Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   ...   8   9   10   11   12   13   14   15   ...   69

 
53 
         
 
 
Şəkil 19. Hüceyrə membranının quruluşu. 
 
Belə  zülallar  membranın  yağ  qatında  elə  yerləşir 
ki, onların qütblü sahələri sanki hidrofob yağ hissəsinin 
içərisinə daxil olur.  
Zülalların  hidrofil  hissələri  isə  lipidlərin  başcıq 
hissəsi  ilə  birləşir  və  su  fazasına  doğru  yönəlmiş  olur 
(şəkil  19).  Ona  görə  də  lipidlərin  hidrofob  hissələri  ilə 
qarşılıqlı  əlaqədə  olan  belə  zülallar  praktiki  olaraq  su 
fazasına çıxmırlar. Onları ancaq membranı zədələməklə 
və ya üzvü həlledicilərlə ondan ayırmaq mümkün olur.  
 
 
 
 
 


 
54 
 
 
Şəkil 20. Zülalların lipid qatı ilə qarşılıqlı təsiri. 
A.- ionlarla qarşılıqlı təsirdə olan zülal molekulu; B, V – hidrofil, 
(b
1
, V
1
) hidrofop,  (b

V
2
) PL – zülalların lipidlərlə qarşılıqlı 
 
 
Zülal
 
 
Membran zülalları yerlşməsinə görə üç tipə ayrılırlar
inteqral zülallar, periferial zülallar və bərkidilmiş  
(ankor) zülallar. İnteqral zülallar  transmembran 
zülallar olub adətən membranı  kəsib keçir. Belə 
zülallara müxtəlif transmembran reseptor zülalları ion 
kanalları və digər mikro və makromolekulların 
daşınmasını həyata keçirən zülallar, məsələn nukleopor  
zülalları daxildirlər. Periferial zülallar adətən hüceyrə 
daxilində membran səthinə ion və hidrogen rabitələri 
kimi qeyri- kovalent rabitələrlə  birləşir.  Ona görə də 
periferial zülallar duz qatılığının artması ilə və 
xaotropik (ion əlaqələrini qıran) maddələrin təsiri ilə 
asanlıqla dissosasiya olunurlar. Bərkidilmiş (ankor) 


 
55 
zülallar kovalent rabitə ilə membran səthində lipid 
molekullarına birləşirlər. Belə lipidlərdə yağ 
turşularında (miristil və palmitil turşuları) prenil 
qurupları, farnezil qurupları geranil qurupları zülalların 
posttranslyasiya modifikasiyasında uyğun olaraq 
prenilləşmə, farnezilləşməsinə və  geranilləşmə kimi 
modifikasiyalarına daxil olub zülalları kovalent rabitə 
ilə membrana bağlayırlar. Bu tip membran zülalları 
membrandan asanlıqla dissosasiya olunmurlar. 
 
Membran  zülalları  bioloji  roluna  görə  üç  qrupa 
bölünür: 
1.
 
Ferment zülallar 
2.
 
Reseptor zülallar 
3.
 
Quruluş zülallar 
1.
 
Membran 
tərkibindəki 
ferment 
zülallar 
miqdarca  çox  və  müxtəlifdir.  Məsələn,  qaraciyər 
hüceyrəsinin  plazmatik  membranında  24  müxtəlif 
ferment  var.  Hər  bir  membranda  özünəməxsus 
ferment dəsti olur. Məsələn, plazmatik membranda K-
Na  asılı  ATP-aza  daha  çox  olub,  ionların  nəqlində 
iştirak edir.  
Mitoxondri membranında isə elektronları daşıyan 
ferment  zülallar  və  ATF  sintezini  təmin  edən 
fosforlaşma,  oksidləşmə-fosforlaşma  reaksiyalarını 
yerinə yetirən ATF-sintefaza fermenti olur.  
2.  Reseptor  zülallar  bu  və  ya  digər  maddələrlə 
birləşmə qabiliyyətinə malik olub, sanki onları tanıyır. 
Bu  reseptor  zülallar  hormonlar,  viruslar,  faqlar  və  s. 


 
56 
üçün  qonşu  hüceyrələri  tanımaq  xüsusiyyətinə 
malikdirlər.  Reseptor  zülalların  bu  xüsusiyyətini 
təsdiq etmək üçün belə bir maraqlı təcrübə aparmışlar. 
İki  hidranı  canlı  halda  neytral  qırmızı  və  narıncı 
rənglərlə  rəngləmiş  və  onları  ayrı-ayrı  qablarda 
ehmalca  əzərək  hüceyrələrini  bir-birindən  ayırıb, 
sonra  bir  qabda  onları  qarışdırmışlar.  Məlum  olduğu 
kimi hidrada yüksək dərəcədə regenerasiya qabiliyyəti 
vardır.  Bir  müddət  hidraların  qarışığını  sakitcə 
saxladıqdan sonra qırmızı  rənglə rənglənən hidraların 
hüceyrələri  regenerasiyaya  uğrayaraq  bütöv  bir 
qırmızı 
rənglənmiş 
hidra, 
narıncı 
rənglənən 
hüceyrələrdən isə narıncı hidra yaranmışdır. Beləliklə 
hər  hidranın  hüceyrələrindəki  plazmatik  membranın 
reseptor  zülalları  bir-birini  tanımaq  vəzifəsini  yerinə 
yetirmişlər.  
3.  Membranın  quruluş  zülalları  digər  zülallara 
nisbətən az öyrənilmişdir. Məlumdur ki, bu zülallarda 
geniş  hidrofob  sahələr  mövcuddur.  Onların  rolu  çox 
güman  ki,  membranların  stabil  saxlanmasını  təmin 
etməklə  yanaşı,  poliferment  komplekslərin  təşkilində 
iştirak etməsidir.  
Beləliklə,  membranların  kimyəvi  cəhətdən 
müxtəlifliyi  təkcə  lipidlərin  deyil,  zülalların  da 
müxtəlifliyi  ilə  əlaqədardır.  Odur  ki,  hüceyrə 
membranı  üçün  ümumi  cəhət  ondan  ibarətdir  ki, 
onların  hamısı  lipoproteid  təbiətlidir,  fərqli  cəhətləri 


 
57 
isə  zülal  və  lipidlərin  miqdarı  və  keyfiyyət 
xüsusiyyətlərinin müxtəlif olmasıdır.  
Bəzi  membranlarda  rast  gələn  karbohidrat 
komponentləri 
isə 
membranda 
qlikoprotein 
kompleksinin  olmasıdır  ki,  onlarda  zülallarla 
karbohidratların  kovalent  rabitələrlə  birləşməsindən 
yaranır.  Hüceyrə  membranın  quruluşuna  gəlincə  isə, 
o,  üç  qatlı  lipoproteid  təbiətli  (sendviç)  (zülal-lipid-
zülal) 
xüsusiyyətidir. 
Elektron 
mikroskopik 
tədqiqatlar  membranın  bu  xüsusiyyətini  isbat  edən 
dəyərli  məlumatlar  vermişdir.  Elektron  mikroskopu 
vasitəsilə sinirlərin miyelin qlafının ultra quruluşunun 
öyrənilməsi göstərdi ki, həqiqətən də membran 2,5 nm 
qalınlığında iki tünd rəngli qatdan və onların arasında 
yerləşən  geniş  açıq  rəngli  qatdan  ibarətdir.  Sonralar 
isbat  edildi  ki,  bütün  membranlar  üç  qatdan  iki  zülal 
və bir lipid qatından ibarətdir. Maraqlı  cəhət odur ki, 
membran  lipidlərin  çox  hissəsi  (70%)  membran 
zülalları ilə əlaqədə deyil.  
Membran  zülalları  3  əsas  hissəyə  bölünür:  səth 
zülalları, inteqral zülallar, yarıminteqral zülallar. Səth 
zülalları  lipid  cərgələrinin  ya  xaricində  ya  da 
daxilində yerləşir. Bunlar menbranın səthi ilə möhkəm 
birləşməyiblər.  İnteqral  zülalar  hər  iki  lipid 
cərgəsindən  keçir,  yarıminteqral  zülallar  isə  lipid 
cərgələrinin  ancaq  birində  yerləşir.  Funksiyalarına 
görə  menbran  züllaları  zülal-ferment,  zülal  reseptor, 
qoruyucu və struktur zülal ola bilər. Zülal molekulları 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə