Bakı Slavyan Universiteti Sərbəst iş №1 Ad: Ləman Soyad: Abbaszadə Fakültə: Filologiya



Yüklə 55,49 Kb.
səhifə2/3
tarix21.04.2023
ölçüsü55,49 Kb.
#106636
1   2   3
Multikulturalizm

Bakı Slavyan Universiteti
Sərbəst iş №2
Ad:Ləman
Soyad:Abbaszadə
Fakültə:Filologiya
İxtisas:Azərbaycan dili və ədəbiyyat müəllimliyi
Qrup:AM-102
Kurs:1
Fənn:Multikulturalizmə giriş
Müəllim:Kərimova Nurəngiz
Mövzu:Azərbaycan Respublikasında dinə dövlət qayğısı

Müasir dövrdə ölkədə yaşayan müxtəlif din və məzhəblərin nümayəndələrinə qayğı göstərmək, onların problemlərini həll etmək Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Hökumət davamlı olaraq bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir.


Ölkəmizdə yaşayan qədim xalqlardan biri yəhudilərdir. Məskunlaşdıqları digər ölkələrdə işgəncə və təzyiqlərə məruz qalan yəhudilər yurdumuza pənah gətirərək 2500 ildən artıqdır ki, bu bölgədə sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Onlar ölkəmizdə heç vaxt dini dözümsüzlüyə və ayrı-seçkiliyə məruz qalmamış, əksinə daim yerli əhalinin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Ölkəmizdə yəhudilərin ümumi sayı 16.000 təşkil edir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, onların da təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, 1000 nəfəri isə digər şəhərlərdə yaşayır. Əşkinazi yəhudilərin sayı 4,3 min nəfərdir. Gürcü yəhudilərinin təxmini sayı 700 nəfərdir .
Hazırda yəhudilər Azərbaycanda üç qurumla - Dağ, Əşkinazi və Gürcü yəhudiləri icmaları ilə təmsil olunur. Quba rayonundakı Qırmızı qəsəbə postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadığı yeganə məkandır. Ölkəmizə XIX əsrdə pənah gətirən Əşkinazi yəhudilər daha çox Bakı və Sumqayıtda məskunlaşmışlar.
2003-cü ilin mart ayında Azərbaycan hökumətinin diqqəti sayəsində Bakıda yeni yəhudi sinaqoqu istifadəyə verilmişdir. Avropada ən böyük sinaqoq sayılan bu ibadətgah köhnə məbədin yerində inşa olunmuşdur. Açılış mərasimində dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və xarici ölkələrdən qonaqlar iştirak etmişlər. Sinaqoqun tikintisində xaricdə fəaliyyət göstərən yəhudi təşkilatları ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Qafqaz və Xəzəryanı Yeparxiyası yaxından iştirak etmişdir.
2003-cü ilin sentyabr ayında Bakıda "Or-Avner" Xabad Lyubaviç Beynəlxalq Fondunun maliyyələşdirdiyi ilk yəhudi orta ümumtəhsil məktəbi fəaliyyətə başlamışdır. Açılış mərasimində xaricdə yaşayan yəhudi icmalarının nümayəndələri, eləcə də Azərbaycan rəsmiləri iştirak etmişlər.
Azərbaycanda yəhudi icmaları ilə bərabər xristianlığın pravoslavlıq, katoliklik və protestantlıq qollarını təmsil edən dini icmalar da fəaliyyət göstərir. Ölkəmizdə pravoslavlıq qoluna mənsub xristianlar çoxluq təşkil edir, xristianlıq əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərində geniş yayılmışdır.
Azərbaycan hökumətinin qərarı ilə 1920-ci ildə bağlanmış Cen Mironosets kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav kilsəsinə verilmişdir. Onu da qeyd edək ki, kilsəni 1907-ci ildə məşhur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev inşa etdirmişdir. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu vermişdir. Kilsə Sovet hakimiyyəti dövründə anbar kimi istifadə olunduğunda dağıntılara məruz qalmışdır. Kilsənin təmirini Moskvada yaşayan azərbaycanlı iş adamı Aydın Qurbanov öz üzərinə götürmüş, baş kafedralf kilsə tezliklə təmir olunmuş və 2003-cü ilin mart ayında dindarların istifadəsinə verilmişdir.Kilsənin açılış mərasimində Ümummilli Lider Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri iştirak etmişlər. Hazırda Bakıda 3, Gəncə və Xaçmazda 1 rus pravoslav kilsəsi, Sumqayıtda 1 məbəd fəaliyyət göstərir.
2003-cü ilin aprel ayında Rum Patriarxı I Varfolomey Azərbaycan hökumətinin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olmuş, dövlət rəsmiləri, din xadimləri, müsəlman, xristian, yəhudi icamalrının rəhbərləri ilə görüşlər keçirmiş, dini durumla tanış olmuş və ölkədə fəaliyyət göstərən dini icmalar arasındakı münasibətləri yüksək qiymətləndirmişdir. Qonağı həmin dövrdə Ümummilli Lider Heydər Əliyev də qəbul etmişdir.
Azərbaycan hökuməti 1999-cu ildə katolik icmasının dövlət qeydiyyatına alınmasına şərait yaratmış, əvvəllər dini ayinləri evlərdə icra edən icma üzvlərinə 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi məqsədilə xüsusi bina alınmış və kilsəyə çevrilmişdir. Sonrakı illərdə Azərbaycan hökuməti ilə Vatikan arasındakı razılığa əsasən Bakıda Nobel prospektində Roma katolik kilsəsi inşa olunmuşdur. Açılış mərasimində dini icmaların nümayəndələri ilə yanaşı dövlət rəsmiləri də iştirak etmişdir.
Roma katolik kilsəsinin başçısı II İohann Pavel 2002-ci ilin may ayında Azərbaycan hökumətinin rəsmi dəvəti ilə Bakıda səfərdə olmuş, dövlət rəsmiləri, ictimaiyyətin nümayəndələri ilə görüşmüşdür. O, Azərbaycandakı mövcud dini dözümlülüyü yüksək qiymətləndirərək demişdir: “Azərbaycanda dinlər arasında mövcud tolerantlıq və dözümlük münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər”.
Azərbaycanda dövlət qayğısı ilə əhatə olunan azyaşlı, qədim xalqlardan biri də əsasən Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilərdir. Dünyada udilərin sayı 10.000-ə yaxındır ki, onların də təqribən 7000-i Azərbaycandadır. Əsrlər boyu azərbaycanlılarla udilər dinc şəraitdə, yanaşı yaşamış, onların arasında daim dostluq əlaqələri və qarşılıqlı anlaşma mövcud olmuşdur. Müasir dövrdə də bu ənənə uğurla davam etdirilir. Azərbaycan hökumətinin diqqət və qayğısı sayəsində 2003-cü ildə alban-udi dini icması dövlət qeydiyyatına alınmışdır. 1836-cı ildə Rusiya çarının fərmanı ilə alban kilsəsi və katolikosluğu ləğv edilmiş, alban məbədləri erməni apostol kilsəsinə verilmişdi.Azərbaycan hökümətinin dini fəaliyyət sahəsində yetirdiyi uğurlu siyasət nəticəsində udi etnosu itirilmiş hüquqlarını tam bərpa etmişdir. Onlara məxsus tarixi abidələrin bir qismi yenidən bərpa olunmuşdur ki bunlardan biri Qafqazda, eləcə də dünyada ən qədim xristianlıq məbədlərindən biri sayılan, vaxtilə Şəkinin Kiş kəndində inşa edilən alban kilsə-muzeyidir. Bu kilsə 2003-cü ildə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilmişdir. IV-V əsrlərə aid kilsənin təmirinə 2000-ci ildə başlanılmış və 2003-cü ildə başa çatdırılmışdır. Kilsənin bərpasında xarici alimlərlə yanaşı, azərbaycanlı alimlər də böyük əmək sərf etmişdir.
2006-cı ilin may ayında Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Yelisey adlı qədim alban kilsəsinin yerində Çotari adlı alban-udi kilsəsinin açılış mərasimi keçirilmiş, tədbirdə hökumət üzvləri, dini icmaların nümayəndələri, xarici ölkələrin səfirləri və qonaqlar iştirak etmişdir.
Azərbaycanda dövlətin din sahəsinə qayğısına dəlalət edən məsələlərdən biri də müstəqillik illərində dini ibadət yerlərinin, məscid, kilsə və sinaqoqların sayının sürətlə artmasıdır. Azərbaycan dövlət müstəqilliyin bərpa edən zaman ölkədə 18 məscid mövcud idi.Hazırda Azərbaycanda 1956 məscid, 748 ziyarətgah, 13 kilsə, 7 sinaqoq və digər ibadət yerləri fəaliyyət göstərir. Eyni zamanda 2009-cu ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa edilən müvafiq dəyişikliklərdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 588 dini icma qeydiyyatdan keçmişdir. Onlardan 567-i islam, 21-i qeyri-islam qurumudur. Həmin icmalardan 12-i xristian, 6-ı yəhudi, 1-i krişna, 2-i bəhai icmasını təmsil edir.
Müasir dövrdə Azərbaycan hakimiyyəti dini durumun sabitliyinin qorunması, dini dözümlülük ənənələrinin qorunub saxalanılması və radikallıq meyllərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Hazırda Dini durumla bağlı narahatlıq doğuran məsələlərdən biri son illər müəyyən qüvvələrin bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda dindən siyasi məqsədlər və insanlar arasında qarşıdurma yaratmaq məqsədilə istifadəyə çalışması və dindarlar arasında radikallıq meyllərinin artmasıdır. Həmin qüvvələr dindar insanları siyasi proseslərə və münaqişələrə cəlb edərək onlardan hakimiyyətə qarşı istifadə etməyə, dini məsələləri siyasiləşdirməyə çalışırlar (7, s. 13). Siyasi mübarizədə din amilindən bəhrələnmək məqsədilə ictimai təşkilatlar, birliklər yaradır və əhalinin dindar təbəqəsini siyasi proseslərdə fəal iştiraka çağırırlar. Siyasi fikirlərini əsaslandırmaq, məqsədlərinə çatmaq üçün isə Quran ayələrinə və peyğəmbər hədislərinə istinad edirlər. Bu məqsədi həyata keçirmək üçün yerli və xarici mətbuatın imkanlarından da geniş istifadə olunur. Hər hansı din və ya məzhəb haqqında həqiqətə uyğun olmayan, şişirdilmiş, qarşıdurma yarada biləcək məlumatlar yayılır. Eyni zamanda bir sıra hallarda həmin mətbu orqanlarda Azərbaycanda dindarlara qarşı zorakılığın göstərilməsi, hüquq və azadlıqlarının pozulması ilə bağlı qərəzli məlumatlar dərc olunur (10, s. 34). Bir çox hallarda bu yazılar qeyri-peşəkar müəlliflər tərəfindən sifariş əsasında hazırlanır və daha çox dini sahədə yaranmış qarşılıqlı anlaşmanın, sabitliyin və dözümlülüyün pozulmasına xidmət edir. Son illər bir sıra müsəlman dövlətlərində baş verən hadisələr dindən siyasi məqsədlər və qarşıdurma yaratmaq məqsədilə istifadənin ölkədə sabitliyin pozulması, vətəndaş müharibəsinin baş verməsi ilə nəticələndiyini göstərir. Hazırda xüsusilə islamdan siyasi məqsədlərlə istifadəyə cəhd edildiyi ölkələrdə vəziyyət gərgin və mürəkkəb olaraq qalmaqdadır. Bu ölkələrdə baş verən hadisələr islamın siyasi proseslərə cəlb olunmasının, dindan qarşıdurma yaratmaq məqsədilə istifadənin hansı fəsadlarla nəticələnəcəyinə açıq nümunədir. Bu baxımdan dini durumun sabitliyinin qorunması məqsədilə dini vəziyyət daim nəzarətdə saxlanılmalı, qarşıdurma meyllərinin qarşısı alınmalı və sağlam dini maarifləndirmənin aparılması istiqamətində səylər daha da gücləndirilməlidir. Dövlət dini maarifləndirmə prosesindən kənarda qalmamalı, bu prosesin aktiv iştirakçısı olmalı və dini maarifləndirmənin Azərbaycan dövlətçiliyi konsepsiyası çərçivəsində aparılmasına nail olmalıdır. Dini maarifləndirmənin xarici dairələrin vasitəsilə, təəssübkeşlik, dini dözümsüzlük ideyalarının təsiri altında aparılması ölkədə din sahəsində yaranmış sabitliyin, dini dözümlülüyün pozulmasına gətirib çıxara bilər. Eyni zamanda bu məsələdə bütün sağlam qüvvələr vahid mövqedən çıxış etməlidirlər.



Yüklə 55,49 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə