9
ver. 1.0.6. date 03.07.17
2.2.6.
Əmanətin müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada Müştəriyə qaytarılmasını təmin
etmək;
2.2.7.
Əmanətçinin müraciəti əsasında ona müvafiq Əmanət növü üzrə nəzərdə tutulan əlavə imtiyazları
təqdim etmək;
2.2.8.
Müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra etmək və onların
pozulmasına yol verməmək.
2.3.
Müştərinin hüquqları:
2.3.1.
Mövcud qanunvericilikdə nəzərdə tutulduğu kimi, etibarnamə əsasında öz əmanəti üzrə
hüquqlarını başqa şəxsə həvalə etmək;
2.3.2.
Müvafiq Əmanət növü üzrə nəzərdə tutulan əlavə imtiyazlardan yararlanmaq;
2.3.3.
Bu Müqavilənin III.2.2. bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra
edilməsini və onların pozulmasına yol verilməməsini Bankdan tələb etmək.
2.4.
Müştərinin vəzifələri:
2.4.1.
Qanunvericiliyin və Bankın daxili qaydaları ilə müəyyən olunan sənədlərin təqdim olunmasını
və “Depozitlərin yerləşdirilməsi üçün ərizə” forması ilə müəyyən olunan məbləğin Banka nağd
və ya köçürmə yolu ilə verilməsini təmin etmək;
2.4.2.
Adı, soyadı və atasının adı,
qeydiyyat ünvanı və/və ya rekvizitlərində dəyişikliklər olduqda Bankı
bu barədə 3 (üç) iş günü ərzində yazılı qaydada məlumatlandırmaq, müvafiq təsdiqedici sənədləri
təqdim etmək və zərurət olduqda
əmanət hesabını yenidən rəsmiləşdirmək
;
2.4.3.
Müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada icra etmək və onların
pozulmasına yol verməmək.
3.
Əmanət üzrə faizlər
3.1.Bu müqaviləyə əsasən Bank qəbul etdiyi əmanət üçün Müştəriyə “Depozitlərin yerləşdirilməsi
üçün ərizə” formasında göstərilən illik faizi ödəyir.
3.2.Faizlər bir il ərzində (360 gün hesabı ilə) Əmanət məbləğinin əmanət hesabına
daxil olduğu gün
istisna olmaqla hər gün hesablanır.
3.3.Əmanət məbləğinə faizlər bu məbləğin Banka daxil olduğu günün ertəsi günündən məbləğin
Müştəriyə qaytarılmasından və ya başqa əsaslarla əmanətin Müştərinin hesabından silinməsindən
əvvəlki günədək hesablanır və “Depozitlərin yerləşdirilməsi üçün ərizə” formasında göstərilən
tarixdə Müştərinin cari hesabına (və ya kart hesabına) köçürülür.
3.4.Əmanətin müddətinin bitməsi qeyri iş gününə təsadüf edərsə, Əmanət və ona hesablanmış faizlər
Müştəriyə növbəti iş günündə qaytarılır (müvafiq hesaba köçürülür) və bu müddət üçün Əmanət
məbləğinə heç bir faiz hesablanmır.
3.5.Əmanət üzrə faizlər qanunvericilikdə müəyyən olunan qaydada vergiyə cəlb edildikdən sonra
Müştəriyə ödənilir və bu ödəniş şərti pul məbləğinin depozitdə olduğu müddət ərzində dəyişdirilə
bilməz.
3.6.Yığım əmanəti növündə -
Əmanətin qüvvədə olduğu müddət ərzində
“Depozitlərin
yerləşdirilməsi üçün ərizə” formasında
qeyd olunan Əmanət məbləği Müştəri tərəfindən artırıla
bilər. Artırılan məbləğə ilkin məbləğlə eyni faiz dərəcəsi tətbiq edilir.
3.7.Bank bu Müqavilə üzrə faizləri birtərəfli qaydada dəyişdirmək hüququna malikdir. Bank faizlərin
miqdarını birtərəfli qaydada dəyişdikdə 1 (ay) qabaqcadan Müştəriyə yazılı məlumat verir.
Müştəriyə məlumat verilənədək qoyulmuş əmanətlərə yeni faizlər tətbiq olunmur. Yeni faizlər
yalnız Müştəriyə məlumat verildikdən sonra Əmanət müddəti yeniləndiyi və ya uzadıldığı halda
tətbiq olunmağa başlayır. Yazılı məlumata məktub, elektron əlaqə vasitəsi (e-mail) və ya SMS
məlumatlandırma aiddir.
3.8.Bankın fəaliyyəti ilə bağlı əmanətlər üzrə faizlər dəyişdirildikdə, yeni faiz dərəcələri III.3.8.
bəndində göstərilən haldan başqa, III.4.4. bəndinə uyğun olaraq əmanətin qalığına yeni müqavilə
bağlandıqda tətbiq edilir.
10
ver. 1.0.6. date 03.07.17
3.9.Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, əmanətlər üzrə ödənilən faizlərdən,
nəzərdə tutulduğu halda, ödəmə mənbəyində gəlir vergisi tutularaq müvafiq vergi orqanına
köçürülür.
4.
Əmanətin və hesablanmış faizlərin qaytarılması
4.1.
Bank, Müştərinin ilk tələbi ilə Əmanət məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan
hissəsini isə
ən geci beş bank iş günü müddətində
ona geri qaytarmalıdır.
4.2.
Müştəri “Depozitlərin yerləşdirilməsi üçün ərizə” formasında göstərilən müddət sona çatanadək
əmanət məbləğini və ya onun bir hissəsini geri götürə bilər. Bu zaman əmanətin növündən asılı
olaraq fərqli hesablamalar aparılır.
4.2.1.
Əmanətçi,
Müddətli və Yığım əmanət növləri üzrə
müqavilənin müddəti sona çatanadək,
Azərbaycan manatı istisna olmaqla,
ABŞ Dolları
, Avro və ya digər valyutada əmanət qoyduğu
pul məbləğini və ya onun bir hissəsini geri götürdükdə, geri götürülən əmanət məbləğinə heç bir
faiz hesablanmır.
4.2.2.
Müddətli əmanət növü üzrə
- Müştəri, əmanətin müddəti sona çatanadək Azərbaycan manatında
olan əmanət qoyduğu pul məbləğini və ya onun bir hissəsini geri götürdükdə əmanət üzrə faizlər
Müqavilənin
III.
4.2.4. bəndi ilə müəyyən olunan qaydada yenidən hesablanır.
4.2.3.
Yığım əmanəti növü üzrə
- Müştərinin geri istədiyi Azərbaycan manatında olan məbləğin
ödənilməsi nəticəsində depozitin ilkin məbləği azalarsa, bu xidmətə xitam verilir və faizlər
yenidən hesablanır.
4.2.4.
Müddətli əmanət və Yığım əmanəti növü üzrə faizlərin yenidən hesablanması aşağıdakı qaydada
həyata keçirilir:
Əmanət məbləğinin Banka yerləşdirildiyi faktiki günlərin sayı (bundan sonra Faktiki yerləşdirmə
müddəti) müəyyən olunur.
Faktiki yerləşdirmə müddəti Bankın
180 (yüz səksən) gün
müddətindən az olduğu təqdirdə
Əmanət məbləğinə heç bir faiz hesablanmır.
Faktiki yerləşdirmə müddəti
180 (yüz səksən) gün və ya daha çox
olduqda isə, Əmanət
məbləğinə
“Depozitlərin yerləşdirilməsi üçün ərizə” formasında
qeyd olunan
faiz dərəcəsi tətbiq olunur.
Əmanət məbləği üzrə faizlər tətbiq olunan faiz dərəcəsi ilə faktiki yerləşdirmə dövrünə görə
hesablanır (əmanətin daxil olduğu gün və qaytarıldığı gün qeyri-iş gününə təsadüf etdiyi hallar
istisna olmaqla).
Bundan sonra yenidən hesablanmış faizlər Müqavilənin III.4.1. bəndinə uyğun olaraq Müştəriyə
geri qaytarılır.
4.3.
Müştəri “Depozitlərin yerləşdirilməsi üçün ərizə” formasında göstərilən müddət sona çatanadək
Əmanət məbləğinin bir hissəsini geri götürdükdə, Müştəri “Depozitlərin yerləşdirilməsi üçün
ərizə” ni yenidən təqdim etməklə qalan pul məbləğini Bankda yeni əmanət kimi yerləşdirə bilər.
4.4.
Əmanətin qaytarılması Bankın bütün aktivləri ilə və qanunvericilikdə nəzərdə tutulmuş başqa
üsullarla təmin edilir.
4.5.
Depozit xidmətinə xitam verilməsi müvafiq depozit hesabının bağlanması üçün əsasdır.
4.6.
Əmanət hesabı üzrə bütün əməliyyatlar müştərinin cari hesabı vasitəsilə aparılır.
4.7.
“Depozitlərin yerləşdirilməsi üçün ərizə” formasında göstərilən Əmanət müddətinin bitməsinə
bir həftə qalmış Müştəri əmanətin qaytarılması üçün Banka müraciət etməzsə və ya Bank əmanət
müddətinin uzadılmaması barədə Müştəriyə yazılı bildiriş göndərməzsə, Əmanət Müqavilənin
III.3.8. bəndində qeyd olunan hal nəzərə alınmaqla, eyni müddətə yenidən yerləşdirilmiş sayılır.
Bu zaman Müştərinin yenidən “Depozitlərin yerləşdirilməsi üçün ərizə” formasını imzalaması
tələb olunmur.
4.8.
Əmanət müddətinin uzadılmasına razı olmadıqda, Bank Əmanət məbləğini Müştərinin cari
hesabına köçürür və həmin müddətdən sonrakı dövr üçün Əmanət məbləğinə faiz hesablamır və
məbləğin geri qaytarılması barədə Müştəriyə yazılı bildiriş göndərir.