Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə31/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   27   28   29   30   31   32   33   34   ...   49

96 
 
qarışığı, sintezi şəklində yazılmış, "Riyazül-qüds» isə 
yüksək bədii üslubda qələmə alınmışdır.  
Bu iki əsər arasındakı daha bir fərqli xüsusiyyət 
onların həcmləri ilə bağlıdır. Yuxarıda da qeyd edildiyi kimi, 
«Cəlaül-üyun» həcm etibarilə «Riyazül-
qüds
»dən azı üç-dörd 
dəfə böyükdür. Bu isə artıq A.Bakıxanovun tərcümə prinsipi ilə 
bağlıdır. Qeyd edildiyi kimi, o, «Cəlaül-üyun»u seçmə 
prinsipi ilə və ixtisar şəklində tərcümə etmişdir. Qeyd edək ki, 
oxşar hal digər klassik tərcümə nümunələrində də özünü 
göstərir. Məsələn, XV əsr Azərbaycan şairi-tərcüməçisi 
Əhmədi
 
Təbrizinin «Əsrarnamə» tərcüməsi məşhur sufi şairi 
Fəridəddin Əttarın (1120-1230) üç məsnəvisindən («Əsrar-
namə», «Müsibətnamə», «İlahinamə») seçmə mənzum heka-
yətlərin sərbəst tərcüməsidir (bax: 58, 39-49). Və ya başqa bir 
misal: görkəmli Azərbaycan filosofu Şeyx Mahmud Şəbüs-
tərinin (1287-1320) «
Gülşəni
-raz» məsnəvisi cəmi 1006-
1007 beytdən ibarət olduğu halda, onun Şirazi təxəllüslü 
şair-mütərcim tərəfindən 1426-cı ildə dilimizə edilmiş 
tərcüməsindəki beytlərin sayı 3000-ə yaxındır (bax: 57, 46-
88). 
Bu iki əsər arasındakı mövcud fərqli xüsusiyyətlər 
sırasında, şübhəsiz ki, «Riyazül-qüds»dəki əksər şeir 
parçalarının A.Bakıxanovun özünə məxsus olması da ayrıca 
qeyd olunmalıdır. Görünür, məhz bu amili nəzərə alaraq, 
indiyədək «Riyazül-qüds»ün tərcümə olması faktına, 
yumşaq desək, göz yumulmuş və əhəmiyyət 
verilməmişdir

Bu amil, sözsüz ki, olduqca mühüm və əhəmiyyətli olmaqla 
yanaşı, müasir tərcümə nəzəriyyəsində yolverilməz sayılır. 
Bununla belə, klassik tərcümə nümunələri üzərindəki 
müşahidələrimizə əsasən deyə bilərik ki, orta yüzilliklərin 
sərbəst tərcümələrində orijinalın mətninə əlavələr etmək, 
ixtisarlara yol vermək, orijinal şeir parçaları artırmaq kimi 
hallara tez-tez rast gəlmək olur (bax: 55, 30-41). Məsələn, 
Kaşifinin «Rövzətüş-şühəda» əsərindən tərcümə olunmuş 


97 
 
Nişatinin «Şühədanamə»sinin tərcümə nümunəsi olması heç 
bir şübhə doğurmur. Bununla belə, «Şühədanamə»də 
Nişatinin farscadan sırf tərcümə etdiyi şeir parçaları ilə 
yanaşı, öz qələminin məhsulu olan nəzm nümunələri də 
vardır (bax: 56, 116-119). Eləcə də «Hədiqətüs-süəda»da olan 
bir sıra şeir parçalarının Füzulinin özünə məxsus olmasına 
baxmayaraq, bu əsər tədqiqatçıların çoxunun fikrincə, klassik 
sərbəst tərcümə nümunəsidir (bax: 47, 54). 
Deməli, təkcə yuxarıdakı fakta 
söykənərək
 «Riyazül-
qüds»ü orijinal əsər saymaq düzgün deyil. Əsərdəki şeir 
parçaları ilə bağlı onu da qeyd edək ki, onların bir çoxu həm 
də müstəqil şeir təsiri bağışlayır, yəni əsərdən ayrılıqda 
götürdükdə lirik məzmunlu şeir nümunələridir və yüksək 
bədii sənətkarlıq xüsusiyyətləri ilə seçilir. Bununla belə, 
həmin şeir 
parçaları uğurla və
 yerli-yerində işlənmişdir və 
əsərdə   təsvir olunan   hadisələrin   ümumi məzmununa tam 
uyğun gəlir, nəsrlə ifadə olunan fikrin həm təsir gücünü daha 
da artırır, həm də onu məntiqi baxımdan tamamlayır, daha da 
oxunaqlı edir. Kitabdakı şeir parçalarının çoxu türkcədir və 
əsasən, qitə və qəzəl janrlarındadır. Həmin şeir parçalarının 
bəziləri isə fars dilindədir və onlar da A.Bakıxanovun özünə 
məxsusdur. Əsərdə ərəb dilində də şeirlər vardır ki, onlardan 
bəzilərinin müəllifi göstərilmiş, bir qisminin müəllifi isə qeyd 
olunmamışdır. A.Bakıxanov əsərin sonunda qeyd edir ki, ərəbcə 
şeir yazmaq onun üçün çətin olduğu üçün bu işi boynuna 
götürmür (91a). Yuxarıda qeyd etdiyimiz kimi, ərəb dilində 
olan üç beytlik bir şeir parçası A.Bakıxanovun özünə məxsusdur. 
«Cəlaül-üyun»la «Riyazül-qüds» arasındakı daha bir 
fərqli cəhət onların «dibaçə»lərində, giriş hissələrindədir. Əgər 
Məclisi əsərinin bu hissəsində daha çox mövzunun 
əhəmiyyətindən, imam Hüseyn (ə.) üçün ağlamağın faydasından 
söz açırsa, Bakıxanov isə «Riyazül-qüds»ün dibaçəsində başlıca 
diqqəti tərcüməni doğuran səbəblərin açıqlanmasma yönəltmişdir. 
Qeyd edək ki, eyni xüsusiyyət klassik tərcümə nümunələrinin bir 


98 
 
çoxunda müşahidə olunur (bax: 55, 6-50). Məsələn, Kaşifi 
«Rövzətüş-şühəda» əsərində bu mövzuda əsər yazmağın savab 
və faydalı olmasını əsaslandırdığı halda, Nişati, əsasən, 
«Şühədanamə»də tərcüməni doğuran səbəblər üzərində dayanır 
və dövrün hökmdarını - tərcüməsini ithaf etdiyi Şah I Təhmasibi 
(919/1524-984/1576) tərifləyir.  
Bu iki əsər arasında daha bir kiçik fərqi qeyd etmək 
olar. Məclisidən fərqli olaraq, A.Bakıxanov «Riyazül-qüds»dəki 
bütün babları ərəb dilində yazılmış xütbə ilə başlayır.  
Nəhayət, bu iki əsəri bir-birindən müəyyən də-
rəcədə fərqləndirən cəhətlər sırasında onların adlarını qeyd 
etmək olar. «Cəlaül-üyun»la «Riyazül-qüds» arasında bu 
baxımdan elə bir bağlılıq müşahidə olunmur.  Bununla belə, 
çağdaş tərcümə nəzəriyyəsində hər hansı bir orijinalın 
adının dəyişdirilməsi əsasən yolverilməz sayıldığı halda, 
klassik tərcümə nümunələri üçün bu, adi haldır (bax: 55, 48-
50). Yenə də Nişatinin «Şühədanamə»si və ya Füzulinin 
«Həqiqətüs-süəda»sı buna nümunə ola bilər. Bu iki tərcümə 
əsərinin orijinalı olan Kaşifinin «Rövzətüş-şühəda» əsərini 
Füzulinin çağdaşı Gəlibolulu Cami isə «Səadətnamə» adı ilə 
Osmanlı türkcəsinə çevirmişdir. 
Bu, bir 
danılmaz
 faktdır ki, A.Bakıxanovun bədii 
yaradıcılığı, əsasən, klassik ənənələr üzərində qurulmuşdur. Bu 
sahədə o, dahi  Füzulinin XIX əsrdə ən layiqli davamçılarından 
biri sayılır. Bunu elə sənətkarın «Riyazül-qüds» əsəri də əyani 
şəkildə sübut edir. Təkcə belə bir faktı qeyd etmək kifayətdir 
ki, nəsrlə yazılan klassik əsərlərin çoxu, o cümlədən Füzulinin 
bütün nəsr əsərləri səc'lə yazılmışdır. A.Bakıxanov da 
«Riyazül-qüds»də bu ənənəyə əməl edərək onu qafiyəli nəsrlə 
qələmə almışdır. Və ya başqa bir fakt: 
Füzulinin
 «Leyli və 
Məcnun» 
poemasının
 yazılma tarixi əbcəd hesabı ilə 
qeyd 
olunmuşdur
 (bax: 10,  142). A.Bakıxanov da 
yuxarıda
 qeyd 
olunduğu
 kimi, «Riyazül-qüds»ün yazılma tarixini əbcəd 
hesabı ilə göstərmişdir. Buradan belə bir nəticə çıxarmaq olar ki, 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə