121
din ilə dövlət arasındakı münasibətlərin qurulmasına çox
böyük töhfə vermişdir.
Bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri bir
ailə kimi yaşayırlar. Bizə bəzən elə gəlir ki, hər yerdə belə
olmalıdır. Amma əfsuslar olsun ki, hər yerdə heç də belə
deyildir. Bəzi ölkələrdə dini zəmində qarşıdurmalar, mühari-
bələr, toqquşmalar baş verir. Azərbaycanda bütün dinlərin
nümayəndələri, bir daha demək istəyirəm ki, qardaşlıq,
mehribanlıq şəraitində yaşayırlar. Bu ənənələr möhkəmlənir
və şübhə etmirəm ki, gələcək dövrlərdə Azərbaycanda dini
münasibətlər lazımi səviyyədə təşkil olunacaqdır.
Biz öz milli dəyərlərimiзi hər şeydən üstün tutan xalqıq.
Bu dəyərlər xalqımızın formalaşmasında həlledici rol oyna-
mışdır. Əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamış-
dıq, müstəqillikdən məhrum idik. Buna baxmayaraq, öz
mənliyimizi, milli mənsubiyyətimizi, dinimizi, dilimizi, adət-
ənənələrimizi qoruya bilmişik.
Son illər Azərbaycanda bütün dinlərə məxsus olan abi-
dələrdə təmir-bərpa işləri gedir. Yüzlərlə yeni məscid tikil-
mişdir. Digər dinlərin məbədləri tikilir, təmir olunur və
gələcəkdə də tikiləcəkdir. Bu onu göstərir ki, Azərbaycanda
bu sahədə heç bir ayrı-seçkilik yoxdur. Millətini sevən,
dininə hörmətlə yanaşan insan başqa millətdən olan insan-
ları da sevməlidir, başqa dinlərə də hörmətlə yanaşmalıdır.
Təsadüfi deyildir ki, Azərbaycan dünya miqyasında din-
lərarası dialoqun inkişafında və təşkil olunmasında mühüm
rol oynamağa başlamışdır. Mən çox şadam ki, Azərbay-
canda bu sahədə əldə edilmiş nailiyyətlər dünya birliyində də
qiymətləndirilir. Bu nailiyyətlər bizə imkan verir ki, bu
sahədə mötəbər tədbirləri Azərbaycanda keçirək. Bu barədə
burada da deyildi. Hörmətli şeyx həzrətlərinin yubileyi Azər-
baycanda geniş qeyd olunmuşdur və müxtəlif ölkələrdən dini
rəhbərlər qonaqlarımızın sırasında idi. Dünya dinlərinin
zirvə görüşü də Azərbaycanda ən yüksək səviyyədə keçiril-
mişdir. Biz istəyirik ki, gələcəkdə belə tədbirlərin sayı çoxal-
122
sın. Çünki Azərbaycan bu mövzuda tədbirlərin keçirilməsi
üçün hesab edirəm ki, məqbul məkandır.
Azərbaycanda vətəndaş birliyi, vətəndaş həmrəyliyi
vardır, dini, milli məsələlərin həllində çox böyük uğurlar
vardır. Bu bizim böyük sərvətimizdir, nailiyyətimizdir. Biz
bunu yüksək qiymətləndiririk. Mən əminəm ki, Azərbay-
canda bu sahədə əldə edilmiş nailiyyətlər, təcrübəmiz başqa
yerlərdə də öyrənilə bilər və bu proseslər artıq başlanmışdır.
Bir il bundan əvvəl biz bu salonda görüşmüşdük, fikir
mübadiləsi aparmışdıq. Bir il çox tez keçdi və şeyx həzrətləri bu
dəfə məni iftar süfrəsinə dəvət edəndə fikirləşdim ki, bir il nə
qədər sürətlə keçdi. Nəyə görə? Çünki bu bir il ərzində o qədər
hadisələr, o qədər tədbirlər görüldü. Azərbaycanda bütün işlər
o qədər sürətlə aparılır ki, bəzən vaxtın bu qədər sürətlə keç-
məsinə də fikir vermirsən. Son bir ildə ölkəmizdə bütün
sahələrdə çox müsbət proseslər gedib, daha da möhkəm-
lənib. Baxmayaraq ki, 2009–2010-cu illərdə dünyada möv-
cud olan böhran, demək olar, bir neçə ölkəni çox ciddi
sarsıtmışdır. Biz Azərbaycan əhalisini bu böhranın fəsadla-
rından qoruya bildik. Azərbaycanın inamlı və sürətli inkişa-
fını təmin edə bildik.
Ölkədə bütün sosial və iqtisadi proqramlar plan üzrə
aparılmışdır. Heç bir sahədə yubanma, geriləmə olmamışdır.
Nəzərdə tutulmuş bütün layihələr vaxtında və yüksək səviy-
yədə icra edilmişdir. Bunun yeganə səbəbi ondan ibarətdir
ki, biz öz siyasətimizi düşünülmüş şəkildə aparırıq. Bizim
siyasətimiz həm gələcəyə, həm də bu gün ölkə qarşısında
duran problemlərin həllinə yönəldilib. Atılan bütün addım-
larımız bir məqsədi güdür: Azərbaycanı daha да güclən-
dirək, Azərbaycan əhalisinin rifah halını yaxşılaşdıraq, öl-
kədə sabitliyi möhkəmləndirək, təhlükəsizlik tədbirlərini
gücləndirək ki, Azərbaycan xalqı rahat, sərbəst, azad və fira-
van yaşasın. Bunu etmək üçün bizdə bütün imkanlar vardır.
Dövlət quruculuğu işində böyük uğurlara nail olan güclü
dövlətimiz vardır.
123
Azərbaycanda bütün azadlıqlar vardır. O cümlədən vic-
dan azadlığı yüksək səviyyədə qorunur. Demokratik azad-
lıqlar güclənir və bu meyillər möhkəmlənir, bu da çox
mühüm amildir. İqtisadi islahatlar düzgün istiqamətdə apa-
rılır. Əldə edilmiş nailiyyətlər bunun ən yaxşı sübutudur.
Sosial məsələlər həllini tapır. Azərbaycan təsir imkanlarını
genişləndirir. Beynəlxalq müstəvidə nüfuzumuz artır və
tərəfdaşlarımızın sayı çoxalır. Azərbaycan artıq uzun illərdir
ki, ikitərəfli və çoxtərəfli əsaslarda etibarlı tərəfdaş kimi
qəbul edilir. Hər bir tarixi dövr və gələcək dövr üçün konkret
proqramlar tərtib edilib və icra olunur. Buna görə biz nail
ola bilmişik ki, ölkə hərtərəfli inkişaf etsin. Ölkəmizin bütün
problemləri tədricən həll olunacaqdır.
Qarşımızda duran ən başlıca vəzifə, ən böyük problem
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
həll olunmamasıdır. Bu istiqamətdə birmənalı mövqeyimiz
daha da güclənir. Azərbaycan gücləndikcə, təbii ki, ölkəmi-
zin mövqeyi də güclənəcəkdir. Nəzərə alsaq ki, mövqeyimiz
hansısa qeyri-real arzulara deyil, məntiqə, beynəlxalq
hüquqa, ən mötəbər beynəlxalq təşkilatların qətnamələrinə,
qərarlarına əsaslanır. Azərbaycan bu bölgədə öz fəaliyyəti ilə
və irəli sürdüyü təşəbbüslərlə təsir imkanlarını gücləndirib-
dir, iqtisadi cəhətdən böyük və uğurlu yol keçibdir. Şübhə
etmirəm ki, bu məsələ ədalətli, beynəlxalq hüquq normala-
rına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həll olunacaq.
Biz elə etməliyik ki, hər bir vətəndaş tutduğu vəzifədən
asılı olmayaraq, öz sahəsində əməli işləri, fəaliyyəti ilə
ölkəmizin güclənməsinə xidmət göstərsin və öz töhfəsini
versin. Azərbaycan uzun illərdir ki, bu ədalətsizliklə üzləşib.
Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Vətəndaşla-
rımız tarixi torpaqlarından didərgin salınmışлар və bu
ədalətsizlik, əfsuslar olsun ki, bu gün də davam edir. Amma
mən tam əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa
edəcəkdir. Mən Dövlət Bayrağı Meydanının açılışı məra-
Dostları ilə paylaş: |