Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə15/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   11   12   13   14   15   16   17   18   ...   123

45 
 
məhkəmələrin  iqtisadi  məhkəmələrdən  ayrılmasını,  inzibati 
orqanların  müdaxiləsindən  tam  müstəqil  məhkəmə  icraatının 
təmin  olunmasını  tələb  edir.  Yeri  gəlmişkən  qeyd  edək  ki, 
hazırda  inzibati  mübahisələrlə  iqtisadi  mübahisələrin  eyni 
məhkəmə  daxilində  baxılması,  işlərin  baxılması  müddətinin 
uzanmasına  səbəb  olan  mühüm  amillərdən  biridir.  Məhkəmə 
təcrübəsindən məlumdur ki, hər bir inzibati-iqtisadi məhkəmədə 
ilin sonuna baxılmamış bir çox iş qalır. Məsələn,  2013-cü ildə 
2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə ötən illə müqayisədə 
25, 2 %  çox inzibati  iddia ərizəsi  daxil olmuşdur.  İş  yükünün 
artması  müvafiq  olaraq  ilin  sonuna  baxılmamış  qalan  işlərin 
sayına da təsir etmişdir. Belə ki, məsələn, hakim Z. Tağıyevin 
icraatında olan işlərdən 110 ədədi, hakim H.Babayevanın icra-
atında isə 116 iş qurtarmamış qalmışdır.
63
 
Onu  da  vurğulamaq  lazımdır  ki,  inzibati  məhkəmə  icra-
atının  təkmilləşdirilməsinə  inzibati  məhkəmələrin  sayının  ar-
tırılması,  inzibati  məhkəmə  sisteminin  genişləndirilməsi,  inzi-
bati mühakimə icraatının vətəndaş cəmiyyətindəki rolu barədə 
geniş  kütlənin  məlumatlandırılması  da  müsbət  töhfələr  verə 
bilər. Fikrimizcə, inzibati məhkəmələrin aidiyyət dairəsi geniş-
ləndirilməli,  ictimai  xidmətlə  əlaqədar  akt  qəbul  edə  bilən 
istənilən qurumun qərar və hərəkətlərindən inzibati iddianın qal-
dırılmasına yol verilməlidir.  
Vətəndaşların  hüquqi  mədəniyyətinin  yüksəldilməsi, 
inzibati orqanların hərəkətləri və ya aktları ilə hüquqları və ya 
qanuni maraqları pozulanlara hüquqlarını, məhkəməyə şikayət 
                                                           
63
  2013-cü  il  ərzində  ədalət  mühakiməsinin  həyata  keçirilməsi,  insan  hüquqlarının 
qorunması  sahəsində  2  saylı  Bakı  İnzibati-İqtisadi  məhkəməsinin  gördüyü  işlərin 
vəziyyəti,  qarşıda  duran  vəzifələr  barədə  Ümumiləşdirmə  /  2  saylı  Bakı  İnzibati-
İqtisadi məhkəməsinin arxivi, 2014 


46 
 
imkanını və qaydasını müəyyən edən qanunların izahını nəzərdə 
tutan  maarifləndirmə  tədbirlərinin  həyata  keçirilməsi  vətəndaş 
cəmiyyətinin inkişafına və inzibati məhkəmə icraatının səmərəli 
fəaliyyət  göstərən  mexanizmə  çevrilməsinə  öz  töhfəsini  verə 
bilər.  Müvafiq  inzibati  orqanların  vəzifəli  şəxslərini  pozulmuş 
hüquqların  və  qanuni  mənafelərin  bərpa  olunması  işinə  cəlb 
etməklə  dövlətin  ali  məqsədi  olan  insan  və  vətəndaş  hüquq-
larının və azadlıqlarının səmərəli müdafiəsinə, bununla da döv-
lətin nüfuzunun artmasına və dövlət-vətəndaş münasibətlərinin 
mütərəqqi inkişafına nail olmaq olar. 
İnzibati məhkəmə icraatına vətəndaşların daha asan çıxışını 
təmin etmək, onlarda inzibati məhkəmələrə etimad hissini for-
malaşdırmaq  və  inzibati  orqanların  qanunsuz  qərar  və  hərə-
kətlərindən  real  müdafiə  mexanizminin  mövcudluğuna  inam 
hissini  formalaşdırmaq  üçün  inzibati  məhkəmələrə  müraciət 
qaydası,  barəsində  iddia  verilə  bilən  aktlar,  bu  məhkəmələrin 
vətəndaşların  xeyrinə  çıxardıqları  qərarlar  və  s.  barədə  geniş 
ictimaiyyətə müntəzəm məlumatlar verilməsi fikrimizcə, müasir 
dövrün aktual problemlərindən biridir. 
Beləliklə,  hüquqi  dövlət  ideyasının  reallaşdığı,  şəxsiyyət, 
vətəndaş  və  cəmiyyət  münasibətlərinin  demokratik  prinsiplərə 
əsaslandığı,  vətəndaşla  dövlət  arasındakı  etimad  münasibətlə-
rinin artan xətt üzrə inkişaf etdiyi Azərbaycan Respublikasında 
inzibati  məhkəmə  icraatı  hüquqi  dövlətin  zəruri  atributu  kimi 
qəbul olundu. 
Müasir dövrdə inzibati  məhkəmə icraatı probleminin  həl-
lindən  ümumi  hüquq  münasibətləri  sferasındakı  məhkəmə 
müdafiəsinin səmərəliliyi birbaşa asılıdır. Buna görə də onun bir 
çox  aspektlərinin  dərin  tədqiq  olunması  gərəkdir.  Onlardan 
birincisi  isə,  inzibati  məhkəmə  icraatını  hüquq  institutu  kimi 


47 
 
müəyyənləşdirməkdir.  Məlumdur  ki,  hüquq  sahəsi  hüquq  ins-
titutlarından  ibarətdir.  Hüquq  institutları  qarşılıqlı  əlaqəli  olan 
ictimai  münasibətlərin  müəyyən  qrupunu  tənzimləyən  hüquq 
normalarının məcmusudur. Hüquq institutları hüquq sahələrinin 
daxilində hüquq normalarının özünəməxsus qrupları kimi çıxış 
edir.  İnzibati  hüquq  hüququn  digər  sahələri  ilə  analoji  olaraq 
ayrı-ayrı  inzibati  hüquq  normalarından  və  institutlarından  (öz 
aralarında sıx qarşılıqlı əlaqəli olan) ibarətdir. Kompleks hüquq 
institutu  kimi  inzibati  məhkəmə  icraatının  formalaşdırılması 
inzibati  icraat  qaydalarının,  inzibati  prosesin  qanunvericiliklə 
tənzimlənməsi  inzibati  hüququn  islahatlarının  əsas  istiqamət-
lərindən  olub  müasir  hüquqi  dövlətin  prinsip  və  ideologiya-
larının inzibati hüquq münasibətlərinə tətbiqi prosesini yekun-
laşdıraraq mühüm institusional islahatlardan biri kimi çıxış edir.  
 
1.2. İnzibati məhkəmə icraatının inzibati prosesdə yeri 
və rolu 
Dövlət  müstəqilliyinin  bərpasından  ölkənin  inkişaf  prio-
ritetləri  islahatların  dərinləşdirilməsi  ilə  yanaşı,  sosial-iqtisadi 
inkişafa,  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  həyata  keçi-
rilməsinə mane olan neqativ halların, o cümlədən korrupsiyanın, 
süründürməçiliyin,  inzibati  orqanla  vətəndaş  arasında  yaranan 
sosial  münaqişələrin  səbəblərinin  aradan  qaldırılmasını  və 
inzibati orqanlarının fəaliyyətində şəffaflığın təmin olunmasını, 
inzibati  icraatın  hüququn  və  hüquqi  dövlətin  hamılıqla  qəbul 
olunmuş prinsipləri əsasında həyata keçirilməsini zəruri etdi.  
Ölkədə sosial ədalət və qanunçuluq prinsiplərinin bərqərar 
olması,  ixtisaslaşdırılmış  məhkəmə  sisteminin,  inzibati  məh-
kəmə  icraatının  formalaşdırılması,  vahid  inzibati  icraat  qayda-


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə