Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   ...   9   10   11   12   13   14   15   16   ...   69

 
58 
lipid  cərgələrində  mozaik  yerləşir  və  «lipid  dənizində 
aysberq kimi üzürlər». Göstərdiyimiz bioloji membran 
quruluşu maye mozaik quruluş adlanır. Öz növbəsində 
lipid molekulları bir-birinə paralel, hüceyrə səthinə isə 
perpendikulyar  vəziyyətdə  yerləşmişdir.  Hər  iki  sıra 
lipid  molekullarının  elektrik  yükünə  malik  olmayan 
hidrofob  (su  sevməyən)  ucları  bir-birinə,  elektrik 
yüklü hidrofil ucları isə xarici və daxili zülal qatlarına 
yönəlmişdir. 
Belə 
quruluş 
elementar 
bioloji 
membranlar  üçün  ümumi  olub,  bütün  hüceyrələrdə 
eynidir.  Sitoplazmatik  membran  hüceyrənin  daxilinə 
və 
içərisinə 
doğru 
yönəlmiş 
büküşlər 
(mikroxovcuqlar) 
əmələ 
gətirə 
bilər. 
Bunlar 
hüceyrənin  ümumi  səthini  böyüdür  və  beləlilklə 
hüceyrə  möhtəviyyatı  ilə  xarici  mühit  arasında  gedən 
maddələr 
mübadiləsini 
sürətləndirir. 
Hüceyrə 
membranı  yarımkeçirici  xüsusiyyətə  malikdir.  Xarici 
mühitlə  hüceyrə  arasındakı  mübadilə  proseslərini 
tənzim  edir  və  hüceyrənin  daxili  mühitini  sabit 
saxlayır.  Maddələrin  xarici  mühitdən  hüceyrəyə  və 
hüceyrədən  xarici  mühitə  keçməsi  fəal  və  passiv 
keçiricilik  vasitəsilə  yerinə  yetirilir  (şəkil  21). 
Maddələrin  hüceyrəyə  fəal  keçiriciliyi  molekulun 
ölçüsünün membran məsamələrinin ölçüsündən böyük 
olduğu  halda  belə,  eləcə  də  maddə  qatılığı 
qradiyentinin  əksinə  maddələrin  hüceyrəyə  daxil 
olmasını  təmin  edir  ki,  bu  zaman  ATF  enerjisi  sərf 
olunur.  Passiv  keçiricilik  isə  diffuziya  yolu  ilə 


 
59 
faqositoz  və  pinositoz,  eləcə  də  rofeositoz  vasitəsilə 
həyata  keçirilir.  Əslində  pinositozla  rofeositoz  bir-
birindən  az  fərqlənir.  Belə  ki,  pinosintoz  duru 
maddələrin  hüceyrə  membranı  daxilə  qatlanması  ilə 
hüceyrəyə  daxil  olmasıdırsa,  rofesitoz  membrana 
yapışmış  ən  kiçik  hissəciklərin  həmin  membranın 
büküşlərinin  dibinə  yapışmış  hissəciklərin,  büküşün 
dibi  ilə  birlikdə  membrandan  ayrılması  və  hüceyrəyə 
daxil  olması  prosesidir.  Odur  ki,  rofeositoz  hadisəsi 
pinositozdan  hüceyrə  tərəfindən  qəbul  edilən 
hissəciklərin  submikroskopik  ölçüləri  və  yüksək 
sıxlığı ilə fərqlənir. Faqositoz, pinositoz və rofeositoz 
birlikdə endositoz adlanır.  
 
Şəkil 21 .Hüceyrə membranında maddələrin nəql olunması 
 
 
 


 
60 
Hüceyrə  membranının  hərəkəti  və  xaricə 
qatlanmaqla hüceyrəyə lazım olmayan maddələrin kənar 
edilməsi isə ekzositoz adlanır (şəkil 22).  
 
Bioloji menbranların funksiyaları: 
1.
 
Ayrıcı  funksiyası  –  hüceyrəni  xarici  mühitdən, 
nüvəni  sitoplazmadan,  orqanoidlərin  tərkibini 
onların mikromühitindən və s. ayırır. 
2.
 
Qoruyucu funksiyası – hüceyrənin daxili mühitini 
xarici faktorların ziyanlı təsirindən qoruyur. 
3.
 
Reseptor funksiyası – (bax səh.29 ). 
4.
 
Daşıyıcı  funksiyası  –  hüceyrəyə  maddələrin 
daşınması-endositoz,  maddələrin  hüceyrədən 
daşınması-ekzositoz. 
5.
 
Hüceyrəarası 
əlaqələrdə 
iştirak 
edir 
– 
hüceyrəarası 
əlaqələrin 
yaradılmasını 
və  
hüceyrələr arasında distant əlaqələni təmin edir.  
 


 
61 
 
 
Şəkil 22. Maddələrin  hüceyrə daxilinə (endositoz) 
və hüceyrədən xaricə (ekzositoz) daşınması. 


 
62 
 
                         Membranın nəql etmə mexanizmi 
 
İon kanallarının  (İK) hüceyrənin normal fəaliyyətində 
əhəmiyyəti  çox böyükdür. Onlar hüceyrə ilə xarici 
mühit arasında maddələr, enerji və məlumat 
mübadiləsinin saxlanmasında iştirak edirlər. Məsələn, 
ion kanalları  sinir və əzələ hüceyrələrində oyanma
tormozlanma, xarici siqnalların qəbulu və onlara cavabı  
uyğun reseptorlarla birlikdə təmin edirlər (Şəkil 23). 
Bilavasitə İK- ı oyanmanı oyanmış neyronlardan 
sinaptik ötürmə ilə digər hüceyrələrə  
 
       
  
 
        
Şəkil 23. Membranın nəql etmə mexanizmi 
 
 
 


 
63 
verirlər. Ümumiləşdirərək demək olar ki, orqanizmdə ən 
mühüm  fizioloji  proseslər  ion  kanalları  ilə  başlayır  , 
davam  edir  və  reallaşır.  Membranın  ion  kanalları 
ionların  hüceyrəyə  və  hüceyrədən  xaricə    hərəkətini 
təmin  edən  müxtəlif  diametrli  kiçik  zülal  borulardan  
ibarətdir.  İonların  ion  kanalları  ilə  hərəkəti  hüceyrə 
daxilində  və  xaricində  ion  qatılığının,  membranda  isə 
elektrik  potensialının  dəyişməsinə  səbəb  olur.  İK-dan 
başqa  plazmatik  membranda  müxtəlif  maddələrin 
daşınmasında iştirak edən digər nəqledici sistemlər var. 
Belə ki, maddələrin daşınmasında xüsusi zülallar və ya 
translokazalar  iştirak  edir.  İK-dan  fərqli  olaraq 
translokazalar 
maddələrin 
daşınma 
prosesində 
konfarmasion  dəyişikliklərə  uğrayırlar.  İK-nı  ətrafında 
zülal  “saplar”  yerləşmiş  “dəlik”  və  ya  “məsamə”  kimi 
qəbul  etmək  olar.  Bu  məsamələr  təsirdən  asılı  olaraq 
müəyyən  qədər  genişlənə  və  ya  darala  bilər.  Kanallar 
müxtəlif  quruluşa  və  formaya  malik  olduqları  üçün 
fərqli  keçiricilik  intensivliyinə,  tənzimlənmə  və 
tənzimləmə  mexanizminə  malikdirlər.  İon  kanalları  – 
inteqral  zülallardan  təşkil  olunmuş,  hüceyrə  ilə  mühit 
arasında ( hüceyrəarası sahə ) K
+
, Na
+
, H
+
, Ca
+
, Cl
+
  və 
həmçinin  su  molekullarının  keçiriciliyini  təmin  edir. 
Membranda akvaporin adlanan su kanalları mövcuddür. 
Bunları  ion  kanalları  adlandırmaq  olmaz.  Akvaporin  – 
zülal  kanallar  silindrik  qurluşa  malikdir,  ionlar  üçün 
keçirici  olmayan    bu  kanallar  vasitəsi  ilə  ancaq  su 
molekulları keçə bilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə