Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   2   3   4   5   6   7   8   9   10   ...   69

 
30 
sitoqenez anlayışı əvəzinə «omnis cellula e cellula» yəni 
«hər bir hüceyrə hüceyrədən» müddəasını irəli sürdü və 
bu da hüceyrə nədən əmələ gəlir sualına düzgün  cavab 
oldu. 
 
 
   
Şəkil 10. R.Virxov 
 
Lakin hüceyrə nəzəriyyəsinin yaranmasından əvvəl 
bir  çox    alimlərin  nailiyyətləri  olmuşdur.  1824-1827-ci 
illərdə  fransız  alimləri  A.Dyutroşe,  F.Raspayl, 
P.Tyurpen  belə  bir  fikir  irəli  sürdülər  ki,  topacıq  və 
qovuqcuqlar  (hüceyrələr)  bütün  bitki  və  heyvan 
toxumalarının  elementar  struktur  vahidləridir.  Bu 
cəhətdən  çex  alimi  Y.Purkinyenin  işlərini  qeyd  etmək 
lazımdır.  O,  1837-ci  ildə  «nüvəli  dənəciklər» 
nəzəriyyəsini  irəli  sürmüşdür.  1834-1847-ci  illərdə  rus 
histoloqu  P.F.Qoryaninov  hüceyrəni  canlı  orqanizmin 
quruluş modeli olması haqqında  fikri formalaşdırdı.  


 
31 
Hüceyrə nəzəriyyəsinin müddəaları müasir dövrdə 
hüceyrələrin  quruluşu,  çoxalması,  bir-biri  ilə  əlaqəsi, 
qocalması,  ölməsi  və  yerinə  yetirdiyi  funksiyalar 
haqqında  məlumatlarla  zənginləşib.  Müasir  hüceyrə 
nəzəriyyəsinin aşağıdakı müddəaları var:  
 
 
                          
Şəkil 11. T.Şvann 
 
1.
 
Hüceyrə  canlı  orqanizmlərin  ən  kiçik  quruluş  və 
funksiya vahididir. 
2.
 
Müxtəlif  orqanizmlərin  hüceyrələri  quruluşuna, 
kimyəvi  tərkibinə,  həyat  fəaliyyətinə  və  maddələr 
mübadiləsinə görə oxşardır. 


 
32 
3.
 
Hüceyrələrin çoxalması ana hüceyrənin bölünməsi 
yolu  ilə  baş  verir  (omnis  cellula  cellula  -  hər 
hüceyrə hüceyrədən). 
4.
 
Mürəkkəb çoxhüceyrəli orqanizmlərdə  hüceyrələr 
mənşəyinə, 
formasına, 
yerinə 
yetirdikləri 
funksiyalarına  görə  ixtisaslaşaraq  toxuma  və 
orqanları əmələ gətirirlər. 
5.
 
Orqanlar  toxumalardan  ibarətdir,  onlar  öz 
aralarında  sıx  əlaqədə  olub,  hüceyrəarası  maddə 
sinir  və  humoral  sistemlərin  fəaliyyəti  ilə 
tənzimlənir. 
 
Hüceyrə nəzəriyyəsinin əhəmiyyəti. 
 
1.
 
O,  bir  çox  bioloji  elmlərin  əsasən  sitologiya, 
histologiya, embriologiya, fiziologiya və s. inkişafı 
üçün bünövrə rolunu oynayır. 
2.
 
Orqanizmin 
fərdi 
inkişafının-ontoqenezin 
mexanizmini başa düşməyə imkan yaradır. 
3.
 
Həyatın,  ətraf  aləmin  başa  düşülməsinin    əsasını 
təşkil edir. 
4.
 
Orqanizmlərin  təkamüllünün  dərk  olunmasına  və 
izah edilməsinə təkan verir.  


 
33 
 
 
 
 
 
 
 
 
 
 
HÜCEYRƏNİN QURULUŞU 
 
Hüceyrə  həm  sərbəst  (birhüceyrəli  orqanizmlər 
misalında),  həm  də  çoxhüceyrəli  bitki  və  heyvan 
orqanizmlərində elementar, quruluş, funksiya və inkişaf 
vahidi  şəkilində  mövcuddur.  Bütün  hüceyrələr 
quruluşlarından  asılı  olaraq  prokariot  və  eukariotlara 
bölünür (Şəkil 12). 
 
 
Şəkil 12. Eukariot (A) və prokariot (B) hüceyrələr 
 
Prokariot (yunanca, pro-əvvəl, qədər; karion-nüvə) 
hüceyrələrin  nüvə  qılafı,  nüvəsi,  orqanoidləri  yoxdur. 


 
34 
Bu 
qrupa 
bakteriya 
və 
göy-yaşıl 
yosunları 
(sianobakteriyalar)  aid  etmək  olar.  Onlarda  genetik 
məlumat  halqa  şəklində  olan  ikiqat  DNT  zəncirində 
saxlanır.  Prokariot  hüceyrələr  möhkəm  hüceyrə  divarı 
ilə  əhatə  olunub  və  mitotik  aparatdan  məhrumdurlar. 
Eukariot  (yunanca,  eu-yaxşı,  karion-nüvə)  hüceyrələr 
isə  qılaf,  sitoplazma  və  nüvəyə  malikdirlər.  Onlar 
prokariotlardan  xromosomların  sayına,  hüceyrədaxili 
membranlar  sistemindən  ibarət  olan  orqanoidlərin  və 
formalaşmış  nüvənin  mövcudluğuna  görə  fərqlənirlər. 
Eukariotlar 
irsiyyətin 
maddi 
daşıyıcıları 
olan 
xromosomların  yeni  əmələ  gələn  hüceyrələr  arasında 
bərabər  paylanmasını  təmin  edən  mitotik  aparata 
malikdirlər.  Lakin  mövcud  fərqlərə  baxmayaraq  bütün 
hüceyrələr  müəyyən    ümumi  prinsiplərə  malikdirlər: 
genetik  məlumatın  DNT-də  yerləşməsi,  hüceyrəyə  xas 
əsas həyati xüsusiyyətlərdə oxşarlıq və s. 
Eukariot  hüceyrələr  aşağıdakı  komponentlərdən 
ibarətdir (Şəkil 13)
 
1.
 
Hüceyrə qlafı (hüceyrə səthi); 
2.
 
Sitoplazma; 
3.
 
Nüvə. 
 
Bu komponentlərin hər biri öz növbəsində bir neçə 
hissədən ibarətdir. 
 
Hüceyrə qlafı: 
1.
 
Hüceyrə  divarı  (bitkilərdə)  və  ya  qlikokaliks 
(heyvan hüceyrələrində) 
2.
 
Stoplazmatik 
membran 
(sitolemma, 
plazmolemma) 


 
35 
3.
 
Dayaq  və  yığılan  strukturlardan  ibarət 
membranaltı qat. 
 
Sitoplazma: 
1.
 
Hialoplazma. 
2.
 
Paraplazma. 
3.
 
Metoplazma. 
 
 
Şəkil 13. Hüceyrənin quruluş sxemi. 
 
Nüvə: 
1.
 
Nüvə divarı və ya kariolemma 
2.
 
Nüvə şirəsi (kariolimfa)  
3.
 
Xromatin (xromosom) 
4.
 
Nüvəcik. 
Elementar,  quruluş,  funksiya  və  çoxalma  vahidi 
olan  hüceyrə  bitkilərdə  və  heyvan  orqanizmlərində 
müəyyən spesifik cəhətlərinə görə fərqlənir (şəkil 14). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə