Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə26/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   22   23   24   25   26   27   28   29   ...   132

99

   


        

Portretl r



B.Kəngərli. “Əsəd ağa Kəngərlinin portreti”. 1916.


 

100


Portretl r

rəssam sonucda diqqətçəkən portret yaratmağa 

nail  olmuşdur.  Onun  babası  Hüseyn  Sultan 

zamanında  Rusiya  ordusunda  xidmət  etmiş, 

Naxçıvanın çox hörmətli və varlı şəxslərindən 

biri  olmuşdur.  Əsəd  bəyin  əmilərindən  biri 

–  Əsgərxan  M.F.Axundzadənin  kürəkəni 

olmuşdur... 

XX  əsrin  əvvəllərində  Naxçıvan 

mühütində  kifayət  qədər  böyük  nüfuz  sahibi 

olan  ticarətçi  Mirzə  Heydər  Nəsirbəyova 

həsr olunmuş əsər də gənc rəssamın ən yaxşı 

yaradıcılıq  nümunələrindən  sayılmağa 

layiqdir. Portret yağlı karandaşla  çəkilib. 

Əsərin  bədii  tutumunda  müşahidə 

olunan  yüksək  icra  sənətkarlığı  onun 

gənc  rəssamın  Tilisdən  qayıtdıqdan 

sonra  işləndiyini  ehtimal  etməyə  əsas 

verir. Gəlin  kömürlə çəkdiyi portretlə 

bir qədər ətralı tanış olaq. Belə ki, bu 

səbəbsiz deyil...

Yağlı karandaşla çəkilmiş “Mirzə 

Heydər Nəsirbəyovun portreti” (1918) 

əsəri  Bəhruz  bəyin  yaradıcılığındakı 

həm  də  ən  iriölçülü  əsərlərdəndir.  Bu 

əsərin gənc rəssamın Tilisdən qayıdıb 

gəldiyi  və    atası  Şirəli  bəyin  yoxluğu 

şəraitində  müstəqil  yaradıcılığa  baş-

ladığı  dövrdə  yaradıldığı  birmənalıdır. 

Onun  rəssamın  və  yaxud  da  Mirzə 

Heydərin  təşəbbüsü  ilə  çəkildiyini 

söyləmək  bir  qədər  çətindir.  Bununla  belə, 

Naxçıvanda yeganə rəssam olan və elə təkcə 

buna  görə  də  şəhərdə  çox  məşhurlaşan  sənət 

adamının  obrazlarından  biri  olmaq  yəqin 

ki,  Mirzə  Heydərin  ürəyindən  keçə  bilərdi. 

Qənaətimizcə  bu, rəssamlıq sənətinin zamanına 

görə  Naxçıvanda  bir  o  qədər  qazanc  gətirən 

peşə  olmadığını  düşünən  imkanlı  bir  adamın 

gözünün  qarşısında  böyüyən  Bəhruz  bəyin 

yaradıcılıq  səylərinə  maddi  dəstək  vermək 

üçün  atılan  bir  “incə”  addım  da  ola  bilərdi.  

Digər tərəfdən bir-birilərini çox yaxşı tanıyan 

bu  adamların  yaradıcı  ünsiyyəti  elə  rəssamın 

təşəbbüsü  ilə  də  baş  tuta  bilərdi.  Çünki, 

zahirən  kifayət  qədər  cəlbedici  və  koloritli 

olan  məşhur  ticarətçinin  elə  görkəminə  görə 

Bəhruza maraqlı ola bilməsi də istisna deyil. 

Əsərin  təhlilinə  keçməzdən  əvvəl  rəssamın 

qəhrəmanı  ilə  tanışlığa  ehtiyac  duyuruq. 

Akademik  Rafael  Hüseynovun  “Millətin 

zərrəsi”  kitabında  bu  barədə  oxuyuruq:  “O 

şəkildəki  kişigillə  Bəhruzgil  qonşu  olublar. 

Mirzə  Heydər  Nəsirbəyov  Naxçıvanın 

hörmətli  adamlarındanmış.  Pambıq  zavodu, 

dükanları,  bağları,  mehmanxanası  varmış. 

Qurbanəli  Şərifovun  arvadı  –  Əziz  Şəriin 

anası  Nazlı  xanımla  Mirzə  Heydərin  həyat 

yoldaşı  Məşədi  Şahbəyim  xalaqızı  olublar. 

Qohumluq  çoxbaşlıydı,  Şahbəyim  həm  də 

Qurbanəli  bəyin  bacısı  idi.  Mirzə  Heydər, 

qohumlarının  xatirələrinə  görə,  Zeynalabdin 

Tağıyevlə  dostluq  edirmiş.  İranla,  Rusiyayla 

mükəmməl  ticarət  əlaqələri  qurubmuş.  Onun 

sıravi  alış-verişçi  deyil,  qədərincə  sanballı 

tacir, İranda da, Rusiyada da yuxarı dairələrlə 

tanınan mötəbər sima olmasına bir dəlil budur 

ki,  İran  şahı  da,  II  Nikolay  da  ona  medal 

veriblərmiş,  üstəlik  rus  çarı  şəxsi  hədiyyəsi 

olaraq Mirzə Heydər bəyə üstü yazılı qızıl saat 

da  bağışlayıbmış.  Bəhruzun  çəkdiyi  portreti 

atasından və Bəhruzdan əziz bir yadigar təki 

qoruyub  saxlamış  Fatma  xanım  xatırlayırmış 

ki, atasının vəfatından bir neçə il sonra evlərini 

yarırlar, oğrular nələri varsa aparır, o medallar 

da, o qızıl saat da gedir.  “Evin aparılması, ac-

yalavac  qalmağımız  bir  yana,  məni  yandıran 

atamın  yadigarlarının  getməsi  oldu.  Yaxşı 

ki,  Bəhruz  bu  şəkildə  atamın  yaxasında  o 

medalları da çəkibmiş”.

Mirzə  Heydər  kasıb-kusub  hayanıymış. 



101

   


        

Portretl r



B.Kəngərli. “Mirzə Heydər Nəsirbəyovun portreti”. 1918.


 

102


Portretl r

Həftədə  bir  dəfə  bazara  çıxar,  qiymətlərə 

nəzarət  edərmiş  ki,  bahalıq  olmasın.  1905-

1906-cı  illərdə  Naxçıvana  qəhətlik  düşəndə 

aclığın  və  fürsətdən  istifadə  edərək  bütün 

qiymətləri  kəlləçarxa  qaldıran  möhtəkirlərin 

qabağını  almaq  üçün  İrandan  çoxlu  taxıl 

gətizdirir, dükanlar açdırıb ucuz qiymətə un və 

çörək satdırır. Bu Allah adamının son arzusu 

da Məkkədə dəfn olunmaq imiş. 1919-cu ildə 

vəfat edir. Vəsiyyətinə müvaiq olaraq 1 il sonra 

cənazəsini qibləmizin şəhərinə aparırlar...”

Əsərin  qəhrəmanı  ilə  bu  qısa 

tanışlıqdan sonra onun rəssam istedadı 

ilə  yaddaqalan  bədii  tutum  almış 

portretini  dəyərləndirməyə  çalışaq. 

Mirzə  Heydəri  oturmuş  vəziyyətdə 

görüntüyə 

alan 

Bəhruz 


bəyin 

kompozisiya üçün seçdiyi şaquli format 

heç şübhəsiz məntiqlidir. Məşhur taciri 

kompozisiyanın ön planında təsvir edən 

müəllif, bununla da əsərdaxili dərinlik 

etməklə, qəhrəmanının yaşadığı məkanı 

da  göstərmək  imkanı  əldə  etmişdir. 

Tünd  geyimli  obrazı  əhatələyən  ev 

əşyaları  –  üzərini  tor  naxışlı  örtük 

bəzəyən  miz,  mənzilə  gözəllik  bəxş 

edən  dekorativ  ağac,  pəncərələr  və 

otağın  dərinliyini  “vurğulayan”  taxta 

döşəmə  həm  də  əsrin  əvvəllərində 

ömür sürən varlı naxçıvanlının yaşayış 

şəraitini əyaniləşdirmişdir. Əsərdə baxışlarını 

naməlum  istiqamətə  yönəldən  Mirzə  Heydər 

nikbin  ovqatdadır.  Başındakı  milli  “dəkkə” 

papağın altından görünən geniş alnı, nüfuzedici 

baxışları, qətiyyətli oturuşu bizi həyatsevər bir 

insanla tanış edir, desək, yanılmarıq. Kömürlə 

işlənən  və  bir  rəngin  müxtəlif  çalarları  ilə 

gerçəkləşən  portretdə  rəssamın  işıq-kölgədən 

bacarıqla istifadəsi görünəndir. Bunu rəssamın 

Mirzə  Heydərin  tünd  geyiminin  oynaqlığını 

şərtləndirən qat və qırışların ustalıqla verməsi 

də təsdiqləyir...

Bu  kitab  Bəhruz  bəy  Kəngərli  taleyi 

ilə  bağlı  müxtəlif  səpgili  bütün  məlum 

informasiyalarla  tanışlıqdan  sonra  yazılıb. 

Odur  ki,  yeri  gəldikcə  belə  yazılardan 

iqtibas  gətirilmiş,  onların  ən  maraqlısından 

rəssamla bağlı məlumatları bir araya gətirmək 

üçün  mətndə  istifadə  olunmuşdur.  Belə 

məlumatlardan    biri    məhz  Mirzə  Heydərin 

haqqında  söz  açdığımız  portreti  ilə  bağlıdır. 

Əslində, ona məlumat yox, əhvalat desəydik, 

daha  düzgün  olardı.  İndi  özünüz  də  buna 

əmin  olacaqsınız.  Bu  əhvalat  da  akademik 

R.Hüseynovun  “Millətin  zərrəsi”  kitabında 

yer alıb. 

Məsələ  burasındadır  ki,  bu  əsər  uzun 

müddət  Mirzə  Heydərin  yaxınlarının  evində 

olub.  Ötən  əsrin  doxsanıncı  illərinin  təzadlı 

iqtisadi-siyasi  olayları  onun  sıxıntı  keçirən 

nəvəsini  bu  əsəri  satmağa  məcbur  edib  və  

o,  bu  məqsədlə    Rafael  Hüseynovun  yanına 

üz  tutub.  Bu  yerdə  sözü  akademikin  özünə 

verməyə  məcburuq:  “Camaatın  müşküllərini 

həll etmək üçün naxçıvanlıların yanına getdiyi 

əyyamlarda bir naxçıvanlı yardım üçün mənə 

üz tutmuşdu və gərək kömək edəydim ona. Bir 

daha xeyirxah adamların ölümlərindən sonra da 

xeyirxahlıq  edə  bilmələrinin  heyrətli  hikməti 

barədə ikirləşdim və düşündüm ki, yəqin ki, 

bu da Allah işidir, yəqin ki, o portretlə Mirzə 

Heydərin ruhu nəvəsini maddi sıxıntılarla üz-

üzə  qaldığı  bu  çətin  vaxtda  üstümə  göndərib 

ki, vasitəçi olum. Yəqin ki, özünün bu günə əli 

çatmayan  zamanda  şəkliylə  nəvə-nəticəsinə 

imdada  “gəlib”.  Götürüb  zəng  vurdum 

Mədəniyyət  naziri  Polad  Bülbüloğluna. 

Əhvalatı söylədim və rica etdim ki, köməyini 

əsirgəməsin.  Polad  “göz  üstə”  dedi.  Sabahısı 

gün  rəsmi  gətirən  zəng  vurdu  ki,  nazirin 




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə