10
edən bu cərəyan aqrar sektorun və yeni yaranan sənaye müəssisələrinin sənayeləşmə
tam başa çatanadək dövlət tərəfindən xüsusilə yüksək gömrük rüsumları vasitəsilə
qorunmasını irəli sürmüşdür. lk dəfə olaraq Fridrix List aqrar sektorun bir sıra
özünəməxsus xüsusiyyətlərindən çıxış edərək onun xüsusi himayəyə ehtiyacı olduğunu
da qeyd etmişdir
7
.
Klassik iqtisadi nəzəriyyəni tənqid çərçivəsində meydana gələn nəzəriyyələrdən
biri, elmi əsasını Karl Marksın qoyduğu sosialist iqtisadi düşüncə məktəbi isə aqrar
sektorun iqtisadi inkişafdakı rolunu qeyd etməklə yanaşı bütün sahələrdə olduğu kimi
bu sektorda da dövlət və kollektiv mülkiyyətə əsaslanan təsərrüfatçılıq formalarının
qurulması və istehsal qərarlarının dövlət tərəfindən mərkəzi qaydada həyata keçirilən
planlaşdırma mexanizmi əsasında verilməsini nəzərdə tuturdu.
Klassik iqtisadi məktəbin davamı kimi, bir növ sənaye kapitalizminin ideoloji
gücünün tamamlanaraq XX əsrə gətirilib çıxarılmasında böyük rol oynayan Neo-klassik
iqtisadi məktəb tələb və təklif, rəqabət, inhisarlar, iqtisadi tarazlıq, istehlakçı
psixologiyası, məhsulların faydalılığı kimi əsasən mikroiqtisadi məsələlər üzərində
iqtisadi-riyazi
təhlillər
apararaq
azad
bazar
iqtisadiyyatının
elmi
şə
kildə
ə
saslandırlmasında böyük rol oynamışdır. Azad bazar mexanizmini müdafiə edən
neoklassiklər itisadiyyatda dövlətin rolunu bir növ “gözətçi” kimi görürdülər. Lakin bu
məktəbin son üzvlərindən biri hesab olunan Artur Piqou azad bazarın ütünlüyünü qəbul
etməklə yanaşı o dövrün dərin sosial-iqtisadi böhranlarından çıxış edərək qeyd etmişdir
ki, şəxsi mənafe heç də həmişə sosial mənafe ilə uzlaşmır, istənilən fəaliyyətin marjinal
xüsusi faydası heç də həmişə marijnal sosial faydaya bərabər olmur, buna görə dövlət
araya girərək müxtəlif iqtisadi siyasət rıçaqlarından istifadə etməklə bu kənarlaşmanı
minimuma endirməlidir.
8
Piqou bu fikirləri ilə sonradan böyük bir nəzəriyyə yaratmış
Keynesə çox təsir göstərmişdir.
7
Fridrix List (1789-1846) 1841-ci ildə yazdığı “ qtisadi siyasətin milli sistemi” adlı əsərində göstərir ki, aşağıdakı
xüsusiyyətlərinə görə yalnız aqrar sektora bağlı iqtisadiyyat öz potensialından tam istifadə edə bilməz və dövlətin bu
sahədə iqtisadiyata müdaxiləsi zəruridir: 1) Aqrar sektorda istehsal böyük miqyasda təbii və iqlim şərtlərindən asılıdır; 2)
Təbii mühüt və istehsal ərazilərinin geniş olması burada yüksək texnika və texnologiyanın tətbiqinə az əlverişlidir; 3)
stehsal faktorlarının məhsuldarlığı aşağı və istehsal müddəti uzundur; 4) Faiz dərəcələri yüksəkdir; 5) Məhsulların
saxlanması çətindir; 6) Məhsulların daşınması həm çətin, həm də bahalıdır, çünki çox asanlıqla xarab ola bilirlər; 7) stifadə
olunan resursların dəyərinin tam şəkildə müəyyən oluna bilməməsi istehsal xərclərini də dəqiq müəyyən etməyə imkan
vermir; 8) Kənd təsərrüfatı məhsullarının bazar qiymətlərində dalğalanma yüksəkdir; (bax: Doç. Dr Arif Ersoy, “ ktisadi
