B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


II.8. Karbohidrogen yataqlarının ehtiyatları



Yüklə 10,22 Mb.
səhifə34/90
tarix05.10.2023
ölçüsü10,22 Mb.
#125826
1   ...   30   31   32   33   34   35   36   37   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

II.8. Karbohidrogen yataqlarının ehtiyatları
və onların hesablanılması.
Yataqlarda neft, qaz və kondensat yığımlarının həcmi onları xalq təsərrüfatı baxımından qiymətləndirməyə imkan verir. Odur ki, ayrı-ayrı layların və mədənin bütövlükdə ehtiyatları haqqında məlumatların alınması ən vacib problem kimi qiymətləndirilməlidir. Problemin həlli müxtəlif çətinliklərlə qarşılanır. Belə ki, flüidlərin toplandığı geoloji mühit hər hansı bir həndəsi formaya uyğun gəlmir, daxili quruluşu isə lay parametrlərinin biruzəsinin müxtəlifliyi və tektonik qırılmalarla səciyyələnir. Lakin yatağın axtarış və kəşfiyyat işlərinin sonunda belə ən vacib elementlər haqqında ətraflı məlumatlar olmur. Belə şəraitdə lay flüidlərinin ehtiyatlarını hesablamaq üçün müvafiq elm sahələrinin, o cümlədən geologiya, geofizika, riyazi statistika, ehtimal nəzəriyyəsi və s. elm sahələrinin imkanlarından geniş istifadə edilir.
Problemin vacibliyini nəzərə alaraq tələbələrə “Neft, qaz və kondensat ehtiyatlarının hesablanılması” fənni tədris olunur. Bu səbəbdən də hazırkı dərslikdə yataqların ehtiyatlarının hesablanılması haqqında yalnız ümumi təsəvvür verilir.
Beləliklə, lay süxurlarında toplanmış neft, qaz və kondensatın miqdarına ehtiyat deyilir. Ehtiyat dəqiqlik dərəcəsinə görə xüsusi təsnifat əsasında qiymətləndirilir. Yataqların ehtiyatları öyrənilmə dərəcəsinə görə aşağıdakı kateqoriyalara ayrılır – A,B, C1və C2 kateqoriyaları.
A kateqoriyası - yataqlar istismar edilən dövrdə onların informasiyası tam əldə edilibsə, onun ehtiyatı A kateqoriyasına mənsub edilir. Bu halda yatağın forma və qalınlığı, kollektor xassələri, neft və qazın fiziki-kimyəvi tərkibi, quyuların hasilatı ilə yanaşı onların təbii rejimləri haqqında dəqiq məlumatların olması tələb olunur. Bundan əlavə A kateqoriyalı ehtiyata malik yataqların sahəsi tamamilə quyu şəbəkəsi ilə əhatə olunmalı və həmin quyulardan yatağın geoloji-texnoloji parametrləri haqqında kompleks məlumatlar əldə edilməlıdır.
B kateqoriyası - yataqların ehtiyatını B kateqoriyasına aid edilməsi üçün aşağıdakı amillər tələb olunur: yatağın müxtəlif hipsometrik hissələrində qazılan quyulardan sənaye əhəmiyyətli neft və qaz hasil edilməli; lay neftinin və qazının tərkibi dəqiq öyrənilməli və yatağın forma və ölçüləri, süxurlarının kollektorluq qabiliyyəti haqqında müəyyən (təxmini) məlumatlar olmalıdır.
C1 kateqoriyası - yataqların geoloji və geofiziki öyrənilməsi kifayət qədər olmadıqda onun ehtiyatı C1 kateqoriyasına aid edilir. Lakin burada yataq üçün ən azı aşağıdakı məlumatlar olmalıdır: yataqda qazılan bəzi quyularda sənaye əhəmiyyətli hasilat qeyd edilməli; layların formasını və yatma şəraitini, kollektorluq haqqında quyu məlumatı məhdud olduğundan geofiziki və analoji öyrənilmiş (qonşu strukturlara əsasən) metodlar vasitəsilə təsəvvür yaranmalıdır.
C2 kateqoriyası - quyu məlumatı perspektiv strukturlarda geoloji-geofiziki təsnifatlarla əsaslandırılan ehtiyatlar C2 kateqoriyasına daxil edilir.
Neft yataqlarının ehtiyatı xalq təsərrüfatı baxımından iki tipə bölünür:
balans ehtiyatı – iqtisadi göstəricilərə görə istismarı məqsədə uyğun olan yataqların ehtiyatı;
balansdan kənar ehtiyatı – müvafiq texnika və texnologiya ilə və ya iqtisadi göstəricilərə görə cari dövrdə istismar edilməyən yataqların ehtiyatı.
Ehtiyatlar hesablanarkən aşağıdakı bölgülər nəzərə alınmalı və əsaslandırılmalıdır: balans - ilk və qalıq (cari), çıxarılabilən - ilk və qalıq (cari).

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə