Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə41/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   37   38   39   40   41   42   43   44   ...   112

 
148
görərik ki, mənzərə  çox vədedicidir. Zənnimcə, imzaladı-
ğımız bəyannaməni hansı  sürətlə  və  səmərə ilə icra etmə-
yimizdən, texniki əsaslandırmanı hansı sürətlə və səmərə ilə 
hazırlamağımızdan və təbii ki, maliyyə ehtiyatlarının artırıl-
masından, bütün təcrübə  və texniki bacarıqlarımızın istifa-
dəsindən çox şey asılı olacaqdır.  
Əminəm ki, nəhəng enerji layihələrini irəliyə aparmaq və icra 
etmək təcrübəsi bizə  uğur gətirəcəkdir. Bizim özəl təcrübəmiz 
vardır və bu gün biz sərmayələrin cəlb edilməsi, neft və qaz 
sahəsinə sərmayə qoymaq və maliyyə ehtiyatlarının artırılması 
üçün beynəlxaq maliyyə institutları ilə əməkdaşlıq məsələlərini, 
tikilən boru kəmərlərini və istehlakçı, tranzit və hasilatçı ölkələr 
arasında qurulan yaxşı əməkdaşlıq məsələlərini müzakirə etdik. 
Bu maraqların tarazlığı, qarşılıqlı asılılıq layihələrin uğurla 
həyata keçirilməsi  üçün mühüm elementlərdən sayılır. Başqa 
sözlə desək, layihəni həyata keçirmək üçün bizə lazım olan hər 
bir  şərait vardır.  Ümid edirəm ki, bugünkü imzalanma 
mərasimi və apardığımız danışıqlar, şirkətlərin və nazirliklərin 
nümayəndələrinə verdiyimiz göstərişlər gələcəkdə  uğurun  əldə 
olunması üçün öz rolunu oynayacaqdır.  
Bir daha bu mühüm tarixlə bağlı hamını  təbrik etmək 
istəйиряm.  Əminəm ki, bu gün tarixdə  öz yerini tutacaq, 
tərəfdaşlığı, enerji təhlükəsizliyini, üzərində çalışdığımız təd-
birləri gücləndirəcək, xalqlarımız və regionlarımız arasında 
əməkdaşlığa, çiçəklənməyə və uğurun əldə olunmasına gəti-
rib  çıxaracaqdır. Bir daha mən hörmətli qonaqlarımıza bi-
zimlə bir araya gəldiklərinə  və  bütün iştirakçılara gərgin 
əməklərinə  görə  təşəkkür edirəm.  Çox sağ olun və  sözü 
prezident Saakaşviliyə verirəm.  
M i x e i l   S a a k a ş v i l i (Gürcüstan prezidenti ): İlk 
növbədə  mən Azərbaycan tərəfinə  göstərilən qonaqpərvər-
liyə  görə minnətdarlığımı bildirmək istəйиряm. Mən Bakıya 
tez-tez gəlirəm və hər dəfə buraya gələndə bu şəhərin təkcə 
həmişə inkişaf etdiyiniн deyil, onun parlaq gələcəyə  sürətlə 
addımladığının  şahidi oluram. Əslində  çox canlı  şəhərdir, 


 
149
burada həmişə  nə isə baş verir. Dünən bizim İçərişəhəri 
gəzmək və  şəhərdə aparılan yeni tikinti işləri ilə yaxından 
tanış olmaq üçün gözəl imkanımız oldu. Bilirsiniz, bu siyasət 
elə bir fakta, elə bir fikrə  əsaslanır ki, Azərbaycanın bütün 
gəlirləri insanların, xalqın rifahına yönəlməlidir. Düşünürəm 
ki, bunun əsasında davamlı, uzaqgörən siyasət dayanır. 
Bakının gözəlliyi və prezident İlham Əliyevin ruh yüksəkliyi, 
onun öz ölkəsinin gözəl gələcəyini necə təmin etməsinə dair 
baxışları məndə dərin təəssüratlar yaratdı.  
Xəritəyə nəzər yetirsəniz görərsiniz ki, bu, enerji daşıma-
ları  üçün  ən məntiqi marşrutdur. Belə ki, düz xətt  üzərində 
yerləşir və ən qısa yoldur. Qara dənizdən 1100 kilometr mə-
safəni  əhatə etməklə, enerji ehtiyatlarının Xəzər dənizindən 
Avropa istiqamətinə daşınmasında  ən qısa yoldur. Bu layi-
hənin daha öncə ərsəyə gəlməməsinin səbəbi burada üçüncü 
tərəflərin müəyyənləşdirilməməsi idi. Eyni zamanda, biz 
Türkiyə ərazisindən keçəcək Nabukko boru kəmərini də tam 
dəstəkləyirik. Lakin AGRİ layihəsi  şübhəsiz ki, ən məntiqi 
və  qısa yoldur. Prezident Trayan Besesku da bu layihənin 
sadəliyini görənlərdən biri oldu və «hə» dedi, lazımi işləri 
həyata keçirdi. Bu gün Macarıstanın Baş naziri Viktor 
Orbanı burada görməyimizə  şadıq. Zənnimcə, bu onun 
ölkəsi üçün, «Şərq Tərəfdaşlığı» proqramı üçün vacib mə-
sələdir.  
Gələn il Macarıstan Avropa İttifaqının sədrliyini üzərinə 
götürəcəkdir. Biz hamımız Avropa İttifaqının «Şərq Tərəf-
daşlığı» ilə daha sıx  əlaqələrinin yaranmasında və  bütün 
istiqamətlərdə hansı  işlərin görülməsində  böyük rol oynayı-
rıq. Bu nöqteyi-nəzərdən düşünürəm ki, biz Macarıstanın 
özündə, siyasətində, macar hökumətində yeniliklər müşahidə 
edirik. Demək istəyirəm ki, onlar islahatlar həyata keçirirlər. 
Bizim də çox islahatçı ölkə olduğumuzu bildirmək istərdim, 
lakin bu mənada Macarıstanın da adını çəkməyə bilməzdim. 
Digər tərəfdən, düşünürəm ki, bu, «Şərq Tərəfdaşlığı» siya-
sətinin tərkib hissəsi kimi, yeni enerji təchizatına gətirib 


 
150
çıxaracaqdır. Macarıstanın bu layihədə  iştirakı Avropada 
enerji layihələrinə yeni nəfəs verəcək və yeni baxış yara-
dacaqdır. Macarıstanın və Rumıniyanın enerji sahəsində 
ümumi Avropa İttifaqı siyasətinin yaradılması və Avropada 
uzunmüddətli enerji təhlükəsizliyinin təmin edilməsi  üçün 
səylər göstərəcəyinə ümid edirik. Mənim ölkəm hələ bir neçə 
il  öncə enerji məsələsində  təhlükəsiz deyildi. Bu gün Gür-
cüstanın enerji təhlükəsizliyini və davamlı inkişafını  təmin 
etmək üçün səylərini bir araya toplayan azərbaycanlı dostla-
rımızın və digər tərəfdaşlarımızın sayəsində Gürcüstan dün-
yanın ən sabit və təhlükəsiz ölkələri sırasındadır.   
Azərbaycana nəzər yetirsəniz  şahid olarsınız ki, bir çox 
layihələrdə bu ölkə heç kimi heç vaxt çətin vəziyyətdə qoy-
mayıb. Digər enerji ixracatçılarına nəzər yetirdikdə, bunun 
müstəsna hal olduğunun  şahidi olacaqsınız. Bu nöqteyi-
nəzərdən, indi biz nikbin olmalıyıq. Bu, ümumi bir bəyan-
namə deyil, reallıqdır, bu, regionda həyata keçiriləcək  ən 
sürətli layihə olacaqdır.  
T r a y a n   B e s e s k u (Rumıniya prezidenti ): İcazə 
verin, həmkarlarımı təbrik edim, çünki biz razılıq əldə etdik. 
Bəyannamədə qeyd edildiyi kimi, biz bu layihəni reallaşdır-
maqda qərarlı olduğumuzu açıqladıq. Hesab edirəm ki, bu 
layihə ilk növbədə Avropa İttifaqının «Şərq Tərəfdaşlığı»na 
doğru yanaşmasının sübutudur. Bu layihə  sübut edir ki, 
Avropa İttifaqı sərhədlərinin şərq hissəsində yerləşən ölkələr 
hər iki tərəfin maraqları  çərçivəsində  əməkdaşlıq edə bilər. 
Layihə Avropa İttifaqının açıq bazarı  təmin etmək məq-
sədilə alternativ yollar yaratmaq strategiyasına uyğun gəlir. 
Həmçinin Qara dənizin iki tərəfini birləşdirən, demək olar 
ki, ən mühüm layihədir.  
Uzun müddət mən Avropa İttifaqı  və digər beynəlxalq 
təşkilatlarda belə bir fikri dəstəkləmişəm ki, Avropa İttifaqı-
nın, hətta NATO-nun təhlükəsizliyi Xəzər dənizi regionunda 
və Mərkəzi Asiyada baş verən hadisələrdən çox asılıdır. Bu 
layihə Avropa İttifaqı  ölkələri, Xəzər dənizi və  Mərkəzi 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə