Bəhmən Əliyev-Ayvazalı
36
Svami Dayananda bir tanrıya inanmış və bütpərəstliyin ve-
dalarda təsdiqlənmədiyini bildirmişdir. Onun təliminə görə əsl
gerçək, həqiqət Tanrıdır; bu eynı zamanda “Qandhici”nin inan-
cıdır. Həqiqət tək başına da olsa, tez-gec qalib gəlir, ona yalva-
ranlar, ibadət edənlər dharma, artha, kama və mokşanı qoruyur.
Həqiqətə bağlılıq güç və yaxşılığın yanılmaz qaynağını yaradır.
“Arya-Samac” insanlığın fiziki, ruhi və sosial rifahı üçün gerçək
bilgi, eşq və ədaləti qəbul edir.
Svami Dayanandanın sosio-dini islahatında ibadətkar imi-
ci, ata-babalara tapınma, kasta sistemi, heyvan qurbanı, ava-
tar inancı, müqəddəs yerləri ziyarət, erkən evlilik və “paryalıq”
(toxunulmazlar) institutu qəbul edilməmişdir. Dayananda veda
mətnlərində dul qadının diri-diri yandırılması, uşaqların zorla ev-
ləndirilməsi barədə heç nə deyilmədiyi, əksinə, vedalarda qadın-
lara ehtiramın əksini tapdığını vurğulamışdır.
Sarasvati öz dövründə hindiuizmin tənəzzülə uğradığını bil-
dirmiş, müqəddəslərin rəsmlərinə, əcdadlar kultuna ibadət etmə-
yi, ziyarətləri, məbədlərdə qurbanverməni əhəmiyyətsiz saymış,
bunların vedalarda əksini tapmadığını bildirmişdir. O, brahmanla-
rın hakimiyyətini, varna quruluşunu, “toxunulmazlar”ın vəziyyə-
tini, erkən nikahları tənqid etmişdir. Sarasvatinin məqsədi Veda
təlimi əsasında “hindusların qardaşlığını” təmin etmək idi. Bu
ideya və “Arya samac”ın yaranması ənənəvi hinduizm və müsəl-
man “Əhmədiyyə” təriqəti, siqhlər arasında ziddiyyətlərə gətirib
çıxarmışdır. Sarasvati hinduizm dini təlimində apardığı islahat-
larla yanaşı, digər veda dini ayinlərin və ibadətlərinin üzərində
xüsusi dayanmış, hindusların başqa insanlardan seçilməsində is-
rar etmişdir. Bu baxımdan Sarasvati irqçi təlim yaratmağı nəzərdə
tutmuş, arilərin üstünlüyünü sübut etməyə çalışmışdır.
“Arya-samac” ardıcıllarına görə, Hindistan hinduizm ölkə-
sidir, buna görə də müsəlman, xristian və ya qeyri-hindus məz-
həb ardıcılları hinduizm qanunları əsasında yaşamaq istəməsələr
Hindistan etnoqrafiyası
37
bu ölkəni tərk edə bilərlər. Bu təlimin ardıcılları məhz həmin sə-
bəbdən dünyəvi (qeyri-dini) əsasda qurulan Hindistanın hazırkı
Konstitusiyasının əleyhinə çıxaraq ölkədə hindus qanunlarının
(hindu-rac) həyata keçirilməsini tələb edirlər.
XIX əsrin ikinci yarısında Sri Rama-Krişna hərəkatının
yaradıcısı, uzun illər Kali (ana ilahəsi) məbədində dini xidmətlə
məşğul olmuş Şiva məzhəbinin brahmanlarından olmuşdur. Sri
Rama Krişna Paramahamsaya görə, dünya dinləri, o cümlədən
hinduizm, xristianlıq, islam və digərləri bir-birləri ilə ziddiy-
yətdə, bir-birlərinə qarşı deyillər, ancaq əzəli əbədi dinin fərqli
ifadələridirlər. Sri Ramakrişna bildirmişdir ki, “inanclar olduğu
qədər bir çox yollar” vardır. Onun bir çox tələbəsi və müridi var-
dır. Svami Vivekananda onların arasında ən tanınmışı olmuşdur.
Svami Vivakanandaya görə; “arilərın nəsillərinin Vedanta və
Upanişadların ruhuna dəyər verməsi azaldıqca, Vedaları-əzəli
əbədi dinini, yəni “Sanatana Dharma”nı pozaraq bir qarışıqlı-
ğa səbəb olanda, ari irqinin gerçək dinini açıqlamaq üçün Sri
Rama Krişna ortaya çıxdı”.
Rama-Krişna sonda çoxluqlarla yanaşı, müəyyən mənada
tək tanrıya, Kali ilahəsinin çeşidli izahının olmasına inanmışdır.
Şri Rama-Krişna Paramahanca Vedantaya əsaslanan panteist din
yaratmağa çalışırdı. Rama Krişnanı müqəddəs elan edən tərəfdar-
ları dini-maarifçi missiya yaratdılar və bu missiya bütün Hindis-
tanı əhatə etdi.
Rama Krişna hərəkatının məqsədləri bunlar idi:
a) Sri Rama Krişnanın açıqladığı şəkildə Vedanta çalışmala-
rını, prinsiplərini və ən geniş formada qarşılaşdırmaq və inkişaf
etdirmək;
b) Sənət, elm və sənaye sahəsində araşdırmaları müəyyənləş-
dirmək, inkişaf etdirmək;
c) Məqsədləri reallaşdırmaq üçün müəllimlər hazırlamaq,
onlara kütlələrə çatmaq imkanı yaratmaq;
Bəhmən Əliyev-Ayvazalı
38
d) Əhali arasında təhsil alma imkanlarını genişləndirmək;
e) Məktəbləri, kollecləri, üniversitetləri, yetim yurdlarını,
iş yerlərini, laboratoriyaları, xəstəxanaları, dispanserləri, xəstə
evlərini, qadınları qurtarma çalışmalarını, digər təhsil və xeyir-
sevərlik çalışmalarını genişləndirmək, onlara yardım etmək;
f) Təşkilatın fəaliyətini stimullaşdırmaq üçün jurnal, dövrü
nəşr, kitab nəşr etmək, yayımlamaq, satmaq, ya da pulsuz payla-
maq;
g) Missiyanın vacib saydığı digər çalışmaları məqsədlərə
çatmaq üçün birbaşa və ya dolayı yolla davam etdirmək.
Rama-Krişnanın fikirlərini, dini şərhlərini onun Svami Viva-
kanda adlı tələbəsi toplamışdır. Rama Krişnanın fikrincə, bütün
dinlər üslub və yollarının fərqli olmasına baxmayaraq, vahid bir
prinsipdə eyni mövqeyə malikdirlər. Bu baxımdan Rama Krişna
nəinki bütün dinlərin əsasını qəbul etmiş, üstəlik, bütlərə pərəstiş
olunmasına, çoxtanrılığın qanuniləşdirilməsinə icazə vermişdir.
Krişna Kaliyə çatmağın yeganə yolunun Şiva zahidliyi olduğuna,
buna görə də Şiva məzhəbinin tutduğu yolun düzgün olduğunu,
digər dini təlimlərin doğru yoldan kənara çıxdıyığını deyirdi.
Mahatma Qandhi, Sri Aurobindo və Sri Radhakrişnan hindu-
izmdə islahatlar aparmağa çalışan digər güçlü filosof və intellek-
tual şəxslərdir.
XX əsrin ortalarınadək Hindistanda mənəvi həyat dini ideo-
logiyanın müəyyən təsiri altında idi. Hindistan Respublikası hin-
duizmi modernləşdirməyə çalışır, ölkədə daha çox dünyəvi prin-
siplər əsasında sosial-iqtisadi, siyasi islahatlar aparılır.
Sual və tapşırıqlar:
1. Hinduizmin təməlində duran Brahma (mütləq varlıq) inan-
cını izah edin..
2.“Trimurti”-Brahma, Şiva və Vişnu.
3.“Manava Dharma”nədir?
4. “Hinduizm brahmanizmin ciddi rəqibi olan buddizmi Hin-
Dostları ilə paylaş: |