B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


Fiziki-hidrodinamiki təsir üsulları



Yüklə 10,22 Mb.
səhifə48/90
tarix05.10.2023
ölçüsü10,22 Mb.
#125826
1   ...   44   45   46   47   48   49   50   51   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

Fiziki-hidrodinamiki təsir üsulları.
Bu üsullar zəif keçirici layları və yataq sahələrində işlənilməyən zonaları istismara cəlb etməklə, layların neftçıxarma prosesi ilə əhatəsini artırmağa yönəldilmişdir. Fiziki-hidrodinamiki təsir üsullarının mahiyyəti müxtəlif keçiricilikli və neftlədoyumlu zonalar arasında təzyiq düşgülərinin dəyişməsini yaratmaqdan ibarətdir. Təzyiq düşgülərinin dəyişməsi isə yatağın neft-su konturunun səlis formasının alınmasına şərait yaradır.
Fiziki-hidrodinamiki təsir üsullarından yataqların bütün geoloji-fiziki şəraitlərində istifadə oluna bilər. Bu üsullara dövrlərlə suvurma və dövrlərlə su-qaz qarışığı təsir üsulları daxildir.
Dövrlərlə suvurma üsulu.
Dövrlərlə təsir üsulunun əsas məğzi qeyri-bircinsli yatağın sahəsi üzrə lay təzyiqinin süni surətdə dəyişdirilməsidir. Bunu əldə etmək üçün vurulan suyun həcmi dəyişdirilir və yaxud işlək quyular üzrə maye hasilatının miqdarı artırılır və ya azaldılır. Nəticə etibarı ilə zamandan asılı olaraq yataqlara müxtəlif surətdə təsir etməklə lay təzyiqi dəyişir. Bu proses yataqda neftlə doymanın yüksək zonalarından az doymuş zonalara neftin axmasına gətirib çıxarır.
Üsul layın effektiv qalınlığı 3-25 m, neftlərin özlülüyü 10 mPa·s qədər olduqda daha yüksək effekt verir. Layların çatlılığı isə, əksinə - prosesin səmərəliliyini aşağı salır. Üsulun tətbiqi yataqların son neftvermə əmsalını 3-5% artıra bilər.
Dövrlərlə su-qaz təsiri üsulu.
Laylara suyun və qazın növbə ilə vurulması neftlə doymuş sahələrdən neftin işlək quyu zonalarına tənzimli hərəkətinə kömək edir. Üsulun effektli tətbiqi qeyribircinsli çatsız laylarda keçiricilik 0,05 mkm2-dan çox, neftlərin özlülüyü 10-25 mPa·s arasında, neftlədoyumluluq 60% çox olduğu halda mümkün olur. Bu prosesi mürəkkəbləşdirən amillərdən layların çatlılığı və sərbəst qaz yığımlarının olmasıdır. Bu üsulun tətbiqi layların son neftvermə əmsalını 5-6% artırmağa imkan verir.
Qaz üsulları.
Karbon qazı (SO2 ) ilə təsir üsulu.
Laylara SO2-nin vurulması onların neftverimini artıran effektiv üsullardan biridir. SO2 karbohidrogen həllediciləri kimi yüksək neftçıxarma prosesini təmin edir və ucuzdur. Üsulun tətbiq prinsipi ondan ibarətdir ki, laya vurulan CO2 neftdə həll olaraq onun həcm əmsalını 50%-ə qədər artırır; neft-su sərhədində səthi gərilməni azaldır, neftin özlülüyünü aşağı salır və onun hərəkət sürətini artırır.
Bu üsul layların yatma dərinliyi 1000-1200 m, qalınlığı 10-15 m, neftlərin özlülüyü 10-15 mPa·s, neftlədoyma əmsalı 40% çox, lay təzyiqi isə 8-9 MPa olduqda daha yüksək effekt verə bilər. Onu da qeyd etmək lazımdır ki, keçiriciliyi aşağı olan laylarda suvurma prosesinin tətbiqi mümkün olmadıqda karbon qazı ilə təsir üsulu lay neftinin sıxışdırılmasında əsas üsul hesab olunur.
Üsulun tətbiqini mürəkkəbləşdirən amillər sırasında aşağıdakıları göstərmək olar: layların qeyribircinsliliyi, çatlılığı, neftlərdə asfalt və qətranın mövcudluğu, yataqda qaz papağının olması.
Bu üsul effektli tətbiq olunarsa yatağın son neftvermə əmsalını 10-15% artırmaq mümkündür.
Yüksək təzyiqlə qaz təsiri üsulu.
Neftin layda qazla sıxışdırılması yatağın lay təzyiqini saxlanılması ilə yanaşı lay süxurlarında kapillyar qüvvələrin gücünün azaltmasına yönəldilmişdir. Bu prosesin nəticəsində məsaməli mühitdə neftçıxarmanın tempi artır.
Yüksək təzyiqlə yatağa qazın vurulması üçün əlverişli geoloji şərait aşağıdakı kimidir: layın qalınlığı 10-50 m, lay təzyiqi 20 MPa-dan çox, neftlədoyma 60-70%, neftin sıxlığı 825 kq/m3, özlülüyü isə 10 mPa·s-dan az, süxurların keçiriciliyi zəif. Layın yatım dərinliyi 1700 m qədər olması üsulun tətbiqi üçün daha əlverişlidir. Lakin laylarda çatlılıq və qaz papağının olması bu üsulun tətbiqini çətinləşdirə bilər.
Üsulun tətbiqi nəticəsində layların son neftvermə əmsalını 10-15% artırmaq mümkündür.
Termiki üsullar.
Yataqların neftverimini artıran termiki üsullara lay daxili yanma, neftin buxar ilə çıxarılması, isti suyun laylara vurulması və onların kombinasiyası daxildir. Bu üsullardan əsasən yüksək özlülüklü neft yataqlarının işlənilməsində istifadə olunur. Məlumdur ki, neftin yüksək özlülüyünün olması onun layda zəif hərəkət etməsinə təsir edən əsas amillərdən biridir.
Termiki üsulların geniş tətbiqi nəticəsində müəyyən olunmuşdur ki, neftin özlülüyü temperaturdan əhəmiyyətli dərəcədə asılıdır və nefti 20-250C-dən 100-1200C qədər qızdırıldıqda onun özlülüyü 100-500 mPas-dən 5-20 mPas-qədər azala bilər ki, bu da onun məsaməli mühitdə hərəkətini əsaslı surətdə artırır.
Aşağıda layların neftverimini artıran ayrı-ayrı istilik üsulları qısa şərh olunur.
Lay daxili yanma üsulu.
Aparılmış tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, karbohidrogenlərin oksigenlə ekzotermik reaksiyaya girmək qabiliyyətinə (reaksiya nəticəsində istilik enerjisinin yaranması) malik olmasından istifadə etməklə neft laylarından istilik enerjisini almaq olar. Üsulun əsası ondan ibarətdir ki, məsaməli mühitdə olan neftin bir hissəsi yanıb onun yanmayan fraksiyasını hərəkətə gətirir. Xüsusi avadanlığın köməyi ilə quyu dibində müəyyən temperatur səviyyəsi yaradılır. Sonra proses müstəqil rejimdə müntəzəm surətdə quyulara hava vurmaqla davam etdirilir. Nəticədə yanma zonalarının temperaturu su buxarının doyma temperaturundan yüksək olub, 400-6000C arasında dəyişir. Lay daxilində yanma üsulu əsasən ağır neftli yataqlarda tətbiq edilir.
Üsulun tətbiqi layların yatım dərinliyi 2000 m qədər olan yataqlarda əlverişlidir. Lay daxilində yanmanı aparmaq üçün qalınlıq 3-25 m olmalıdır. Qalıq neftlədoyma 50-60%, sulaşma 40%-dən artıq olmamalıdır. Üsulun tətbiqinə mənfi təsir edən faktorlardan layların çatlılığını və yüksək qeyribircinsliliyini, qaz papağının mövcudluğunu, süxurların gilliyinin çox və örtük layların qalınlığının az olmasını göstərmək olar. Lay daxili yanma üsulu layların son neftvermə əmsalını 20% qədər artırmağa imkan verir.
Su buxarı ilə təsir üsulu.
Bu üsul yüksək özlülüklü (40-50 mPas və daha artıq) neftli laylara su buxarının yüksək təzyiqlə vurulmasını nəzərdə tutur.
Nəticədə laya külli miqdarda istilik enerjisi daxil olur və onu qızdırır. Bu zaman neftin özlülüyü azalır və onun məsaməli mühitdə hərəkəti artır.
Qeyd etmək lazımdır ki, bu üsulun tətbiqi işlənilmənin ilk mərhələlərində tətbiq olunduqda daha səmərəlidir. Üsul terrigen kollektorlarda layların yatım dərinliyi 2000 m qədər, neftlərin sıxlığı 820-1000 kq/m3, neftin özlülüyü 40-50 mPas-dən çox, effektiv qalınlıq 10-40 m, süxurların məsaməliyi 15-35%, süxurların keçiriciliyi 0,5 mkm2, neftlədoyumluluğu 40%-dən çox olduqda daha yüksək effekt verir.
Laylarda qaz papağının mövcudluğu və gilliliyin yüksək olması prosesin effektivliyini azaldır. Müəyyən olunmuşdur ki, laylara buxarın vurulması nəticəsində onların son neftverməsini 20% qədər artırmaq mümkündür.
İsti su ilə təsir üsulu.
Bu üsul yüksək özlülüklü və parafinli neftlərlə səciyyələnən yataqların işlənilməsində daha çox istifadə olunur. Bu zaman laya vurulan suyun temperaturu layın temperaturundan yüksək olmalıdır. Üsul istismar obyektinin yatım dərinliyi 2000 m qədər, kollektor süxurların keçiriciliyi 0,1 mkm2-dan böyük, məsaməlik 18%-dən çox, layların neftlədoyumluluğu 50%-dən çox, neftin özlülüyü 10 mPas çox, layın qalınlığı 10-100 m olduqda daha çox effekt verir. Müəyyən olunmuşdur ki, laylara isti suyun vurulması nəticəsində onların son neftvermə əmsalını 10% qədər artırmaq mümkündür.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə