111
Portretl r
vurğuladığımız obrazların bədii təsirliliyini
kömür və karandaşla çəkdiyi əsərlərlə yanaşı,
yağlı və sulu boya ilə yaratdığı portretlərdə də
əldə etmişdir. Bu prosesdə fərq yalnız rəssamın
tətbiq etdiyi texnikanın müxtəliliyindən
irəli gələn bədii-texniki xüsusiyyətlərdən
özünəməxsus tərzdə istifadə etməsindədir.
Gəlin əvvəlcə sulu boya ilə çəkilmiş əsərləri
nəzərdən keçirək...
Bədii tutumunun özünəməxsusluğuna
görə diqqət çəkən belə lövhələrdən biri
“Tatar (azərbaycanlı) tipi” (1920) adlanır.
Ölçü etibarilə çox da böyük olmayan
(16,8x22,5 sm) bu əsərdə obraz kifayət
qədər iri təsvir olunub. Bütün üz cizgiləri
duyulası aydınlıqla görüntüyə alınan
obrazın rəssamın yaratdığı portretlər
qalereyasında yaddaqalanlar sırasında
olması birmənalıdır. Heç şübhəsiz bunu
şərtləndirən başlıca səbəb portretin
yüksək bədii-estetik dəyər daşıyıcısı
olmasıdır.
Qış geyimində görüntüyə alınan kişinin
naməlum istiqamətə yönəli baxışlarında,
onun dəqiqliyi görünən üz cizgilərində,
işıqlı simasını əhatələyən saqqalında,
eləcə də geyimində gənc rəssamın
nümayiş etdirdiyi yüksək sənətkarlıq
bir daha onun zamanında akademik
vərdişlərə qədərincə yiyələndiyini sərgiləyir.
Rəssamın ağ, göy, mavi, qara, qəhvəyi və yaşıl
rənglərin təzadını onların harmonikliyinin
əldə olunmasına yönəldə bilməsini, qədim
milli mənəvi qaynaqlardan yaradıcılıqla
bəhrələnməsinin nəticəsi hesab etmək olar.
Portretdə təsvir olunanın kimliyi məlum
olmasa da, onun rəssamın müasirlərindən
birinin olması birmənalıdır. Belə ki. onun
təhsil sonrası – Naxçıvanda yaratdığı
portretlərdə daha çox Bəhruz bəyə tanış
və yaxın olan adamların təsvir olunduğu
təsdiqlənmişdir. İndiki halda isə rəssamın
yaradıcılığında özünəməxsusluğu ilə seçilən
“Tatar (azərbaycanlı) tipi”nin kimliyini hələlik
dəqiqləşdirmək mümkün olmadı...
1921-ci ildə çəkilən “Qadın portreti”
rəssamın bu janrda ərsəyə gətirdiyi əsərlər
arasında çox fərqlənir, desək, yəqin ki,
yanılmarıq. Bu məqamda portretin yaranma
tarixini ipucu saysaq, onda bir çox portretləri
kimi onun da Naxçıvanda çəkildiyini ehtimal
etmək olardı, əgər obrazın zahiri görkəmi
suallar doğurmasaydı... Heç şübhəsiz bunu
şərtləndirən səbəblərdən biri təsvir olunanın
azərbaycanlı, o vaxtların deyildiyi kimi
desək, tatar olmamasıdır. Ötən əsrin iyirminci
illərində belə bir xanımın Naxçıvanda
yaşadığını ehtimal etmək nə qədər mümkün
olsa da, bir o qədər də çətindir. Əgər əsərin
1921-ci ildə, yəni, Azərbayvanda artıq sovet
hökumətinin qurulduğu zamanda çəkildiyini
nəzərə alsaq, onda qadının Naxçıvana
təşrif buyuran bolşeviklərdən birinin arvadı
olduğunu da ehtimal etmək olar. Naxçıvanda
artıq bir rəssam kimi yaxşı tanınan Bəhruz
bəyin fəaliyyəti bolşevikləri də cəlb edə bilərdi.
