12
bu dövrdən başlayaraq aqrar sektor və onun tənzimlənməsi məsələləri yenidən dünya
elmi və siyasi dairələrinin əsas müzakirə mövzularından birinə çevrilmişdir
9
.
Dövlətin aqrar siyasəti də məhz bu nəzəriyyələrin və iqtisadi-siyasi prosseslərin
təsiri altında formalaşıb inkişaf edərək bu günkü səviyyəsinə gəlib çatmışdır.
Müasir dövrdə dövlətin aqrar siyasətinin daha yaxşı dərk edilməsi və
effektivliyinin artırılması məqsədilə bu sektorun spesifik xüsusiyyətlərinin və ölkə
iqtisadiyyatında oynadığı rolunun da ətraflı öyrənilməsinə ehtiyac vardır. Müxtəlif
mənbələrə əsasında aqrar sektorun spesifik xüsusiyyətlərini və ölkə iqtisadiyyatında
oynadığı rolu aşağıdakı istiqamətlərdə qruplaşdırmaq mümkündür:
Aqrar sektor insan həyatı üçün zəruri istehlak məhsullarının böyük bir qismini
təmin edir. Həmin məhsulların mühüm hissəsini aqrar sektorda istehsal olunan
ə
rzaq məhsulları təşkil edir. Bu baxımdan qidalanma sisteminin coğrafi mühit və
mədəni faktorlar əsasında formalaşdığını, əhalinin ərzaqla təminatının strateji
ə
həmiyyət kəsb etdiyini nəzərə alaraq hər bir ölkənin özünəməxsus, müstəqil aqrar
siyasətinin olması ictimai bir vəzifə kimi ortaya çıxır;
Aqrar sektor sənaye müəssisələrinin əsas xammal mənbəyidir. Yeyinti,
toxuculuq kimi bir sıra sənaye sahələrində emal olunan əsas xammal resursları aqrar
sektor tərəfindən təmin edildiyindən bu sektor davamlı sənaye inkişafı baxımından
da mühüm əhəmiyyət kəsb edir;
Aqrar sektor sənaye məhsulları üçün böyük bazardır. Başda neft-kimya və
maşınqayırma olmaqla bir sıra sənaye sahələrinin məhsulları aqrar sektorda geniş
şə
kildə istifadə edilir;
Aqrar sektor zəif inkişaf etmiş ölkələrdə əhalinin məşğul olduğu əsas sahədir.
Hal-hazırda məşğul əhalinin ABŞ-da 2%-i, AB-də 2-4%-i, EOÖ-də 59%-i,
Azərbaycanda isə 40-i aqrar sektorda çalışır;
Aqrar sektorda yaranan kapital yığımı sənaye üçün investisiya mənbəyidir.
Ə
slində II Dünya müharibəsindən sonra inkişaf iqtisadiyyatının əsas tədqiqat
9
Daha ətraflı bax: Maurice Schiff and Alberto Valdes, World Bank, “Agriculture and Macroeconomy”, Elsevier Science,
Handbook of Agricultural Economics, Ed. By B.Gardner and G. Rausser, March 24, 1998 revisions;
Gustav Ranis, “The evolution of development thinking: theory and policy”, Economic Growth Center Yale Univercity,
Center Discussion Paper No. 886, May 2004;
13
obyektlərindən biri də aqrar sektorda yaranan izafi dəyərin ölkənin sənayeləşməsi
yolunda necə səmərəli istifadə edilməsi ilə bağlıdır;
Aqrar sektor məhsullarının mühüm bir hissəsi ixrac edildiyindən ölkə üçün
valyuta mənbəyi rolunu oynayırlar
10
. nkişafın ilkin pilləsində olan ölkələrdə
sənayeləşmə prossesinə təkan verən amillərdən biri də xaricdən mütərəqqi kapital
resurslarının idxal edilməsidir. Məhz bu idxalın həyata keçirilməsində aqrar sektorun
ixracından əldə edilən valyuta resursları əsas mənbədir;
Aqrar sektor ekoloji cəhətdən əlverişlidir. Burada bir sahənin tullantılarının digər
sahədə istifadə edilə bilmə imkanlarının geniş olması onu ekoloji cəhətdən əlverişlı
edir;
Aqrar sektor texnoloji inkişafın təsirinə ən çox məruz qalan sahələrdəndir
11
. Bu
gün inkişaf etmiş cəmiyyətlərdə aqar sektorda məşğulluğun payının cəmi 2-4%
olması məhz texnoloji inkişafın nəticəsidir və bu iş qüvvəsinin digər sektorlara
yönəlməsinə təsir edir. Digər tərəfdən texnoloji inkişaf məhsul bolluğu yaradaraq
qiymətlərin aşağı düşməsini və istehlakçıların rifah halının yaxşılaşmasını da təmin
edir;
Aqrar sektorda istehsal prossesi daha çox təbii amillərdən asılıdır. Kənd
təsərrüfatında istehsalın əsas amili torpaq olduğundan orada baş verən istehsal
prossesinə istehsalçılar tərəfindən tam nəzarət edilə bilmir. Yəni istehsalçının
iradəsindən kənarda baş verən daşqın, sərt quraqlıq, gözlənilməz şaxta, zərərverici
həşaratların yayılması kimi təbiət hadisələri istehsal səviyyəsinə birbaşa təsir edir
12
;
Dövlətin aqrar sektorla bağlı siyasəti kənd və regional iqtisadi siyasət kimi bir
sıra dövlət siyasəti istiqamətləri ilə sıx bağlıdır. Məlumdur ki, dünyanın hər
yerində aqrar sektor fəaliyyətləri müəyyən ərazi üzrə və kənd əhalisi tərəfindən
aparılır. Bu baxımdan aqrar siyasət tədbirləri kəndlər və regional inkişafla bağlı bir
sıra tədbirlərlə uzlaşmalı və birgə aparılmalıdır;
10
Johnston B. F, and Mellor J. W, “The role of agriculture in economic development”, American Economic Review,
1961, 51, səhfə: 566-93;
11
Claudio Bravo-Ortega, Daniel Lederman, “Agriculture and National Welfare Around the World: Causality and
International Heterogeneity since 1960”, WB Research Working Paper 3499, February 2005, səhfə: 11;
12
Campell R. Mcconnell, and Stenley L. Brue, “Economics: principles, problems, and policies”, 14’th edition, Irwin
McGraw-Hill Companies, International Edition, 1999, səhfə: 685;
Dostları ilə paylaş: |