BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Təbiət elmləri seriyası
2014
UOT:574.2
ABŞERON ƏRAZİSİNDƏ İNKİŞAF ETMİŞ QUERCUS ILEX L.
VƏ OLEA EUROPEA L. BİTKİLƏRİNİN YARPAQLARINDA
XLOROFİL FLÜORESSENSİYA ŞÜALANMASI VASİTƏSİLƏ
EKOLOJİ MONİTORİNQ
B.T.QAFAROVA, A.O.MƏMMƏDOVA, İ.S.ƏHMƏDOV
Bakı Dövlət Universiteti
m.afet@mail.ru
Tədqiqat işində Abşeronda real ekoloji çirklənmə şəraitində bitən həmişəyaşıl ağacların
yarpaqlarında xlorofil flüoressensiyası spektrlərinin ətraf mühitin ekoloji vəziyyətindən asılı
olaraq müqayisəli analizi aparılmışdır. Təcrübələrdə çirklənmə dərəcəsinə görə bir-birindən
xeyli fərqlənən müxtəlif ərazilərdə bitən zeytun və daş palıd ağaclarından götürülmüş yarpaq
nümunələrindən istifadə edilmişdir. Normal ekoloji şəraitdə bitən ağacların yarpaqlarında
xlorofil qırmızı flüoressensiyası spektrlərində xarakterik iki 690 nm və 735 nm pikləri alınmış
və F690/F735 nisbəti müəyyən edilmişdir. Bu nisbətinin dəyişməsinə əsasən ağacların fizioloji
vəziyyəti, yarpaqlarında xlorofil tərkibi qiymətləndirilmişdir.
Acar sözlər: bioindikator, xlorofil flüoressensiyası spektri, ekoloji qiymətləndirmə
Müasir dövrdə təbii ətraf mühit ilə cəmiyyət arasında balansın pozulması
daim artmaqdadır. Bu urbanizə edilmiş ekosistemdə, antropogen cirklənmənin
daha çox təsir etdiyi şəhər mühiti şəraitində daha qabarıq nəzərə carpır. Müx-
təlif dərəcədə və müxtəlif təbiətli çirkləndiricilərlə çirklənmiş mühitdə inkişaf
etmiş bitkilər digər canlılara nisbətən həssaslıq göstərirlər. Bitkiləri digər
orqanizmlərdən fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri onların fotosintez
prosesinə malik olmalarıdır. Fotosintez prosesi üçün normal şəraitdə foto-
sintetik piqmentlər (xlorofil, karatinoidlər) tərəfindən udulan işıq enerjisinin
böyük
bir hissəsi karbon qazının fiksasiyasına, ATF molekullarının sintezinə
və oksigenin əmələ gəlməsinə sərf olunur, bir hissəsi (15-20%) istilik şəkilində,
bir hissəsi isə (1-3%) flüoressensiya şüalanması ilə ayrılır. Udulan işıq enerji-
sinin paylanmasını dəqiq hesablamaq mümkün olmasa da balansın dəyişməsini
müəyyən stress hallarında müəyyən etmək olur. Bitkilərin vəziyyətinin təyini
məlum metodlarla ətraf mühitin dəyişməsinin fotosintez prosesinə təsirinin
qiymətləndirilməsi ilə müəyyənləşdirilməsi ədəbiyyat göstəricilərindən məlum-
dur (16; 17). Fotokimyəvi proseslərə sərf olunan enerji bu və ya digər stress
67
nəticəsində azalan kimi istilik və flüoressensiya vasitəsilə ayrılan enerjinin
miqdarı artır. İstilik enerjisini xüsusi fotoakustik metodla çətinliklə təyin etmək
olur (15). Lakin xlorofil flüoressensiyasını müasir metodlarla asanlıqla təyin
etmək mümkündür. Son 25 ildə lazerlə induksiya flüoressensiyası bitkilərdə
vegetasiya dövründə fizioloji stressin səviyyəsini monitorinq etmək üçün ən
çox tətbiq edilən metod olmuşdur.
Məlumdur ki, bitkilər müxtəlif stress vəziyətlərində olarkən onların yar-
paqlarında toplanan artıq enerjinin istilik formasında şüalanması artır. Bu za-
man flüoressensiya şüalanması həm stressin əvvəlində, həm də aralıq mərhə-
lələrində azalır. Odur ki, yarpaqlarda üç əsas prosesdə - fotosintez, xlorofil
flüoressensiyası və istilik şüalanması proseslərində enerji israfının balansını
flüoressensiya şüalanmasının xarakteristikaları ilə müəyyən etmək olur (8; 9).
Stasionar flüoressensiya ətraf mühitin amillərinə çox güclü şəkildə reaksiya
verdiyindən bu parametrdən istifadə edərək fotosintezi, piqment tərkibinı,
morfoloji dəyişiklikləri fizioloji gərginlik hallarında yaxşı qiymətləndirmək
mümkündür. Onu da qeyd etmək lazımdır ki, xlorofil flüoressensiyasına bir
çox amillər eyni zamanda kompleks təsir etdiyindən müasir tədqiqat metodları
əsas stressoru deyil, yalnız fizioloji gərginlik yaradan amilləri qiymətlən-
dirməyə imkan verir. Yerüstü bitki sistemləri və atmosfer prosesləri o qədər
mürəkkəbdir ki, onlar arasında qarşılıqlı təsirin öyrənilməsi xüsusi fiziki
modellərin yaradılmasını tələb edir.
Xlorofilin qırmızı flüoressensiya şüalanması obyekti stress halında, həm
də qaranlıqda saxladıqda yaxşı müşahidə olunur. Bu şüalanma Kautski effekti
kimi tanınır və onun spektri iki maksimumla 680-690 nm və 730-735 nm
xarakterizə edilir (11, 12). Məlum olmuşdur ki, flüoressensiya şüalanmanın
690 nm piki xlorofilin miqdarı artdıqca azalır. Uyğun olaraq flüoressensiya
şüalanmanın F690/F735 nisbəti xlorofilin miqdarı artdıqca azalır (10).
Qısamüddətli və aşağı stress vəziyyətlərində xlorofil tərkibi dəyişməsə də
fotosintez zəifləyir və bu zaman F690/F735 nisbəti 20-30% artır. Uzun müd-
dətli stress vəziyyətlərində isə fotosintezin səviyyəsi müəyyən qədər bərpa olu-
na bilər (adaptasiyanın və regenerasiyanın hesabına), lakin xlorofilin miqdarı
aza
laraq daha aşağı səviyyələrdə qərarlaşır. Bu isə flüoressensiyanın
F690/F735 nisbətinin 1,5-4 dəfə artmasına səbəb ola bilər. Odur ki, flüores-
sensiyanın F690/F735 nisbətinin qiyməti bu və ya digər stress amilin qiymət-
ləndirilməsi üçün çox yaxşı yanaşmadır.
Flüoressensiya spektrlərinin forması və intensivliyinin qiyməti xlorofilin
tərkibi ilə korrelyasiya edir (14) və yarpaqların işığı udma xüsusiyyətlərindən
asılı olur (12). Ədəbiyyat məlumatlarına görə çoxlu sayda təcrübələrin nəti-
cələri göstərir ki, müxtəlif stress hallarında bitkilərin yarpaqlarında baş verən
fizioloji dəyişiklikləri, xüsusilə bitkilər üçün ən vacib olan fotosintez pro-
sesində olan dəyişiklikləri xlorofil flüoressensiya şüalanması spektrlərinin
analizi ilə müəyyən etmək olar (3; 13, 16, 17).
Aparılmış tədqiqat işlərində əsas məqsəd real ekoloji çirklənmə
68
şəraitində həmişəyaşıl ağac bitkilərinin yarpaqlarında xlorofil flüoressensiyası
spektrlərinin analizinə əsaslanaraq ətraf mühitin ekoloji vəziyyətinin qiymət-
ləndirilməsidir. Bu təcrübələrdə çirklənmə dərəcəsinə görə bir-birindən xeyli
fərqlənən müxtəlif ərazilərdə bitən zeytun və daş palıd ağaclarından götürül-
müş yarpaq nümunələrində xlorofil şüalanması spektrləri analiz edilmişdir.
Tədqiqat metodu və obyektlər
Yarpaqlarda xlorofil flü
oressensiya şüalanmasının spektrləri və eləcə də
həyəcanlandırma spektrləri Fransanın istehsalı olan Cary Eclipse spektrofoto-
metrində (Varian Inc., Les Ulis, France) məlum metodla çəkilmişdir (7).
Xlorofilin həyəcanlandırılması spektrləri 300-700 nm intervalında skan edil-
mişdir. Şülanma spektri isə 650-800 nm intervalında qırmızı və uzaq qırmızı
oblastında çəkilmişdir. Şüalanma spektrlərini almaq üçün xlorofil əsasən
qırmızı oblastda həyəcanlandırılmışdır. Spektrlər bütün yarpaqlarda onların
adaksial tərəfindən çəkilmişdir. Yarpaqların təqribən 6 mm diametrində səthi
spektrlərin skan edilməsi üçün kifayət etmışdir. Spektrlər otaq temperaturunda
yarpaqların ağaclardan yığılmasından bir gün sonra çəkilmişdir. Bu yarpaq-
larda spektrlərin çəkilməsi üçün lazım olan adaptasiya şəraitini təmin etmişdir.
Təcrübələrdə tədqiqat obyekti kimi Olea europea L. – zeytun və Quercus
ilex L.–
daş palıd adlanan ağac bitkilərinin yarpaqlarından istifadə edilmişdir.
Olea europea L – Zeytun (2) hündürlüyü 4-
6 m və bəzən də daha çox
olan zeytun ağacı yığcam çətirli həmişəyaşıl bitkidir. Zeytun ağacının lansetə
oxşar yarpaqları boz-yaşıl rəngdə olur. Bu bitki qədim zamanlardan bitki yağı
almaq və dekorativ məqsədlər üçün becərilir. Zeytun ağacı kontinental iqlim
şəraitində yaxşı böyüyən, quraqlığa, zəif şoranlığa və güclü küləklərə davamlı,
quru subtropiklərin xarakter bitkisidir. Bu səbəbdən Azərbaycanın bir sıra
regionlarında, xüsusilə də Abşeron yarımadasında zeytun ağacları geniş yayıl-
mışdır. Sənaye və dekorativ bitki kimi dünyanın müxtəlif regionlarında, mə-
sələn, Aralıq dənizi ətrafı ölkələrdə qədimlərdən zeytun bağları salınmışdır.
Zeytun ağacının meyvələrindən insan orqanizmi üçün faydalı olan biotexnoloji
proseslərə əsaslanan yağ istehsal edilir. Digər tərəfdən zeytun ağaclarından
(landşaftların formalaşdırılması və ətraf mühitin yaxşılaşdırılması məqsədilə
istifadə edirlər. Zeytun bağları olan ərazilərdə torpağın möhkəmləndirilməsi və
eroziyanın qarşısının alınması mühüm əhəmiyyət kəsb edir. Zeytun münbit
olmayan, zəif şoran torpaqlarda belə yaxşı inkişaf edir, uzunömürlü bitkidir.
Elmə məlumdur ki, zeytun ağacı bağlarda 300-400 il, münbit torpaqlarda və
normal şəraitdə isə 1000 ilə qədər mövcud ola bilir. Bu bitkinin uzunömür-
lülüyü və stress amillərə davamlılığı imkan verir ki, ondan eyni zamanda
perspektivli biomonitorinq obyekti kimi istifadə etsinlər. Hal hazırda Abşeron
ərazisində zeytunun 20-dən çox növü becərilir. Odur ki, Abşeron yarımadası
ərazilərində, şəhər parklarında və yol kənarlarında salınmış zeytun ağac-
larından ekoloji vəziyyətin qiymətləndirilməsində və monitorinqində istifadə
edilməsi məqsədəuyğundur.
69
Quercus ilex L.–
Daş palıd (1) Azərbaycana XX əsrin ortalarında intro-
duksiya edilmişdir. Normal şəraitdə becərilən daş palıd ağacının hündürlüyü 20
m qədər ola bilir. Onun yarpaqları ellipsvaridir və ölçüləri 2-7 sm uzunluğun-
da, 1-
3 sm enində olur. Daş palıd ağacları təbii olaraq meşələrdə bitir, lakin bu
ağaclardan parkların, həyətyanı sahələrin və yol kənarlarının yaşıllaşdırılma-
sında da istifadə edilir. Bu bitkinin də həmişəyaşıl növləri var və onlar quraqlıq
və güclü küləklərə davamlı bitkilər hesab edilir. Abşeron yarımadasında
dekorativ məqsədlər üçün əkilmiş daş palıd ağacları uzun illərdir müxtəlif
cəhətdən çirklənmiş ərazilərdə belə bitir. Odur ki, bu ağaclardan ərazilərin nə
dərəcədə çirkləndiyini monitorinq edərkən istifadə etmək olar və digər
bitkilərlə müqayisədə daha etibarlı nəticələr almaq olar.
Tədqiqatın nəticələri
Təcrübələrdə qarşıya qoyulan məsələlərin həllinə nail olmaq üçün
Abşeron rayonunun ekoloji cəhətdən normal vəziyyətdə və çirklənmiş
ərazilərində bitən zeytun və daş palıd ağaclarının yarpaq nümunələrində
xlorofill flüorensiyası şüalanmasının spektrləri çəkilərək analiz edilmişdir.
Ekoloji cəhətdən normal ərazi kimi Bakı şəhərindən 28 km kənarda, nəqliy-
yatın intensiv olduğu yollardan uzaq, sənaye müəssisələrindən xeyli aralı, nis-
bətən ekoloji təmiz ərazilər seçilmişdir. Çirkli ərazi kimi isə nəqliyyatın inten-
siv hərəkəti olan yol kənarları, sənaye müəssisələrindən 200 m aralı ərazilər
seçilmişdir. Bu ərazilərdə bitən zeytun və daş palıd ağaclarının yarpaq nümu-
nələrində xlorofil flüoressensiya şüalanması spektrləri çəkilmiş, onların xarak-
teristikaları müqayisə edilmişdir. İlkin təcrübələrdə ekoloji normal ərazilərdə
bitən zeytun və daş palıdın xlorofil flüoressensiya spektrləri alınmış və onların
udma spektrindən asılı olan xarakteristikaları müəyyən edilmişdir. Zeytun
ağacının yarpağında qırmızı xlorofil flüoressensiya şüalanmasının spektrində
xarakterik olan iki 690 nm və 735 nm pikləri alınmışdır. Şəkil 1-də zeytun
yarpağında udma spektri (1) və şüalanma spektrləri (2) və (3) verilmişdir. Xlo-
rofilin 631 nm dalğa uzunluğu ilə şüalanması zamanı alınan spektrin (3) 659
nm dalğa uzunluğu ilə həyəcanlandırdıqda alınan spektrdən (2) həm inten-
sivliyinə və həm də piklərin dalğa uzunluğuna görə fərqlənmişdir. Bu onu gös-
tərir ki, xlorofil qırmızı şüalanma spektri həyəcanlandırıcı dalğa uzunluğundan
asılıdır. Odur ki, təcrübələrdə eyni bitki üçün həyəcanlandırıcı dalğa uzunluğu
eyni s
eçilmişdir. F690/F735 nisbəti birinci spektr üçün 0,83, ikinci spektr üçün
isə 0,69 olmuşdur. Eyni spektr normal şəraitdə bitən daş palıd ağacının
yarpaqlarında da çəkilmişdir. Bu təcrübənin nəticələri şəkil 2-də verilmişdir.
Normal şəraitdə bitən daş palıd ağacının yarpaqlarında da xlorofilin
qırmızı şüalanma spektrində 689 nm və 736 nm dalğa uzunluqlarına uyğun
piklər müşahidə edilmişdir. F690/F735 nisbəti isə 0,94 olmuşdur.
70
Şək. 1. Normal şəraitdə bitmiş zeytun ağacının yarpağında udma spektri (1) və xlorofil qırmızı
flüoressensiya spektrləri (2) və (3).
Şək 2. Normal şəraitdə bitmiş daş palıd ağacının yarpağında udma spektri (1) və xlorofil
qırmızı flüoressensiya spektrləri (2). Həyəcanlandırıcı dalğa uzunluğu 655 nm olmuşdur.
Sonrakı təcrübələrdə Abşeron ərazisində ekoloji vəziyyətin müxtəlifliyinin
bu ağacların inkişafında təsirini öyrənmək və gələcəkdə ekoloji monitorinq
apararaq riskin qiymətləndirilməsi üçün xlorofil qırmızı flüoressensiya şüalan-
ması spektrlərinin xarakteristikaları öyrənilmişdir. Xlorofil qırmızı flüoressen-
siya şüalanması ətraf aləmin stress təsirlərinə qarşı həssas bir parametr oldu-
ğundan bu üsulun imkanlarından belə məsələlərin tədqiqində geniş istifadə edilir.
71
Şək 3. Ekoloji təmiz ərazidə bitən zeytun ağacının yarpağında udma spektri (1) və xlorofil
qırmızı flüoressensiya şüalanması spektri (2). Spektrlər yarpağın adaksal tərəfindən
çəkilmişdir.
Hal hazırda zeytun və daş palıd ağacları Abşeron ərazisinin müxtəlif də-
rəcədə çirklənmiş ərazilərində qalmaqdadır. Onların inkişafı bu ərazilərin eko-
loji çirklənmə dərəcəsindən, çirklənmənin təbiətindən asılı olaraq müxtəlifdir.
Elə ərazilər var ki, neft məhsulları ilə, elə ərazilər də var ki, nəqliyyatın
atmosferə, torpağa yaydığı çirkləndiricilərlə çirklənmişdir. Təcrübələrdə Bakı
şəhərinin çirkli ərazilərində və nəqliyyatın intensiv olduğu yol kənarlarında
bitən zeytun və daş palıd ağaclarının yarpaqları toplanmış və onların xlorofil
qırmızı flüoressensiya spektrləri çəkilərək normal şəraitdə bitən ağacların
yarpaql
arı ilə müqayisə edilmişdir. Şəkil 4–də ekoloji cəhətdən çirkli hesab
edilən ərazidə bitən zeytun ağacının yarpağında udma spektri (1) və xlorofil
qırmızı flüoressensiya şüalanması spektri (2) çəkilmişdir. Spektrlər bütün hal-
larda yarpağın adaksial tərəfindən çəkilmişdir. Həyəcanlandırıcı şüaların dalğa
uzunluğu 631 nm olmuşdur. Şəkil 4-dən göründüyü kimi çirkli ərazidə bitən
zeytun ağacının xlorofil qırmızı flüoressensiya spektri normal şəraitdə bitən
zeytun ağacının yarpaqlarından çəkilmiş spektrdən tamamilə fərqlənir. Spektrin
həm piklərində və həm də onların intensivliyində xeyli fərq alınmışdır.
Xlorofil flüoressensiyası spektrinin xarakteri dəyişmiş, 690 nm piki
demək olar ki, tamamilə itmiş, 790 nm piki isə çox az qalmışdır. F690/F735
nisbəti isə 0,62 olmuşdur. Bu nisbət normal şəraitdə bitən zeytun ağacı üçün
0,69 olmuşdur.
Eyni təcrübələr daş palıd ağacı üçün də aparılmışdır. Əvvəlcə normal
şəraitdə bitən palıd ağacının yarpaqlarında xlorofil qırmızı şüalanmanın
spektrləri çəkilmişdir və bu təcrübənin nəticələri şəkil 2 və 5-də verilmişdir.
Normal şəraitdə bitən palıd ağacının yarpaqlarında flüoressensiya spektrinin
hər iki piki müşahidə olunur – 689 nm və 736 nm. F690/F735 nisbəti isə 0,94
olmuşdur. Eyni təcrübə ekoloji cəhətdən çirkli ərazi hesab edilən ərazilərdə
bitən palıd ağacının yarpaqlarında da aparılmışdır.
72
Şək. 4. Ekoloji çirkli ərazidə bitən zeytun ağacının yarpağında udma spektri (1) və xlorofil
qırmızı flüoressensiya şüalanması spektri (2). Spektrlər yarpağın adaksal səthindən
çəkilmişdir.
Şək. 5. Ekoloji təmiz ərazidə bitən daş palıd ağacının yarpağında udma spektri (1) və
xlorofil qırmızı flüoressensiya şüalanması spektri (2). Spektrlər yarpağın adaksal tərəfindən
çəkilmişdir. Həyəcanlandırıcı şüaların dalğa uzunluğu 655 nm olmuşdur.
Təcrübənin nəticələri şəkil 6-da verilmiş qrafikdə göstərilmişdir. Çirkli hesab
edilən ərazilərdə bitən palıd ağacının yarpaqlarında çəkilmiş flüoressensiya
spektrləri normal şəraitdə bitən ağaclara nisbətən zeytun ağacında olduğu kimi elə
də kəskin fərqlənmir. Belə ki, çirkli ərazidə bitən palıd ağacının yarpaqlarında
xlorofil qırmızı flüoressensiya spektrində hər iki pik 690 nm və 730 nm müşahidə
olunur. Spektrin xarakteri də dəyişmir. Lakin F690/F735 nisbəti isə 0,53
olmuşdur. Göründüyü kimi normal şəraitdə bitən palıd ağacında bu nisbət xeyli
böyük olmuşdu – 0,94. Beləliklə, onu qeyd etmək lazımdır ki, flüoremetrlə çəkilən
flüoressensiya spektrləri ekoloji çirkli ərazilərdə bitən ağaclarda normal şəraitdə
bitən ağaclara nisbətən xeyli dəyişikliklərə uğrayır.
73
Şək. 6. Ekoloji çirkli ərazidə bitən daş palıd ağacının yarpağında udma spektri (1) və xlorofil
qırmızı flüoressensiya şüalanması spektri (2). Spektrlər yarpağın adaksal tərəfindən
çəkilmişdir. Həyəcanlandırıcı şüaların dalğa uzunluğu 655 nm olmuşdur.
Nəticələrin müzakirəsi
Tilakoid membranlarında, xloroplastlarda, bitki toxumalarında və nəhayət,
nativ yarpaqlarda təbii halda qeyd edilən xlorofil flüoressensiyası fotokimyəvi
və qeyri-fotokimyəvi prosesləri öyrənmək üçün mühüm bir texnikadır və güclü
vasitədir. Xlorofilin qırmızı flüoressensiya şüalanması bitkilərin müxtəlif stress
halında, yüksək duzluluq, temperatur anomaliyalarında, atmosfer çirklənmə-
lərində və uzun işığın intensivliyinin aşağı olan (və ya qaranlıqda) hallarında
yaxşı müşahidə olunur. Mövcud elmi ədəbiyyatlardan məlum olur ki, xlorofilin
qırmızı flüoressensiya şüalanması ətraf aləmin ekoloji vəziyyətində yaranan
anomaliyaların monitorinqində mühüm parametr kimi çıxış edə bilər. Yüksək
həssaslığa malik olan xlorofilin qırmızı flüoressensiya şüalanması bitkilərdə
məhsuldarlığın əsasını təşkil edən, onların böyüməsini və normal mövcud
olmasını təmin edən fotosintez prosesi ilə əlaqədardır. Başqa sözlə fotosintez
prosesinin əsas iştirakçısı xlorofil və ona köməkçi olan piqmentlərin
tərkibindən, miqdarından və strukturlarından asılıdır. Fotosintez prosesində
əsas reaksiya mərkəzi PSII-nin struktur və funksiyasının tədqiqində xlorofill
flüoressensiyasının əsas parametrlərindən istifadə edirlər. Bu parametrlərə
'
, F
F
–
flüoressensiya intensivliyi uyğun olaraq qaranlığa və işığa adaptasiya
edilmiş yarpaqlarda,
'
0
0
, F
F
–
minimal flüoressensiya qaranlıqda və işıqda
uyğun olaraq,
'
,
υ
υ
F
F
–
variyasiya flüoressensiyası qaranlıq və işıqda uyğun
olaraq,
m
F ,
'
m
F
–
maksimal flüoressensiya qaranlıqda və işıqda uyğun olaraq,
'
'
'
F
F
F
m
q
−
=
flüoressensiya fərqi,
m
F
F /
υ
PSII-nin maksimum kvant
effektivliyi və s. Bu parametrlərin hər biri fotosintez prosesinin bu və ya digər
mərhələsinin funksional göstəricisidir. Bu göstəricilərdən biri də F690/F730
