Bakı – 2016 İxtisasın adı: Heyvandarlıq mütəxəssisi Modulun nömrəsi



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə15/102
tarix10.01.2022
ölçüsü5,31 Mb.
#82784
1   ...   11   12   13   14   15   16   17   18   ...   102
kand-tasarrufati-masin-va-avadanliqlari

Şəkil 5. Yastı qayış 
ötürməsi 
Şəkil 6. Pazvarı qayış 
ötürməsi 


13 
 
Zəncir  ötürməsi  aparan  və  aparılan 
ulduzcuqlardan  və  onların  üstündən 
aşırılmış  zəncirdən  ibarətdir.  Qayış 
ötürməsində  fərqli  olaraq  zəncir 
ötürməsi  sürüşmədən  işləyir.  Onun 
əsas  orqanı  şarnirlərlə  birləşdirilmiş 
bəndlərdən ibarətdir.  
Diyircəkli zəncirlər iki sıralı olmaqla xarici və daxili lövhələrdən ibarətdir. Xarici 
lövhələr  vtulkalardan  keçirilmiş  valcıqlardır,  vtulkalara  isə  daxili  lövhələr 
preslənmişdir.  Valcıqlar  və  vtulkalar  şarnir  əmələ  gətirir.  Zəncir  diyircək 
vasitəsilə ulduzcuqla ilişməyə girir, diyircək dişin üstündən aşır. Bu isə dişin 
yeyilməsini  azaldır,  bundan  əlavə,  onun  vtulkaya  düşən  təzyiqini 
bərabərləşdirir və onun tez sıradan çıxmasının qarşısını alır.  
Zəncir  ötürməsinin  səs-küysüz  işləməsi  və  uzunömürlülüyü  onun  dəqiq 
quraşdırılması,  zəncirin  düzgün  tarımlanması  və  diqqətlə  yağlanması  ilə 
təmin olunur. Bundan ötrü vallar və ulduzcuqlar çəpləşmədən və hərəkətsiz 
qurulmalıdır.  
 
Zəncirlərin  birləşdirilib-açılması  üçün  ona  qıfıl  hissəsi  əlavə  edilir. 
Əvvəlcədən tarım çəkilməsinə ehtiyac yoxdur, çünki birləşmə kinematik ilişmə 
əsasında  baş  verir.  Ona  görə  də faydalı  qüvvə  qollarda  yaradılan  qüvvəyə 
bərabər olur. Ancaq digər tərəfdən zəncirin boş asılması da yolverilməzdir. 
Bu, fırlanma zamanı zəncirin ulduzcuqlardan çıxmasına səbəb ola bilər. 
 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə