129
ləri dağılan insanların mənzil problemlərinin həlli başlandı.
Müvafiq strukturların cəlb olunduğu tikinti-quraşdırma işləri
zamanı əsas diqqət evlərin əvvəlki kimi çiy kərpicdən yox,
daha keyfiyyətli materiallardan istifadə olunaraq inşasına
yönəldildi. Daşqınlar nəticəsində dağılmış evlərin əvəzinə yeni-
lərinin tikilməsi, zədələnmiş binaların bərpası istiqamətində
görülən işlər uğurla həyata keçirilir.
Tikinti işlərinin başa çatdığı ərazilərdən biri də Hacıqabul
rayonunun Meyniman kəndidir. Bu il mayın 23-də kəndin əra-
zisində Kür çayı öz məcrasından çıxaraq təxminən 85 metr
uzunluğunda qoruyucu bəndi dağıtmışdı. Nəticədə Meyniman
kəndindəki 280 ev və 286 təsərrüfat, o cümlədən 1350 nəfər
əhalisi olan 1-ci Meyniman kəndindəki 150 həyət su altında qal-
mışdı. Daşqın zamanı Meyniman kəndində 35 ev tamamilə uç-
muş, 64 ev qəzalı vəziyyətə düşmüşdü.
Dövlətimizin başçısı əvvəlcə təbii fəlakət nəticəsində da-
ğılan evlərin və yeni mənzillərin fotolarına baxdı.
Prezident İlham Əliyev kənd sakini Mərhəmət Yaqubovun
mənzilində oldu, burada yaradılan şəraitlə maraqlandı. Döv-
lətimizin başçısının tapşırıqlarına uyğun olaraq yeni evlər
bütün zəruri avadanlıqларla təchiz edilmişdir.
İ l h a m Ə l i y e v: Əziz dostlar, ilk növbədə sizi qarşıdan
gələn müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən
təbrik etmək istəyirəm. Sizə cansağlığı, uğurlar arzulayıram.
Bu gözəl müqəddəs bayram ərəfəsində sizə yeni evlər təqdim
edilir. Bu evlər dövlət tərəfindən tikilmişdir. Əminəm ki, siz
bu evlərdə rahat yaşayacaqsınız.
Bildiyiniz kimi, bu il dünyanın hər bir yerində təbii fəla-
kətlər
baş verdi, o cümlədən Azərbaycanda da sellər, daşqın-
lar nəticəsində insanlarımız böyük çətinliklərlə üzləşmişlər.
On minlərlə hektar torpaq sahəsi su altında qalmışdır. Bir
neçə min ev tamamilə dağılmışdır. O cümlədən sizin ev-
ləriniz də dağılmışdır. Belə olan halda Azərbaycan dövləti
bütün imkanlarını səfərbər etdi. Qarşıya birinci vəzifə qoyul-
muşdu ki, xilasetmə işləri operativ şəkildə təşkil edilsin. Çox
130
şadam ki, bizim xilasedicilər böyük peşəkarlıqla işlədilər. Bir
nəfər də itki, tələfat olmadı.
Biz görürük ki, bu təbii hadisələr
başqa ölkələrdə nə qədər böyük fəlakətlərə, insan itkisinə
gətirib çıxarır. İkinci vəzifə ondan ibarət idi ki,
biz sizi bu çətin
vəziyyətdən xilas etmək üçün müvəqqəti şəraitlə təmin edək. Bu
işlər də təşkil olundu. Səhiyyə, təhsil məsələləri həll edildi, bəzi
yerlərdə müvəqqəti çadır şəhərcikləri quruldu. Azərbaycan
dövləti əlindən gələni edirdi ki, təbii fəlakətdən əziyyət çəkmiş
insanların yaşayış səviyyəsini maksimum dərəcədə yüngülləş-
dirək. Bu gün biz artıq görülən işlərin birinci mərhələsinə
qədəm qoyuruq. Mən o vaxt məsələ ilə məşğul olanda demiş-
dim ki, qış gələnə qədər bütün evlər bərpa olunmalıdır. Mən bu
vəzifəni qarşıya qoydum. Çünki qış gələnə qədər
insanlar
normal evlərlə təmin olunmalıdırлар və birinci evlər, bax, bu
gün sizə təqdim edilir.
Böyük çətinliklərlə üzləşmişdik, çayların məcradan çıxması,
göllərin, bəndlərin dağılması bir gün deyil, iki gün deyil, bir
neçə həftə davam edib. Sellər, yağışlar böyük bir təbii fəlakət
idi. Ancaq xalqımız həmişə olduğu kimi, yenə də həmrəylik
göstərdi. Bütün dövlət qurumları çox səmərəli və böyük peşə-
karlıqla işlədi. Özəl qurumlar da öz təşəbbüsü ilə, təmənnasız
bu işlərə cəlb olundu. Mən çox şadam ki,
biz həm birinci
mərhələdə insanları xilas etmək üçün bütün tədbirləri lazımi
səviyyədə gördük və bu gün evlərin tikintisinə nail olduq, həm
də artıq təbii fəlakətlə üzləşmiş bütün bölgələrdə ev tikintisi
gedir. Biz yaxın zamanlarda başqa rayonlarda da belə gözəl
açılışları qeyd edəcəyik. Bugünkü mərasim birincidir və bu çox
vacibdir.
* * *
Sonra prezident İlham Əliyev mənzillərin orderlərini və
açarlarını sahiblərinə təqdim etdi.
T a l ı b H ü s e y n o v (kənd sakini): Cənab Prezident,
kəndimizə gəldiyinizə görə camaatımız adından Sizə təşək-