Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə6/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   2   3   4   5   6   7   8   9   ...   123

18 
 
qədər yaxındır ki, hansının səbəb, hansının nəticə olduğuna dair 
sual da yarana bilər
6
. Müasir inzibati hüquq inzibati orqanların 
fəaliyyəti  prosesində  insan  və  vətəndaşın  hüquq  və  azadlıqla-
rının  təmini,  onların  icra  hakimiyyəti  orqanlarının  özbaşına-
lığından  müdafiə  vasitələrinin  daha  dərindən  öyrənilməsi  ten-
densiyasını  nümayiş  etdirir.  Başqa  sözlə,  əvvəllər  vətəndaşa 
qarşı olan inzibati hüquq indi əksinə onun xeyrinə çıxış edir. Bu 
xüsusiyyətlər  hazırda  yeni  inzibati  hüququn  hüquqi  dövlətin 
prinsiplərinə əsaslandığına və dövlətlə vətəndaş arasındakı mü-
nasibətlərdə hüququn aliliyinin təmin edilməsinə yönəldiyini bir 
daha təsdiq edir. Bu baxımdan hüquq ədəbiyyatında haqlı olaraq  
göstərilir ki, müasir inzibati hüquq inzibati orqan və vətəndaşın 
konstruktiv  qarşılıqlı  əməkdaşlığına  yönəlir  və  bu  məqsədlə 
inzibati orqana çevik fəaliyyət imkanı verir
7

Bildiyimiz  kimi,  hüquqi  dövlətin  təşəkkülü  demokratiya, 
insan  və  vətəndaş  hüquqlarına  hörmət  olmadan  mümkün  de-
yildir.  Təsadüfi  deyildir  ki,  bəşər  tarixinin  bütün  inkişaf  mər-
hələlərində,  bir  ictimai-siyasi  formasiyanın  digəri  ilə  əvəzlən-
məsi ilə nəticələnən inqilabi dəyişikliklərdə insan hüquqlarının 
real  təminatı  üçün  daha  əlverişli  şəraitin  yaradılması  əsas 
məqsədlərdən  biri  olmuşdur.  Müvafiq  olaraq  hüquqi  dövlət 
quruculuğu  yolunda  addımlayan  Azərbaycan  Respublikasında 
da  inzibati  orqanlar  tərəfindən  insan  hüquq  və  azadlıqlarının 
həyata  keçirilməsini  təmin  etmək  və  qanunun  aliliyinə  nail 
olmaq üçün növbəti addım kimi  21 oktyabr 2005-ci ildə “İnzi-
bati  icraat  haqqında”  AR-nın  qanunu  qəbul  olundu.  Vətəndaş 
                                                           
6
 Mehdiyev F.S. İnzibati idarəetmə hüququ:  Dərs vəsaiti.  Bakı: Qafqaz Universiteti 
yayınları, 2008, s. 35   
7
 Herrmann T., Knudson R.Hye. Azərbaycan Respublikasının  yeni  inzibati hüququna  
giriş. Bakı: Hüquqi ədəbiyyatı, 2006, s. 11
  


19 
 
cəmiyyətinin  bütün  sahələrinə  təsir  edən  bu  qanun  inzibati 
idarəçiliyin  sadələşdirilməsinə  və  rasionallaşdırılmasına,  inzi-
bati icraatda vətəndaşların mövqeyinin möhkəmləndirilməsinə, 
həmçinin, inzibati orqanlarda icraat qaydalarının vahid norma-
larının müəyyənləşdirilməsinə xidmət edir. Milli qanunvericilik 
tarixində ilk dəfə olaraq “İnzibati icraat haqqında” AR qanunu 
ilə    inzibati  icraatın  hüquqi  əsasları,  prinsipləri  və  prosedur 
qaydaları  müəyyən  olundu.  Hüququn  və  hüquqi  dövlətin  ha-
mılıqla  qəbul  olunmuş  prinsiplərinin  inzibati  icraatın  həyata 
keçirilməsi  zamanı  birbaşa  tətbiq  olunması  barədə  müddəa 
qanunda öz əksini tapdı
8
.  
Məlum olduğu kimi, hüquqi dövlət, demokratiya, hüquq və 
azadlıqlara hörmət bir-biri ilə üzvi şəkildə bağlı olmaqla yanaşı, 
həm  də  bir-birini  şərtləndirən  amillərdəndir.  Elmi  ədəbiyyatda 
haqlı qeyd olunur ki, hüquqi dövlət yalnız demokratik qaydanın 
əldə edilməsi və qorunmasında müntəzəmliyi və ardıcıllığı tə-
min  edən  formal  qanunçuluğu  deyil,  həmçinin,  insan  hüquq-
larının və azadlıqlarının tanınmasına və hörmət edilməsinə əsas-
lanan ədaləti əks etdirir
9
.  
Strateji vəzifələrindən birini vətəndaşların hüquq və məna-
felərinin qorunması təşkil edən müasir hüquqi dövlətdə insan və 
vətəndaş  hüquqlarının  və  azadlıqlarının  hərtərəfli  qorunması 
təmin edilir, bu hüquq və azadlıqların sərbəst şəkildə və məh-
dudlaşdırılmadan həyata keçirilməsi üçün şərait yaradılır. Bu cür 
dövlətin  konseptual  əsaslarından  birini  məhz  hakimiyyətlə 
vətəndaş cəmiyyətinin qanun və məhkəmə qarşısında bərabərliyi 
                                                           
8
 “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının  Qanunu. Bakı: Qanun, 2013 
 
9
 Abullayev Ə., Azarov A., Hüfner K., Röyter V. İnsan hüquqları. Beynəlxalq və milli 
müdafiə mexanizmləri. Bakı, 2008, s. 40  


20 
 
təşkil  edir.  Hüquqi  dövlətdə  vətəndaşların  hüquq  və  azadlıq-
larının  müdafiəsi  üçün  müvafiq  vasitələr,  mexanizmlər  təsis 
edilir.  Bu  mexanizmlər  dinamik  olub,  ictimai  həyatdakı  dəyi-
şikliklərə uyğun qaydada inkişaf edir və təkmilləşir.  
Müasir hüquqi dövlətdə insanların hüquq və azadlıqlarının 
müdafiəsi mexanizminin əsas prinsiplərindən birini də bir neçə 
müdafiə  vasitəsinin,  dəfələrlə  müdafiə  imkanının  mövcud  ol-
ması  təşkil  edir.  Pozulmuş  hüquqların  və  qanunla  qorunan 
mənafelərin  müdafiə  olunması  üçün  eyni  zamanda  bir  neçə 
alternativ  müdafiə  vasitəsinin  mövcudluğu  vətəndaşa  imkan 
verir  ki,  şikayəti  təmin  olunmadığı,  çıxarılan  qərar  onu  təmin 
etmədiyi təqdirdə digər müdafiə vasitəsindən istifadə etsin.  
Fikrimizcə, alternativ müdafiə mexanizmini müdafiə vasi-
tələrinin yalnız çoxluğuna deyil, həm də səmərəli və işlək olma-
sına əsaslanan, mübahisənin daha tez və operativ həllinə, inzi-
bati  məhkəmələrin  iş  yükünü  azaltmağa  imkan  verən,  qeyri-
prosessual  müdafiə  vasitələrindən  prosessual  müdafiə  vasitə-
lərinə  keçid  imkanı  kimi  çıxış  edən  sistem  kimi  qiymətlən-
dirmək olar. 
Polis  dövlətinin  müasir  hüquqi  dövlətə  çevrilməsində 
mühüm  rol  oynamış  inzibati  məhkəmə  icraatı  da  müdafiə 
mexanizmlərdən  biri  olub,  inzibati  orqanların  fəaliyyətinə 
məhkəmə  nəzarətini  həyata  keçirməklə  vətəndaşların  hüquq-
larının və mənafelərinin real müdafiə vasitəsi kimi çıxış edir.  
Hüquqi dövlətin adından çıxış edərək fəaliyyət göstərən hər 
bir  orqanın  və  ya  vəzifəli  şəxsin  qanunçuluq  prinsipinə  riayət 
etməsi,  onların  fəaliyyəti  üzərində  məhkəmə  nəzarəti  vətən-
daşların onların özbaşına hərəkətlərindən qorunmasının mühüm 
təminat  vasitəsidir.  Bu  prinsipin  həyata  keçirilməsi  üçün  real 
təminat  mexanizminin  formalaşdırılması  da  hüquqi  dövlətin 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə