Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə35/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   31   32   33   34   35   36   37   38   ...   112

 
124
simindəki  çıxışımı bir daha xatırlatmaq istəyirəm, Azər-
baycan bayrağı Dağlıq Qarabağda dalğalanacaqdır!  
Bizim işimiz haqq işidir. Azərbaycan sülhsevər dövlətdir. 
Biz bütün ölkələrlə münasibətlərin qarşılıqlı hörmət əsasında 
qurulmasına  çalışırıq, buna nail oluruq. Ölkədə gedən pro-
seslər, bir daha demək istəyirəm ki, müsbət istiqamətdə 
davam edir. Bugünkü məclis özlüyündə gözəl bir göstəricidir. 
Azərbaycanda bütün xalqlar, bütün millətlərin, bütün dinlə-
rin nümayəndələri, sözün  əsl mənasında, dostluq, qardaşlıq 
şəraitində yaşayırlar.  
Mən bu gözəl gündə öz dostuma – şeyx həzrətlərinə min-
nətdarlığımı bildirmək istəyirəm ki, şeyx həzrətləri  öz 
fəaliyyəti ilə Azərbaycanın haqq işinin dünya birliyinə  çat-
dırılmasında mühüm işlər görür. Onun beynəlxalq səviyyə-
dəki nüfuzu və ona olan hörmət Azərbaycanı  gücləndirir. 
Şeyx həzrətlərinin təşəbbüsü ilə keçirilmiş  gözəl beynəlxalq 
tədbirlər bunun əyani sübutudur. Həm dünya dini rəh-
bərləri, həm də böyük dövlətlərin başçıları ilə görüşlərdə şeyx 
həzrətləri haqqında xoş  sözlər eşidəndə  çox sevinirəm. Bu, 
ədalətli qiymətdir və  mən  çox  şadam ki, nəinki Azərbay-
canda,  ölkəmizdən  kənarda da şeyx həzrətlərini tanıyırlar, 
hörmət edirlər. Mən  əziz dostum şeyx həzrətlərinə  gələcək 
fəaliyyətində uğurlar diləyirəm. Arzu edirəm ki, onun bütün 
arzuları həyatda öz əksini tapsın və mən bilirəm ki, onun ən 
böyük arzusu Azərbaycan torpaqlarının işğal altından 
çıxmasıdır, Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.  
Bir daha, əziz dostlar, bu gözəl gündə  mən sizi ürəkdən 
salamlayıram. Qarşıdan Ramazan bayramı  gəlir. Bu gözəl 
bayram  ərəfəsində  bütün Azərbaycan xalqına xoşbəxtlik, 
əmin-amanlıq, rifah arzulayıram. Sağ olun. 
 


 
125
 
 
 
RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ 
AZƏRBAYCAN XALQINA TƏBRİK  
  
Hörmətli həmvətənlər!  
Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu müba-
rək Ramazan ayı başa  çatmaqdadır. Bu ayda müsəlmanlar 
Allah və din qarşısında  öz vicdani borclarını daha dolğun 
yerinə yetirmək fürsəti  əldə edir, xeyirxah əməllərin,  şəfqət 
və  mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin 
nəfs üzərində qələbəsinin sevincini yaşayırlar.  
İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda 
milli və dini mərasimlər, o cümlədən Ramazan bayramı hər 
il təntənə ilə qeyd edilir. Orucluğun sınaqlarından alnıaçıq 
çıxan mömin vətəndaşlarımız Ramazan günlərini qürur hissi 
ilə yola salır, bayram sevincini məmnunluqla bölüşürlər. Öl-
kəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün diləklər 
edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Bu 
əziz bayram günlərində  bütün xeyirxah niyyətlərlə  həmrəy 
olduğumu bildirir, dualarınızın Tanrı  dərgahında qəbul 
olunmasını arzu edirəm.  
Əziz bacı və qardaşlarım!  
Qəlbləri ilahi hikmətlə nurlandıran Ramazan bayramı 
insanları sülhə, əmin-amanlığa və həmrəyliyə dəvət edir, cə-
miyyətimizdə nəcib əməllərin və savab işlərin təntənəsinə yol 
açır. Bu mübarək bayram münasibətilə hər birinizi və ölkə-
mizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı 
ürəkdən təbrik edir, ailələrinizə xoşbəxtlik, firavanlıq, süfrə-
lərinizə xeyir-bərəkət arzulayıram.  
 
Allah orucunuzu qəbul etsin!  
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı, 6 sentyabr 2010-cu il 


 
126
 
 
 
AZƏRBAYCANIN YƏHUDİ İCMASINA  
  
Hörmətli həmvətənlər!  
Sizi yəhudi xalqının Yeni il bayramı – Roş-Ha-Şana 
münasibətilə  ürəkdən təbrik edir, hamınıza  ən səmimi arzu 
və diləklərimi yetirirəm.  
Tarixən Azərbaycanda məskunlaşıb yaşayan yəhudi 
icması bu gün  çoxmillətli cəmiyyətimizin ayrılmaz hissəsinə 
çevrilmişdir.  Əlamətdar haldır ki, yəhudi vətəndaşlarımız 
ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, müs-
təqil dövlətimizin daha da möhkəmləndirilməsi, Azərbaycan 
həqiqətlərinin dünya ictimaiyyətinə  çatdırılması  işində  fəal 
vətəndaşlıq mövqeyi nümayiş etdirirlər.  
Əziz dostlar!  
Hər il Azərbaycanda təntənə ilə qeyd edilən Roş-Ha-
Şana yenilik, mənəvi saflıq, xoş müjdələr və həmrəylik bay-
ramıdır. Bu əziz gün münasibətilə bir daha Sizi təbrik edir, 
hər birinizə xoşbəxtlik, ailələrinizə  əmin-amanlıq arzulayı-
ram.  
 
Bayramınız mübarək olsun!  
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı, 6 sentyabr 2010-cu il 
 
 
 
 
 
 


 
127
 
 
 
ATƏT-in MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ  
VƏ ATƏT-in FƏALİYYƏTDƏ OLAN  SƏDRİNİN 
XÜSUSİ NÜMAYƏNDƏSİ ИЛЯ ЭЮРЦШ  
  
Prezident sarayı   
 
7 sentyabr 2010-cu il 
 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 
sentyabrın 7-də ATƏT-in Minsk qrupunun həmsədrləri  İqor 
Popovu (Rusiya), Robert Bradтkeni (ABŞ), Bernar Fasyeni 
(Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nüma-
yəndəsi Anji Kaspрşiki qəbul etmişdir.  
Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ  müna-
qişəsinin həlli ilə bağlı  məsələlər  ətrafında fikir mübadiləsi 
aparılmışdır.  
 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə