan 
qlikokaliksi
 
гликокаликси ямяля 
эятирян мцряккяб интеграл 
зцлалларын олигосахарид 
зянжири (К.де Дйува эюря).
 
Б –
 
щцжейря сящтиндя 
йерляшян ресепторлар 
Inteqral 
zülal 
fosfolipid 
xolestrin 
Reseptor 


 
51 
Membran  lipidlərinin  xarakter  xüsusiyyətlərindən 
biri  odur  ki,  onların  molekulu  funksional  cəhətdən  iki 
hissədən:  elektrik  yükü  saxlamayan  qeyri  qütblü  yağ 
turşularından  ibarət  quyruq  və  elektrik    yüklü  qütblü 
başcıqdan ibarət  olur.  Qütblü başcıq  hissə  mənfi  yüklü 
olur, bəzən neytral da (həm mənfi, həm də müsbət yüklə 
yüklənmiş) ola bilir. Qeyri qütblü quyruq hissə onların 
yağlarda  və  üzvü  həlledicilərdə  yaxşı  həll  olmasını 
təmin  edir.  Əgər  qütblü  lipidləri  su  ilə  qarışdırsaq 
mitsellərdən  ibarət  emulsiya  yaranır.  Bu  zaman 
yüklənməmiş  hidrofob  quyruq  hissə  mitsellərin 
mərkəzində  eyni  cinsli  faza  əmələ  gətirəcək,  hidrofil 
başlıq  hissə  isə  su  fazasında  toplanacaq.  Xolestrin 
özlüyündə  mitseli  əmələ  gətirə  bilmir,  lakin  lipidlərin 
qütblü hissəsindəki mitsellərə qarışır və nəticədə qarışıq 
tipli  mitsellər  yaranır.  Əksinə  lipidlərə  bir  qədər  su 
əlavə  etsək,  onda  sanki  mitsellər  tərs  üzünə  çevrilir: 
onların  hidrofob  quyruq  hissələri  yağ  fazasında,  yüklü 
hidrofil 
başcıqları 
isə 
mitsellərin 
daxilində 
yerləşəcəkdir. 
Hüceyrələrdəki  müxtəlif  membranlar  bir-birindən 
lipidlərin  miqdarına  görə  fərqlənirlər.  Məsələn, 
plazmatik  membranda  35-40%, mitoxondrilərdə  isə 27-
29%  lipid  olur.  Tərkibində  ən  çox  lipid  olan  (80%) 
plazmatik  membran  sinirlərin  miyelin  qılafını  əmələ 
gətirən  Şvann  hüceyrələrində  olur.  Eyni  zamanda 
məlum  olmuşdur  ki,  hüceyrə  membranları  bir-birindən 
digər  tərkibinə  görə  də  fərqlənirlər.  Məsələn  heyvan 
hüceyrələrinin  membranları  xolestrinlə  zəngin  (~30%) 


 
52 
olub,  tərkibində  lesitin  azdır.  Əksinə  mitoxonridlərin 
membranı fosfolipidlərlə zəngin, xolestrini isə azdır. 
Endoplazmatik  şəbəkənin  membranında  lestin 
(fosfotidil  xolin)  70%,  plazmatik  membranda  isə  25-
30% olur.    
Ümumiyyətlə  plazmatik  membranda  xolestrin  və 
sfinqolipidlərin  miqdarı  çox  və  eyni  zamanda 
fosfolipidlərin 
tərkibində 
isə 
doymuş 
və 
monodoymamış  yağ  turşuları  üstünlük  təşkil  edir. 
Mitoxondri,  endoplazmatik  şəbəkə  və  bir  sıra 
orqanoidlərin  membranında  isə  xolestrin,  sfinqolipidlər 
az və polidoymamış yağ turşuları isə çox olur.  Görünür 
elə  buna  görə  də  plazmatik  membranın  möhkəmliyi 
orqanoidlərin membranına nisbətən zəif olur.  
Membranlar  zülal  tərkibinə  görə  də  müxtəlif 
olurlar  (Şəkil  18).  Zülalların  bir  hissəsi  membran 
lipidlərilə  başcıq  hissəsi  ilə  ion  (duz)  rabitələri  ilə 
birləşir.  Digərləri  isə  lipidlərin  qütblü  hissələri  (düz) 




Ca
Mg
,
  ionları  il  birləşir.  Məlum  olur  ki,  membran 
zülallarının  çoxu  iki  hissədən:  elektrik  yükü  ilə  zəngin 
və qeyri qütblü amin turşularından (qlitsin, alanin, valin, 
leytsin) ibarət olur.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə