B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010



Yüklə 10,22 Mb.
səhifə49/90
tarix05.10.2023
ölçüsü10,22 Mb.
#125826
1   ...   45   46   47   48   49   50   51   52   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

Mikrobioloji təsir üsulları.
Mikrobioloji üsullar layda bakteriyaların həyat fəaliyyətinin intensivləşməsinə əsaslanır və tərkibində hüceyrənin quruluşu üçün zəruri komponentləri olan qida maddələrinin istifadəsinə yönəldilmişdir. Burada üzvi maddələrdən əlavə vacib biogen elementlər (S, K, Mg və s.) eləcə də hüceyrələrin inkişafını təmin edən maddə və vitaminlər tələb olunur.
Mikroorqanizmlərin istifadəsinin əsas ilk şərtləri odur ki, bakteriyalar öz həyat fəaliyyəti nəticəsində SO2, bio-SAM və üzvi turşular ifraz edir. Bio-SAM lay nefti və suyu ilə mikroemulsiya əmələ gətirir və burada mikroemulsiyanın özlülüyü lay neftinin özlülüyünü kəskin azaldır. Neftin özlülüyünün azalması isə öz növbəsində lay neftinin həcmində əmələ gələn SO2-nin hesabına artım ilə müşayiət olunur və bu da layda neftin hərəkət etmə qabiliyyətini artırır. Üsulun realizəsi 1700-1800 m dərinlikdə yerləşən karbonatlı və zəif sementləşmiş qumlu kollektorlarda, layın qalınlığı 8 m-dən çox, kollektor süxurların keçiriciliyi 0,05 mkm2-dan böyük, neftlədoyumluluq 30%-dən çox, neftin özlülüyü 10 mPas-dən böyük, sıxlıq 820-950 kq/m3, lay temperaturu 25-300C olduqda yüksək effekt verir.
Mikrobioloji təsir üsulunun tətbiqində mənfi göstəricilərə layların yüksək qeyribircinsliliyi, lay sularında yüksək tərkibli Ca, Na duzlarının olması və qaz papağının mövcudluğu aiddir. Üsulun tətbiqi nəticəsində layların son neftverimini 14-19% artırmaq olar.
Nüvə üsulları.
Nüvə üsulları layların neftverimini artıran üsullardan kəskin fərqlənir və yenidir. Bu üsul yatağın daha böyük sahəsində layların süzülmə qabiliyyətini yaxşılaşdırmağa və izolə olunmuş linza və laycıqları işlənilməyə cəlb etməyə imkan verir. Partlayış nəticəsində laylarda geniş çat sistemləri əmələ gəlir ki, bu da obyektin struktur-tekstur xüsusiyyətlərinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Nüvə üsullarından ilk dəfə olaraq 1957-ci ildə SSRİ-də və ABŞ-da tətbiq olunmağa başlanmışdır. Bu üsuldan ABŞ-da 1968-1973-cü illərdə işlənilməsi dayandırılmış rentabelli olmayan bir sıra yataqlarda «Qazbaqqi», «Runison», «Rio-Blanka» və «Mineyta» layihələri üzrə həyata keçirilmişdir. Keçmiş Sovetlər İttifaqında isə nüvə üsulları əsasən işlənilmədə olan yataqlarda tətbiq olunmuşdur. Bu üsuldan massiv tipli neft yataqlarının yüksək sementləşmiş qumlu kollektorlarında, qalınlığı 10-45 m olan əhəngdaşılarda, məsaməliyi 5-12%, kollektorların keçiriciliyi 0,1-1,0 mkm2, neftin özlülüyü 6-23mPas, layların ilk neftlədoyumluluğu 80% olan laylarda yüksək effekt alınır. Üsulun tətbiqi layların son neftverimini 8-12% artırmağa imkan verir.
Akustik üsullar.
Neftli laylara akustik üsulla təsir nəticəsində neftlərin özlülüyü azalır, süxurların istilik keçirmə qabiliyyəti artır. Nəticədə quyuətrafı zonalara neftin axımı sürətlənir. Bu üsul asfalt, qatran və parafin tərkibli neftli laylarda tətbiq olunduqda daha yüksək effekt verir və son neftverməni 2-7 % artırmağa imkan verir.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə