Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə23/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   19   20   21   22   23   24   25   26   ...   123

69 
 
olunmasında  ifadə  olunan  ədalət  mühakiməsini  həyata  keçir-
məkdir.  XVIII–XIX  əsrlərdə  Avropada  və  Amerikada  hüquqi 
dövlət ideyasının və hakimiyyətlər bölgüsü prinsipinin inkişafı 
ilə əlaqədar olaraq məhkəmələrə icra hakimiyyəti orqanlarının 
aktlarının  qanuniliyinin  yoxlanılması  səlahiyyəti  verilməklə 
onlara  əlavə  nəzarət  funksiyası  da  həvalə  olundu.  İnzibati 
məhkəmə  icraatı  müxtəlif  dövlətlərdə  qəbul  olunmuş  inzibati 
ədliyyə modelindən asılı olaraq fərqli orqanlar tərəfindən həyata 
keçirilir.  Məhkəmə  müdafiəsi  dövlətlə  vətəndaş  arasındakı 
münasibətlərin inkişafında hüquqauyğunluğun təmini məqsədilə 
hüquqi mübahisəyə məhkəmə orqanlarının timsalında məcbur-
etmə qüvvəsi vasitəsilə göstərilən reaksiyadır
105

Ölkəmizdə  həyata  keçirilən  islahatlar  digər  sahələr  kimi 
məhkəmə  prosesi  sahəsindən  də  yan  keçmədi.  İctimai-siyasi 
həyatın  bütün  sahələrini  əhatə  edən  bu  islahatların  məqsədi 
Azərbaycanda inzibati icraatın, hüquq və məhkəmə sisteminin 
təkmilləşdirilməsi,  demokratik,  müasir  məhkəmə  sisteminin 
yaradılması  xüsusi  əhəmiyyət  kəsb  etdi.  Məhkəmə-hüquq  
islahatının həyata keçirilməsi zamanı məhkəmə hakimiyyətinin 
müstəqil və nüfuzlu qüvvəyə çevrilməsi əsas məqsədlərdən biri 
oldu. 
İnzibati mübahisələr üzrə məhkəmə icraatı həm də hüquq 
tətbiqedici  xüsusiyyətə  malikdir.  Bəzən  hüquqi  göstərişlərin 
həyata keçirilməsi üçün hüququn tətbiqi tələb olunur. Hüququn 
tətbiqi – aidiyyəti şəxslər tərəfindən hüquq normalarının həyata 
keçirilməsini təmin etmək məqsədilə dövlətin xüsusi səlahiyyət 
verdiyi şəxslərin və orqanların prosedur – prosessual formalarda 
                                                           
105
 Козлов А.С. Место и роль судов общей юрисдикции в механизме правового 
регулирования // Сибирский Юридический Вестник, 1999, № 2, c.98 


70 
 
təşkil olunmuş fəaliyyətidir
106
. Hüququn tətbiqi üçün subyektiv 
hüquq  və  vəzifələrin  həyata  keçirilməsinə  dair  hüquqi  məs-
ələlərə  baxmaq  və  müvafiq  qərar  çıxarmaq  üçün  dövlət  haki-
miyyət  səlahiyyətlərinə  malik  olan  səlahiyyətli  orqanların 
müdaxiləsi tələb olunur. Hüququn tətbiqi onun gerçəkləşdirilmə 
formalarından biri kimi hüquq münasibətlərinin yaranmasını və 
onların  realizə  mərhələsində  hüquq  və  vəzifələrin  məcburi 
həyata keçirilməsini təmin edir
107
. Hüquq normalarında nəzərdə 
tutulmuş göstərişlərin həyata keçirilməsi üçün maneələr mövcud 
olduğu halda hüququn tətbiqi məhkəmənin çıxardığı  akt vasi-
təsilə pozitiv tənzimlənmə prosesində öz ifadəsini tapır.  
 “İnzibati  icraat  haqqında”  Azərbaycan  Respublikası 
qanununa əsasən,  inzibati aktdan şikayət həm inzibati qaydada
həm  də  məhkəmə  qaydasında  verilə  bilər.  Eyni  zamanda  həm 
inzibati,  həm  də  məhkəmə  qaydasında  şikayət  (inzibati  iddia) 
verildiyi  hallarda,  şikayətə  məhkəmə  qaydasında  baxılır  və 
şikayət  instansiyasında  həmin  şikayət  üzrə  başlanılmış  icraata 
xitam verilir
108

Qeyd  edək  ki,  heç  də  bütün  ölkələrdə  vətəndaşın  inzibati 
orqanın hərəkət və ya qərarından birbaşa məhkəməyə müraciət 
imkanı  nəzərdə  tutulmamışdır.  Belə  ki,  məsələn,  qonşu  Gür-
cüstanda və Türkiyədə inzibati orqanın hərəkətlərindən birbaşa 
məhkəməyə müraciət etməyə imkan verilmir. Həmin ölkələrdə 
vətəndaşlar  inzibati  orqandan  şikayətlə  müvafiq  olaraq  yuxarı 
inzibati  orqana  müraciət  edib  mənfi  cavab  aldıqdan  sonra 
                                                           
106
 Ümumi hüquq və dövlət nəzəriyyəsi / V.V.Lazarevin redaktəsi ilə. Bakı: Qanun, 
2006, s. 37 
107
 Алексеев С.С. Общая теория права. Курс в двух томах. Том I. М., 1980, c.45 
108
  “İnzibati  icraat  haqqında”  Azərbaycan  Respublikasının    Qanunu.  Bakı:  Qanun, 
2013, s.35 
 


71 
 
inzibati  məhkəməyə  müraciət  edə  bilərlər.  Bu  səbəbdən  də 
hüquq ədəbiyyatında Gürcüstanda inzibati mühakimə icraatının 
başlanması üçün ilk öncə yuxarı inzibati orqana müraciət edərək 
mənfi  cavabın  alınması  onun  əsas  əlamətlərindən  biri  kimi 
göstərilir
109

Türkiyədə  inzibati  orqanların  hərəkətləri  ilə  hüquqlarına 
toxunulmuş şəxslərin bu barədə məlumat aldıqları gündən 1 il 
ərzində  və  ümumilikdə  həmin  hərəkətin  edildiyi  vaxtdan  5  il 
ərzində yazılı şəkildə aidiyyəti orqana müraciət etməklə haqla-
rını tələb etmələri nəzərdə tutulur. Tələbi qismən və ya tamamilə 
rədd edildiyi və ya müraciətə 60 gün ərzində cavab verilmədiyi 
təqdirdə isə inzibati məhkəməyə müraciət etməyə yol verilir
110

Fikrimizcə,  mübahisənin  inzibati  məhkəməyə  qədərki 
həlletmə mexanizminin yaradılması aktual əhəmiyyət kəsb edir. 
Belə ki, məhkəmə prosesindən fərqli olaraq həm vaxt, həm də 
maddi baxımdan qənaətli olan bu üsul vətəndaşların hüquq və 
maraqlarının  qorunması  üçün  müvafiq  inzibati  orqanın  hərə-
kətinə  daha  çevik  reaksiya  verilməsinə  və  məsələnin  operativ 
həllinə  yardımçı  ola  bilər.  Hesab  edirik  ki,  milli  qanunveri-
cilikdə  inzibati  mübahisənin  həlli  üçün  inzibati  məhkəməyə 
birbaşa  müraciət  edilməsinin  nəzərdə  tutulması  mübahisənin 
həllinin  uzanmasına,  iddiaçının  mənəvi-psixolji  gərginliyinin 
artmasına, məhkəmələrin iş yükünün ağırlaşmasına səbəb olur.  
Buna  görə  də  məhkəmələrin  inzibati  mübahisələrə  baxıl-
masında  ilkin  deyil,  ikinci  instansiya  kimi  çıxış etmələri  daha 
məqsədəuyğun  ola  bilər.  Hüquqları  və  ya  qanunla  qorunan 
                                                           
109
  Чантурия  Л.В.  Система  и  компетенция  административных  судов  в  Грузии. 
supcourt.kz/export/..Chanturya.doc  
110
 
İdari 
yargılama 
usulü 
kanunu. 
06/01/1982 
13-cü 
maddə. 
http://www.turkhukuksitesi.com/mevzuat 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə