Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə10/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   6   7   8   9   10   11   12   13   ...   74

Bəhmən Əliyev-Ayvazalı
30
ya və yalnız Brahmanın gerçək olduğunu anlamaqdır. Brahman 
“atman” və bundan dolayı “atma cnana” deyilən gerçək bilgidir. 
Bu  “atma-cnana”  yoluyla  dindar  şəxs  tanrıya  bağlılığını  əldə 
edir.
Hinduizm  yad  tayfa  kultlarını  öz  içində  əritmək,  özünün 
onsuz  da  qarışıq  sisteminə  daxil  etmək  bacarığına  malikdir. 
Qədimdə brahmanlar hinduizmə hər hansı dravid və başqa bir 
xalqın dinini çox asanlıqla daxil edirdilər. Bunun üçün həmin 
xalqın kultu, məsələn, hər hansı bir totem canlı Vişnu və ya Şi-
vanın “avatarı” elan olunurdu. Digər tərəfdən, fərdi prozelitizm 
(yəni  ayrı-ayrı  şəxslərin  hinduizmə  keçməsi)  nəzəri  cəhətdən 
qəbul olunmurdu, çünki buna “varna” sistemi haqqında təlim 
imkan vermirdi. Hinduist olmaq üçün isə doğulandan “varna”-
ların birinə aid olmaq lazım idi.
Hinduizmin  belə  elastikliyinin  orta  əsrlərdə  (Baburşahlar  və 
ingilis koloniyası istisna olmaqla) Hindistanın bir dövlətdə birləş-
məsində ciddi rolu olmamışdır. Çoxsaylı hind məbədləri hinduizm 
daxilində  fərqlilikləri  gücləndirir,  hər  hansı  mərkəzi  dini  nüfuz 
(avtoritet) olmur. Hinduizm dini ilə bağlı məbədlərin sayı bu dini 
təlimdəki mərkəzi nüfuzun olmamasını göstərir. Tamilnad ştatında 
52 min məbəd qeydə alınmışdır, təkcə Thançavur şəhərində 74 mə-
bəd fəaliyyət göstərir. Qonşu Andhra Pradeş ştatında 32201 məbəd 
vardır. Krişnanın anadan olduğu, uşaqlığının yaşadığı Uttar Pradeş 
ştatının Badrinath rayonunun Qokul kəndində bu tanrıya həsr olun-
muş 500-dən çox məbəd, ziyarətgah fəaliyyət göstərir. 
Hinduist dini filosof və islahatçı Şankara Hindistanı səyahət 
edərək dörd məbəd kompleksi-matha yaratmışdır. Bu “matha”lar 
şimalda Badrinathe, şərqdə Puri, cənubda Srinqeri, qərbdə Dvark-
da fəaliyyət göstərirdi. İslahatçı filosofa görə bu məbədlər hindu-
izmin qalaları və onların rahibləri inancın qoruyucuları olacaqlar. 
Onun tanınmış ardıcıllarına fəxri “caqadquru şankaçarya” (dün-
ya  müəllimi)  titulu  verilmiş,  inancla  bağlı  məsələləri  müzakirə 


Hindistan etnoqrafiyası
31
etmək üçün müntəzəm toplanmaq tapşırığını almışlar. Bu təcrübə 
inkişaf etməsə də müəyyən mənada məbəd təşkilatına bənzəyir-
di. Yalnız 1979-cu ildə, dörd “şankaçarya” görüşmüş, lakin onlar 
nəinki ayrı-ayrı görüşləri müdafiə etmiş, eyni zamanda aralarında 
ciddi  rəqabət  ortaya  çıxmışdır.  Müstəqillik  illərində  kütləvi  zi-
yarətgahlar, məbədlər ümumhind əhəmiyyəti qazanaraq Şankara 
məbədlərini  sıxışdırmışlar.  Bu  məbədlər  arasında  Durqa  tanrı-
sına  həsr  olunmuş Vayşno  Devi  məbədi  (Kəşmir), Venkateşvar 
tanrısına  həsr  olunmuş  Tirumala-Tirupati  məbədi  (Andhra-Pra-
deş), Qruvayyurda Krişna məbədi (Kerala) məşhurdur. Amarnath 
(Kəşmir) mağarasında Şivanın əbədi buzlara bürünmüş linqaları 
ən çox ziyarət olunur, böyük populyarlığa malikdir. 
Ümumhind  xarakteri  daşıyan  “kumbha  mela”  (kuzə  bayra-
mı, div və asurlar arasında əfsanəvi döyüşlə bağlıdır) bayramı üç 
ildən bir Allahabad və ya Hardvar, Ucayn, Nasiq şəhərləri yaxın-
lığında (Prayaq) Qanq və Camna çaylarının qovuşduğu qum səh-
rasında keçirilir, bura ölkənin hər yerindən 3 milyondan çox zi-
yarətçi toplaşır. Demək olar ki, bütün Hindistanda payız məhsulu 
yığımından sonra “Ramayana” eposunun motivləri əsasında“Do-
sehra” (Daşehra) bayramı keçirilir.
Hindiuzimin çoxcəhətliliyini göstərən xüsusiyyətlərdən biri 
də bütün ölkə boyu gəzən “tanrı-insan”, yəni “sadhu”lardır. Tək-
cə Şimali Hindistanın Uttar Pradeş, Bihar, Madhya-Pradeş ştatla-
rında “sadhu”ların 66 icması, məktəbi vardır. Maraqlıdır ki, qə-
dim ənənələrin daşıyıcıları müasir təşkilatlanma üsullarına laqeyd 
yanaşmırlar. Məsələn, 1997-ci ildə “Qanqasaqar mela” bayramı 
zamanı  naqa  sadhular  hüquqlarının  qorunması  üçün  həmkarlar 
təşkilatı yaratmışlar. 
Hinduizmdə  dini  rəhbərlərin-quruların  rolu  böyükdür.  Qə-
dimdə  kahinlər  qurban  gətirirdilər,  himn  oxuyurdular,  mərasim 
keçirirdilər, bir-birlərinə veda biliklərini öyrədirdilər, bu işlə xalq 
kütlələri  məşğul  olmurdu.  Yeni  dövrdə  isə  kahinlər  kütlələrin 


Bəhmən Əliyev-Ayvazalı
32
müəlliminə, onların dini həyatının rəhbərinə çevrilir, quru kultu 
birinci  plana  keçir.  Quru  təkcə  insan  və  tanrı  arasında  vasitəçi 
deyil, hətta demək olar ki, tanrının ifadəçisidir. Qurunun hər sözü 
onun  davamçıları üçün  müqəddəs  qanundur. 
 Hindistandа canlılara inam, ilan, meymun, fil kultu və s. to-
temist mənşəyə malikdir. Müdriklik tanrısı Qaneşa fil, Hanuman 
isə  meymun  şəklində  təsəvvür  edilir. Yəni  bir  sıra  heyvanlara, 
məsələn, məhsuldarlıq simvolu olan inəyə inam arilərin özündə 
qədimdən  olmuşdu. 
Hinduizmdə hər yеrdə ibadət еtmək olar, burada icma şək-
lində ibadət yoxdur, ibadət fərdidir. Onların inancına görə, harda 
ibadət еdirsənsə еt, tanrı səni görür. Hindistanda daha çox bu dinə 
mənsub olan şəxslər tanrıların bütlərinə sitayiş еdir, onu tez-tez 
təmizləyib önündə fikrə dalırlar. Ortaq bir ibadət simvolu “Om”-
dur, müqəddəs və sirli söz olaraq qəbul еdilir. 
Hindusların  ənənəvi  dəfn  adəti  meyidlərin  yandırılmasıdır. 
Bu adətə indi də ciddi surətdə əməl edilir. Təntənəli dəfn mərasi-
minin keçirilməsi, ölmüş adamın xüsusi ilə Qanq çayı sahilində 
yandırılması  dini  baxımdan  dəstəklənməklə  yanaşı,  hindlilərin 
həyatında, ailə məişətində xüsusi yeri olan mərhələdir.
Hinduizm dinində ziyarət еdilən yeddi müqəddəs yеr vardır. 
Həmin  ziyarət  məskənlərinin  ən  məşhuru  Bеnarеsdir.  Hindlilər 
ölülərini yandırıb küllərini Qanq çayına tökürlər. Ümumiyyətlə, 
su kultu ilə bağlı Qanq çayı önə çıxmışdır. Dindar hindli Qanq 
çayının sahilində ölməyi ən böyük xoşbəxtlik sayır.
XIX əsrədək Şimali Hindistanda dini adət-“sati”, yəni dul ar-
vadın ərin dəfn tonqalında yandırılması adəti vardı. Hind filosof-
larının təşəbbüsü ilə 1828-ci ildə Britaniya kolonial hakimiyyəti 
“sati” adətini ləğv etmişdi. Lakin müasir dövrdə də əyalətlərdə bu 
adətin yerinə yetirildiyi tikililərə rast gəlmək olur. 
İslamın və xristianlığın təsirilə XIII əsrdə hinduizmdə belə 
ideya  ortaya  çıxmışdır  ki,  Vişna  və  Şiva  cütü  vahid  Hari-Ha-


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə