Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə33/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   29   30   31   32   33   34   35   36   ...   132

121

   


        

Portretl r

Elə tamaşaçı ilə üzbəüz təqdim olunmuş 

kişinin portretində eyni bədii –estetik dəyərləri 

görmək mümkündür. Başqa sözlə desək, açıq 

bozumtul  fon-yerlikdə  görüntüyə  alınmış 

orta  yaşlı  kişinin    çöhrəsinin  işığını  özündə 

cəmləşdirən  nüfuzedici  baxışların  təsirliyini 

şərtləndirən  bədii  məziyyətləri  isə  onun  

çuxasının açıq mavi, dəri papağının qəhvəyi-

qara rəngləri şərtləndirib...

Rəssamın  portret  yaradıcılığında  bir 

əsgər  təsviri  də  vardır.  Portretə  bu  vaxta 

qədərki  münasibətin  fərqli  olmasına  rəğmən 

ondan  bir  qədər  ətralı  söz  açmaq 

istəyirik.  “Əsgər”  adlanan  bu  portret 

1928-ci  ildən  Azərbaycan  Dövlət 

Muzeyinin kolleksiyasına  daxil olub və 

sonradan  ayrıca  Azərbaycan  İncəsənət 

Muzeyi  yaradılanda  onun  mülkiyyətinə 

çevrilib. 1947-ci ildə rəssamın vəfatının 

25  illiyi  münasibətilə  təşkil  olunan 

sərginin kataloqunda (ön sözün müəllii 

M.Nəcəfov)  sulu  boya  ilə  çəkilmiş  bu 

əsər  “Əsgər”  adı  (əsərin  1921-ci  ildə 

yaradıldığı qeyd olunub) ilə ictimaiyyətə 

təqdim  olunub.  Həmin  müəlliin  1957-

ci ildə nəşr olunmuş “Bəhruz Kəngərli” 

kitabının  kataloq  hissəsində  isə  portret 

tarixi məlum olmayan əsərlərin sırasında 

göstərilib.  Mətndə  isə  belə  yazılıb: 

“Kəngərlinin  əsərləri  içərisində  güman  ki, 

1921-ci  ildə  çəkdiyi  “Qızıl  əsgər”  şəklini 

xüsusilə qeyd etmək lazımdır”. 

Sənətşünas  K.Kərimov  isə  1962-ci  ildə 

çap  olunmuş  “Bəhruz  Kəngərli”  kitabında 

bu  əsəri  belə  təqdim  edib:  “Kəngərlinin 

portret  əsərlərindən  danışarkən  rəssamın 

yaradıcılığında  əhəmiyyətli  yer  tutan  “Qızıl 

əsgər” portretini xüsusilə qeyd etmək lazımdır. 

Çox güman ki, 1921-ci ildə çəkilmiş bu əsər 

Naxçıvanda  sovet  hakimiyyəti  qurulduqdan 

sonra  rəssamın  yaradıcılığında  əmələ  gəlmiş 

dəyişikliyi,  onun  mövzusunun  yeni  ictimai 

məzmun  və motivlər hesabına genişlənməsini 

əks etdirən əsərlərindən indiyə kimi mühaizə 

edilmiş yeganə nümunədir”. 

Bu yerdə əlavə edək ki, sovet dönəmində 

iki  tanınmış  sənətşünasın  bu  əsərin  “Qızıl 

əsgər”ə  həsr  olunması  barəsində  qənaətləri 

digər müəllilərin müxtəlif səpkili yazılarında 

da təkrarlanıb. 2012-ci ildə isə gənc sənətşünas  

Əsəd  Quliyev  müəllii  olduğu  “XX  əsr 

Azərbaycan  incəsənəti  haqqında  oçerklər”  

kitabında  bu  obraza  çox  fərqli  münasibət 

bildirib: “Bu portret səhv olaraq sovet dövrünün 

əsgəri  kimi  qələmə  verilir.  Əslində,  bu  heç 

də  belə  deyil.  Burada  rəssam  Azərbaycan 

Demokratik  Cumhuriyyətinə  olan  sayğısını 

nümayiş  etdirərək  milli  ordumuzun  əsgərini 



B.Kəngərli. “Kişi portreti”. 1919.


 

122


Portretl r

B.Kəngərli. “Dövlətli müsəlman xanımı” (“Naxçıvan gözəli”). 1917.


123

   


        

Portretl r

təsvir  etmişdir.  Bunu  təsvir  edilmiş  əsgərin 

geyimindən  və  silahından  da  görmək  olar. 

Yenicə yaradılmış Demokratik Cümhuriyyətin 

çox  çətinliklə  yaratdığı  ordunun  əsgərinin 

ayaq  geyimi  –  çarıx  buna  bariz  nümunədir. 

Bu  təsvir  rəssamlığımızda  milli  ordumuzun 

əsgərinin yeganə bədii təsviridir”. 

Kim haqlıdır? Təbii ki, bu suala aydınlıq 

gətirə  biləcək  başlıca  dəlil  əsərin  çəkildiyi 

vaxtın  dəqiqləşdirilməsi  ola  bilərdi.  Lakin 

müəllif əsərin üzərində tarix göstərmədiyindən 

bunu  müəyyən  etmək  bir  qədər  çətindir. 

Obrazın  kommunist  rejimi  ilə  əlaqəli 

olmasının 

yaradıcılıqlarını 

əsasən 


“sosialist realizmi”nin təriinə həsr etmiş 

sənətşünaslar  tərəindən  söylənilməsi, 

təsvirdəki  adamın  sovet  dövrünün 

əsgəri olmasının vurğulanması haradasa 

təbii görünə bilər. Amma təkcə bu əsəri 

məşhur  bəy  nəslindən  olan  rəssamın 

yaradıcılığında əmələ gəlmiş dəyişikliyin 

əlaməti kimi qəbul etmək mübahisəlidir. 

Düzdür,  bizim  dövrə  gəlib  çatmasa  da, 

həm  M.Nəcəfov,  həm  də  K.Kərimov, 

eləcə  də  Bəhruz  bəyin  tələbəsi  olmuş 

A.Qazıyev  rəssamın  sovet  hakimiyyəti 

illərində  Marks  və  Engelsin,  eləcə  də 

bolşeviklərin rəhbəri Leninin portretlərini 

çəkdiyini,  inqilabi  bayramlarda  şəhərin 

bəzədilməsində  iştirak  etdiyini  yazırlar. 

Bunu  istisna  etmək  olmaz.  Belə  ki,  Bəhruz 

bəy  o  vaxt  Naxçıvanda  rəssam  kimi  kifayət 

qədər  tanınırdı  və  onun  sifarişlə  belə  işləri 

görməsi  mümkün  idi.  Amma  düşünürük  ki, 

Bəhruz  bəy  bunu  kimlərəsə  yarınmaq  üçün 

etməzdi.  Bu  mənada  əsgərin  başında  məşhur 

“Budyonovka”  adlanan  hərbi  papaq  olsa  da, 

rəssamın  onu  yeni  sistemin  tələblərindən 

fərqli-ideallaşdırmaqdan  uzaq,  yəni,  real  – 

miskin bir görkəmdə, dizi cırıq şalvarda  təsvir 

etməsi  də,  dediklərimizi  təsdiqləyir.  Bununla 

belə,  kitab  üzərində  çalışarkən  biz  əsgərin 

şəklini  hərb  tariximizin  tədqiqatçılarına 

göstərməklə,  onun  hansı  sistemin  təmsilçisi 

olduğunu  müəyyənləşdirdik.  Məlum  oldu 

ki,  təsvir  olunanın  geyiminin  miskinliyinə 

baxmayaraq,  o,  yeni  –  kommunist  rejiminin 

qoruyucusudur...

Rəssamın portret yaradıcılığı ilə tanışlığı 

onun “Avtoportret”i ilə tamamlamaq istərdik. 

Gənc rəssam özünün sonuncu “Avtoportret”ini 

B.Kəngərli. “Əsgər”. 1921.



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə