Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   ...   6   7   8   9   10   11   12   13   ...   69

 
44 
hüceyrəsinin  bu  cür  genişlənmiş  terminal  çıxıntısı 
sinir  hüceyrəsi  ilə  sinaptik  əlaqə  yaratmaqla  bərabər 
onun  çıxıntıları  ilə  də  əlaqədə  ola  bilər.  Sinir 
hüceyrəsinin periferik çıxıntısı  – aksonlar  effektor və 
reseptor  hüceyrələrlə  spesifik  təmas  yaradırlar.  Bu 
hüceyrələrin  membranları  arasında  20-30  nm  sahə 
sinaptik  deşik  yaradır.  Bu  deşiyin  boşluğunda  bəzən 
çox  nazik  sapvari  struktura  müşahidə  edilir  ki,  bu 
saplar  membran  səthinə  perpendikulyar  yerləşir. 
İmpulsu  ötürən  hüceyrənin  sinaptik  təmasının 
membranı presinaptik, impulsu qəbul edən hüceyrənin 
sinaptik  təmasına  isə  postsinaptik  təmas  deyilir. 
Elektron  mikroskopunda  presinaptik  membranda  çox 
miqdar  kiçik  vakuolla  sinaptik  genişlənmələr 
müşahidə  edilir.  Sinir  impulsları  ötürülən  zaman 
sinaptik  genişlənmələr  öz  möhtəviyyatını  sinaptik 
deşiyə  tökürlər.  Məlum  olmuşdur  ki,  sinapslar  sinir 
qıcıqlanmalarını  ötürməklə  yanaşı,  həm  də  iki 
qarşılıqlı  əlaqədə  olan  hüceyrələrin  birləşməsi 
vəzifəsini yerinə yetirir.  
Sadə  təmas  forması  bir-birinə  yaxın  yerlərdə  bir 
çox 
hüceyrələrdə 
xüsusilə 
epiteli 
toxuması 
hüceyrələrində  rast  gəlir.  Bu  tip  təmas  zamanı  qonşu 
hüceyrələr  arasında  15-20  mm  məsafə  qalır.  Bu  cür 
təmas formasında sitoplazma tərəfdən membrana heç bir 
əlavə quruluş vahidləri birləşmir.  
Aralıq  təmasda  membranlar  arası  sahə  bir  qədər 
geniş  olur  (20-30  mm)  və  sadə  təmasdan  fərqli  olaraq 
həmin  sahə  sıx  zülal  təbiətli  maddə  ilə  dolmuş  olur. 
Sitoplazma  tərəfdən  nazik  mikrofibrillər  (4-7  mm)  tor 


 
45 
şəklində yerləşir. Bu təmasın elə forması var ki, hüceyrə 
ətrafında  lent  və  ya  qurşaq  şəklində  yapışma  zonası 
yaranır,  desmosom  təmas  ən  çox  örtük  epitelisi 
hüceyrələrində  rast  gəlir.  Bu  zaman  hüceyrənin 
müəyyən sahəsində 0,5 nm diametri qalınlaşma olur ki, 
çox  vaxt  bu  qalınlaşma  elektron  sıx  maddədən  ibarət 
olub, bəzən çox qatlı olur. Bəzən sitoplazma tərəfdən bu 
zonada elektron sıx maddə yerləşir ki, bu da membranın 
daxili  səthinin  qalınlaşmasına  səbəb  olur.  Qonşu 
hüceyrələrin  desmosomları  simmetrik  yerləşir  və 
hüceyrələrin mexaniki əlaqəsini təmin edir.  
Zəncirbənd  tipli  təmas.  Hüceyrə  membranın 
daxilə çökməsi ilə yaranan çıxıntının digər yanaşı duran 
hüceyrənin  girintisinə  daxil  olmaqla  yaranır.  Hüceyrə 
membranının  bu  cür  çökməsi  invaqinasiya  adlanır. 
Zəncirbənd  tipli  təmasda  membranlar  arası  münasibət 
sadə təmas formasında olduğu kimidir. Lakin bu zaman 
membranların  təması  daha  sıx  olur.  Bu  cür  təmas 
xüsusilə böyrək epitelisi hüceyrələrində rast gəlinir.  
Sıx  qapanma  tipli  təmas  toxuma  kulturasında 
fibroblast hüceyrələrində, rüşeym epitelisi ilə mezenxim 
arasında,  vəzi  hüceyrələrində,  bağırsaq  hüceyrələrində 
rast  gəlinir.  Bu  təmasla  əlaqədə  olan  hüceyrələrdə  iki 
plazmatik  membranın  xarici  qatları  maksimum 
yaxınlaşmış olur. Çox vaxt iki osmiofil xarici membran 
2-3  nm  qalınlığında  ümumi  bir  membran  əmələ  gətirir. 
Bəzən  membranlar  bütün  səthləri  ilə  deyil  müəyyən 
sahələrdə  belə  birləşərək  hüceyrənin  apikal  hissəsində 
(yuxarı bağırsağın içərisinə baxan sahədə) qurşaq əmələ 
gətirirlər.  Odur  ki,  hər  bir  hüceyrə  bu  qurşaqla  əhatə 


 
46 
olunmuş  olur,  morfoloqlar  ona  qapanmış  təmas  adı 
vermişlər.  Təmasın  qurşaqla  örtülən  sahəsi  hüceyrələr 
arasındaki  məsafəyə  makromolekullar  və  ionların 
keçməsinin  qarşısını  alır.  Bununla  bağırsağın  daxilini 
xarici mühitdən qoruyur.  
 
SİTOPLAZMATİK  MEMBRAN,  QURULUŞU,  
KİMYƏVİ  XÜSUSİYYƏTLƏRİ  VƏ  
VƏZİFƏLƏRİ 
 
Hüceyrənin  bütün  membranlarının  -  sitoplazmatik 
membran,  hüceyrədaxili  komponentlərin  membranları 
və s. hamısı üçün ümumi bir xüsusiyyəti var ki, o da 
onların  çox  nazik  (6-10  nm)  lipoproteid  təbiətli 
olmasıdır. 
Membran 
hüceyrə 
komponentlərini, 
boşluqları, hüceyrənin özünü örtür və xarici mühitdən 
ayırır.  Belə  ki,  sitoplazmatik  membran  hüceyrəni 
xarici  mühitdən  ayırmaqla,  onun  qapalı  olmasını 
təmin  edir.  Membranın  bir  çox  çıxıntıları  olmasına 
baxmayaraq  o  qapalıdır
  (Şəkil  16 
sxem-1
)
.  Hüceyrənin 
heç  bir  yerində  açılmır.  Hüceyrə  daxilindəki  qapalı 
membranlar  şar  və  yastı  formalı  vakollar    yaradır  ki, 
onlar  da  bəzən  çox  mürəkkəb  formada  ola  bilirlər, 
bəzən  də  süngər  və  tor  əmələ  gətirirlər.  Bu  halda 
həmin  boşluqlar  membran  ilə  əhatə  olunur.  Bu  halda 
belə  membranlar  sitoplazmanın  iki  quruluş vəziyyətini 
yaradırlar:  hialoplazma  –  onun  homogen  kimyəvi 
cəhətdən zəngin, fiziki və fiziki-kimyəvi xüsusiyyətlərə 
malik  duru  hissəsi  və  membranla  əhatə  olunmuş 


 
47 
vakuollar,  çöplər,  orqanoidlər  və  törəmələr  olan 
paraplazma və metaplazma hissəsi.  
Mitoxondri  və  plastidlərin  də  membranları  belə 
xüsusiyyətə  malik  olurlar.  Onlar  həmin  orqanoidlərin 
daxili  kütləsini  membranlar  arası  sahədən  və 
hialoplazmadan  ayırırlar.  Nüvə  membranı  da  iki 
lövhədən ibarət olub hər lövhə öz növbəsində üç qatdan 
ibarətdir.  Nüvə  membranı  da  karioplazma  və 
xromosomları  perinüklear  sahədən  və  hialoplazmadan 
ayırır. Membranların bu xüsusiyyətləri onların kimyəvi 
tərkibi  və  lipoproteid  təbiəti  ilə  əlaqədardır  (Şəkil  17 
sxem-2). 
 
 
 
 
Şəkil 16
.
 Hüceyrə membranının quruluşu(sxem-1).
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə