43
qarşısında öz hərəkətlərinə və ya hərəkətsizliyinə bəraət qazan-
dıqmağa çalışması faktı onun iddiaçının timsalında ifadə olunan
vətəndaş cəmiyyətinin qarşısında izahat verməsi kimi çıxış edir.
İnzibati orqanların real məsuliyyət mexanizmi olan inzibati
məhkəmə icraatı hətta hazırlıq icraatında da inzibati mübahisəni
məhkəmə baxışına qədər uzatmadan barışıqla başa çatdırmaq
üçün inzibati orqanı zəruri tədbirləri görməyə vadar edə bilər.
Lakin məhkəmə baxışınadək barışıq əldə olunmadığı təq-
dirdə belə, bu mexanizm öz qüvvəsini itirmir, əksinə daha da
fəallaşır. İnzibati orqanlar məhkəmənin
tələb etdiyi sənədləri və
ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borclu-
durlar. Həmin sənədlərin və ya aktların məzmununun açıqlan-
masının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda
və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanuna
əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin
sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə
iclasında araşdırılması barədə qərardad qəbul edir. Sübutların
araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata
keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər (AR
İPM-in 58.6 - cı maddəsi).
Şərh olunanları ümumiləşdirərək aşağıdakıları qeyd etmək
olar:
İnzibati məhkəmə icraatı müasir hüquqi dövlətin zəruri
atributu olub, inzibati orqanların vətəndaşların hüquq və məna-
felərinə toxunan inzibati aktlarına və hərəkətlərinə (hərəkət-
sizliklərinə) görə məhkəmə hakimiyyətinin müstəqil qolu tərə-
findən reallaşdırılan məsuliyyət və nəzarət institutudur. Məh-
kəmə münaqişələrin həlli üçün ən yaxşı vasitə olmasa da, təəssüf
ki, bəşəriyyətə hələ ondan mükəmməl mexanizm məlum