Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix31.08.2018
ölçüsü0,61 Mb.
#65762
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

 

 

Maddə 49. Sanksiyalar  

49.1.  Mərkəzi  Bank  bu  Qanunun  47.1-ci  maddəsində  nəzərdə  tutulan  hallarda  bu  Qanunun 

48.1-ci  maddəsində  nəzərdə  tutulmuş  təshih  tədbirləri  ilə  yanaşı,  banka  qarşı  aşağıdakı 

sanksiyaları tətbiq edə bilər:  

49.1.1. bank, habelə bank inzibatçıları barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar 

Məcəlləsində nəzərdə tutulmuş cərimələrin tətbiq edilməsi;  

49.1.2. inzibatçıların tutduğu vəzifələrindən azad edilməsi.  

49.2.  Mərkəzi  Bank  banka  qarşı  bu  Qanunun  49.1.2-ci  maddəsində  nəzərdə  tutulmuş 

sanksiyanı  tətbiq  etdikdə,  bank  inzibatçılarının  vəzifədən  azad  edilməsi  bankın  səlahiyyətli 

idarəetmə orqanının qərarı ilə təxirəsalınmadan həyata keçirilir.  

49.3.  Bu  Qanunun  16-cı  maddəsində  nəzərdə  tutulmuş  əsaslara  görə  Mərkəzi  Bank  bank 

lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edə bilər.  

49.4.  Sanksiyaların  tətbiqi  bankı  kreditorlar,  o  cümlədən  bankın  müştəriləri  qarşısında 

öhdəliklərini,  bankın  inzibatçılarını  isə  (tutduğu  vəzifədən  azad  edilmiş  inzibatçılar  istisna 

olmaqla) öz xidməti vəzifələrini yerinə yetirməkdən azad etmir.  

 

Maddə 50. Sanksiyaların tətbiq edilməsi qaydası  

50.1.  Banklara  və  bank  inzibatçılarına  cərimə  sanksiyaları  Azərbaycan  Respublikasının 

İnzibati  Xətalar  Məcəlləsində  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  tətbiq  edilir.  Bu  Qanunun 

49.1.2-ci  və  49.3-cü  maddələrində  nəzərdə  tutulmuş  sanksiyaların  tətbiqinə  dair  materiallara 

baxılması  və  onun  nəticələrinin  rəsmiləşdirilməsi  qaydası  Mərkəzi  Bank  tərəfindən  müəyyən 

edilir  


50.2.  Bu  Qanunun  49.1.2-ci  və  49.3-cü  maddələrində  nəzərdə  tutulmuş  sanksiyalar  Mərkəzi 

Bankın İdarə Heyətinin qərarı ilə tətbiq edilir.  

50.3.  Mərkəzi  Bank  bu  Qanunun  49-cu  maddəsində  nəzərdə  tutulmuş  sanksiyaların  tətbiqi 

haqqında  qərar  qəbul  etdikdə,  bu  qərar  barəsində  müvafiq  banka  təxirəsalınmadan  bildiriş 

göndərməlidir.  

50.4.  Barəsində  sanksiya  tətbiq  edilmiş  şəxslər  bu  qərardan  Azərbaycan  Respublikasının 

qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  məhkəməyə  şikayət  verə  bilərlər.  Şikayətin 

verilməsi bu Qanunun 49.1.2-ci və 49.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyaların icrasını 

dayandırmır.  

VII fəsil. Müvəqqəti inzibatçı 

 

Maddə 51. Müvəqqəti inzibatçının təyin edilməsinin əsasları  

51.1.  Aşağıdakıların  müəyyənləşdirildiyi  hallarda  Mərkəzi  Bank  banka  müvəqqəti  inzibatçı 

təyin edir:  

51.1.1.  bankın  məcmu  kapitalının  miqdarı  Mərkəzi  Bankın  banklar  üçün  müəyyən  etdiyi 

məcmu  kapitalının  minimum  miqdarının  25  faizinə  və  ya  onun  adekvatlıq  əmsalı  3  faizə 

çatmışdır;  

51.1.2. bank öhdəlikləri üzrə ödənişlərin icrasını təmin edə bilmir;  

51.1.3. bank barəsində iflas proseduruna başlanılması haqqında ərizə verilmişdir;  

51.1.4. bank lisenziyası bu Qanunla müəyyən edilmiş digər əsaslar üzrə ləğv edilməlidir.  

51.2. Bank bu Qanunun 47-ci, 48-ci və 49.1.2-ci maddələrinə uyğun olaraq, müəyyən edilmiş 

tələbləri  yerinə  yetirmədikdə,  Mərkəzi  Bank  həmin  banka  müvəqqəti  inzibatçı  təyin  etmək 

hüququna malikdir.  

 

Maddə 52. Müvəqqəti inzibatçının təyin edilməsi  

52.1.  Müvəqqəti  inzibatçı  Mərkəzi  Bankın  işçiləri  sırasından  və  ya  kənar  şəxslərdən  (fiziki 

və/və  ya  hüquqi)  12  aydan  çox  olmayan  müddətə  təyin  edilir.  Təyinat  müddəti  Mərkəzi  Bank 

tərəfindən 6 aydan çox olmayan müddətə uzadıla bilər.  




52.2.  Müvəqqəti  inzibatçının  əmək  haqqı  və  çəkdiyi  xərclər  bankın  aktivləri  hesabına, 

çatışmayan hissədə isə Mərkəzi Bank tərəfindən ödənilir.  

52.3. Banklara aidiyyəti şəxslər və aidiyyəti şəxs adından hərəkət edən şəxslər, habelə bankın 

kreditorları və borcluları (Mərkəzi Bank istisna olmaqla) bankın müvəqqəti inzibatçısı vəzifəsinə 

təyin oluna bilməzlər.  

52.4.  Müvəqqəti  inzibatçının  təyin  edilməsi  və  ya  təyinat  müddətinin  uzadılması  haqqında 

qərarda  müvafiq  əsaslar,  müvəqqəti  inzibatçı  haqqında  məlumat  və  onun  səlahiyyət  müddəti 

göstərilir. Mərkəzi Bank qərar qəbul edildikdən sonra onun dərhal bankın Müşahidə Şurasının və 

İdarə Heyətinin sədrlərinə təqdim olunmasını təmin edir.  

52.5. Müvəqqəti inzibatçı öz fəaliyyətində bu Qanunu, qüvvədə olan normativ hüquqi aktları, 

o cümlədən Mərkəzi Bankın normativ xarakterli aktlarını, habelə göstəriş və tövsiyələrini rəhbər 

tutur.  


52.6. Mərkəzi Bankın müvəqqəti inzibatçının təyin edilməsi haqqında qərarının təsdiq edilmiş 

surəti banka təqdim edildiyi gündən etibarən 5 təqvim günü müddətində bankın Müşahıdə Şurası 

banka  təyin  edilmiş  müvəqqəti  inzibatçının  dəyişdirilməsi  və  ya  ona  razılıq  verilməsi  barədə 

qərar  qəbul  etməli  və  qərarın  təsdiq  edilmiş  surətini  Mərkəzi  Banka  təqdim  etməlidir.  Bank 

Mərkəzi  Bankın  müraciətinə  münasibətini  bildirmədikdə,  bank  müvəqqəti  inzibatçının  təyin 

edilməsi qərarı ilə razı olmuş hesab olunur.  

52.7.  Mərkəzi  Bank  təyin  etdiyi  müvəqqəti  inzibatçıya  dair  etiraz  aldıqda  5  təqvim  günü 

müddətində öz qərarına yenidən baxmalı, təyinatın ləğv edilməsi və ya seçimini əsaslandıraraq 

qərarının  qüvvədə  saxlanılması  barədə  qərar  qəbul  etməlidir.  Mərkəzi  Bankın  digər  müvəqqəti 

inzibatçının təyin edilməsi və  ya əvvəlki təyinatının qüvvədə saxlanılması barədə qərarı dərhal 

müvafiq banka təqdim olunmalıdır.  

52.8.  Bu  qanunun  52.6-cı  və  52.7-ci  maddələrində  nəzərdə  tutulmuş  hallardan  asılı 

olmayaraq,  Mərkəzi  Bank  tərəfindən  təyin  edilmiş  müvəqqəti  inzibatçı  Mərkəzi  Bankın  onun 

təyin  olunması  barədə  qərarı  çıxarıldıqdan  sonra  dərhal  öz  vəzifələrinin  icrasına  başlamalıdır. 

Müvəqqəti  inzibatçının  təyinatı  dəyişdirildikdə,  müvəqqəti  inzibatçı  dərhal  bankın  aktivlərinin 

idarə olunmasını, mühasibat kitablarını və  yazılarını  yeni  təyin  olunmuş  müvəqqəti inzibatçıya 

təhvil verməlidir.  

52.9.  Bank  müvəqqəti  inzibatçının  təyin  edilməsi  haqqında  Mərkəzi  Bankın  qərarı,  habelə 

Mərkəzi  Bankın  müvəqqəti inzibatçının təyinatını təsdiq edən qərarı ilə razı  olmadıqda, həmin 

qərarlardan  sonuncu  qərar  təqdim  edildikdən  sonra  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

məhkəməyə şikayət edə bilər.  

 

Maddə 53. Müvəqqəti inzibatçının səlahiyyətləri  

53.1. Müvəqqəti inzibatçı təyin olunduğu gündən:  

53.1.1. bankın idarəedilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır;  

53.1.2.  bankın  idarəedilməsi  ilə  bağlı  idarəetmə  orqanlarının  səlahiyyətləri  müvəqqəti 

inzibatçıya  keçir.  Bankın  müvəqqəti  inzibatçısı  bankın  satılması,  yenidən  təşkili  və  ləğvi 

haqqında  qərarlar  qəbul  edə  bilməz.  Bankın  satılması  və  yenidən  təşkili  yalnız  məhkəmənin 

qərarı əsasında həyata keçirilə bilər;  

53.1.3.  bankın  mövcud  maliyyə  vəziyyəti  haqqında  ən  geci  60  təqvim  günü  müddətində 

hesabat  hazırlayıb  Mərkəzi  Banka  təqdim  edir.  Hesabata  bankın  ləğvi  zamanı  satıla  bilən 

aktivlərin  dəyərləndirilmiş  qiyməti  daxil  edilir.  Hesabatın  tərtib  edilməsinə  müstəqil  auditor  da 

cəlb  oluna  bilər.  Auditorun  xidmətləri  bankın  hesabına  ödənilir.  Mərkəzi  Bank  ona  təqdim 

olunan hesabata dair müvafiq qərar qəbul edir;  

53.1.4.  bankın  adından  və  bankın  hesabına  əqdlər  müvəqqəti  inzibatçının  yazılı  razılığı  ilə 

həyata keçirilir, əks halda həmin əqdlər etibarsız sayılır.  

53.2.  Müvəqqəti  inzibatçı  bankın  idarəetmə  orqanlarının  səlahiyyətlərindən  başqa 

aşağıdakıları həyata keçirir:  

53.2.1. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür;  



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə