Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə21/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   17   18   19   20   21   22   23   24   ...   123

63 
 
-  aidiyyətlə  əlaqədar  şərtlərin  dəyişməsinə  baxmayaraq 
iddia  ilə  bağlı  iş  iddianın  ilkin  olaraq  verildiyi  məhkəmənin 
icraatında qalır.  
Hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim iddia 
ərizəsinin  və  ona  əlavə  edilmiş  sənədlərin  surətlərinin  cavab-
dehə  təqdim  olunmasına  dair  sərəncam  verir.  İddia  ərizəsini 
təqdim  edərkən,  cavabdehdən  iddiaya  qarşı  öz  münasibətini 
(etirazını)  yazılı  şəkildə  məhkəməyə  bildirmək  tələb  olunur. 
Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir.  
İnzibati  prosesdə  mübahisəyə  baxılması  və  onun  həll 
edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Qərar yazılı şəkildə 
tərtib  edilir  və  hakim  (işə  kollegial  qaydada  baxıldıqda, 
məhkəmə tərkibinə daxil olan hakimlərdən hər biri) tərəfindən 
imzalanır.  Məhkəmənin  qərarı  hüquqi  proseslər,  hüququn 
subyektlərinin hərəkətləri və onların nəticələri üzərində nəzarət 
vasitəsi  funksiyasını  həyata  keçirir.  Məhz  bu  funksiya  ilə 
əlaqədar olaraq məhkəmə qərarının vasitəsilə inzibati orqanların 
hərəkətlərinin  (hərəkətsizliyinin),  aktlarının  qanuniliyi  müəy-
yənləşdirilir. Qanuna zidd hallar aşkar olunduqda məhkəmənin 
müvafiq  qərarında  onların  aradan  qaldırılması  üçün  tədbirlər 
müəyyən olunur. 
İnzibati  mübahisənin  tərəflərindən olan vətəndaş müvafiq 
hakimiyyət strukturunu təmsil edən cavabdeh kimi geniş imkana 
malik deyil. İnzibati mübahisələrdə tərəflər qeyri-bərabərdir: bir 
tərəfdə  geniş  imkanlara  malik  olan  inzibati  orqanlar,  digər 
tərəfdə isə imkanı məhdud olan fiziki və ya hüquqi şəxs durur. 
Bu  baxımdan  inzibati  məhkəmə  icraatı  tərəflərin  prosessual 
statuslarında  bərabərliyi  təmin  etməklə  inzibati  mübahisənin 
ədalətli həllinə xidmət edir.  Onların imkanlarını eyniləşdirmək 
məqsədilə  inzibati  prosesdə  məhkəmənin  vətəndaşa  kömək 


64 
 
etmək  vəzifəsi  müəyyənləşdirilmişdir.  Bu,  da  hüquqi  dövlətin 
təbiətindən  irəli  gələn  müddəadır.  Bu  hal  inzibati  orqanın 
fəaliyyətindən narazı qalan tərəfə məhkəmə müdafiəsinə müra-
ciət etmək üçün imkan verir. Prosesdə xahiş deyil, iddia tələbi 
ilə  inzibati  orqana  qarşı  çıxan  vətəndaş  məhkəmənin  aktiv 
mövqeyinə, inzibati icraatdan fərqli olaraq məhkəmədə inzibati 
orqanın  onunla  bərabər  statusa  malik  olcağına,  sübutetmə 
yükünün  cavabdehin  üzərinə  düşəcəyinə  əmin  olduğu  üçün 
inzibati iş qaldırır.  
Cavabdehin  inzibati  prosesdə  iddiaçı  ilə  bərabər  hüquqi 
vəziyyətə  malik  olması  iddiaçının  öz  iddiasını  müdafiə  etmək 
üçün malik olduğu bütün prosessual vasitələrdən onun da eyni 
dərəcədə istifadə etmək imkanında ifadə olunur
98
.  
Lakin,  bu  prosessual  vasitələrdən  istifadə  edə  bilsə  də  o, 
iddiaçı  ilə  eyni  prosessual  vəzifələrə  malik  olmur.  Belə  ki, 
hərəkəti  və  ya  qərarı  inzibati  mübahisənin  yaranmasına  səbəb 
olmuş subyekt olaraq o, özünün haqlı və əsaslı olduğunu sübut 
etməli,  müvafiq  yazılı  izahat  verməli,  tələb  olunan  sənədləri 
təqdim etməlidir. 
Məhkəmənin  inzibati  orqanı  öz  hərəkətlərinin  və  ya 
aktlarının əsaslılığına görə sorğu-sual etməsi, ondan məhkəmə 
baxışının  predmetinə  səbəb  olmuş  subyekt  olaraq  müvafiq 
izahat  tələb  etməsi  və  s.  inzibati  orqanın  məsuliyyət  mexaniz-
mini hərəkətə gətirir. Bütün məhkəmə prosesi boyunca inzibati 
orqan  nəinki,  öz  davranışının  izahatını  verməli  olur,  həm  də 
proses iştirakçıları tərəfindən müxtəlif qiymətləndirici, qınayıcı 
təsirlərə məruz qalır.  
                                                           
98
 Усанов В.Е. Проблемы формирования административной юстиции в России 
// Право и жизнь, 2001, c.21 


65 
 
Qeyd  edək  ki,  inzibati  məhkəmə  icraatının  ədalətli  və 
obyektiv keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edən bu hal 
heç də bütün  ölkələrin qanunvericiliyində öz  əksini tapmayıb. 
Məsələn,  Avstraliya  qanunvericiliyində  əks  qayda  təsbit  edil-
mişdir.  Burada  vergi  orqanı  ilə  vətəndaş  arasında  mübahisə 
yarandığı təqdirdə aktın düzgün olmadığını sübut etmək vəzifəsi 
vətəndaşın  üzərinə  düşür,  vergi  orqanı  isə  sübutetmə  vəzifəsi 
daşımır
99
.  
Fikrimizcə,  sübutetmə  vəzifəsindən  azad  olunmaq  halı 
inzibati  orqanların  fəaliyyətində  özbaşınalığa  və  səlahiyyət 
həddinin aşılmasına yol aça bilər. Sübutetmə vəzifəsinin inzibati 
orqana  həvalə  olunması  birbaşa  inzibati  məhkəmə  icraatının 
mahiyyəti ilə  şərtlənir, inzibati  orqanların  fəaliyyəti sferasında 
qanunçuluğun təmininə və sosial münaqişələrin həllinə yönəlir. 
İnzibati  orqanın  izahat  verməsi,  davranışının  əsaslı  olduğunu 
sübuta  yetirməli  olması  və  hərəkətlərinin  proses  iştirakçıları 
tərəfindən qiymətləndirilməyə məruz qalması onun məsuliyyət 
mexanizminin tərkib elementlərini təşkil edir.  
Beləliklə,  inzibati  məhkəmə  icraatı  institutundan  özünün 
subyektiv  ümumi  hüquqlarının  müdafiəsi  üçün  istifadə  edən 
şəxs  əvvəl  inzibati  orqanla  qeyri  -  bərabər  inzibati-hüquqi 
münasibətlərdə olsa da, məhkəmə icraatı zamanı onunla bərabər 
prosessual  status  daşıyır.  Bu,  inzibati  mübahisənin  ədalətli  və 
obyektiv  həllinin  mühüm  təminatlarından  biridir.  Alimlərdən 
F.S.Mehdiyev bu halı haqlı olaraq “silahların bərabərliyi” prin-
sipi  adlandıraraq  inzibati  prosesdə  həyata  keçirilən  çəkişmədə 
                                                           
99
 Зингер Е.А., Ялбулганов А.А. Основы налогового законодательства Австра-
лии // Публичные финансы государств АТР. Бюджетное и налоговое регулиро-
вание / Под ред. проф. А.Н.Козырина. М.: Из-во “Ось-89”, 1998, с. 40  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə