Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə37/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   33   34   35   36   37   38   39   40   ...   112

 
131
kür edirik. Çox minnətdarıq. Bizim durduğumuz bu ərazilər 
bir neçə ay əvvəl tamamilə su altında qalmışdı. Sizin sə-
rəncamınızla görülən operativ tədbirlər nəticəsində  bütün 
ərazi sel sularından təmizlənmiş, işlərimiz qaydasına düş-
müşdür. Hətta bizi gözəl evlərlə təmin etdiniz, çox sağ olun. 
Bu evlərin içərisində  bütün avadanlıq yerləşdirilmişdir, in-
sanların rahat yaşaması  üçün bütün  şərait  йарадылmыşdыr. 
Buna görə  bütün kənd camaatı adından, cənab Prezident
Sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. 
S a f u r a x a n ı m   G ö z ə l o v a (kənd sakini): Cənab 
Prezident, xoş  gəlmisiniz kəndimizə, elimizə-obamıza! Mən 
1945-ci ildə – Qələbə günündə anadan olmuşam. Mən çox çə-
tinliklər görmüşəm, yetim balalar saxlamışam, pambıq yığmı-
şam, çox əziyyətim olub. Əziyyətlə kərpicdən bir ev tikmişdim, 
bu fəlakətdə  uçdu. Bizi balalarımızın yanında  üzüqara qoy-
madınız, bizə yaxşı evlər tikdirdiniz, içərisinə yaxşı  əşyalar 
qoydurdunuz. O ulu Tanrıdan arzu edirəm ki, Sizə uzun ömür 
versin, Mehriban xanımla bir yerdə.   
Dördüncü dəfədir ki, Siz rayonumuza gəlirsiniz. Sizin gə-
lişinizlə  əlaqədar rayonumuzа, kəndimizə  qaz  çəkilir. Allah 
Sizdən muğayat  olsun. Cənab Prezident,  əziz balamız, gün 
o gün olsun ki, belə üzaçıqlığı, alınaçıqlığı ilə, bu cür şərəflə 
bayrağımız əlinizlə Qarabağ torpağımıza sancılsın. Amin! 
 İ l h a m  Ə l i y e v: Çox sağ olun, xoş sözlərinizə görə 
minnətdaram. Mən doğrudan da Hacıqabul rayonuna bir 
neçə dəfə gəlmişəm. Əvvəlki gəlişlərim hər hansısa açılışlarla 
bağlı idi. Rayonda böyük işlər görülür.  
Həm yaxşı günlərdə, həm Allah eləməsin, pis günlərdə də 
hamımız birlikdəyik. Bu mənim borcumdur. Azərbaycan 
xalqına xidmət eləmək, istənilən  şəraitdə, yaxşı  gündə, pis 
gündə biz Azərbaycan vətəndaşlarının yaşayış  səviyyəsini 
yaxşılaşdırmaq üçün işləməliyik, Azərbaycanın qüdrətini ar-
tırmalıyıq. Bizim gücümüz xalqın gücüdür.  
Bilirsiniz, indi inkişaf etmiş başqa  ölkələrdə  belə  fəla-
kətlər baş verdiyi zaman orada ziyanı sığorta şirkətləri ödə-


 
132
yir. Çünki bütün evlər sığortalanır. Bizdə bu hələ ki, yoxdur. 
Bizdə hansı ev sığortalanıb? Xüsusilə çiy kərpicdən tikilmiş 
ola. Ona görə belə olan halda dövlət insanlara öz dəstəyini 
göstərməlidir, insanları  təkbaşına buraxmamalıdır. Mənim 
də prezident kimi, borcum xalqıma xidmət etməkdir.  
Bütün dövlət qurumları, icra hakimiyyətinin  əməkdaşları, 
vətəndaşlar səfərbərlik içində  işləyib. Qarşıya vəzifə qoyul-
muşdu ki, birinci növbədə insanları qorumalıyıq, tezliklə onları 
fəlakət zonasından  çıxarmalıyıq və  çalışmalıyıq ki, bu zərəri 
minimum səviyyəyə endirək. Ona görə  də  bütün insanlar, 
texnika səfərbər olundu. Bakıdan nə  qədər maşın karvanları, 
vertolyotlar gəldi, böyük qayalar gətirildi. O bəndlərin bərki-
dilməsi üçün nə qədər böyük səylər göstərildi. Bir tərəfdən, bən-
di bərkidirsən, digər tərəfdən,  çay vurub onu dağıdır. Göllər, 
çaylar  çıxdı  məcrasından. Böyük bir fəlakətlə  üzləşmişdik. 
Ancaq bu sınaqdan da şərəflə, üzüağ çıxdıq. Bir nəfər də olsun 
insan itirmədik.  Üç-dörd ay keçəndən sonra belə  gözəl evlər 
tikdik. Belə də olmalıdır. Azərbaycan qüdrətli dövlətdir, bizim 
güclü siyasi iradəmiz vardır. Bir daha demək istəyirəm ki, əsas 
vəzifə Azərbaycan xalqını qorumaq, onlara yaxşı  şərait 
yaratmaq, işsizliyi, yoxsulluğu aradan qaldırmaqdır.   
Allah etməsin ki, biz yenə belə bir fəlakətlə üzləşək. An-
caq biz artıq əlavə tədbirləri də görürük. Bizim işimiz təkcə 
ev tikməklə, yaxud kompensasiya verməklə  məhdudlaşmır. 
Böyük məbləğdə  vəsait ayrılır və ayrılacaq ki, bütün bənd-
bərkitmə  işləri lazımi səviyyədə qurulsun. Bu işlərə  ən qa-
baqcıl xarici mütəxəssisləri cəlb eləmişik ki, suyu idarəetmə 
mexanizmləri Azərbaycanda ən müasir səviyyədə təşkil olun-
sun.  Çünki bu bəndlər  əvvəlki dövrlərdə tikilibdir. Biz on-
ların bəzilərinə yenidən baxmalıyıq və elə etməliyik ki, gə-
ləcəkdə lap belə sellər, daşqınlar zamanı insanlarımızı mak-
simum dərəcədə qoruyaq.  
Sizi qarşıdan gələn müqəddəs Ramazan bayramı  müna-
sibətilə bir daha təbrik edirəm. Sizə cansağlığı və xoşbəxtlik 
arzulayıram. 


 
133
 
 
 
ABŞ DÖVLƏT KATİBİNİN CƏNUBİ QAFQAZ 
REGİONU ÜZRƏ MÜŞAVİRİ XANIM TİNA 
KAYDANOУ ИЛЯ ЭЮРЦШ  
  
Prezident sarayı  
 
8 sentyabr 2010-cu il 
 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 
sentyabrın 8-də ABŞ Dövlət katibinin Cənubi Qafqaz regionu 
üzrə müşaviri xanım Tina Kaydanouну qəbul etmişdir.  
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli  əlaqələr, 
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 
danışıqlar prosesinin gedişi və eləcə  də digər məsələlər  ətra-
fında fikir mübadiləsi aparılmışdır.  
 
 
 
 
 
 
 
 


 
134
 
 
 
NİDERLAND KRALLIĞI SENATININ SƏDRİ 
RENE VAN DER LİNDEN  
ИЛЯ ЭЮРЦШ 
  
Prezident sarayı  
 
8 sentyabr 2010-cu il 
 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 
sentyabrın 8-də Niderland Krallığı Senatının sədri Rene Van 
der Lindeni qəbul etmişdir.  
Dövlətimizin başçısı Rene Van der Linden ilə Strasburqda 
keçirdiyi görüşləri və sıx təmasları məmnunluqla xatırladığını 
dedi.  
Rene Van der Linden ölkəmizə yenidən səfər etməsindən, 
dostluq münasibətlərimizin və  çox yaxşı  əlaqələrimizin olma-
sından məmnunluğunu bildirdi. Avropa Şurası Parlament As-
sambleyasının sədrliyindən sonra Azərbaycan–Niderland dost-
luq qrupuna rəhbərlik etdiyini vurğulayan qonaq Senatın sədri 
kimi də ölkəmizlə əlaqələrə böyük önəm verdiyini dedi.  
Dövlətimizin başçısı Rene Van der Lindenin vaxtilə Azər-
baycan–Niderland dostluq qrupuna sədrlik etməsini yüksək 
dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycan ilə Niderland 
Krallığı arasında siyasi, iqtisadi və digər sahələrdə  əlaqələrin 
daha da genişlənəcəyinə  ümidvar olduğunu bildirdi. Əmək-
daşlığımızın inkişafı üçün yaxşı potensialın olduğunu qeyd edən 
dövlətimizin başçısı Niderland Krallığı Senatının sədri Rene 
Van der Lindenin Azərbaycana bu səfərinin  ölkələrimiz ara-
sında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi işinə 
töhfə verəcəyinə əminliyini ifadə etdi. 
 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə