BağIŞlayan və mehriban allahin adi iLƏ


necə də pis yerdir. Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə24/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   20   21   22   23   24   25   26   27   ...   58
azari-book-25246

necə də pis yerdir. Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz 
kişi, qadın və uşaqlar müstəsnadır”.
2
 
Sevimli  peyğəmbərimiz  (s)  vida  həcci  əsnasında  söylədiyi  xütbəsində 
müsəlmanlara  belə  müraciət  etmişdi:  “Bilin  və  agah  olun!  Ruhuləmin  (vəhy 
                                                           
1
 Təlaq surəsi, 2-3-cü ayələr. 
2
 Nisaə surəsi, 97-98-ci ayələr. 


 
98 
mələyi)  mənə  vəhy  etmişdir  ki,  kimsə  ruzi  payını  tamamilə  almadan  dünyasını 
dəyişməyəcəkdir. Beləliklə, Allahdan qorxun (təqvalı olun) və ruzinizi təqdirəlayiq 
şəkildə  əldə  etməyə  çalışın.  Ruzinizin  bir  qədər  gecikməsi  sizi  Allaha  üsyan 
etməklə (harama, günaha əl atmaqla) ruzi əldə etməyə sövq etməsin! Çünki Allah 
(təbarəkə  və  təala)  ruzini  məxluqları  arasında  haramlıq  deyil,  halallıq  əsasında 
bölüşdürmür.  Kim  təqvalı  və  səbirli  olarsa,  Allah  (c.c.)  onun  ruzisini  halal  yolla 
özünə  çatdıracaqdır.  Tanrının  yasaqlarına  məhəl  qoymayaraq,  dözümsüzlük 
nümayiş etdirərək ruzisini halal olmayan yollarla əldə etməyə çalışanların isə halal 
ruzi  payı  azalar  və  qiyamət  günü  həmin  şəxslər  buna  görə  sorğu-suala  cəlb 
olunarlar”.
1
 
Məsələ  244.  Müsəlmanın  böyük  günahların  baş  verdiyi  əyləncə 
məkanlarında  harama  sürüklənməsi  ilə  nəticələnən  işlərlə  məşğul  olması 
yolverilməzdir. 
Məsələ 245. Müsəlmanlar İslam şəriətində halal hesab edilən istənilən alqı-
satqı,  idxal,  ixrac  və  s.  biznes  fəaliyyətlərində  başqa  dinlərin  ardıcılları,  o 
cümlədən yəhudi və xristianlarla şərik ola bilərlər. 
Məsələ  246.  İstər  dövlət,  istərsə  özəl  sektora  daxil  olan  qeyri-İslam 
banklarında hətta qazanc (faiz gəliri) əldə etmək niyyətilə olsa belə, hesab açmaq 
olar. Çünki müsəlman olmayanlardan riba almaq (faizli gəlir əldə etmək) olar. 
Məsələ  247. Lakin  həmin  banklardan  faizli  borc  almaq  istədikdə  isə  həmin 
borcu  faizi  ilə  ödəyəcəyini  bilsə  də,  bu  addımı  “əmlakı  qurtarmaq”  (bu  borcu 
almayacağı  təqdirdə  qarşılaşacağı  iflas  və  ya  borcu  aldıqdan  sonra  faizi 
ödəməyəcəyi halda üzləşəcəyi müsadirə təhlükəsindən qorunmaq 
tərc.
) niyyəti ilə 
atmalıdır. Həmin banklara gəlir faizi qazandırmaq niyyəti ilə borc götürmək olmaz. 
Çünki riba (sələm) vermək haramdır. 
Məsələ  248.  Müsəlman  başqa  bir  şəxsə  öncədən  tərəflər  arasında 
razılaşdırılmış  qaydada  müəyyən  məbləğ  müqabilində  öz  adından  və  etibarından 
istifadə edərək bank, şirkət və s. səhmlərini satın almağa icazə verə bilər. 
                                                           
1
 Vəsail əş-şiə, c.17, səh.44. 


 
99 
Məsələ  249.  Müsəlman  İslam  və  müsəlmanlara  qarşı  müharibədə  olan  hər 
hansı bir dövlətin məhsullarını almamalıdır. 
Məsələ 250. Müsəlman nağd və nisyə əməliyyatları arasında fərq olmaması 
şərtilə  istənilən  valyuta  mübadiləsi  əməliyyatını  bazar  (qiymətli  kağızlar  bazarı) 
qiymətlərinə  uyğun  həyata  keçirə,  yaxud  məzənnəsindən  yüksək  və  ya  aşağı 
qiymətlərə dəyişə bilər. 
Məsələ  251.  Saxta  və  ya  tədavüldən  çıxarılmış  əskinaslarla  alqı-satqı 
əməliyyatlarını həyata keçirmək saxtakarlıq olduğundan doğru deyil və haramdır. 
Məsələ  252.  Müsəlmana  mükafat  məbləğini  əldə  etmək  niyyətilə  lotoreya 
biletlərini  almaq  olmaz.  Lakin  İslamda  məqbul  hesab  edilən  hansısa  xeyriyyə 
layihəsi,  məsələn  xəstəxana,  kimsəsizlər  evi  kimi  müəssisələrin  tikilişində  iştirak 
etmək niyyəti ilə olduğu halda isə lotoreya biletlərini almaq (lotoreya oyunlarında 
iştirak  etmək)  olar.  Bununla  belə  sözügedən  müstəsna  halın  qeyri-müsəlman 
ölkələrində  özünü  doğrultması  bir  qədər  həqiqətdən  uzaq  görünür.  Çünki  İslam 
şəriətində  yasaq  edilən  bəzi  iş  və  fəaliyyətlər  həmin  ölkələrdə  xeyriyyə  işi  kimi 
qəbul edilir. Ancaq istənilən halda kafirlərin təşkil etdiyi lotoreya oyununda qalib 
gəldikdə  mükafat  məbləğini  həmin  əmlakı  kafirlərin  mülkiyyətindən  qurtarmaq 
(münaqişəyə yol vermədən onların əlindən almaq 
tərc.
) niyyəti ilə götürmək olar. 
Məsələ 253. Yeyilməsi haram olan bəbir, kaftar, tülkü, fil, şir, ayı, pişik və 
eləcədə  balına  kimi  yırtıcı  heyvanların  onlara  bazar  dəyəri  qazandıracaq  halal  bir 
faydası olduğu halda – hətta bütün deyil, bəzi mütəxəssislərin rəyinə əsaslansa belə 
-  onların  alqı-satqısına  icazə  verilir.  Yalnız  it  (ov  iti  istisna  olmaqla)  və  donuz 
istisna təşkil edir. 
Məsələ  254.  Zinət  əşyası  kimi  istifadəsi  məqsədilə  qızıl  və  gümüş  qabların 
alqı-satqısına  icazə  verilir.  Onların  yemək  və  içki  servisi  kimi  istifadəsi  isə 
haramdır. 
Məsələ  255.  Müsəlman  dövlətlərində  birbaşa  şəxsin  bank  hesabına 
köçürülən  məvaciblər  (eləcə  də  digər  ödənişlər)  əldə  edilmədikcə  (bankomatdan 
çıxarılma, yaxud bank şöbələrindən alınma yolu ilə) hətta illik məxaricindən artıq 
olsa belə, onlara xüms şamil edilmir. 


 
100 
İndi isə gəlin, mövzu ilə bağlı bir sıra aktual suallar və Həzrət Ayətullah əl-
uzma Sistaninin həmin suallara cavabları ilə tanış olaq: 
Məsələ 256. Qərb ölkələrində hər bir şəxs heç bir çətinliklə üzləşmədən bu 
və  ya  digər  faiz  gəliri  olan  müxtəlif  növ  bank  hesabları  aça  bilər.  Müsəlmanlara 
faiz gəliri qazanmaq niyyəti olmadan – bank faizi ödəməkdən imtina edəcəyi halda 
həmin  faiz  gəlirlərini  tələb  etmək  niyyətləri  olmazsa  –  yüksək  faiz  gəliri  gətirən 
hesablar açmağa icazə verilirmi? Bəs icazə verilmədiyi halda bank hesabı açmaq 
üçün başqa bir  çıxış yolu  varmı?  Nəzərə almaq  lazımdır  ki,  insan övladı  daxilən 
hər zaman gəlir əldə etməyə meyilli olur. 
Cavab: Müsəlmana qeyri-müsəlman dövlət və özəl banklarında istənilən növ 
bank  hesabı  açmaq  və  hətta  gəlir  qazanmaq  məqsədi  ilə  belə  bank  əmanətləri 
yerləşdirmək olar. 
Məsələ  257.  Qərb  ölkələrində  banklar  nağd  yolla  ev  satın  almağa  imkanı 
olmayanlara  yüksək  faizli  uzunmüddətli  kreditlər  (ipoteka  kreditləşməsi  kimi) 
verirlər.  Müsəlmanlar  da  bu  kreditlərdən  istifadə  edə  bilərmi?  Bəs  icazə 
verilmədiyi  halda  ev  almaq  üçün  həmin  kreditlərə  ehtiyacı  olduğunu  və  kifayət 
qədər nağd pulu olmadığını iddia edənlər üçün başqa bir çıxış yolu varmı? 
Cavab:  Borc  niyyəti  ilə  deyil,  “əmlakı  qurtarma”  niyyəti  ilə  (qeyri-
müsəlmanlardan  borc  alıb  onlara  gəlir  qazandırmaq  niyyəti  ilə  deyil,  şəxsi 
ehtiyaclarını  ödəmək  zərurəti  ilə  götürdüyü  borcun  faizini  ödəməkdən  imtina 
edəcəyi  təqdirdə  üzləşə  biləcəyi  müsadirə  kimi  halların  qarşısını  almaq 
məcburiyyəti  ilə 
tərc.
)  səhmdarları  qeyri-müsəlman  hüquqi  və  fiziki  şəxslər  olan 
(yəni həm dövlət, həm də özəl) banklardan kredit götürmək olar. Bu halda bankın 
həmin  borcu  faizi  ilə  birgə  alacağını  bilmək  də  sözügedən  kredit  əməliyyatlarına 
əngəl hesab olunmur. 
Məsələ  258.  Bəzi  dövlətlər  müəyyən  şərtlər  çərçivəsində  mənzil  ehtiyacı 
olan  vətəndaşlarını  mənzillə  təmin  etmək  kimi  layihələr  həyata  keçirirlər. 
Müsəlmanlar  özlərinə  şəxsi  mənzil  satın  alaraq  xüms  şamil  olunmaması  üçün  bir 
müddət  həmin  mənzildə  yaşadıqdan  sonra  həmin  mənzili  kirayəyə  verərək  özləri 
dövlətin verdiyi mənzildə yaşaya bilərlərmi? 


 
101 
Cavab:  Sualda  göstərildiyi  kimi  hallarda,  satın  alınan  mənzilə  real  ehtiyac 
olmadıqca  orada  bir  müddət  yaşamaqla  həmin  daşınmaz  əmlak  xümsdən  azad 
olmaz. 
Məsələ  259.  Bəzi  ticarət  və  sənaye  müəssisələri  müsəlman  və  qeyri-
müsəlman  dövlət  və  ya  özəl  banklarından  faizli  borclar  götürür  və  həmin 
vəsaitlərlə  aparılan  əməliyyatlar  nəticəsində  yüksək  gəlirlər  əldə  edirlər.  Həmin 
şirkətlərin səhmlərini ala və onların layihələrində iştirak edə bilərikmi? 
Cavab:  Həmin  layihələrdə  iştirak  etmək  sələmçilik  fəaliyyətində  iştirak 
etmək  demək  olarsa,  icazə  verilmir.  Lakin  sözügedən  şirkət  müsəlman  şirkəti 
olarsa və həmin əməliyyatlar nəticəsində qeyri-müsəlman banklarından faizli gəlir 
əldə edərsə, bu baxımdan icazə verilir. 
Məsələ  260.  Qeyri-müsəlman  və  eləcə  də  bir  sıra  müsəlman  ölkələrində 
dövlət  və  özəl  müəssisələr  işçilərinin  məvaciblərini  birbaşa  onların  şəxsi  bank 
hesablarına  köçürürlər  və  onlar  da  istədikləri  zaman  məvaciblərini  öz 
hesablarından çəkə bilirlər. Məmur və işçilərin hesablarına köçürülən pul onların 
illik məxariclərindən artıq olarsa, xüms şamil olunurmu? 
Cavab:  Xüms  həmin  pulun  illik  məxaricdən  artıq  qalan  hissəsinə  şamil 
olunur. Lakin nəzərdə tutulan işçi hansısa bir müsəlman ölkəsində dövlət məmuru 
(yaxud  qulluqçusu)  olarsa  və  onun  məvacibi  dövlət  və  ya  müştərək  (səhmlərinin 
bir qismi dövlətə, digər bir qismi isə özəl sektorun nümayəndələrinə məxsus olan) 
banka köçürülərsə, həmin pulu hesabından çəkənədək ona xüms şamil olunmur və 
şəriət  hakiminin  izni  ilə  (mübahisəli  hallarda)  həmin  pul  onun  əmlakı  sayılır. 
Beləliklə,  həmin  pul  onu  hesabından  çəkdiyi  ilin  gəlirindən  sayılır  və  həmin  ilin 
məxaricindən artıq qaldığı halda ona xüms şamil olunur. 
Məsələ 261.  Bir  müsəlman  başqa bir  müsəlmandan  müəyyən  məbləğdə  pul 
borc  alır.  Lakin  bir  müddətdən  sonra  həmin  valyutanın  məzənnə  dəyəri  (yaxud 
alıcılıq  qabiliyyəti)  aşağı  düşür.  Bu  halda  borc  hansı  məbləğdə  qaytarılmalıdır: 
alındığı  məbləğdə,  yoxsa  alındığı  əsnada  kəsb  etdiyi  məzənnə  dəyərinə  (alıcılıq 
qabiliyyətinə)  uyğun  məbləğdə?  Bəs  borc  verən  kafir  olduğu  halda  necə,  hökm 
fərqlənəcəkmi? 


 
102 
Cavab:  Eynilə  borc  götürülən  məbləğdə  qaytarılmalıdır  və  borc  verənin 
müsəlman və ya qeyri-müsəlman olmasının heç bir fərqi yoxdur. 
Məsələ  262.  İstehsal  etdiyi  məhsullar  arasında  şərab  da  olan  müəssisələrə 
sərmayə  qoymaq  olarmı?  Nəzərə  almaq  lazımdır  ki,  burada  biznes  və  gəlir 
ortaqlığı mövcuddur (yəni bütün səhmdarlar gəlirlərini ümumi istehsal və satışdan 
əldə edirlər). 
Cavab:  Şərab  istehsalı  və  alqı-satqısı  biznesinə  şərik  (səhmdar)  olmaq 
yolverilməzdir. 
Məsələ  263.  Müsəlman  memarlara,  yaxud  podratçı  şirkətlərə  qeyri-
müsəlman ölkələrində digər dinlərin ardıcıllarının ibadət edəcəyi məbədlərin (kilsə, 
sinoqoq və s.) tikintisi ilə bağlı layihə təklif olunarsa, təklifi qəbul edə bilərlərmi? 
Cavab:  Şəriətimiz  buna  icazə  vermir,  çünki  bu  iş  təhrif  olunmuş  dinlərin 
yayılmasına yardım etmək deməkdir. 
Məsələ  264.  Müsəlman  bir  kalliqrafa  (hüsnü-xətt  ustasına),  yaxud  rəssama 
şərab və rəqs məclislərinin afişalarını və ya  müştərilərə donuz ətindən hazırlanan 
yeməklərin də təqdim olunduğu restoranların reklam lövhələrini hazırlamaqla bağlı 
iş təklif olunarsa, qəbul edə bilərmi? 
Cavab:  Şəriət  tərəfindən  icazə  verilmir,  çünki  bu  günah  və  İslam  əxlağina 
zidd halların yayılmasına rəvac vermək anlamını daşıyır. 
Məsələ  265.  Gəlirlərinin  bir  qismini  müsəlmanlara  qarşı  işğalçı 
mövqeyindən  əl  çəkməyən  dövlətlərin  güclənməsinə  sərf  edən  ticarət 
mərkəzlərindən alış-veriş etmək olarmı? 
Cavab: Bu yolverilməzdir. 
Məsələ  266.  Bir  müsəlman  hansısa  bir  binanı  satın  aldıqdan  sonra  həmin 
binada müştərilərə spirtli içkilərin də satıldığı bar və ya kafe olduğunu öyrənərsə 
və binanı satın aldıqdan sonra həmin iaşə obyektini işlədən icarəçini binadan çıxara 
bilməzsə: 
a) kafe və ya barı işlədənlərdən icarə haqqı ala bilərmi? 


 
103 
b)  bəs  icarə  alması  qeyri-məqbul  hesab  edildiyi  halda  şəriət  hakiminin 
xüsusi icazəsi əsasında necə, ala bilərmi və bu halda onu hansı əsasla qəbul etmiş 
sayılır? 
c)  həmin  binanı  satın  almazdan  öncə  onun  ərazisində  spirtli  içkilərin 
müştərilərə  satıldığı  kafenin  olduğunu  və  kafenin  icarəçisini  oradan  çıxara 
bilməyəcəyini bildiyi halda həmin binanı satın alması doğru hesab edilirmi? 
Cavab:  a)  Spirtli  içkilərin  satışı  və  servisi  üçün  istifadə  müqabilində  icarə 
haqqı ala bilməz. 
b)  Lakin  oradan  çıxara  bilmədiyi  icarəçidən  “təqas”  (ödəşmə)  niyyətilə 
həmin  obyektin  halal  işlərdə  istifadəsi  müqabilində  ala  biləcəyi  icarə  haqqı 
mislində ödənişi qəbul edə bilər, yaxud kafeni icarə edən müsəlman olmadığı halda 
“istinqaz”
1
 niyyətilə ala bilər. 
c) Həmin binadan deyilən növ kafe işlədildiyini və həmin iaşə müəssisəsinin 
icarəçisini  oradan  çıxara  bilməyəcəyini  bilsə  belə,  binanı  satın  almasına  qadağa 
qoyulmur. 
Məsələ  267.  Müsəlman  biznesmenlərin,  sahibkarların  işsizlikdən  əziyyət 
çəkən  müsəlmanlar  olduğu  halda  qeyri-müsəlmanları  işə  götürməsinə  şəriətin 
münasibəti necədir? 
Cavab:  Müsəlman  olmayanları  işə  götürmək  öz-özlüyündə  qadağan 
olunmamışdır.  Lakin  din  qardaşlığı  və  müsəlmanın  müsəlman  üzərindəki  mənəvi 
haqqı  hər  hansı  bir  əngəl  olmadıqca  onu  tərcih  edərək  başqalarından  üstün 
tutmasını daha məqsədəuyğun edir. 
Məsələ  268.  Çılpaq  (yaxud  yarıçılpaq)  şəkillərin  yer  verildiyi  jurnalların, 
dərgilərin  satıldığı  yerlərdə  işləmək,  onların  alqı-satqısını  və  çapını  həyata 
keçirmək olarmı? 
Cavab:  Harama  (günaha)  rəvac  vermək  və  əxlaqsızlığı  yaymaq  hesab 
olunduğundan bu fəaliyyətlərin heç birinə şəriət tərəfindən icazə verilmir. 
                                                           
1
 

İstinqaz

 (qurtarma) - İslam şəriətində qeyi-müsəlmanların əmlakından mümkün olan hər hansı bir yolla, bu 
və ya digər bir təhlükəyə yol açmamaq şərtilə faydalanmaq deməkdir. 


 
104 
Məsələ  269.  Qərb  ölkələrində  itlərin  satışa  çıxarıldığı  xüsusi  satış  yerləri 
fəaliyyət  göstərir.  Yalnızlıqdan  xilas  olmaq  və  vaxtını  şən  keçirmək  məqsədilə 
həmin itləri alıb saxlamaq olarmı? 
Cavab: Şəriət buna icazə vermir. 
Məsələ  270.  Bəzi  qərbli  qadınların  gəzinti  əsnasında  təhlükədən  qorunmaq 
və  əylənmək  məqsədilə özləri  ilə  götürdükləri  qoruyucu  itləri satın  alıb  saxlamaq 
olarmı? Bəs həmin heyvanların ticarətinə və icarəsinə münasibət necədir? 
Cavab:  Həmin  heyvanların  alqı-satqısına  icazə  verilmir.  Lakin  belə  itləri 
saxlayan şəxslərin  onların üzərində  mülkiyyət  hüququ  tanınır. Həmin  heyvanların 
onlardan müəyyən ödəniş müqabilində satın alınmasına da məhdudiyyət qoyulmur 
və  bu  halda  satın  alan  şəxs  mülkiyyət  hüququnu  da  əldə  edir.  Həmçinin,  bu 
heyvanların  halal  yolla  faydalanmaq  (o  cümlədən,  təhlükədən  qorunmaq) 
məqsədilə istifadəsi üçün icarəyə verilməsinə də heç bir məhdudiyyət qoyulmur. 
Məsələ  271.  Qərb  ölkələrində  xüsusi  təlim  görmüş  itlər  görmə 
qabiliyyətindən məhrum olan sahiblərinə yolu keçməkdə və s. yardım edirlər. Belə 
itlərin alqı-satqısı ilə məşğul olmağa icazə verilirmi? 
Cavab: Bu suala da cavabımız öncəki sualın cavabı kimidir. 
Məsələ  272.  Qeyri-müsəlman  ölkələrində  bu  və  ya  digər  dövlət 
müəssisəsində  çalışan  müsəlman  məmurların,  yaxud  hər  hansı  bir  müəssisədə 
müqavilə  əsasında  işləyərək  əmək  haqqı  saat  hesabı  ilə  hesablanan  müsəlman 
işçilərin  iş  saatları  ərzində  məqsədli  şəkildə  işdən  yayınmasına,  səhlənkarlıq  və 
tənbəllik  nümayiş  etdirməsinə  şəriətin  baxışı  necədir  və  belə  hallarda  onların 
məvaciblərini bütövlüklə almağa haqqı çatırmı? 
Cavab:  Bu  yolverilməzdir  və  belə  hallarda  həmin  şəxslərin  məvaciblərinin 
hamısını almağa haqları çatmır. 
Məsələ  273.  Bəzi  müsəlmanlar  Qurani-Kərimin  nəfis  əlyazma  nüsxələrini 
qeyri-müsəlmanlara  yüksək  qiymətə  satmaqla  gəlir  əldə  edirlər.  Buna  icazə 
verilirmi? Əgər Qurani-Kərimin kafirlərə satılması bu işə əngəl hesab edilərsə, bu 
əngəlin  aradan  qıldırılması  üçün  bir  çıxış  yolu  varmı?  Bəs  icazə  verildiyi  halda 
çıxış yolu nədən ibarətdir? 


 
105 
Cavab:  Müsəlman  mədəni  irsinin  məhvi  demək  olduğundan  bu  işə  heç  bir 
vəchlə icazə vermirik. 
Məsələ  274.  Əlyazma  nüsxələrin  və  İslam  tarixinə  aid  əntiq  əşyaların  alqı-
satqısı,  Avropa  ölkələrinə  daşınaraq  orada  yüksək  qiymətə  satılmasına  şəriət 
tərəfindən  icazə  verilirmi,  yoxsa  İslam  mədəni  irsinin  məhvi  kimi  qəbul  edilərək 
yasaqlanır? 
Cavab: Öncəki sualın cavabında öz  əksini tapan səbəblə əlaqədar olaraq bu 
qəbildən olan işlərə heç bir vəchlə icazə vermirik. 
Məsələ  275.  Bəzi  gecələrdə  barlar  müştərilərlə  dolur  və  onlar  sərxoş 
olanadək  içdikdən  sonra  həmin  məkanlardan  çıxaraq  hazır  yemək  axtarırlar.  Bir 
müsəlman  bu  vəziyyətdən  istifadə  edərək  həmin  barların  yaxınlığında  onlara  və 
eləcə  də  digər  insanlara  halal  yemək  xidmətləri  göstərən  restoran  aça  bilərmi? 
Yeyəcəkləri 
həmin 
halal  qidaların  onların  sərxoşluğunu  bir  qədər 
yüngülləşdirəcəyinə və s. müsbət cəhətlərə rəğmən bu iş günah hesab edilirmi? 
Cavab: Bu iş üçün öz-özlüyündə heç bir məhdudiyyət qoyulmur. 
Məsələ  276.  Müsəlman  donuz  ətini  onu  halal  hesab  edən  səmavi  dinlərin 
ardıcıllarına sata bilərmi? 
Cavab: Donuz ətinin alqı-satqısına heç bir vəchlə icazə verilmir. 
Məsələ  277.  İnsan  bir  gün  baxılması  haram  olan  hər hansı  bir  kadra, video 
materiala baxacağını bildiyi halda televizor alması doğrudurmu? 
Cavab:  Sağlam  düşüncə  belə  bir  vəziyyətdə  onun  televizor  cihazı 
almamasını tələb edir. 
Məsələ  278.  Donuz  ətinin  satıldığı  satış  yerlərində  işləməyə,  habelə 
müsəlmanın öz işçilərinə müştərilərə donuz əti məhsulları satması ilə bağlı göstəriş 
verməsinə şəriətin münasibəti necədir? 
Cavab: Donuz ətinin hətta onun yeyilməsini halal hesab edənlərə də satışına 
bilavasitə  və  ya  başqalarının  əli  ilə  həyata  keçirilməsindən  asılı  olmayaraq  icazə 
verilmir. Donuz ətinin qeyri-ticari məqsədlərlə (gəlir əldə etmədən) onu halal qəbul 
edənlərin  istifadəsinə  təqdim  edilməsinin  haramlığı  il  bağlı  şübhələr  mövcuddur. 
Lakin ehtiyat bundan da çəkinməyi tələb edir. 


 
106 
Məsələ 279. Fətvanıza əsasən, müsəlman şəxs qazanmaq və priz əldə etmək 
üçün  deyil,  xeyriyyə  layihələrində  iştirak  etmək  məqsədilə  lotoreya  oyunlarında 
iştirak  edə  bilər.  Bəs  qazanılacaq  mükafatın  bir  qismini  xeyriyyə  qurumlarına 
bağışlamaq,  digər  bir  qismini  isə  mükafat  əldə  etmək  niyyətilə  lotoreya  bileti 
almaq olarmı? 
Cavab: İcazə verilmir. 
Məsələ  280.  Həddi-buluğa  çatmış  bir  müsəlman  qalib  olmaq  niyyəti  ilə 
oynamaq  istədiyi  lotoreyanın  biletini  azyaşlı  uşağa,  yaxud  digər  dinlərin 
ardıcıllarından birinə (yəhudi, yaxud xristiana) aldıra bilərmi? 
Cavab:  Bununla  haramlıq  hökmü  qüvvədən  düşmür.  Bir  işin  icrasına  sövq 
etmək,  yaxud  bir  işin  icrasını  başqasına  həvalə  etmək  onu  bilavasitə  icra  etməklə 
eyni hökmü daşıyır. 
Məsələ  281.  Üstündə  lotoreya  biletlərinin  də  təqdim  edildiyi  bal 
məhsullarını lotoreya mükafatını əldə niyyətilə almaq olarmı? 
Cavab:  Verilən  pul  bütövlüklə  bal  üçün  ödənilərsə,  yəni  bir  qismi  lotoreya 
bileti üçün nəzərdə tutulmuş olmazsa, halal hesab edilir. 
Məsələ  282.  Bir  müsəlman  lotoreya  yarışında  qalib  olmuş  və  qazandıqdan 
sonra  mükafatın  bir  qismini  xeyriyyə  işlərində  xərcləməyi  qərara  almışdır.  Bu 
niyyətini nəzərə alaraq həmin mükafatı əldə edərək müsəlmanlar üçün faydalı olan 
işlərə sərf edə bilərmi? Bəs qalibin mükafatı qazanmamışdan öncəki niyyəti onun 
hamısını  deyil,  bir  qismini  müsəlmanların  mənafeyinə  uyğun  faydalı  işlərdə 
xərcləmək olduğu təqdirdə hökm dəyişirmi? 
Cavab: Əgər həmin mükafat tamamilə “möhtərəm əl-mal”
1
 hesab olunmayan 
insanların pullarından yığılmış olarsa, onu mənimsəyərək xərcləmək olar. 
Məsələ  283.  Müsəlman  lotoreya  oyunundan  əldə  etdiyi  qazancla  həcc 
ziyarətinə gedərsə, həcci doğru hesab olunurmu? 
Cavab: Öncəki sualın cavabına müraciət edin. 
                                                           
1
 İslam şəriətində əmlakı toxunulmaz hesab edilən şəxs. 


 
107 
Məsələ  284.  Qəsbkar  və  zalım  (başqalarının  haqqını  haqsızlıqla 
mənimsəyən)  bir  şəxs  müsəlmanın  həcc  ziyarəti  xərclərini  ödəyərsə,  onun  həcci 
doğru sayılırmı? 
Cavab:  Məhz  həcc  ziyarəti  üçün  ödənilən  vəsaitin  qəsb  olunmuş  (zorla, 
haqsızlıqla əldə olunmuş, haram) pul olduğu məlum olmazsa, həmin şəxsin zalım 
və qəsbkar olması həccin doğruluğuna xələl gətirmir. 
Məsələ  285.  Avropa  ölkələrində  məişət  avadanlıqlarının  satışı  ilə  məşğul 
olan  bəzi  satış  mərkəzləri  müştərilərə  aldıqları  tarixdən  etibarən  iki  həftə  ərzində 
aldıqları məhsulları geri qaytarmağa icazə verirlər. Sözügedən satış mərkəzlərindən 
almaq  məqsədilə  deyil,  həmin  müddət  ərzində  istifadə  etmək  məqsədilə  bu  və  ya 
digər  avadanlığı  alaraq  iki  həftədən  sonra  qaytarmaq  olarmı?  Beləliklə,  bu  halda 
müştərinin niyyəti gerçək ticarət deyil, həmin haqdan faydalanmaq olur. Bəs satşı 
mərkəzinin sahibi müsəlman olduğu halda hökm dəyişirmi? Ümumiyyətlə, belə bir 
addım doğru hesab edilə bilərsə, buna hansı əsasla icazə verilir? 
Cavab:  Satış  mərkəzinin  sahibi  müsəlman  olarsa,  heç  bir  vəchlə  icazə 
verilmir. Müsəlman olmadığı halda isə ticarət deyil, bu və ya digər zərər və təhlükə 
ilə  qarşılaşmayacağına  əmin  olduğu  halda  istinqaz  niyyəti  ilə  bu  addımı  atmaq 
olar. 
Məsələ  286.  Bir  müsəlman  müştərilərinə  spirtli  içkilər  də  təqdim  edən 
restoranda  bilavasitə  şərab  servisi  bölümündə  deyil,  qabyuma  bölümündə  işləyə 
bilərmi? 
Cavab:  Şərab  qədəhlərinin  yuyulması  həmin  iaşə  müəssisələrində  şərab 
içilməsinə rəvac verən bir iş hesab olunduğu halda şəriət tərəfindən haram sayılır. 
Məsələ 287. Öz dininə bağlı olan və onun yayılmasına çalışan bir müsəlman 
qərb  ölkələrində  hər  hansı  bir  dövlət  müəssisəsində  işləyərək  bəzi  günahları 
işləmək  məcburiyyəti  qarşısında  qalarsa  və  onun  məqsədi  gələcəkdə  karyera 
yüksəlişi nəticəsində daha önəmli bir yerə gələrək dininə həmin günahları kölgədə 
qoyacaq  qədər  ciddi  xidmətlər  göstərmək  olarsa,  belə  bir  yerdə  işləməsinə  icazə 
verilirmi? 


 
108 
Cavab: Sadəcə gələcəyə bağlı (reallaşacağı bəlli olmayan) hər hansı ümidləri 
əldə əsas tutaraq günaha yol vermək yolverilməzdir. 
Məsələ  288.  Müsəlman  hüquqşünasa  qeyri-müsəlman  ölkələrində  vəkillik 
fəaliyyəti  məşğul  olaraq  həmin  ölkələrin  qanunvericiliyi  çərçivəsində  sadəcə  iş 
qazanmaq məqsədilə müsəlman olmayan insanların müdafiəsini həyata keçirməyə 
icazə verilirmi? 
Cavab:  Hüquq  pozuntusu,  yalan  iddia  və  ittiham  kimi  şəriət  tərəfindən 
haram edilən hallara yol verilmədiyi halda məhdudiyyət qoyulmur. 
Məsələ  289.  Müsəlman  hüquqşünasın  qeyri-müsəlman  ölkəsində  həmin 
dövlətin qanunvericiliyi çərçivəsində hakimlik fəaliyyəti ilə məşğul olmasına icazə 
verilirmi? 
Cavab:  Hakimlik  ləyaqəti  olmayan  şəxslərin  hakimliklə  məşğul  olmasına, 
eləcə  də  ədalət  mühakiməsinin  İslam  qanunvericiliyindən  başqa  qanunlar 
çərçivəsində həyata keçirilməsinə şəriət tərəfindən icazə verilmir. 
Məsələ  290.  Avropa  ölkələrində  yaşayan  bir  müsəlman  mühəndis-elektrik 
mikrofon  və  s.  səs  apparaturasının  çalışdırılması  və  təmiri  üçün  müxəlif  yerlərə 
çağırılır.  Həmin  yerlərdən  bəziləri  isə  haram  əyləncə  məkanları  olur.  O,  həmin 
məkanlarda  yeni  apparatura  və  cihazları  quraşdıra,  yaxud  təmir  edə  bilərmi? 
Nəzərə  almaq  lazımdır  ki,  bir-iki  dəfə  belə  bir  işdən  imtina  etdiyi  halda  o, 
müştərilərini və peşəsini itirə bilər. 
Cavab: İcazə verilir. 
Məsələ 291. Bir şəxs bu və ya digər restoranda ofisiant işləyərək müsəlman 
olmayan  müştərilərə  bəzən  halal  olmayan  ət  məhsullarından,  bəzən  isə  donuz 
ətindən  hazırlanan  yeməklər  təqdim  edir.  Birinci  vəziyyət  (qeyri-halal  ət 
məhsulları) ilə bağlı fətvanız məlumdur. Sualımız ikinci vəziyyətlə bağlıdır. Haram 
sayılan  ətlə  yanaşı  tərkibində  donuz  əti  olan  yeməklərin  qeyri-müsəlman 
müştərilərə təqdim olunmasına necə baxırsınız? Nəzərə almaq lazımdır ki, ofisiant 
bundan imtina edəcəyi halda işdən azad ediləcəkdir. 
Cavab:  Donuz  ətinin  hətta  onu  halal  bilənlərə  belə  təqdim  edilməsinin 
halallığı şübhəlidir və ehtiyata əsasən bu işdən çəkinmək lazımdır. 


 
109 
Məsələ  292.  Müsəlman  şəxs  spirtli  içkilərin  də  satıldığı  alış-veriş 
mərkəzlərində kassir işləyə bilərmi? Nəzərə almaq lazımdır ki, o satıcı deyil və işi 
yalnız ödənişləri qəbul etməkdən ibarətdir. 
Cavab: Həm satıcı, həm də alıcı qeyri-müsəlman olduğu halda orada işləyə 
və halal məhsullar kimi spirtli içkilərin də ödənişini qəbul edə bilər. 
Məsələ  293.  Qərb  ölkələrində  mətbəə  sahibi  olan  bir  şəxs  hansısa  bir 
restoranın  aralarında  donuz  ətindən  hazırlanan  yeməklərin  də  olduğu  yeməklər 
siyahısını  dərc  edə  bilərmi?  Həmçinin,  mətbəə  xidmətləri  ilə  məşğul  olan 
müsəlman  şəxs  şərab  satışını,  yaxud  digər  günahları  həyata  keçirən  müəssisə  və 
fiziki şəxslər üçün reklam lövhələrini çap edə bilərmi? Nəzərə almaq lazımdır ki, 
həmin  şəxs  bu  qəbildən  olan  sifarişlərdən  imtina  etməyin  onun  işinə  mənfi  təsir 
edəcəyini iddia edir. 
Cavab:  Hətta  biznesinə  mənfi  təsir  edəcəyi  halda  da  şəriət  tərəfindən  buna 
icazə verilmir. 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə