Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix31.08.2018
ölçüsü0,61 Mb.
#65762
1   ...   15   16   17   18   19   20   21   22   23

tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız 

bir  dəfə  30  təqvim  günü  müddətinə  uzada  bilər.  Kreditorların  sorğusu  üzrə  onlara  tələblərinin 

qeydə alındığına dair qəbz verilir.  

76.2.  Tələblərin  qeydə  alınması  üçün  kreditorlar  öz  tələblərinin  hüquqi  əsasını  sübut  edən 

sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:  

76.2.1. kreditorun adı və ünvanı;  

76.2.2. tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;  

76.2.3. tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.  

76.3.  Bankın  müflis  elan  olunmasına  dair  məhkəmənin  qərarı  bankın  mühasibat  uçotu  və 

hesabatı  sənədlərində  əks  etdirilmiş  depozitlərə  aid  tələblər  üzrə  iddia  müddətinin  axımını 

dayandırır.  Bütün  qalan  tələblər  üzrə  iddia  müddətinin  axımı  həmin  tələblər  qeydə  alındıqda 

dayandırılır.  Bütün  tələblər  üçün  iddia  müddətinin  axımı  həmin  tələblərin  bu  Qanunun  87-ci 

maddəsinə uyğun bölgü cədvəlinə daxil edildiyi gün yenidən başlanır.  

 

Maddə 77. Tələblərin qəbulu  

77.1.  Bankın  mühasibat  uçotu  və  hesabatı  sənədlərində  əks  etdirilmiş  depozitlərlə  bağlı 

tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə 

alınır.  Depozitlərlə  bağlı  tələblər  isə  mühasibat  uçotu  sənədlərində  əks  etdirilmiş  məbləğlərdə 

qəbul edilir.  

77.2.  Bank  tərəfindən  əks  etdirilmiş  məbləğdən  az  məbləğdə  irəli  sürülmüş  tələblər  istisna 

olmaqla, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş tələblər sənədlərdə əks 

olunmuş  məbləğdə  qəbul  edilir.  Az  məbləğdə  irəli  sürülmüş  tələblər  isə  təqdim  olunmuş 

miqdarda qəbul edilir.  

77.3.  Tələbləri  bank  aktivlərinin  girovu  (ipotekası)  ilə  təmin  edilmiş  bank  kreditorları  öz 

tələblərini  tələb  məbləği  ilə  aktivin  açıq  hərracda  ehtimal  edilən  satış  dəyəri  arasındakı  fərq 

məbləğində qeydə aldıra bilərlər. Bu şəkildə qeydə alınmış hər hansı tələb hərrac başa çatanadək 

və ya aktiv bu Qanunun 81-ci maddəsinə uyğun digər şəkildə satılanadək icra olunmur.  

77.4. Məbləği müəyyənləşdirilməmiş tələblər ləğvedicinin qiymətləndirdiyi dəyər üzrə qəbul 

edilə bilər.  

77.5. Qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş 

tələblər  siyahısına,  etiraz  etdiyi  tələbləri  isə  etirazın  səbəblərini  göstərməklə,  etiraz  edilmiş 

tələblər  siyahısına  daxil  edir.  Qismən  etiraz  edilərək  qeydə  alınmış  tələblər  müvafiq  olaraq, 

qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın 

adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu 

göstərilir.  Siyahılara  daxil  edilən  tələblər  kateqoriyalar  üzrə  birləşdirilir  və  ödəniş  növbəliyi 

qaydasında yerləşdirilir.  

77.6.  Hər  iki  siyahı  tələblərin  qeydiyyatı  müddətinin  qurtardığı  gündən  30  təqvim  günü 

ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən 

siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə 

razılaşdırmaqla  tələbləri  bir  siyahıdan  digərinə  keçirə  bilər.  Məhkəmə  etiraz  edilmiş  tələblərin 

təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər.  

77.7. Məhkəmə etiraz edilmiş tələblər siyahısını təqdim olunduğu tarixdən etibarən 60 təqvim 

günündən gec olmayaraq, aydınlaşdırmaq məqsədi ilə dinləmələrin keçirilməsi tarixini müəyyən 

edir.  Tələblərinə  etiraz  edilmiş  kreditorlar  həmin  dinləmələrdə  ləğvediciyə  və  məhkəməyə  öz 

tələblərini təsdiqləyən sübutlar təqdim edə bilərlər. Hər dinləmənin tarixi barəsində kreditorlara 

poçt bildirişi və ləğvedicinin kütləvi informasiya vasitələrində dərc etdirdiyi bildirişlə məlumat 

verilir.  Eyni  bir  tələb  barəsində  dinləmələrin  başlanılmasına  dair  heç  bir  kreditora  bir  dəfədən 

artıq bildiriş göndərilmir. Dinləmələr qurtardıqda məhkəmə etiraz edilmiş tələblərin təsdiq və ya 

rədd  olunmasına  dair  qərar  qəbul  edir.  Kreditor  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada 

xəbərdar  edildiyi  dinləməyə  üzürlü  səbəb  olmadan  gəlmədikdə,  onun  tələbləri  rədd  edilir. 

Tələbləri rədd edilmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir.  



