Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə28/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   24   25   26   27   28   29   30   31   ...   49

87 
 
Küleyni və qeyrə sənədi səhih ilə həzrəti-Sadiq 
əleyhissəlamdan nəql  etmişlər kim, həzrəti-Fatimə pədəri-
namdarından sonra yetmiş beş gün dünyada olub, hüzni-
şədid ol cənabə daxil idi. (lla) 
3.  Ya Hoseyn, tora souqənd midəhəm ke, ba in qoruh 
moğatele nənəmai ke, koşte xahi şod. (208b-209a) 
Ya İbn Rəsulullah, saŋa  souqənd verirəm ki, bu güruh 
ilə müqatilə qılmayasan  kim,  həlak  olursan. (44b) 
Birinci cümlənin farscası ilə türkcəsinin bir-birinə 
nə dərəcədə uyğun gəldiyini, daha doğrusu, ikincinin birincidən 
bir qədər sərbəst şəkildə tərcümə olunduğunu ilk növbədə 
«Cəlaül-üyun»da işlənən ayrı-ayrı leksik vahidlərlə onların 
«Riyazül-qüds»dəki qarşılıqlarının müqayisəsində görmək 
mümkündür:  be-hər ke - hər kimə; mosibəti  berəsəd - 
müsibət irdükdə; yad  konəd - yad etsün. Bu leksik 
vahidlərdən birincisi ilə üçüncüsü istər leksik-semantik 
baxımdan,  istərsə də qrammatik quruluşlarına görə bir-bir-
lərinə tam uyğun gəlir. Farsca cümlədəki birinci söz - hər 
ke  qeyri-müəyyən əvəzliyi fars dilində yönlük hal 
məzmununu bildirən be  önqoşması ilə işlənmişdir, onun 
türkcə qarşılığı da yönlük haldadır. Eləcə də farsca 
cümlədəki  «yad konəd» tərkibi feli fars dilində əmr 
şəklində işlənmişdir, onun türkcə qarşılığı da eyni 
biçimdədir. Farsca cümlədəki «mosibət»  ismi ilə işlənmiş 
«berəsəd»  (çatsa, gəlsə) feli isə fars dilində şərt şəklində 
olduğu halda, onun türkcə qarşılığı «irdükdə»  (çatdıqda, 
gəldikdə) feli bağlama şəklindədir. Bununla belə, onlar 
qrammatik quruluş baxımından fərqlənsələr də, leksik-
semantik cəhətdən bir-birlərinə tam uyğun gəlir. 
Cümlələrin ikinci tərəflərində isə müəyyən fərqli 
cəhətlərin olması göz qabağındadır. Belə ki, farsca 
mürəkkəb cümlənin tərkibindəki sonuncu tərəfin - «an 
əzimtərin-e mosibəthast» (o, ən böyük müsibətdir) 
cümləsinin türkcə qarşılığı, birincisi, farscadakı kimi cəmi 


88 
 
üç sözdən yox, altı sözdən ibarətdir. İkincisi isə, türkcə 
cümlədəki:  «ehtimali-şəkk yoxdur» leksik vahidlərinin 
qarşılığı farsca cümlədə yoxdur, deməli, mütərcim 
əlavəsidir. Bundan əlavə, türkcə cümlədəki «əfzə'i-məsaib» (ən 
qəmli müsibətlər) birləşməsinin birinci tərəfi onun farsca 
qarşılığından incə məna fərqi ilə seçilir; farscada: ən böyük, 
türkcədə isə: ən qəmli. Bununla belə, bütövlükdə götürdükdə 
sözügedən iki əsərdən götürülmüş
 bu cümlələrin məzmunları 
üst-üstə düşür və bu baxımdan onlar arasında açıq-aşkar bir 
uyğunluq, uyarlıq olduğu heç bir şübhə doğurmur. Deməli, 
«Riyazül-qüds»dəki bu cümlələr «Cəlaül-üyun»dan tərcümə 
olunmuşdur. Qeyd edək ki, yuxarıdakı cümlələr hər iki əsərdə 
Məhəmməd peyğəmbər (s.) haqqında olan birinci babdandır 
və o həzrətin dilindən verilmişdir.  
Adı çəkilən
 əsərlərdəki ikinci cümlələr həzrət Fatimədən 
(ə.) bəhs edən ikinci babdan götürülmüşdür. Yuxarıdakı 
birinci 
nümunə
 ilə müqayisədə bu cümlələr arasındakı 
uyğunluq və yaxınlıq dərəcəsi daha qabarıq şəkildə özünü 
göstərir. Belə ki, bu cümlələrin istər qrammatik quruluşu, istərsə 
də onlarda istifadə olunmuş leksik vahidlər bir-biri ilə tam üst-
üstə düşür. Başqa sözlə desək, türkcə cümlə farsca cümlənin sırf 
tərcüməsidir, artıq buna başqa ad vermək mümkün deyil. Bu 
cümlələrdə istifadə olunan leksik vahidlərin çoxunun eyni 
olması göz qabağındadır: sənədha-ye səhih  - sənədi-səhih;  
rəvayət 
kərdeənd
 - nəql etmişlər; dər-donya  mand - dünyada 
olub;  hozn-e şədidi - hüzni-şədid; bər-an həzrət daxel 
şode
 
bud - ol cənabə daxil idi. A.Bakıxanov  bu  cümlənin  
tərcüməsində  yalnız  iki  kiçik dəyişiklik etmişdir: farsca 
cümlədə cəmdə olan «sənədha»  (sənədlər) sözünü təkdə 
«sənəd»  kimi vermiş və «pedər-e bozorgvar» (ulu ata) 
birləşməsinin ikinci tərəfini - «bozorgvar»  (ulu, böyük) sifətini 
«namdar»  (adlı-sanlı, şöhrətli) sifəti ilə əvəz etmişdir: pedər-e 
bozorgvar - pədəri-namdar. 
Hər iki əsərdəki beşinci babdan götürülmüş üçüncü cümlələr 


89 
 
də istər məzmunca, istərsə də sintaktik quruluş baxımından biri-
birinə uyğun gəlir. A.Bakıxanov bu cümləni də sırf tərcümə 
etmişdir; o, farsca cümlədəki bütün sözləri eynilə ya saxlamış, ya da 
onların yerinə türkcə qarşılıqlarını qoymuşdur. Bu cümlə 
arasındakı yeganə fərq farsca cümlədəki Hüseyn xüsusi isminin 
(imam Hüseynin)  İbn Rəsulullah (lüğəvi mənası: Allahın 
elçisinin oğlu) xüsusi ismi ilə əvəzlənməsi və birincidəki «koşte 
xahi şod» (ölürsən) felinin əvəzində oxşar mənalı «həlak 
olursan»  feli ilə işlənməsidir ki, bu da onlar arasında heç bir 
dəyişikliyə gətirib çıxarmamışdır və təbii qəbul edilməlidir. 
Beləliklə, «Cəlaül-üyun» və «Riyazül-qüds»dəki bu üç 
nümunənin müqayisəsi onlar arasında tam bir uyğunluq 
olduğunu, daha doğrusu, türkcə cümlələrin farsca cüm-
lələrdən tərcümə olunduğunu açıq-aşkar sübut edir. Hər iki 
əsərdə bu qəbildən olan cümlələr çoxdur və onların sayını 
artırmaq da olar, lakin, təbii ki, elə yuxarıdakı nümunələrin özü 
də bu barədə konkret bir qənaətə gəlməyə əsas verir və bu 
baxımdan yetərlidir. 
Hər iki əsərin mətnləri üzərindəki müşahidələr göstərir ki, 
A.Bakıxanov «Cəlaül-üyun»u tərcümə edərkən, bir qayda olaraq, 
fars dilinin sintaktik quruluşunun təsiri altına düşməmiş və 
cümlələlərini ana dilinin sintaktik normalarına əməl etməklə, 
sərbəst şəkildə qurmağa can atmışdır. Bunu yuxarıdakı 
cümlələrin nümunəsində də açıq-aşkar görmək olar. Bununla 
belə, A.Bakıxanov nadir hallarda «Cəlaül-üyun»dakı bəzi 
cümlələrin tərcüməsində onların quruluşunu, sintaktik qəliblərini də 
olduğu kimi saxlamışdır. Nümunə olaraq aşağıdakı cümlənin 
farscasına və onun türkcəyə tərcüməsinə nəzər salaq: 
Mixahi,  tora  be-əmri  də'vət konəm ke, baes-e şərəf və 
axerət-e to başəd (112a) 
Sevərmisən, səni dəvət 
edim
 bir əmrə ki, baisi-şərəfi-
dünya və axirət ola. (15a) 
Bu cümlələr söz sırası baxımından, demək olar ki, tam üst-
üstə düşür. Hər iki cümlə mürəkkəb quruluşlu tabeli mürəkkəb 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə