8
BƏZ 1995/12/30
... Bəz-( 2) özünün namusunu qorumağa çalışırdı
qeyrətinin atəşiylə, alışırdı
Pak adını, keçmişimin uçrumunda,
itirdiyim Bəz, Rəşidi* döyüşlərdə,
insanlıqca, böyümüşdü
Gerdimanda Alp, ərənlər- ər, Aslanlar
qeyrətilə, bulud kimi çaxnaşırdı
.... və daşırdı qəzəbindən,
Araz- Varaz- Diclə- Fərat-( 3)
.... Araratda, Ağrılardan bin göl salıb,
öz içində göynəyirdi, ağlayırd
.......... onlar birgə, tər- tələsik axırdılar
Oğuz xanın ürəyindən, ağrıların götürməyə
Uyğur bəyə, arazanlıq gətirməyə.
* Ərəb harixində ğələn Rşid və Əbdülləh kimi ögey;adlar, yalnız,
qoçaq və allah qulu mə`nasına ləqəblər olabilər kitarix yazarlar onların
adlarını bilmərən ayama vermişlər
9
SÜKUT 1995/12/26
Sükut- sükut- sükut...
haçanadək! he...y
- bağış, nə əndaza!
- dözüm, nə qədər?
sükut içrə daha, bağrım bağırır
yeyin bir yerişə, xalqın çağırır.
......... tufanlar törədir məndə xəyalın
sən verdin çəkdiyin nəfəsə, qiymət
tapdı bəhasını, canla- qanınla
məni borclu saldı, özümə- sənə,
böyük həqiqətə - insanlıqiçin
bəhe...y həqiqəti, günəşli varlıq
bəhe...y azadlığın, aydın aynası
uzun, əl- qolu
fikrimi titrədən vulkan; deyir, dur
içimdə saldığın sərhəddidən çıx
özündə- özgədə, var nə hasar; yıx.
10
QÜRURLU NİSGİL 1995/12/26
Qara qorxu,
yal- yolları,
zülüm- zülüm, doğramışdı
tutqun səslər, süründükcə yaralarda
quylanırdı, toz- torpaqda
Moğeyrənin oğlu Şöbə-( 4)
yaratdığı cəhənnəmin, odu- közü
ilik- ilik hiss olurdu
lalələrin naləsindən boğulanlar
dağlarıdı
CəvanŞirlər, xəyanətlər məzlumuydu!
zindəganlıq varıydısa, qazamatlar məhkumuydu!
qızılgüllər gölməcində röyalanan, qızıl qanlar,
həmasəsiz yaşayırdı
sankı: hamı qürurunun nisgilini
donuq, gözləm dünyasında
Çətinliklə daşıyırdı.
11
TƏA`Lİ- XƏLSƏ 1995/12/26
Axırdı Muğandan Xəzərə doğru
ümüdlər gözləri,
ellər közləri
......... məni ağlayırdı
- mən, onu, ... səssiz!
Bəzin ən müqəddəs ocaqlarıda
- bir yolluq, ağlırdı min illiyini
............... paylasın odunu qucaq ba qucaq
bir yerdə - bir gözdə,
Azər elinə
... keçmiş günlərinin əzizi,
qərib,
səma` eyləyirdi
o, il- o, gecə
Təa`li - xəlsənin zindəganlığı,
deyərdin;
yetişər sona, indicə!
12
BAŞSIZ SÜRÜ 1996/07/28
Sıra- sıra, başsız sürü!
səfil- səfil, sözsüz- səssiz,
- sürünürlər,acı- xəstə, yaşam üstə!
qurbanların kənarından keçən sorğu, nədən ötrü?!
kimdən xatir?!
nə isə, mən!..... nə isə, sən!
....... yersiz olay,
...................köhnə məzmun,
kimsənə, bud
kimlər, məğbun!.
13
KÖHNƏ DƏYİRMAN 1984/02/25
Ağır bir elin, istəyi- fikri,
köhnə dəyirmanın, əngi altında
padar, dartılır
...... və gözlər yaşıyla, tutulur xəmir
acıyır ürəklə birgə diləklər!
insanlıq, əsirdir,
heyvanlıq, əmir!
14
SÖZ ÖVLADI 1988/05/11
Gündə yüz yol, qara ağıt
qol açdıqda tabıta, he...y
cəhənnəmdə yaşadırlar beheşt adın
... ad - yadıyla;
. - ağladırlar, söz övladın.
Dostları ilə paylaş: |