Portretin monoxrom rəng həlli heç şübhəsiz
gənc rəssamın qaranın incə keçidləri vasitəsilə
obrazın cəlbediciliyini və zəriliyini əldə
etmək istedadını əyaniləşdirib. Yeri gəlmişkən
deyək ki, bədii həllinə görə bu əsər rəssamın
yaradıcılığında yeganədir. Qadın gözəlliyinin
ifadəsi bu əsərdə şaşırdıcıdır, desək, həqiqəti
söyləmiş olarıq. Əgər bu gözəl qadının
zahiri cizgilərinə görə məşhur rus rəssamı
K.Brüllovun obrazlarına oxşadığını da nəzərə
alsaq və bura rəssamın tələbəlik illərindəki
rus realist rəssamlığına güclü marağını əlavə
etsək, onda əsərin bədii həllinin Bəhruz
bəy tərəindən köhnə rəğbətini “təzələmək”
112
Portretl r
istəyindən irəli gəldiyini də ehtimal etmək
olar. Ola da bilsin ki, rəssam portreti kiminsə
sifarişi ilə işləyib. Onun sifarişçidə yox,
rəssamda qalmasının isə müxtəlif səbəbləri ola
bilər. Belə ki, rəssamlıq tarixində belə hallar
çox olub. Hər halda əsər 1939-cu ildə muzey
üçün onun analığından alınıb. Diqqətçəkən
məqamlardan biri üzərində rəssamın ərəb
qraikası ilə imzası və yaradıldığı tarix olan bu
portreti müxtəlif zamanlarda üç sənətşünasın
– M.Nəcəfov, K.Kərimov və N.Həbibovun
ərsəyə gətirdikləri nəşrlərdə çəkildiyi
tarix məlum olmayan əsər kimi təqdim
olunmasıdır. Buna bənzər hallar
B.Kəngərli irsinin tədqiqində təəssüf
ki, tez-tez müşahidə olunur. Başqa
sözlə desək, hələ 1947-ci ildə işıq üzü
görən ilk nəşrdə yazılan səhv tarixlər
və ikirlər sonrakı müəllilər tərəindən
də mexaniki olaraq bu günümüzə kimi
təkrarlanmışdır...
Rəssamın obrazlar qalereyasında
“Şirniyyatçı
Kərbəlayı
Heydərin
portreti” (1919) əsəri də özünəməxsus
yer tutur. Uzun müddət şəxsi
kolleksiyada saxlanan bu əsər sonralar
üzə çıxarıldığından və muzey üçün
yalnız 1986-cı ildə alındığından, onun
barəsində geniş ictimaiyyət yalnız
bundan sonra xəbər tutumuşdur. Onu
hələ Bakı Dövlət Universitetində oxuyan
zaman (1951-ci il) B.Kəngərli barəsində diplom
işi yazan mərhum sənətşünas Nadir Zamanov
ötən əsrin səksəninci illərində üzə çıxarmış və
bu barədə “Qobustan” toplusunda məqalə çap
etdirmişdi. Sənətşünasın verdiyi məlumatda
bildirilir ki, kiçik ölçülü (7x5,5 sm) bu portret
şirniyyatçının ailəsində olub. Uzun müddət ailə
albomunda saxlanılan portreti də N.Zamanova
Kərbəlayı Heydərin 91 yaşlı həyat yoldaşı
Dilbər Musayeva təqdim edib. Ötən günləri
xatırlayan D. Musayeva ərinin portreti çox
bəyəndiyi üçün onu rəssamdan satın aldığını
bildirib. Vaxtilə portreti şirniyyatçının bizim
dövrə gəlib çatmış fotosu ilə (foto 1917-ci ildə
Yaltada çəkilib) tutuşduran sənətşünas onlar
arasındakı oxşarlığın birmənalı olduğunu
da öz yazısında qeyd edib. Məlum olur ki,
vaxtilə Naxçıvanın Oktyabr küçəsində (sovet
dönəmində belə adlanırdı) həm rəssamın
dükan-emalatxanası, həm də Kərbəlayının
dükanı varmış. Görünür elə yaxınlıq, onların
tez-tez ünsiyyətdə olmaları bu portretin
yaranmasına səbəb olub...
Portretin ölçüsünün kiçik olmasına
baxmayaraq onun bədii həllində rəssam
obraza xas olan səciyyəvi xüsusiyyətləri çox
inandırıcı bədii tutumda göstərməyə nail
olmuşdur. Doğrudan da özündə dövrünün həm
B.Kəngərli. “Şirniyyatçı Kərbəlayı Heydərin
portreti”. 1919.