nisbətidir ki, onun artması və ya azalması fotosintezin xlorofil kompleksinin
mühüm göstəricisidir. Bu nisbətin artması və ya azalması ilə yarpaqlarda
xlorofil tərkibinin necə dəyişməsini izləmək olur. Məsələn, F690/F730 nisbəti
normal ərazidə bitən zeytun ağac üçün 0,69, çirkli ərazidə bitən zeytun ağacı
74
üçün 0,62 olmuşdur. Daş palıd ağacı üçün F690/F730 nisbəti normal ərazidə
bitən üçün 0,94, çirkli ərazidə bitən üçün 0,53 olmuşdur. Təcrübələrin
nəticələri ilk növbədə onu göstərir ki, çirkli ərazilərdə bitən zeytun ağaclarında
flüoressensiya spektri normal ərazilərdə bitənlərlə müqayisədə F690/F730
nisbəti az fərqlənir. Lakin daş palıd ağacında bu nisbət xeyli fərqlənir. Bu isə
onu göstərir ki, daş palıd ağacı zeytun ağaclarına nisbətən ətraf mühitin
çirklənməsinə daha həssasdır. Zeytun ağacları çirklənmə dərəcəsindən asılı
olmayaraq öz xlorofil tərkibini normal saxlaya bilir, lakin palıd ağacının
yarpaqlarında xlorofil tərkibi mühüm dəyişikliyə uğrayır. Nəticə olaraq onu
qeyd etmək olar ki, flüoressensiya şüalanmasının parametrləri ətraf mühitin
ekoloji monitorinqində bir komponent kimi istifadə oluna bilər və riskin
qiymətləndirilməsində faydalı ola bilər.
ƏDƏBİYYAT
1.
Флора Азербайджана. Баку: АН Азерб., 1952, т.III, с.102.
2.
Флора Азербайджана. Баку: АН Азерб., 1957, т.VII, с.75, 78.
3.
Artur S. Gouveia-Netoet al.2010.Abiotic Stress Diagnosis via Laser Induced Chlorophyll
Fluorescence Analysis in Plants for Biofuel http://cdn.intechopen.com/pdfs/20054/InTech-
Abiotic_stress_diagnosis_via_laser_induced_chlorophyll_fluorescence_analysis_in_plants_
for_biofuel.pdf
4.
AbouKheira, A. A., Atta, N. M. M. (2009). Response of Jatrophacurcas L. to water deficits:
yield, water use efficiency and oilseed characteristics. Biomass and Bioenergy, vol. 33, No.
10, pp. 1343-1350, 0961-9534
5.
Agati, G. (1998). Response of the in vivo chlorophyll fluorescence spectrum to
environmental factors and laser excitation wavelength. Pure and Applied Optics, vol. 7, No.
4, pp. 797-807 0963-9659
6.
Allakhverdiev, S.I., Murata, N. (2008). Salt stress inhibits photosystem II and I in
cynobacteria. Photosynthesis Research, vol. 98, pp. 529-539, 1573-5079
7.
Bidel L., Meyer S. et al. Responses of epidermal phenolic compounds to light acclimation:
in vivo qualitative and quantitative assessm
ent using chlorophyll fluorescence excitation
spectra in leaves of three woody species. Journal of Photochemistry and Photobiology. B,
2007, Biology, 88, 163-179
8.
Govindjee, A. J Sixty-three years since Kautsky chlorophyll a fluorescence, Aust. J. Plant
Physiol., 1995, 22, 131-160
9.
Krause G. H. and E. Weis, Chlorophyll fluorescence and photosynthesis: the basis, Annu.
Rev. Plant Physiol. Plant Mol. Biol., 1991, 42, 313-349.
10.
Kochubey S.M.,Shadichina T.M., and Odinoky N.S. 1986. Judgment of the nitrogen
deficiency of crop plants by means of spectrofluorescence of leaves // Physiology and
Biochemistry of Crop Plants, 18, 35-39
11.
Lichtenthaler H.K. and Buschmann C, Chlorophyll fluorescence spectra of green bean
leaves // J. Plant Physiol., 1987, 129, 137-147
12.
Lichtenthaler H.K and Rinderlr U., 1988. The role of chlorophyll fluorescence in the
detection of stress conditions in plants. CRC Critical Reviews in Analytical Chemistry, 19,
Suppl. İ. S. 29-85
13.
Lichtenthaler H.K. Applications of chlorophyll fluorescence in stress physiology and
remote sensing. İn: Applications of Remote Sensing in Agriculture, 1990, pp. 287-305.
14.
Maurya R and R. Gopal, “Laser-induced fluorescence ratios of Cajanuscajan L. under the
stress of cadmium and its correlation with pigment content and pigment ratios,” Applied
Spectroscopy, vol. 62, no. 4, pp. 433-438, 2008.
15.
Nagel E.M., Buschmann, C. and Lichtenthaler H.K., 1987, Photo acoustic spectra of
needles an indicator for the activity of the photosynthetic apparatus of healthy and damaged
conifers. Physiol. Plantarum, 70, 427-437.
75
16.
Thach L. B., Shapcott A., Schmidt S., Critchley C. The OJIP fast fluorescence rise
characterizes Craptophyllum species and their stress responses // Photosynthesis Research,
2007, May, vol. 94, no. 2. P. 423-436.
17.
Volgusheva A. A., Yakovleva O. V., Konyukhov I. V. Analysis of the chlorophyll
fluorescence parameters in the bark chloroplast of poplar from different areas of Ulan
Bator, MCE 2009, v. 2, pp. 180-197
ЭКОЛОГИЧЕСКИЙ МОНИТОРИНГ С ИСПОЛЬЗОВАНИЕМ
ФЛУОРЕСЦЕНТНОГО ОБЛУЧЕНИЯ ХЛОРОФИЛЛА ЛИСТЬЕВ
QUERCUS ILEX L. И OLEA EUROPEA L., ПРОИЗРАСТАЮЩИХ
НА ТЕРРИТОРИИ АБШЕРОНА
Б.Т.ГАФАРОВА, А.О.МАМЕДОВА, И.С.АХМЕДОВ
РЕЗЮМЕ
В исследованиях был проведен сравнительный анализ флуоресцентного спектра
хлорофилла листьев вечнозеленых растений, произрастающих в реальных экологически
загрязненных средах Абшерона в зависимости от экологического состояния окружаю-
щей среды. В экспериментах использованы образцы листьев Оlea europea L. и Quercus
ilex L
., произрастающих на участках территории, значительном отличающихся по сте-
пени загрязненности. У листьев растений, произрастающих в нормальных экологи-
ческих условиях, спектрах хлорофилла красной флуоресценции, были получены два
пика 690 нм и 735 нм, и было определено соотношение F690/F735. На основе изменений
этих соотношений были оценены физиологическое состояние деревьев и хлоро-
филльный состав листьев.
Ключевые слова: биоиндикация, спектр флуоресценции хлорофилла, экологи-
ческая оценка.
THE ENVIRONMENTAL MONITORING BY CHLOROPHYLL FLUORESCENCES
RADIATION ON THE LEAVES OF QUERCUS ILEX L. AND OLEA EUROPEA L.
PLANTS IN THE ABSHERON REGION
B.T.GAFAROVA, A.O.MAMMADOVA, I.S.AHMADOV
SUMMARY
The present work presents a comparative analysis of the dependences of chlorophyll
fluorescence quenching on the leaves of evergreen trees growing in real terms of
environmental pollution on the ecological conditions of the environment. The experiments
used the leaves of olive and stone oak trees from the areas significantly different for their
degrees of contamination. The in vivo chlorophyll fluorescence spectra of plant leaves growing
in normal physiological conditions show two fluorescence maxima, one in the spectral region
near 690 nm and the other in the region near 730 nm and the F690/F735 ratio was calculated.
According to the physiological status of the change by the rate of F690F735, the chlorophyll
contents of the leaves of the given trees were appreciated.
Key words: bioindication, chlorophyll fluorescence spectra, environmental assessment
Redaksiyaya daxil oldu: 22.05.2014-cü il.
Çapa imzalandı: 11.06.2014-cü il.
76
Dostları ilə paylaş: |