105
Portretl r
üzündən oxuya bilməmək qabiliyyətinə
(daha doğrusu, qabiliyyətsizliyinə) necə mat
qalmayasan! (Lap təəccüblüsü budur ki, rəyin
sonuna Bəhruz bəyin incəsənət muzeyində
saxlanan başqa bir əsərin küncündəki elə
bu portretdəki imzaya oxşayan, amma daha
aydın yazılmış başqa dəst-xəttinin də əksini
əlavə ediblər. Orada da rəssam “Kenqerlinski”
imzasını işlədib. Demək, əsərlərini müxtəlif
tərzdə imzalamış rəssamın soyadını bütöv
yazmaqla imzaetmə vərdişi də varmış. Allahdan
olan kimi mahir “ekspertlər” xətalarını gendən
baxanın rahatca tuta bilməsi üçün elə
özləri hiss etmədən əlavə əşyayi-dəlil də
veriblər).
Vaxtilə Rüstəm Mustafayev adına
İncəsənət Muzeyimizdən qeyb olmuş
əvəzsiz sənət inciləri – Rembrandtın,
Dürürin, Pussenin, Karraçinin əsərlərinə
eşitdiyimə görə elə bu ekspertlər
heyətindəkilərin bir neçəsi daşdan keçən
mütəxəssis rəyi veriblərmiş ki, itən
əsərlər orijinal yox, surətlərdir. Həmin
əsərlər okeanın o tayında ABŞ-da alverçi
əlində tutulanda bəlli oldu ki, sən demə,
mütəxəssislərimiz “yanılıblarmış” – qeyb
olanlar surət-ilan deyilmiş.
...Yolunu yeni başlayanın, ilk
addımlarını atanın məhz yeni başladığını,
gənc olduğu üçün yazılmamış bir qanunla
səhv etmək, yanılmaq ixtiyarı da olur. Amma
daimi yox, müvəqqəti. Bərkdən-boşdan
keçib püxtələşmək üçün. Lakin saç-saqqal
ağartmış peşəkarın, “mütəxəssis” adlananın,
münsilik səlahiyyəti verilənin qəsdən, ya
bilməməzlikdən səhv etməsi bağışlanılmazdır.
Bir dəfə səhv edibsə, daha oturub onun
ikinci dəfə səhv etməsini, səhvindən nəticə
çıxarmasını gözləmək yersizdir. Beləsi, ya
belələri ikinci dəfə yanılmaq imkanından
təxirə salınmadan məhrum edilməlidir!
... Şəklin dəyərini, tarixi mənasını duyaraq
alınmasını vacib saymış nazirin göstərişindən
sonra portreti qəbul etmək istəmirdilər – bu öz
işləridir. Ancaq yazıq Bəhruz bəy Kəngərlinin
təqsiri nəydi ki, onu Keterşimov etdilər?
Heydər bəy Nəsirbəyovun təqsiri nəydi ki,
onun azərbaycanlılığını danmaq günahını
boyunlarına götürdülər?”
Yeri gəlmişkən deyək ki, Rafael
müəllim o vaxt bu portretdəki imzanın
fotosunu oxuduğunuz kitabın müəllilərindən
birinə – Ziyadxan Əliyevə də göstərmişdi.
O, da göstərilən familiyanın Bəhruz bəy
Kəngərliyə aid olduğunu təsdiqləmişdi.
Təbii ki, o vaxt yuxarıda adı çəkilən məşhur
muzey oğurluğunun günahkarlarını ifşa etmək
yönündə atdığı addımlara görə muzeydə
bilərəkdən “ixtisara” salınmış Z.Əliyevin
ikrini nəzərə almazdılar. Bu yerdə əlavə edək
ki, elə dünya şöhrətli rəssamların muzeydən
oğurlanan əsərlərinin Rasim Əfəndiyev və
Mürsəl Nəcəfovdan fərqli olaraq, orijinal
olmasını deyən də o vaxt məhz Z.Əliyev
olmuşdu...
Akademik R.Hüseynovun reallığı əks
etdirən bu qeydləri çox təəssüf ki, bu gün də
aktualdır. Belə ki, tərkibi yeniləşsə də həmin
komissiya üzvləri hansı səbəbdənsə hələ də
əsərlərin müəllilərini müəyyənləşdirməkdə
“çətinlik” çəkirlər...
Bəhruz bəy Kəngərlinin yaratdığı
çoxsaylı portretlər arasında biri öz tutumuna
görə qalanlarını üstələyir, desək, yanılmarıq.
Belə ki, bu portretdə dünyanın çox məşhur din
xadimi – peyğəmbərlərdən biri təsvir olunub.
Hələ Tilisdə oxuyarkən ərsəyə gətirdiyi bu
obraza rəssamın sonralar təkrar-təkrar müraciət
etməsi zamanında bu portretə Naxçıvan
mühitində böyük marağın olmasından xəbər
106
Portretl r
verir. Bu əsərin o vaxtlar cəmisi 22 yaşı olan
gənc rəssamın yaradıcılığında yer alması
haqqında müxtəlif mülahizələr mövcuddur.
Ancaq onların ən etibarlısı qardaşı qızı Sabirə
Kəngərlinin 1999-cu ildə dilə gətirdikləridir.
Əlavə edək ki, bu portretin akvarellə
işlənmiş variantı uzun illərdir ki, onun şəxsi
kolleksiyasında saxlanılmaqdadır. O, qeyd edir
ki, Bəhruz bəyin bu portreti işləməsinə səbəb
atası Şirəli bəyin Təbriz səfəri və orada yaşayan
bir yəhudi mənşəli rəssamla tanışlığı olub. Belə
ki, şəxsi işləri ilə əlaqədar Təbrizdə
olarkən orada rəssamlıqla məşğul olan
yəhudiyə oğlunun istedadından söz
açıb və onun Tilisdə rəssamlıq təhsili
aldığını söyləyib. Müsəlman bir gəncin
rəssamlıqla məşğul olması xəbərindən
təsirlənən yəhudi də öz növbəsində onu
sınağa çəkmək istəyir. Bu məqsədilə o,
nə vaxtsa işlədiyi məşhur din xadiminin
portretini Bəhruz bəy tərəindən üzünün
çıxarılması üçün Şirəli bəyə verir. Şirəli
bəy Naxçıvana dönəndən sonra oğlunu
yəhudi rəssamın “tapşırığı” barəsində
məlumatlandırır. O da qısa bir müddətdə
həmin əsərin “Naxçıvan variantı”nı
hazırlayır və atası Təbrizə növbəti səfəri
zamanı onu özü ilə aparır. Görüş zamanı
Şirəli bəy oğlunun çəkdiyi portreti
göstərəndə yəhudi rəssam təəccübünü
gizlədə bilmir. Onun tərif və təqdir dolu ikri
isə çox qısa olur: “Əgər apardığın portreti
nişanlamasaydım, yəqin ki, indi qarşımdakı iki
işdən hansının mənim olduğunu ayırd etməkdə
çox çətinlik çəkərdim!” O, sonra dəfələrlə
Şirəli bəyə oğlunun böyük istedad sahibi
olduğunu vurğulayır, onun gələcəkdə böyük
rəssam olacağına inamını ifadə edir...
Bu misraları oxuyanlar üçün yəqin ki,
ümumiyyətlə, kimliyi sona qədər bilinməyən və
bu mənada haqlı suallar doğuran peyğəmbərin
portretinin çəkilməsi üçün təbrizli rəssamın
hansı qaynaqdan istifadə etməsi faktının özü
maraqlı ola bilər. Apardığımız axtarışların
nəticəsində həmin qaynağı aşkarlaya bildik.
Məlum oldu ki, təbrizli yəhudi rəssam portreti
çəkərkən alman rəssamı H.Gedanın işlədiyi
qravürdən istifadə etmişdir. Məlumat üçün
bildirək ki, H.Gedan XIX əsrdə yaşayıb və
onun Leypsik şəhərində Avropanın məşhur
nəşriyyatları ilə əlaqəsi olan böyük qravür
emalatxanası olub. Ona sifarişlərin yerinə
yetirilməsində daha 40 usta kömək edib. Bir
qayda olaraq o, portretlərin başını, köməkçiləri
isə bədənin qalan hissələrini işləyərmiş. İldə
təxminən 200-dən çox belə əsər yaradan
H.Gedan peyğəmbərin haqqında söz açılan
portretini təxəyyülü əsasında ksiloqraiya
H.Gedan. “Peyğəmbər”. XIX əsr.