teoriler ve düşüncelerin gelişme tarihi”, II Baskı, zmir, 1990, səhfə: 204 - 5);
8
Arthur Cecil Pigou (1877-1959) bu fikirlərini 1920-ci ildə yazdığı məşhur “Rifah qtisadiyyatı” (The Economics of
Welfare) əsərində kənd təsərrüfatından verdiyi bir nümunə ilə ifadə etmişdir. Həmin misalda göstərir ki, torpağı icarəyə
11
1936-ci ildə qısa olaraq “Ümumi Nəzəriyyə” adı ilə məşhur olan kitabını
yazmaqla Con Meynard Keynes özünə qədər hakim olan nəzəriyyələrə alternativ böyük
bir nəzəriyyə yaratmışdır. Həmin dövrdə kapitalist dünyasını düşdüyü böhrandan neo-
klassiklərin göstərdiyi kimi əvvəl-axır bazar mexanizminin özünün çıxaracağı fikrini
qəbul etməyərək, dövlətin aktiv siyasət yeridərək iqtisadiyyatın tələb cəbhəsini
stimullaşdırmalı olduğunu irəli sürmüşdür. Öz fikirləri ilə bir növ iqtisadiyyata dövlət
müdaxiləsinin elmi əsaslarını hazırlayan Keynes hal-hazırda aqar sektor da daxil
olmaqla iqtisadiyyatın bütün sahələrinin inkişaf etdirilməsində mühüm rol oynayan pul-
kredit və büdcə-maliyyə siyasətinin dövlət idarəetməsində geniş şəkildə istifadə
edilməsini təmin etmişdir.
II Dünya müharibəsindən sonra inkişaf strategiyalarının hazırlanması çərçivəsində
formalaşan inkişaf iqtisadiyyatının qarşısında duran əsas məsələlərdən biri də ölkələrin
inkişaf strategiyalarında “lokomotiv sektor”un (engine sector) seçilməsi problemi
olmuşdur. Bu elə bir sektor olmalı idi ki, inkişaf edərək bütövlükdə iqtisadiyyatı öz
arxasınca apara bilsin. Əksər iqtisadçıların bunun sənaye sektoru olduğunu müdafiə
etməsi və iqtisadi siyasətdə də sənayeləşməyə üstünlük verilməsi, sənayeli ölkələri
ə
sasən xammalla təmin edən koloniyaların müstəqillik əldə edərək kolonializmdən
qalan aqrar təsərrüfata nifrət ruhunda inkişafa qədəm qoyma çəhdləri, yeni xidmətlər
sektorunun sürətlə inkişaf etməsi, aqrar sektorun EÖ-də elmi-texniki tərəqqinin xeyli
dərəcədə təsirinə düşərək məşğulluqdakı payının kəskin azalması kimi amillər onun
dünya təsərrüfatında rolunu xeyli zəiflətmiş, lakin strateji əhəmiyyəti nəzərə alınaraq
dövlətlərin xüsusi himayəsi altında dünya iqtisadiyyatından, onun tənzimləmə
tədbirlərindən kənarda inkişaf etmişdir. Bu qapalı inkişaf demək olar ki, ÜTT-nin
Uruqvay Raundu çərçivəsində 1995-ci ildə qəbul olunan Kənd Təsərrüfatı çoxtərəfli
sazişinin (Agreement on Agriculture) qəbul olunduğu dövrə qədər davam etmiş, məhz
götürərək əkən əkinci torpaq sahibinə qalar deyə ona yüksək kapital qoymayacaqdır, bu isə milli gəlirin artımı baxımından
uzunmüddətdə mənfi nəticələr yaradacaqdır (Doç. Dr Arif Ersoy, “ ktisadi teoriler ve düşüncelerin gelişme tarihi”, II
Baskı, zmir, 1990, səhfə: 260). Ümumiyyətlə ümumiqtisadi rifahın artırılmasını irəli sürən Piqou bunu 3 kriteriya ilə
ölçürdü: 1) Milli gəlir səviyyəsi; 2) Milli gəlirin fərdlər arasında bölüşdürülməsi səviyyəsi; 3) qtisadi stabillik səviyyəsi
(Henry W. Spiegel , “The Growth of Economic Thought”, Duke University Press, Durhan, North Carolina, 1971, səhfə:
572);
Dostları ilə paylaş: |