12
1.3 Qayış və zəncir ötürmələri
Qayış ötürməsi qayış keçirilmiş aparan və aparılan qasnaqlardan ibarətdir.
Yük qasnaq və qayış arasında yaranan sürtünmə qüvvələri ilə ötürülür.
Qayışın eninə kəsiyinin formasından asılı olaraq ötürmələr yastı qayış
ötürməsinə və pazvarı qayış ötürməsinə ayrılır.
Yastı qayış ötürməsi konstruksiyasına görə
sadədir və qayışın böyük elastikliyinə görə uzun
müddət işləməsi ilə fərqlənir. Qayışın materialı
kifayət qədər möhkəm, yeyilməyə davamlı,
elastik, uzunömürlü olmalı və qasnaqla yaxşı
ilişməlidir. Qayışlar bir neçə pambıq parçadan
–
vulkanlaşdırılmış
rezinlə
toxunmuş
araqatlarından ibarətdir.
Pazvarı qayış ötürməsi bir və ya bir-neçə qayışla işləyir. Qasnağın qanovu
paz şəklində olduğuna görə qayışın qasnaqla
ilişmə qüvvəsi bu ötürmədə yastı qayış
ötürməsindəkinə nisbətən böyükdür, bunun
nəticəsində də pazvarı qayış ötürməsi böyük
gücü ötürə bilir və oxlararası məsafə kiçik olur.
Pazvarı qayış ötürməsinin yastı qayış
ötürməsinə nisbətən çatışmayan cəhəti
qayışların xeyli qalın olması nəticəsində tez
xarab olmasıdır.
Qayış ötürməsinin işləməsinin zəruri şərti qayışın əvvəlcədən tarımlanmasıdır
ki, bu da əksər hallarda dartıcı diyircəklərin köməyilə əldə edilir.
Dostları ilə paylaş: