Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə11/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   7   8   9   10   11   12   13   14   ...   74

Hindistan etnoqrafiyası
33
ra  tanrılarının  müxtəlif  təzahürləridir.  XV  əsrdə  isə  Kabir  adlı 
“bhakti” “varna”ların gərəksiz olduğunu bildirmiş, çoxlu tanrıla-
ra ibadətin, çətin və uzun sürən mərasimlərin əleyhinə çıxmışdır. 
Nəticədə Kabir “Panthi” adlı yeni dini-sosial hərəkat yaratmış-
dır. XVI əsrin axırında Kabirin təsiri altında “kşetri” tacirlər kas-
tasından olan Nanakın (Vedanta panteist dini təliminin təsiri ilə) 
təlimi böyük uğur qazanmış, siqhizm dini təlimi ortaya çıxmışdır.
Hinduizm  daim  özünü  müxtəlif  adlar  altında  yeniləyir.  Nə 
zaman ki, hinduizm üçün daxildən və ya xaricdən təhlükə yara-
nırsa, ardıcıl islahatlar həyata keçirilmişdir. XIX əsrdə hindust 
filosofları Ramakrişna, Svami Vivekananda və Ram Mohan Roy 
cəmiyyətə köklü təsir edən görüş və düşüncələri ilə hinduizm dini 
təlimində islahatlara başlamışlar. 
Hinduizmdə  islahatların  əsas  aparıcı  qüvvəsi  olan  “Brah-
ma-samac”  (Brahmo  Samaj)  hərəkatının  əsasını  1828-ci  ildə 
vişnuid Raca Ram Mohan Roy adlı brahman qoymuş, o, hin-
duizmi monoteizm ruhunda formalaşdırmağa çalışmışdır. Mohan 
Roy digər dinlərlə tanış olmuş, hind cəmiyyətində mövcud olan 
minlərlə inanc arasında həqiqəti tapmağa çalışmışdır. Raca Ram 
Mohan Roy XIX əsrdə hinduizmin elmə, rasionalizmə və huma-
nizmə olan marağını, bu dini təlimin mahiyyətini göstərməyə ça-
lışmışdır. “Brahma-samac” hinduizmin təktanrılı hərəkatı sayı-
lır və onun inancları tanrının təkliyi əsasında qurulur. Bu təlim 
hinduizmdə bütlərə, tanrıların heykəllərinə sitayiş, bütlərə qurban 
vermək rituallarını qadağan və rədd edir. 
“Brahma  Samac”  kainatın  yaradıcısı  və  qoruyucusu  olan 
“sonsuz və şəkilsiz tanrı” inancını bərpa etmişdir. Xristian missi-
onerliyinin fəaliyyətinə qarşı çıxan Ram Mohan Roy İsa peyğəm-
bərin tanrı olması doktrinasına qarşı çıxmış, lakin onun təliminə 
müəyyən  istinadlar  etmişdir.  Mohan  Roy  hinduizm  doktrina-
sında  mühüm  yer  tutan  ruh  köçü,  erkən  evliliyin,  “pariya” 
(toxunulmazlar) sisteminin əleyhinə olmuşdur. Bütlərə ibadətə 


Bəhmən Əliyev-Ayvazalı
34
qarşı çıxan Mohan Roy hindu mətnlərinin yalnız bir tək tanrıya 
inanmağı əmr etdiyini bəyanlamışdır. Vedanta və Upanişadlarla 
bağlı bir çox mühüm mətnlər, tərcümələr Mohan Roy tərəfindən 
dərc edilmiş, dini və sosial islahatlar çərçivəsində xalq arasında 
yayılmışdır.  Rabindranat  Taqor,  Kesap  Çandra  Sen  “Brahma 
Samac” hərəkatına qoşulmuş, hinduizmdən yanlış inancları tə-
mizləməyə  çalışmışlar.
Ram  Mohan  Roy  dul  qadınların  ölmüş  ərlərinin  cəsədi  ilə 
birlikdə yandırılmasına (“sati”) qarşı çıxmış, eyni zamanda hin-
duizmin müqəddəs kitablarını, yəni vedanta və upanişadları qəbul 
etmişdir. 
“Brahma-samac” “varna-cati” quruluşunu rədd etməsinə 
baxmayaraq, hərəkatda brahmanlar yüksək məqam sahibidir-
lər və bu hərəkatda onlara xüsusi hörmət göstərilir. XIX əsrin 
ikinci yarısında parçalansa da, hazırda “Brahma-samac” hindu-
izmin ən mühüm hərəkatlarından biri kimi tanınır və Hindistan-
da çoxsaylı ardıcılları vardır. Bu hərəkat “Adi”, “Nava Vidhan”, 
“Sadharana Brahmo Samac” adlanan qollara ayrılmışdır 
“Arya-samac”  hərəkatı  hinduizmə  mütərəqqi  və  humanist 
imic  qazandırmaq,  bəzi  Qərb  ideoloji  prinsiplərinə  müqavimət 
göstərmək məqsədi ilə yaradılmışdır. “Brahma-samac”ın əksinə 
olaraq,  mühafizəkar  və  radikal  olan  bu  hərəkat  xristianlığın  və 
Qərbin humanizm prinsiplərindən bəzilərini qəbul etməklə hin-
duizm  inanclarında  islahatlar  aparmışdır.  Hərəkatın  yaradıcısı 
olan Svami Dayananda Sarasvati (1824-1883, Tankara, Quca-
rat) Vedaların büt və heykəllərə pərəstişə mənfi yanaşdığına; veda 
dövründə  məbədlərdə  bütlərə  pərəstişin  olmadığına  inanmışdır. 
Brahman ailəsində anadan olan Sarasvati (əvvəlki adı Mul Şan-
kar)1875-ci  ildə  Bombeydə  “Arya-Samac”  hərəkatını yaratmış, 
1877-1878-ci illərdə Pəncaba səfər zamanı tərəfdarlarının sayı-
nı artırmışdır. 1878-1882-ci ildə “Arya-Samac”ın məşhur Teosof 
Cəmiyyəti ilə əlaqələri artmışdır. Sonradan Teosof Cəmiyyəti Da-


Hindistan etnoqrafiyası
35
yananda Sarasvatinin Vedaların həqiqətin yeganə mənbəyi olması 
haqqında iddiasını qəbul etməmişdir. Svami Dayananda Sarasvati 
“Brahma-Samac”ı antik hindu ənənələrindən həddindən çox ay-
rılmaqda və xristianlığı təqlid etməkdə ittiham etmişdir. 
 Əsas şüarı “Vedalara dönüş” olan “Arya-Samac”ın prinsip-
lərini Dayananda Sarasvati aşağıdakı şəkildə formalaşdırmışdır:
1. Bütün bilginin və bilgi vasitəsi ilə məlum olan hər şeyin ilk 
səbəbi “Parameşvara”dır (Ən uca varlıq);
 2. İşvara (Tanrı) varlıqdır, ağıllıdır və sevgi, şənlik doludur 
(“Satchidananda”). O, şəkilsiz, hər şeyə gücü yetən, adil, mər-
həmətli, doğulmamış, dəyişməyən, başlanğıcı və sonu olmayan, 
bənzərsiz, hər şeyin dayağı və sahibi, hər yerdə hər zaman hazır 
olan, pozulmayan, ölümsüz, qorxusuz, əzəli və əbədi, müqəddəs 
və hər şeyin yaradıcısıdır; 
3. Vedalar gerçək bilgi mətnləridir. Arilərin ilk vəzifəsi, onla-
rı oxumaq, öyrənmək, əzbərləmək və başqası tərəfındən oxundu-
ğu zaman dinləməkdir; 
4. İnanan daima gerçəyi qəbul etməyə və gerçək olmayanı 
rədd  etməyə  hazır  olmalıdır; 
5. Hər şey “Dharma” doktrinasına uygun yerinə yetirilmə-
lidir;
6. “Arya-Samac”ın ilk obyekti bütün dünyaya münasibətdə 
müsbət olmaqdır; bu, fiziki, sosial və ruhi yaxşılıqdır; 
7. İnsanın hər şeyə marağı “Dharma” prinsiplərinə uyğun 
olaraq eşq və ədalət yolu ilə düzənlənməlidir; 
8. İnsan “vidya”nı (obyekt və predmetin dərki) irəlilətməli, 
“avidya”nı  (illüziya)  aradan  qaldırmalıdır; 
9.  İnsan  yalnız  öz  yaxşılığı  üçün  deyil,  hər  kəsin  yaxşılığı 
üçün  çalışmalıdır; 
10. Şəxsi yaxşılıqlarını həyata keçirərkən insan azad olmalı, 
toplumsal  yaxşılığı  yerinə  yetirərkən  özünü  müəyyən  çərçivədə 
tutmalıdır.


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə