Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə30/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   26   27   28   29   30   31   32   33   ...   112

 
106
 
 
 
RUSİYADAN ÖLKƏMİZƏ QANUNSUZ 
GƏTİRİLMİŞ İKONALAR VƏ İNCƏSƏNƏT 
ƏSƏRLƏRİNİN PREZİDENT  
DMİTRİ MEDVEDEVƏ  
TƏQDİMETMЯ МЯРАСИМИ  
  
3 sentyabr 2010-cu il 
 
Sentyabrın 3-də Azərbaycan prezidenti İlham  Əliyev 
Rusiyadan ölkəmizə qanunsuz gətirilmiş ikonaları və incəsənət 
əsərlərini prezident Dmitri Medvedevə təqdim etmişdir.  
İ l h a m  Ə l i y e v:  Bu ikonaları Sizə  təqdim etmək 
istəyirəm. Rusiyadan qanunsuz çıxarılmasına cəhd göstəril-
miş bu əsərləri Azərbaycan–Rusiya sərhədində bizim göm-
rük xidmətlərimiz aşkar və  müsadirə etmişlər. Onları  sər-
həddən keçirmək istəyənlər isə məsuliyyətə cəlb olunmuşlar. 
Bu gün rus xalqının bu incəsənət  əsərlərini Sizə – Rusiya 
prezidentinə  təqdim edirəm. Onlar Sizin ölkənizdə saxlanıl-
malıdır.  
D m i t r i  M e d v e d e v: Çox sağ olun. Bu həqiqətən, əsl 
dost hərəkətidir. Rusiya üçün ikiqat xoşdur ki, Azərbaycan 
bir tərəfdən, cinayətkarları yaxalamışdır, digər tərəfdən isə 
bu  əsərlər evə qayıdır. Biz hamımız bunu yüksək dəyər-
ləndiririk. Bu həqiqətən, əsl dostluq jestidir. 
 


 
107
 
 
 
ALİ QONAĞIN ŞƏRƏFİNƏ RƏSMİ QƏBUL  
  
«Gülüstan» sarayı  
 
3 sentyabr 2010-cu il  
 
Sentyabrın 3-də «Gülüstan» sarayında Azərbaycan Res-
publikasının Prezidenti İlham  Əliyevin və xanımı Mehriban 
Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Fede-
rasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana 
Medvedevanın şərəfinə rəsmi qəbul təşkil edilmişdir.  
Dövlət başçıları qəbulda nitq söyləmişlər. 
 
Azərbaycan prezidenti İlham Əliyevin nitqi 
  
Hörmətli Dmitri Anatolyeviç!  
Hörmətli Svetlana Vladimirovna!  
Əziz qonaqlar!  
Xanımlar və cənablar!  
Dmitri Anatolyeviç, Sizi və  nümayəndə heyətinizi Azər-
baycanda səmimi-qəlbdən salamlayıram. Sizin səfərinizə çox 
şadıq. Biz çox şadıq ki, son vaxtlar bu, Rusiya prezidentinin 
Azərbaycana artıq  üçüncü  səfəridir. Mən də Rusiyada çox 
tez-tez oluram. Münasibətlərimizin bu cür dinamik inkişafı 
ölkələrimizin necə sıx qarşılıqlı fəaliyyət göstərməsinin əyani 
sübutudur.  İkitərəfli məsələləri, regional problemləri müza-
kirə etmək, yetərincə geniş, bir çox sahələri əhatə edən mü-
nasibətlərimizin gündəliyinə nəzər salmaq üçün həmişə yaxşı 
səbəb vardır.   
Münasibətlərimiz  çox möhkəmdir, onlar xalqlarımızın 
çoxəsrlik dostluğuna  əsaslanır. Bu bizim üzərində dostluq, 
bərabərhüquqlu qonşuluq münasibətlərimizi qurduğumuz 


 
108
möhkəm təməldir. Biz çox fəal siyasi dialoq aparırıq. Biz re-
gional məsələlərdə fəal qarşılıqlı fəaliyyət göstəririk. Demək 
olar ki, regional xarakterli bütün məsələlərə dair baxışla-
rımız üst-üstə düşür, biz vahid mövqedən çıxış edirik.  
Sizin səfəriniz çərçivəsində, hörmətli Dmitri Anatolyeviç, 
siyasi və iqtisadi xarakterli mühüm sənədlər imzalanacaqdır. 
Onlar gələcəkdə  münasibətlərimizin möhkəmlənməsinə  və 
bütün istiqamətlərdə inkişafına xidmət edəcəkdir. Biz çox 
şadıq ki, bu il iqtisadiyyatda böhranlı 2009-cu ilin mənfi 
meyillərini düzəldə bildik. Biz əmtəə dövriyyəsinin artmasını 
müşahidə edirik. Əminəm ki, artım davamlı olacaq və ona 
gətirib çıxaracaqdır ki, iqtisadi münasibətlərimiz çox keyfiy-
yətli və  çoxplanlı olacaqdır.  Əmtəə  dövriyyəsinin strukturu 
yaxşılaşır və bu gün biz qarşılıqlı ticarətin birmənalı şəkildə 
böyük artımına səbəb olacaq layihələr üzərində işləyirik.  
Biz təhlükəsizlik, regional əməkdaşlıq məsələlərində birgə 
fəaliyyət göstəririk. Biz dənizdə  də, quruda da qonşuyuq. 
Rusiya və Azərbaycan iki Xəzəryanı  ölkədir, iki Qafqaz 
ölkəsidir.  Əlbəttə, regionumuzda baş verənlər bizi narahat 
edir və həyəcanlandırır. Biz regionumuzda potensial və möv-
cud riskləri azaltmaq üçün çox fəal və səmərəli işləyirik.  
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 
nizama salınması da gündəliyimizin ayrılmaz hissəsidir. 
Mən, Dmitri Anatolyeviç, bu prosesdə fəal iştirakınıza görə 
Sizə  təşəkkürümü bildirmək istəyirəm. Sizin iştirakınızla 
Azərbaycan və Ermənistan rəhbərlərinin artıq altı  görüşü 
keçirilmişdir. Moskvada münaqişənin beynəlxalq hüququn 
norma və prinsipləri, qətnamələr və beynəlxalq təşkilatların 
qərarları əsasında həllini müəyyən edən mühüm bəyannamə 
imzalanmışdır.  Ümidvaram ki, Sizin fəal vasitəçilik mis-
siyanız davam etdiriləcəkdir və biz müsbət nəticələrə nail 
olacağıq.  
Bu gün humanitar sahədə  də  fəal qarşılıqlı  münasibəti 
qeyd etmək istərdim. Zənnimcə, bu istiqamətdə  ölkələrimiz 
arasında münasibətlər qonşular və  əsrlər boyu yanaşı ya-


 
109
şayan xalqlar arasında münasibətlərə nümunə ola bilər. Bu il 
biz Bakıda  çox mühüm və  mötəbər Rusiya–Azərbaycan 
ictimai forumunu keçirdik və onu illik Bakı Beynəlxalq hu-
manitar forumuna çevirmək barədə  qərar qəbul edilmişdir. 
Bildiyiniz kimi, Azərbaycanda rus dilinə, rus mədəniyyətinə 
çox qayğıkeş  münasibət göstərilir.  Ölkəmizdə  təhsilin rus 
dilində aparıldığı 300-dən  çox məktəb vardır, sovet dö-
nəmindəkindən də xeyli artıq dövri nəşrlər dərc olunur, Ru-
siya Mədəniyyət Mərkəzi, Rusiya Kitab Evi, MDU-nun fi-
lialı  fəaliyyət göstərir. Bütün bunlar bizi zənginləşdirir. Bü-
tün bunlar münasibətlərimizin mühüm amilidir. Siyasi mü-
nasibətlərimiz, iqtisadi əlaqələrimiz, mənafelərimizin uy-
ğunluğu necə olursa-olsun, münasibətlərimiz humanitar tər-
kibsiz natamam olardı. Mənə  çox xoşdur ki, Rusiyada da
Azərbaycanda da irsimizə çox qayğıkeş münasibət vardır.   
Dmitri Anatolyeviç, Svetlana Vladimirovna, bir daha Sizi 
Azərbaycanda səmimi-qəlbdən salamlamaq və bu badəni 
Sizin sağlığınıza, ölkələrimiz və xalqlarımız arasında müna-
sibətlərin bundan sonra da möhkəmlənməsi şərəfinə qaldır-
maq istəyirəm. 
 
        Rusiya prezidenti Dmitri Medvedevin nitqi  
      
     Hörmətli İlham Heydər oğlu!  
Hörmətli Mehriban Arif qızı!  
Hörmətli dostlar, həmkarlar!  
Sizin ölkəyə gəlmək mənim üçün həmişə çox xoşdur. Çünki 
bu həmişə dostlarımızın, yaxın qonşularımızın və strateji 
tərəfdaşlarımızın yanına səfər etmək deməkdir. Bu səfər bir 
günə hazırlanmamışdır. Bu, xüsusi səfərdir, ona görə ki, mü-
nasibətlərimizin tarixində ilk dəfə  çox mühüm saziş hazır-
lamışıq.  İlham Heydər oğlu bilir ki, bu sazişin hazırlanması 
asan olmamışdır. Ona görə yox ki, biz mübahisə edirdik, hər-
çənd müzakirə edilməsi, diskussiyalar aparılması  tələb edilən 
bəzi məsələlər həmişə vardır. Ona görə ki, bu saziş mürəkkəb


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə