Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə18/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   14   15   16   17   18   19   20   21   ...   123

54 
 
məhkəmə  icraatını  inzibati  prosesin  bir  hissəsi  kimi  qiymət-
ləndirdiyi  halda
84
,  sonradan  onun  inzibati  proses  kimi  deyil, 
məhkəmə prosesi kimi təsbit olunmasına üstünlük vermişdir
85

Hesab  edirik  ki,  konkret  hüquq  sahəsinin  tətbiqindən 
yaranan münasibətlərin (mülki, cinayət, inzibati) mahiyyəti üzrə 
tənzimlənməsi üçün həyata keçirilən məhkəmə icraatının adının 
(mülki  məhkəmə  icraatı,  cinayət  məhkəmə  icraatı)  müvafiq 
münasibətləri  tənzimləyən  hüquq  sahəsi  ilə  bağlı  olması  istə-
nilən  halda  məntiqə  zidd  səslənmir.  Lakin,  inzibati  prosesin 
məhkəmənin fəaliyyətindən, məhkəmə icraatından təcrid oluna-
raq  yalnız  idarəetmə  orqanlarının  fəaliyyətinə  şamil  olunması 
məqsədəuyğun görünmür.  
Başqa  sözlə,  dövlətin  idarəetmə  fəaliyyətinin  inzibati 
proses  kimi  qiymətləndirilməsi  fikri  ilə  razılaşmaq  mümkün 
deyildir;  bu  fikri  irəli  sürən  müəlliflər  onun  lazımi  səviyyədə 
əsaslandırılmasına nail ola bilməmişlər.  Hüquqi prosesin növ-
lərindən  olan  inzibati  proses  inzibati  iddianın  mahiyyəti  üzrə 
həlli  vasitəsilə  inzibati  orqanların  fəaliyyətində  qanunçuluğun 
təmininə  yönəlmiş  inzibati  məhkəmə  icraatının  həyata  keçiril-
məsi  qaydalarını  tənzimləyən  prosessual  normaların  məcmu-
sudur.  İnzibati  proses  inzibati  iddia  ilə  məhkəmədə  qaldırılan 
inzibati işin baxılıb həll olunması üçün həyata keçirilən inzibati 
məhkəmə icraatının təzahür formasıdır.  
İnzibati prosesin spesifik iştirakçılar dairəsi, prinsipləri və 
həyata keçirilməsi qaydası müvafiq olaraq inzibati mübahisənin 
                                                           
84
 Бахрах Д.Н. Административное право России. Учебник для вузов. М.: Норма, 
2000, с. 307   
85
 Бахрах Д.Н. Административное судопроизводство, административная юсти-
ция и административный процесс // Государство и право, 2005, № 2, с. 19-25 


55 
 
mahiyyəti və onun həllinə yönəlmiş ədalət mühakiməsinin xüsu-
siyyətləri ilə bilavasitə əlaqədardır.  
Məhkəmə hüquqla tənzimlənən fəaliyyət sferasında cəmiy-
yətin ayrı-ayrı üzvləri ilə dövlət arasında yaranan münaqişələrə 
sosial  nəzarət  funksiyasını  həyata  keçirən  ixtisaslaşmış  dövlət 
orqanıdır.  Məhkəmə  icraatı  prosessual  qaydalarla  tənzimlənən 
proses  çərçıvəsində  həyata  keçirilir.  Məhkəmə  hakimiyyətinin 
təzahür  formalarından  biri  olan  inzibati  məhkəmə  icraatı  da 
müvafiq  olaraq  inzibati  proses  çərçivəsində  həyata  keçirilir, 
prosessual  normalar  vasitəsilə  tənzimlənir  və  xüsusi  subyekt 
tərkibinə malik olur. 
Hüquqi prosesin növlərindən olan inzibati prosesin həyata 
keçirilməsi zamanı  yaranan inzibati-prosessual münasibətlərdə 
vətəndaşla inzibati orqan bərabər hüquq və vəzifələrə malik olan 
tərəf  kimi  çıxış  edirlər.  Bu,  inzibati  məhkəmə  icraatı  zamanı 
vətəndaşla  inzibati  orqanın  arasındakı  bərabərsizliyi  tarazlaş-
dırmağa yönəlmiş tədbirlərdən biridir. 
İnzibati prosesdə həyata keçirilən inzibati məhkəmə icraatı 
ümumi hüquqi mübahisənin xüsusiyyətlərini əks etdirir. Ümumi 
-  hüquqi  mübahisə  ümumi  hüququn  tətbiqindən  irəli  gələn 
hüquqi nəticələrin mübahisələndirildiyi bütün halları əhatə edir.  
İnzibati  prosesdə  iddiaya  baxılması  ilə  əlaqədar  inzibati-
prosessual münasibətlər  yaranır.  Bu münasibətləri  bərabər bu-
caqlı üçbucaq şəklində təsəvvür etsək,  yuxarı birləşdirici nöq-
tədə  məhkəmə,  aşağıdakı  üfiqi  xəttlərdə  isə  tərəflər  dayanır. 
Məhz  məhkəmə  vasitəsilə  tərəflər  biri-birilə  əlaqəyə  girir.  La-
kin, inzibati proses yalnız bu münasibətlərlə də məhdudlaşmır. 
İnzibati mübahisəyə baxılarkən prosesin istənilən mərhələsində 
yeni prosessual münasibətlər meydana çıxır. Sonradan yaranan 


56 
 
bu  münasibətlər  əsas  münasibətlərə  nisbətən  törəmə  xarakter 
daşıyır.  
İnzibati  prosesin  əsas  məqsədi  inzibati  hüquq  münasibət-
lərinin  iştirakçılarının  pozulmuş  hüquq  və  maraqlarının  bər-
pasıdır. Bu, inzibati hüququn öz mahiyyəti ilə əlaqədardır. Belə 
ki,  inzibati  hüquq  administrasiyaya  nəzarət  hüququ,  vətəndaşı 
inzibati  hakimiyyətin  özbaşınalığından  qorumaq  hüququ  kimi 
yaranmışdır.
86
  Əvvəllər  inzibati  hüququn  əsas  diqqəti  dövlətin 
idarəetmə  aparatına  ünvanlanırdısa,  hazırda  dövlətlə,  dövlətin 
orqanları  və  onların  vəzifəli  şəxslər  ilə  vətəndaşlar  arasındakı 
ictimai münasibətlərin tənzimlənməsinə yönəlir. 
Məhkəmələr  inzibati  hüquqi  mübahisəyə  baxarkən  yalnız 
fərdi  mübahisələri  həll  etmir,  həm  də  pozulmuş  hüquqları  və 
qanunla  qorunan  mənafeləri  bərpa  edir  və  inzibati  orqanların 
fəaliyyətinin  qanunauyğunluğunu  yoxlamaq  üçün  nəzarəti 
həyata  keçirirlər.  Bu  səbəbdən  də  inzibati  məhkəmə  icraatı 
idarəçilik  sahəsində  həyata  keçirilən  məhkəmə  nəzarətinin 
xüsusi mexanizmi kimi çıxış edir. Nəzarətin başlıca məzmunu 
yoxlamaqdan, baş verə biləcək nöqsanların qarşısını almaqdan 
ibarətdir
87
.  
Hüquqi dövlətdə dövlət orqanı ilə vətəndaşın hüquqları və 
qarşılıqlı  məsuliyyəti  arasında  balans  yaratmaq  məqsədilə 
şikayət iddia ilə əvəz olunur. Subyektiv hüquqların və qanunla 
qorunan 
mənafelərin 
müdafiə  vasitəsi  kimi  iddianın 
mövcudluğu  prinsipial  əhəmiyyət  kəsb  edir.  Qeyd  edək  ki, 
inzibati  hüquq münasibətlərindən irəli  gələn işlər üzrə  icraatın 
                                                           
86
 Rzayev Ə.H. Dövlət nəzarəti: nəzəriyyə və praktika. Bakı: Elm, 2008, s. 137 
87
 Quliyev T.Ə. Menecmentin (idarəetmənin) əsasları. Bakı, 2001, s. 109 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə