Araz qan ağlar
!
44
Yetmiş il Azərbaycanı çapmış Rus,
Bu gün özəlləşdirir ala ulus,
Dövlətdən himayə ummaya nüfus.
Qərb özəlləşdirdi, Rus milləti yox,
Forması dəyişdi, mahiyəti yox.
(Ayrıca açıqlanmalıdır.)
45
(ürətmək ~ qayırmaq)
Feodalizmi gömmək yaxşı işdi
Rusya təkin Çin kökündən dəyişdi
Türk soylu millətlərə nə yetişdi?
Lenin öldü, xətti-məşyi ölmədi
Rusya güldü, Azərbaycan gülmədi
Özünə maşın qayıra bilmədi
(Özünə silah ürətə bilmədi)
(Bir az rifah verdi yurdunu çapa,)
(Gəlişdirmədi ki, istiqlal tapa.)
46
*- xətti-hərəkət
Diri Lenindən Türkə yetişən pay
Milli əsarət oldu ki, quzey tay
Aldana, fəsx olmaya türkmənçay
Xətti-məşyindən də yetişmədi pay*
Stalin Türkə dedi yerində say
Rus Türkə maşın satsın, Türk ona çay
buğday
16
Araz qan ağlar
!
47
Rus istəməz ki, Türk maşın qayıra
Öz “güc”üylə bəy durmağa çağıra
İqtisadını Rusyadan ayıra
Azərbaycan Rusya bazarı olsa
Montajçı edər qulluq edə Rusa
48
Min doqquz yüz qırx beşinci ildə
Torpaq inqilabını bizim el də
(Qadın inqilabını bizim el də)
Həyata keçirdi gərçək şəkildə
Həm də Azərbaycanı etdi azad
Çökdürdü Türkü silahlandıran yad
49
İranda Stalin, Çerçil, Rozvelt də
Fabrik qurmaq istəyirdilər neftdə
Çünkü iş gücü bahaydı sovyetdə
İrandan neft imtiyazı alan Rus
Azərbaycanlını çökdürdü dəyyus
50
Çar yasaq etmədi
Türkün dilini
Qanını sordu, bükmədi belini
Lenin öldürdü istiqlal meylini
Stalin Türkə silah verdi “müftə”
Satdı torpaq inqilabını neftə
Satdı milli inqilabını neftə
17
Araz qan ağlar
!
51
Leninizm ilə mənim işim yoxdur
Çünkü dərkim təcrübəm daha çoxdur
Leninizm manqurtun yediyi poxdur
Milli zülüm zülümün soydaşıdır
Kommunist hər cür zülümə qarşıdır
52
Min doqquz
yüz yetmiş səkkizdən bəri
Milli qurtuluş üçün “çaldı tarı”
“İstiqlal-azadı” oldu şüarı
Bu şüara görə Azərbaycanım
İrandan ayrılmalıydı Zənganım
53
İslamdan öncəki Fars yedi yatdı
Sonrakı Ərəb batağına batdı
Türk məşrutə, Fars məşruə yaratdı
İngiliz plan qurdu, Fars yürütdü
Türk istiqlal əkdirdi, Fars qurutdu
54
(illət ~ səbəb ~ nədən)
“Üstün” soylu Əfqan xaşxaş əkdirir (1)
Dinçi Fars ağlın belini bükdürür (2)
Hakim qalmaq üçün tiryak çəkdirir (3)
Zərər edən Türk yapıcı millətdi
Türkü Farsdan ayıran bu illətdi
18