Araz qan ağlar!
21
Dəyərsizdir yerin altındakı zər
Hər şey tükətdiyi iş gücü qədər
Bazarda özünə qazanar dəyər
İşçinin qazancı qalsa ölkədə
İstər milli inkişafı tükədə
22
Geri qalmış ölkənin xalqı ağlar
Dövlətləşdirən rejimə bel bağlar
Damlalardan böyük sərmayə sağlar
Damlalar sel olsa maşın qayırar
(El gücü birləşsə silah qayırar)
Yurdunu yad sürüsündən ayırar
23
Ölkənin qazancı qalsa özündə
İnkişaf arzusu qalmaz gözündə
İstiqlal aldıqdan sonra dur sözündə
Vergi al, maşın qayır, fabrika qur
Çin təkin öz ayağın üstündə dur
24
Dövləti olmayan millət dul olar
Yaxılan milli şüuru kül olar
Xalqı sömürgəçilərə qul olar
Çapılan qazancı öz ölkəsində
Yatırılmaz yaşaya kölgəsində
10
Araz qan ağlar
!
25
Başımıza qoydular bir belə börk:
Kommunist adlandı milli kölə Türk
Dedilər ki, millətçi Türklərdən ürk
Türkü xain yetişdirdilər dəyyuslar
Kommunist qılıflı şovenist Farslar*
*- İnternasyonal “əntər” etdi Türkü,
Ki daşına nasyonal Farsın yükü.
(Rusun)
26
Lenin “qansaydı” milli
əsarəti
Deyərdi hər elin olsun dövləti
Milli düşmənlərə qarşı qüdrəti
O zaman kommunist qılıflı Farslar
Leninin adını çəkməzdi dostlar
27
Marksizmin adı ilə pox yeyən
Kommunist paltarı əyninə geyən
İstiqlalçı xalqa geriçi deyən
(1)
Sömürgəçi millətin köpəyidir
(2)
Satqın tacir sinfinin tüfəyidir
28
Kommunizmin qaşığıyla pox yeyən
Ədalət donunu əyninə geyən
Kommunistin vətəni olmaz deyən
Tərəfsiz qalmaz ki, milli savaşda
İlhaqçı oturdar yuxarı başda
11
Araz qan ağlar
!
29
Azərbaycan mənim də vətənimdir
Soyulan sərvəti mənim dərimdir
Qanımı soranın qanı mənimdir
Gərəkirsə o qanı tökün için
Milli sömürüyə son vermək üçün
30
Xalqımın çox azdı milli şüuru
Şüursuz yerdəki su olmaz duru
Ovlanıb-tutulsa yoxdur qusuru
Biliklənmiş olsa azad olacaq
Yoxsa bundan da pis günə qalacaq
31
Elin doxsan faizini qul edən
Ucuz aldığı qədər yoxsul edən
Yoxsulluq oduna yaxıb kül edən
Bir faiz qansoran burjuvazıdır
(Hansı pişəvər dəllaldan razıdır?)
Kim tacir hökumətindən razıdır?
32
Ağlamayan uşağa süd verməzlər
Söndürülmüş lampaya xod verməzlər
Yurdsevər olmayana yurd verməzlər
Mən ki, yurdsevərəm Azərbaycanım
Niyə bölünüb mənim vahid canım?
(Otay ilə butay vahid bir candır)
(Adı odlar yurdu Azərbaycandır)
12