77.8.  Məhkəmənin  təsdiq  etdiyi  tələblər  qəti  xarakter  daşıyır.  Bu  tələblər  qəbul  olunmuş 

tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər 

siyahısına  daxil  edilir.  Həmin  siyahı  məhkəmədə  və  ləğvedicidə  saxlanılır.  Tələbləri  məhkəmə 

tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir.  

77.9. Ləğvedici məhkəmənin rədd etdiyi tələblərin hesabına heç bir ödənişi icra etmir. Tələbi 

məhkəmə  tərəfindən  rədd  edilmiş  kreditor  məhkəmənin  qərarından  həmin  qərara  dair  bildirişi 

aldığı gündən iki həftə ərzində şikayət verə bilər. Belə şikayətlərə ərizə məhkəməyə daxil olduğu 

gündən  ən  geci  7  təqvim  günü  müddətində  baxılır  və  müvafiq  qərar  qəbul  edilir.  Şikayətin 

verilməsi tələbin rədd edilməsi barədə məhkəmə qərarının qüvvəsini dayandırmır.  

77.10.  Bank  sirrinin  qorunması  məqsədilə  göstərilən  siyahılar  tanışlıq  üçün  kreditorlara 

təqdim olunmur.  

 

Maddə 78. Əvəzləşdirmə və saldo çıxarma  

78.1.  Bu  Qanunun  82-ci  maddəsinin  tələblərinə  əməl  etmək  şərti  ilə  müflis  bankla  onun 

kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər.  

78.2.  İflas  proseduruna  başlanılmasına  dair  məhkəmə  qərarı  qüvvəyə  minənədək  qanunsuz 

yolla bankın qəbul etmiş olduğu borclar ləğvedici tərəfindən aşkara çıxarıldıqda onların və qərar 

qəbul  edildikdən  sonra  bankın  əldə  etmiş  olduğu  tələblərin  və  yaratdığı  öhdəliklərin 

əvəzləşdirilməsinə yol verilmir.  

 

Maddə 79. Cari müqavilələrin qüvvəsinə xitam verilməsi  

79.1.  Müflis  bankın  mallar  göndərilməsinə  və  ya  xidmətlər  göstərilməsinə  dair  bütün  cari 

müqavilələrin, o cümlədən satış, icarə və lizinq,  möhlətlə satınalma müqavilələrinin qüvvəsinə 

ləğvedici  istənilən  vaxt  birtərəfli  qaydada  xitam  verə  bilər.  Bu  zaman  bankın  kreditoru 

müqavilənin  pozulması  nəticəsində  ona  dəymiş  zərərin  əvəzinin  ödənilməsi  haqqında  bankın 

müflis olunmasına dair qərar çıxarmış məhkəməyə iddia verə bilər.  

79.2.  Ləğvedici  istənilən  vaxt  qanunvericilikdə müəyyən  edilmiş  qaydada  bankın  işçilərinin 

bankla bağladıqları əmək müqavilələrinə xitam verə bilər.  

 

Maddə 80. Mübahisələrin danışıqlar yolu ilə həlli  

Məhkəmənin  qabaqcadan  razılığını  aldıqdan  sonra  bankın  ləğvedicisi  tələblərin  nizama 

salınması  məqsədilə  bankın  istənilən  kreditoru  və  ya  borclusu  ilə  danışıqlara  başlaya  bilər.  Bu 

cür nizamasalmanın nəticələrinə etiraz edilə və ya bunlardan şikayət verilə bilməz.  



 

Maddə 81. Girovla təmin edilmiş tələblər  

81.1.  Aşağıdakı  hallar  istisna  olmaqla,  kreditorların  banka  qarşı  təsdiqlənmiş  tələblərinin 

təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda 

satılır:  

81.1.1.  qısa  müddətdə  bazarda  satıla  bilən  qiymətli  kağızların,  xarici  valyutanın  və  digər 

aktivlərin  həmin  aktiv  növləri  ilə  ticarətin  həyata  keçirildiyi  bazarlarda  ləğvedici  tərəfindən 

satılmasına yol verilir;  

81.1.2.  bankın  borclarının  təminatı  olan  və  qısa  müddətdə  bazarda  satıla  bilən  qiymətli 

kağızların,  xarici  valyutanın  və  bankın  digər  aktivlərinin  həmin  aktivləri  öz  sərəncamında 

saxlayan  kreditorlar  tərəfindən  bu  aktiv  növləri  ilə  ticarətin  həyata  keçirildiyi  bazarlarda 

satılmasına yol verilir.  

81.2.  Ləğvedici  bu  Qanunun  81.1-ci  maddəsində  nəzərdə  tutulmuş  aktivlərin  açıq  hərracda 

qənaətbəxş qiymətlə sata bilməyəcəyini müəyyənləşdirərsə, məhkəmə ona aktivləri məhkəmənin 

təsdiq etdiyi qiymətə digər üsullarla satmağa icazə verə bilər.  

81.3.  Bu  Qanunun  81.1.2-ci  maddəsində  göstərilməyən  aktivlər  ləğvedicinin  sorğusundan 

sonra kreditor tərəfindən dərhal ləğvedicinin sərəncamına verilməlidir.  

81.4.  Təminatlı  kreditorların  tələbləri  növbədənkənar  qaydada  təminatın  satılmasından  əldə 

edilən  vəsait  hesabına  ödənilir.  Təminat  kreditorların  tələbini  tam  ödəmədikdə,  ödənilməmiş 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə