Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə22/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   18   19   20   21   22   23   24   25   ...   123

66 
 
onun  təmin  edilməsini  ədalətli  muhakimənin  zəruri  şərti  kimi 
qiymətləndirir
100
.  
Məlumdur ki, inzibati işlər üzrə sübutların mütləq əksəriy-
yəti  müvafiq  orqanların  və  ya  vəzifəli  şəxslərin  sərəncamında 
olan  sənədlərdə  yerləşir.  Onlar  xüsusən  də,  öz  xeyirlərinə 
olmadığı hallarda həmin sənədləri təqdim etməkdən hər vəchlə 
boyun  qaçırmağa  çalışırlar.  Bunun  üçün  məhkəmə  inzibati 
prosessual qaydalar çərçivəsində inzibati orqanların işinə müda-
xilə  etməklə  onlardan  müvafiq  materialları  və  digər  sübutları 
təqdim etməyi tələb etmək, zərurət olduqda isə öz təşəbbüsü ilə 
mütəxəssis,  ekspert  rəyi  almaq  imkanına  malik  olur.  Belə 
imkanın  yaradılması  inzibati  prosesdə  vətəndaş  hüquqlarının 
real  təminat  mexanizminin  formalaşmasına  xidmət  edir. 
Ədəbiyyatda  haqlı  qeyd  olunur  ki,  şəxsin  özünü  müdafiə  edə 
bilməsi üçün ilk növbədə öz əleyhinə çıxarılmış aktla və həmin 
aktın  əsaslandığı  hallarla  və  sənədlərlə  tanış  olmalıdır.  Yalnız 
onları  əldə  edə  bildiyi  halda  şəxs  öz  müdafiəsini  həyata 
keçirmək üçün real imkana malik olur
101
. Bu baxımdan inzibati 
proses çərçivəsində  həyata keçirilən inzibati məhkəmə icraatı-
nın  mühüm xüsusiyyətlərindən biri məhkəmənin  öz təşəbbüsü 
ilə  zəruri  sübutları  və  sənədləri  əldə  etməsidir.  İnzibati  orqan-
ların sərəncamında olan müvafiq sənədləri əldə etmək imkanının 
vətəndaşa  təmin  olunması  vətəndaşların  hüquqlarının  qorun-
masına,  inzibati  orqanların  fəaliyyətində  şəffaflığın  təmin 
                                                           
100
Mehdiyev F.S. İnzibati idarəetmə hüququ: Dərs vəsaiti. Bakı: Qafqaz Universiteti 
yayınları, 2008, s. 59  
101
  Evren  Ç.C.  İdari  usul  ilkelerinin  yönetim  hukukumuz  açısından  değeri  /  TBB 
Dergisi, 2010 , s. 114 


67 
 
olunmasına xidmət etməklə yanaşı, məhkəmə baxışında iddia-
çının öz iddiasını müdafiə etməsi və dinlənilməsi üçün də vacib 
məqamlardandır
102
.  
AR İPM-in 12 – ci maddəsinə görə məhkəmə proses iştirak-
çılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri 
sübutlarla  və  işdə  olan  digər  materiallarla  kifayətlənməyərək, 
mübahisənin  düzgün  həlli  üçün  əhəmiyyət  kəsb  edən  bütün 
faktiki  halları  xidməti  vəzifəsinə  görə  araşdırmağa  borcludur. 
Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirak-
çılarının  vəsatətinə  əsasən  digər  zəruri  sübutları  da  toplamağa 
borcludur
103

Hazırda  inzibati  məhkəmə  prosesi  üçün  inkvizisiyon 
prosesin  mühüm  elementləri  səciyyəvidir.  Bu,  ilk  növbədə 
hakimin  prosesdəki  roluna  aiddir.  O,  prosesdə  ərizəçini  aktiv 
şəkildə  dəstəkləyir.  Ərizəçinin  prosesdə  xüsusi  hüquqi  statusa 
malik  olması  da  buna  imkan  verir.  İnzibati  orqanların  üzərinə 
şikayət  olunan  aktın qanuniliyini sübut etmək kimi prosessual 
öhdəlik qoyulduğu halda, vətəndaş onun qanunsuzluğunu sübut 
etmək vəzifəsindən azad olub, yalnız öz hüquqlarının pozulması 
faktını sübut edir. AR İPM-in 14.2-ci maddəsinə əsasən, inzibati 
orqanın  inzibati  aktın  qəbul  edilməsi  ilə  əlaqədar  olmayan  və 
bilavasitə  şəxsin  hüquq  və  azadlıqlarını  pozan  qanunsuz 
müdaxiləsindən  müdafiəyə  dair  iddialar  üzrə  belə  müdaxiləni 
zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi 
müvafiq inzibati orqanın üzərinə düşür. 
                                                           
102
 Nieto, Eva – Delgado, M. Isaac and Garrido. European Administrative Law in the 
Constitutional Treaty. Hart Publishing. Oxford and Portland. Oregon, 2007, p. 39 
103
 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi. Bakı: Qanun, 2013, s.22 


68 
 
İnzibati  aktın  qəbul  edilməsi  tələbinə  dair  (məcburetmə 
haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən 
faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə iddia-
çının üzərinə düşür. Lakin, inzibati orqan iddiaçının arzuladığı 
inzibati  aktın  qəbulunu  konkret  halda  istisna  edən  faktiki 
şərtlərin  mövcudluğuna  istinad  etdiyi  hallarda,  belə  şərtlərin 
mövcudluğunu  sübut  etmək  vəzifəsi  həmin  inzibati  orqanın 
üzərinə düşür (AR İPM-in 14.3-cü maddəsi). 
Sübutetmə vəzifəsinin inzibati orqana həvalə olunmasından 
başqa,  məhkəmənin  proses  iştirakçılarına  yardım  etmək  vəzi-
fəsinin müəyyənləşdirilməsi də tərəflərin maddi inzibati hüquq 
münasibətlərində  mövcud  olan  hüquq  bərabərsizliyini  inzibati 
prosesdə tarazlaşdırmağa yönəlmişdir. 
İnzibati  prosessual  qanunvericilik  məhkəmənin  aşağıdakı 
hallarla  əlaqədar  proses  iştirakçılarına  yardım  etməyə  borclu 
olmasını nəzərdə tutur:  
-  qaldırılan  iddialarda  yol  verilən  formal  xətaların  aradan 
qaldırılması; 
- aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi
- yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması; 
- natamam faktiki məlumatların tamamlanması; 
- işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi 
baxımından  əhəmiyyət  kəsb  edən  izahatların  təqdim  olun-
ması
104

Məlum  olduğu  kimi  məhkəmələrin  ənənəvi  funksiyası 
hüquq  münasibəti  iştirakçılarının  gerçək  və  ehtimal  olunan 
hüquq pozuntuları ilə əlaqədar yaranan sosial münaqişələrin həll 
                                                           
104
 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi.Bakı: Qanun, 2013,s.23 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə