Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   ...   12   13   14   15   16   17   18   19   ...   69

 
73 
Zülalları  ilə  bağlı  olan  bu    reseptorların  iki  sahəsi  var: 
Siqnal  molekulları  ilə  əlaqəsi  olan  reseptor  hissə  və 
zülalların a,b,c hissələri ilə əlaqədar olan hissəsi. 
Siqnalla  aktivləşmiş  reseptor  (məsələn β- və  ya  α-
adrenorqik  reseptorlar)  Gα
s
  və  ya  Gα
i
  zülalla  əlaqədə 
olub  onu  aktiv  vəziyyətə  gətirir.  Aktivləşmiş  Gα
s
-GTP 
yaxınlıqda 
olan 
transmebran 
adenilatsiklazanı 
fəallaşdırır,  sonuncu  isə  ATP-dən  ikinci  mesenceri 
3’,5’- cAMP
 sintez edir. cAMP-nin artması cAMP-asılı 
olan  proteinkinazanı  (proteinkinaza-A  və  ya  PKA) 
fəallaşdırır.  PKA  isə  siqnalı  bir  neçə  istiqamətdə  ötürə 
bilir. 
Bunlara 
biri 
siqnalın 
Ca
2+
-kalmodulinlə 
ötürülmədir,  bu  hüceyrənin  sitoplazması  daxilndə  baş 
verir.  Ca
2+
-kalmodulin  ion  kanallarını  fəaliyyətində  də 
iştirak  edir,  məsələn  ürək  əzələlərinin  yığılmasında 
əhəmiyyətli  olan  Ca
2+
  kanalının  fəaliyyətində.  Digər 
siqnal  yolu  isə  PKA-dan  β-arrestin  vasitəsi  ilə  siqnalın 
nüvəyə  ötürülməsidir.  Bu  zaman  β-arrestin  öz  yolunda 
c-Jun-kinaza  kaskadını  aktivləşdirir.  Digər  tərəfdən  β-
arrestin  c-Src  proteinkinazasını  aktivləşdirir,  sonuncu 
isə  MAP-kizaza  kaskadının  aktivləşməsinə  səbəb  olur. 
C-Jun  kinaza  və  MAP-kinaza  kaskadlarıı  isə  bir  sıra 
əsas  transkripsiya  faktorlarının  fosforlaşmasına  səbəb 
olurlar.  
 Siqnal  molekulu  ilə  bağlanandan  sonra  zülal 
siqnalı sitolemma  ilə  əlaqəli  olan  fermentə  ötürür  ki, o 
da  öz  növbəsində  ikinci  ötürücü  3`,5`-tsiklik 
adenizinmonofosfat  sintez  edir.İkinci  ötürücü  rolunda 
həmçinin kalsium molekulları da iştirak edə bilər. 
Zülallarla bağlı reseptorlar vasitəsilə əksər hormon 
və neyromediatorların hüceyrəyə təsiri baş verir. 


 
74 
Hüceyrədaxili  reseptorlar  hüceyrənin  daxilində-
hialoplazmadan 
orqonoidlərin 
membranında 
(sitoplazmatik 
reseptorlar), 
və 
nüvədə 
(nüvə 
reseptorları) yerləşirlər. 
Onlar  polyar  olmayan  hormonlar  və  başqa  bioloji 
fəal  maddələr  üçün  nəzərdə  tutulub,  (steroid  və  tireoid 
hormonları) asanlıqla hüceyrə daxilinə diffuziya edirlər. 
Hüceyrədə  nüvə  reseptorları  funksiyasına  görə  xüsusi 
ilə seçilirlər. Onlar steroid,tireoid hormonları və vitamin 
D-3-lə  bağlı  olur.  Belə  reseptorların  molekulları  iki 
sahədən  ibarət  olur:  hormonlarla  rabitəyə  girə  biləcək 
sahə və nüvədəki  DNT–nin xüsusi sahələri ilə qarşılıqlı 
təsirdə ola bilən sahə. Nüvə reseptorlarını transkripsiya 
faktorları  adlandırmaq  olar.  Onlardan  bəzilərini 
protoonkogenlər 
hədəf  orqanların  hüceyrələrinin 
differensasiyası  və  hüceyrəarası  əlaqələri  idarə  edən 
normal genom  genlərinə aid etmək olar. 
Protoonkogenlərdə  baş  verən  somatik  mutasiyalar 
nəticəsində 
hüceyrələrin 
bədxassəli 
hüceyrələrə 
çevrilmə ehtimalı var. 
Hüceyrə  daxili  reseptorlar  həmçinin  orqonoidlərin 
membranlarında 
yerləşə 
bilərlər, 
məsələn: 
mitoxondirlərin  membranlarında  tireoid  hormonlara 
həssas  reseptorlar yerləşir. 
Ümumiyyətlə  səth  reseptorların  fəaliyyətini 
işıqlandırmaq  üçün  hüceyrə  adqeziyası  anlayışında 
geniş istifadə edilir. 
Aqdeziya  -  bir-birini  tanıyan  hüceyrələrin  hüceyrə 
və 
hüceyrəxarici 
matriksdə 
yerləşən 
spesifik 
qlikoproteinlərin qarşılıqlı təsir prosesidir. Belə hallarda 
əgər qlükoproteinlər birləşmə əmələ gətirərsə, adqeziya 
baş  verər  və  sonra  hüceyrəarası  yaxud  hüceyrə  və 


 
75 
hüceyrəxarici  matriks  arasında  möhkəm  əlaqələr 
formalaşacaq.  Bütün  hüceyrə  adqeziya  molekullarını 
beş sinfə bölmək olar. 
1.
 
