99
A.Bakıxanov klassik tərcümə ənənələrinə də yetərincə bələd
imiş. Bunu elə onun yaxşıca mənimsədiyi, adını hörmətlə çəkdiyi
Füzulinin «Hədiqətüs-süəda»sı aydınca sübut edir.
Qeyd edək ki, orta əsrlərə aid mənbələrin çoxunda, o sıradan
bir çox təzkirələrdə Füzulinin sözügedən əsəri məhz tərcümə
nümunəsi kimi anılır (bax: 94, XLIV). Deməli, A.Bakıxanov
klassik tərcümə ədəbiyyatı ənənələrinin təsiri ilə Məclisinin
«Cəlaül-üyun» əsərini sərbəst və yaradıcı şəkildə, həm də
ixtisarla ana dilinə çevirmişdir. Tərcüməyə olan bu sərbəst və
yaradıcı münasibətin göstəriciləri sırasında
kitaba
şeir
parçalarının
əlavə edilməsi ilə yanaşı, adının dəyişdirilməsi də
xüsusi yer tutur.
A.Bakıxanovun «Riyazül-qüds» və M.B.Məclisinin «Cəlaül-
üyun» əsərləri arasındakı mövcud
ayrıntılarla
bağlı bir daha
xüsusi olaraq vurğulamaq istəyirik ki, bu və bu kimi fərqli
cəhətlər Azərbaycan klassik tərcümə ədəbiyyatının bir
çox nümunələrində də özünü göstərir (bax: 55, 6-50).
Beləliklə, «Riyazül-qüds»ün diqqətlə öyrənilməsi,
xüsusilə də A.Bakıxanovun burada olan qeydləri, eləcə də
əsərin mətninin «Cəlaül-üyun»la müqayisəli təhlili aşağıdakı
nəticələrə gəlməyə əsas verir:
1. «Riyazül-qüds» Məclisinin «Cəlaül-üyun» əsərinin
qısa, müxtəsər tərcüməsidir. A.Bakıxanov «Riyazül-qüds»ü
Məclisinin sözügedən əsərindən ayrı-ayrı hissələri seçərək
sərbəst və yaradıcı şəkildə çevirmiş və tərcümə kitabını
«Riyazül-qüds» adlandırmışdır. Mütərcim «Cəlaül-üyun»u ana
dilinə çevirərkən başlıca diqqəti orijinalda təsvir olunan
hadisələrin məzmununu saxlamaqla yanaşı, fikrin yüksək
üslubda və bədii şəkildə ifadəsinə yönəltmişdir. Bu məqsədlə
o, tərcüməyə, əsasən, öz qələminin məhsulu olan şeir
parçalarını da daxil etmişdir. Məhz buna görə də «Riyazül-
qüds» adi tərcümə nümunəsi deyil, orta yüzilliklərdə geniş
yayılmış klassik tərcümə sənətinin xüsusi bir növü olan
sərbəst-yaradıcı tərcümədir.
Bu baxımdan «
Riyazül-qüds
»
100
daha çox Füzulinin «Hədiqətüs-süəda»sını xatırladır.
2. «Riyazül-qüds» orta yüzilliklərin klassik sərbəst-
yaradıcı tərcümələrinə xas olan bir sıra səciyyəvi cəhətləri
özündə əks etdirir. Burada orijinaldakı müəyyən hissələr
ixtisarla tərcümə edilməklə yanaşı, bir sıra hallarda kiçik
əlavələrə də
yol
verilmişdir.
3. «Riyazül-qüds» klassik sərbəst-yaradıcı tərcümə
nümunəsidir.
Bunu da qeyd etməyi zəruri sayırıq ki, «Riyazül-qüds»lə
bağlı bu qərarımızda biz günümüzün - çağdaş tərcümə
nəzəriyyəsinin tələblərinə deyil, klassik tərcümə ənənələrinə
söykənmiş,
onları
əsas
götürmüşük
. «Riyazül-qüds» tərcümə
və ya orijinal əsər sayılmasından asılı olmayaraq,
A.Bakıxanovun yüksək bədii sənətkarlıqla, böyük istək və
məhəbbətlə qələmə aldığı kamil bir bədii sənət nümunəsidir.
Məhz buna görə də o, ilk növbədə nəşr edilməli və ətraflı
araşdırılmalıdır.`
101
III FƏSİL
«RİYAZÜL-QÜDS»ÜN DİL-ÜSLUB VƏ BƏDİİ
XÜSUSİYYƏTLƏRİ
BİRİNCİ BÖLMƏ
«Riyazül-qüds» və «Hədiqətüs-süəda»:
səsləşmə
məqamları
A.Bakıxanovun «Riyazül-qüds» əsərinin dil-üslub və
bədii xüsusiyyətlərini araşdırarkən istər-istəməz ilk növbədə
onunla M.Füzulinin «Hədiqətüs-süəda»sı arasında bu yöndə üst-
üstə düşən cəhətlər, oxşar xüsusiyyətlər - bir sözlə, səsləşmələr
üzərində dayanmaq lazım gəlir. İrəlidə qeyd edildiyi kimi,
«Riyazül-qüds»dən bəhs edən bütün tədqiqatçılar
A.Bakıxanovun bu əsərində Füzulinin «Hədiqətüs-süəda»sının
təsiri olduğunu ümumi şəkildə qeyd etmiş, lakin bu təsirin
incəlikləri, təfərrüatları üzərində dayanmamış, onları konkret
şəkildə açıqlamamışlar.
«Riyazül-qüds»ü «Hədiqətüs-süəda» ilə bağlayan cəhətlər,
bu iki əsər arasında səsləşmə məqamları çoxçalarlı və
rəngarəngdir. Bu cəhətlər sırasında ilk növbədə hər iki
əsərin ideya, məzmun, süjet və kompozisiya baxımından
yaxınlığı və oxşarlığı qeyd olunmalıdır. İstər «Riyazül-qüds»,
istərsə də «Hədiqətüs-süəda» şəhidlik mövzusundadır və
102
əsasən imam Hüseynin (ə.) Kərbəla müsibətinə həsr olunmuş
məqtəl kitabıdır. Bu başlıca əhəmiyyətli amil isə, istər-
istəməz, onlar arasında müəyyən oxşar cəhətlərin, üst-üstə
düşən məqamların labüdlüyünü, zəruriliyini şərtləndirir.
«Riyazül-qüds»lə «Hədiqətüs-süəda» arasındakı səsləş-
mə məqamları sırasında A.Bakıxanovun əsərinin
bədii
quruluş
baxımından Füzulinin əsəri ilə tam eyniyyət təşkil etdiyini,
bu baxımdan onlar arasında heç bir fərq olmadığını da
xüsusi olaraq qeyd etmək olar. Belə ki, «Riyazül-qüds» də
«Hədiqətüs-süəda» kimi bədii nəsr nümunəsi olsa da, sələfinin
əsəri kimi onda da nəsr arasında şeir parçalarına geniş yer
verilmişdir. «Riyazül-qüds»ün də «Hədiqətüs-süəda» kimi
nəzmlə başlayıb nəzmlə bitməsini də birincini ikinciyə
bağlayan zəncir və həlqələrdən biri kimi qəbul etmək olar.
«Riyazül-qüds»ün eynilə «Hədiqətüs-süəda» şəklində qurulması
açıq-aşkar şəkildə sübut edir ki, A.Bakıxanov «Riyazül-qüds»ün
kompozisiyası,
quruluşu məsələsində məhz «Hədiqətüs-süəda»nı
örnək olaraq seçmiş, Füzulinin bu sərbəst-yaradıcı tərcümə
əsərinə üstünlük vermişdir. Yeri gəlmişkən qeyd edək ki,
A.Bakıxanovun digər bir nəsr əsəri - «Kitabi-Əsgəriyyə» də
nəsrlə nəzmin növbələşməsi şəklindədir, Deməli, burada da
Füzuli yaradıcılığı, xüsusilə də Füzuli nəsri öz təsirini
göstərmişdir. Qeyd edək ki, bizdən öncə
Hidayət
Əfəndiyev
bu məsələni xüsusi olaraq vurğulamışdır (bax: 23, 103-105).
Maraqlıdır ki, A.Bakıxanovun bu əsəri də nəsrlə yazılmasına
baxmayaraq, nəzmlə bitir və onun əvvəli də kiçik bir cümləni
çıxmaq şərtilə əslində elə nəzmlə başlanır (bax: 15, 121).
«Riyazül-qüds»lə «Hədiqətüs-süəda» arasındakı daha bir
səsləşmə məqamı da elə bilavasitə yuxarıdakı məsələ ilə
bağlıdır. Füzuli «Hədiqətüs-süəda»nı, məlum olduğu kimi, adi
nəsrlə deyil, qafiyəli nəsrlə (səc'lə) qələmə almışdır (bax:
54,8-115). «Riyazül-qüds»ün nəsri də adi nəsr deyil, eynilə
Füzulinin əsərindəki kimi qafiyəlidir. Yeri gəlmişkən qeyd edək
ki, ümumiyyətlə, Yaxın və Orta Şərq xalqları ədəbiyyatında nəsr
Dostları ilə paylaş: |