Kadqerinlər- 
bunlar 
transmembran 
qlükoproteidləridir, 
adqeziya 
üçün 
kalsium 
ionlarından istifadə edirlər. Kadqerinlər sitoskletin 
qurulmasına  və  hüceyrələrin  digər  hüceyrələrlə 
əlaqə yaratmasına cavabdehdirlər. 
2.
 
İnteqrinlər-hüceyrəkənarı 
matriksin 
zülalları 
(fibropektin,  laminin  və  s.)  üçün  membran 
reseptorlarıdır. İnteqrinlər hüceyrədaxili zülalların, 
vinkulin,  x-aktinin  vasitəsi  ilə  hüceyrəkənarı 
matriksi  sitoskletlə  birləşdirirlər.  Onlar  hüceyrə-
hüceyrəkənarı 
və 
hüceyrələrarası 
adqeziya 
molekulları kimi fəaliyyət göstərirlər. 
3.
 
Selektinlər-damarlarda  leykositar-  endotel  əlaqəni 
və  leykositlərin  damar  divarlarından  toxumalara 
keçməsini təmin edir. 
4.
 
İmmunoqloblinlər  –  bu  molekullar  immun 
reaksiyalarda, 
embriogenezdə 
və 
yaraların 
sağalmasında mühüm rol oynayırlar. 
5.
 
Hominq-molekulları 
limfositlərin 
endotellə 
əlaqələrini 
təmin 
edir, 
onların 
immun 
reaksiyalarına, cavabdeh olan orqanlara daşımasını 
və  məskunlaşmasını  həyata  keçirirlər.  Beləliklə, 
adqeziya  prosesi  ümumi    bioloji  proseslərin,  yəni 
embriogenez,  immun  reaksiyaları,  böyümə, 
regenerasiya və s. normal gedişi üçün çox vacibdir. 
Onlar  həmçinin  hüceyrədaxili  və  toxuma 
homeostazının 
tənzimləməsində 
böyük 
rol 
oynayırlar. 


 
76 
 
HÜCEYRƏNİN  KİMYƏVİ  VƏ 
FİZİKİ-KİMYƏVİ  TƏŞKİLİ 
 
Hüceyrədaxili  quruluş komponentlərinin dəqiq «iş 
bölgüsü»  mövcuddur.  Məsələn,  mitoxondridlərdə  üzvü 
maddələr  oksidləşir  və  ATF  (adenozintrifosfat  turşusu) 
əmələ  gəlir,  ribosomlarda  zülal  sintez  olunur,  nüvədə 
DNT  (dezoksiribonuklein  turşusu)  toplanır,  fəaliyyət 
göstərir,  xüsusi  ferment  sistemi  işləyir  və  s.  Bu 
reaksiyaların  nəticəsində  hüceyrəyə  xas  olan  zülallar 
sintez  edilir,  həmin  xassə    hüceyrədən  hüceyrəyə 
ötürülür  və  s.  Ona  görə  də  hüceyrə  daxili  vahidlərin 
özləri  kimyəvi  xüsusiyyətlər  daşıyırlar.  Kütləvi 
ədəbiyyatda  hüceyrəni  zavoda  və  ya  laborotoriyaya 
bənzədirlər 
ki,  burada  eyni  zamanda  minlərlə 
reaksiyalar  gedir.  Xarici  mühitdən  fasiləsiz  olaraq 
maddələr  hüceyrələrə  daxil  olur,hüceyrədə  kimyəvi 
dəyişikliyə  uğrayır,  hüceyrə  tərəfindən  istifadə  olunur, 
hüceyrənin  həyat  fəaliyyəti  proseslərində  alınan 
məhsullar isə hüceyrə tərəfindən xarici mühitə ötürülür.  
Hüceyrənin    bir  yerində    maddələr    dərin  kimyəvi 
dəyişikliyə  uğrayır,  parçalanır,  digər  yerində  sadə 
molekulalardan mürəkkəb  maddələr sintez olunur və s.  
Deyilənlərdən  aydın  olur  ki,  hüceyrələrdə  gedən 
prosesləri  öyrənmək  üçün,  hüceyrənin  kimyəvi  tərkibi 
ilə  tanış  olmaq    lazımdır.  Adətən  hüceyrənin  kimyəvi 
tərkibinin öyrənilməsi  sahəsi hüceyrənin biokimyası və 
ya  biokimyəvi  sitologiya  sahəsi    adlanır.  Biokimyəvi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə